MM qərargahlarında (idarəetmə məntəqələrində) rəhbər heyətin növbətçiliyinin
təşkil edilməsi və mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi;
xəbərdarlıq, rabitə və informasiya vasitələrinin hazır vəziyyətə gətirilməsi;
fövqəladə halların baş vermə təhlükəsi və ya baş verməsi barədə dövlət
orqanlarının və işçilərin (əhalinin) xəbərdar edilməsi;
fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılması, belə
hadisələrin baş verəcəyi hallarda isə insanların sağlamlığının qorunmasına, ətraf
mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına dair
tədbirlər;
MM qüvvələrinin şəxsi heyətinə və işçilərə fərdi mühafizə vasitələrinin verilməsi;
təhlükə baş verməsi ehtimal olunduqda radioaktiv, güclü təsirli zəhərləyici
maddələr (GTZM) və partlayış təhlükəli maddələr saxlanılan müəssisələrdə
kollektiv mühafizə qurğularının hazır vəziyyətə gətirilməsi;
təhlükəli zonalardan əhalinin və işçilərin köçürülməsi üçün köçürmə orqanlarının
hazır vəziyyətə gətirilməsi, köçürmə planlarının dəqiqləşdirilməsi;
epidemiyaya qarşı tibbi -profilaktik tədbirlərin keçirilməsi;
kənd təsərrüfatı heyvanlarının və məhsullarının mühafizəsi üzrə görüləcək tədbirlər
(aidiyyatı üzrə).
Dostları ilə paylaş: