Dəm qazı ilə zəhərlənmə zamanı: 1. zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə);
2. əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq;
3. ona yarıoturaq vəziyyət vermək (ağ ciyər ödeminin qarşısını almaq üçün);
4. zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq;
5. əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa dərhal reanimasiya tədbirlərinə
başlayın (―Ürəyin xarici masajı‖ və ―Süni tənəffüs‖).
Suda boğulma zamanı ilk tibbi yardım
Suda batanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, suda batan hər şeydən
tutmağa cəhd etdiyi üçün o, xilasedəni də batıra bilər.Batan şəxsə arxa tərəfdən
yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı
nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək
lazımdır. Batan şəxsin sifəti mütləq suyun səthindən yuxarıda olmalıdır.