Mövzu № 15. Fövqəladə hadisələr zamanı ilk tibbi yardım
Plan:
1. İlk tibbi yardım
2. Tibbi mühafizə vasitələrinin növləri və onlardan istifadə qaydaları
3. Fərdi sarğı paketi, fərdi kimya əleyhinə paket və onlardan istifadə
qaydaları
4. İlk yardım dəsti ( apteçka )
İlk tibbi yardım zamani - hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir
vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya
vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi
vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə.
İlk tibbi yardımın mahiyyəti
Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin
həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk
həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə,
evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və
xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım zədələnmə
yerində təcili (15dəq) göstərilməlidir.
İlk tibbi yardımın məqsədi
Həyati təhlükəni ortadan qaldırmaq
Həyati funksiyaların davam etdirilməsini təmin etmək
Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək
Yaxşılaşmanı asanlaşdırmaq
İlk tibbi yardım çantası
Yardım çantasında olmalıdır :
üçkünc sarğı bezlərı
rulonlu sarğı bezlərı
sterıl qazlı bezlər
pambıq
yara bandları
boyunluq
turna jqutu
antıseptık məhlullar
ağrı kəsıcı preparat
sancaq
qayçı
fənər
İlk üç tədbir
1. Zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı və ya yuxarı
hərarət, ağır təzyiq altında sıxılma və s.) təsirinin dərhal aradan qaldırılması və
onun əlverişsiz şəraitdən uzaqlaşdırılması (sudan, yanan və ya qaz dolmuş yerdən
çıxarılması).
2. Alınmış travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardımın
göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı
masajı, yaralara sarğı qoyulması və s.).
3. Ən qısa müddətdə zərərçəkmişin yaxındakı müalicə müəssisəsinə çatdırılması. Bu
zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə təcili tibbi yardım çağırmaq
lazımdır.
Qanaxmalar zamanı ilk tibbi yardım
İstənilən güclü qanaxma zamanı əsas təhlükə ondan ibarətdir ki, orqanizm
daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti
pisləşir. Bu zaman bütün həyati vacib orqanlar da oksigen çatışmazlığından zərər
çəkməyə başlayırlar. Bu halda uşun itirilməsi baş verə bilər. Güclü qanaxma
zamanı ilk növbədə yaradan hansı qanın axdığını müəyyən etmək
lazımdır.
Qanaxmalar
3 cür olur: Kapilyar qanaxmalar, Venoz qanaxmalar,
Arterial qanaxmalar. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman fəvvarə
şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə
ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər
görülməlidir. Turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel
kəməri və s.) istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları
turna ilə sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda iri
magistral damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Turnanın qoyulduğu
vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq
lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər.
Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu
zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Kapilyar qanaxma
zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz
qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir. Burun
qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış
pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə
buz qoymaq lazımdır. Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al
qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə
buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa
(bu zaman qusuntu qəhvə çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli,
qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.
Termik yanıqlar zamanı ilk tibbi yardım
Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı
zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15
dəqiqə ərzində soyuq axar su altında saxlayın. Bu dərinin soyumasına, ağrının
keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır.
Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Yanan sahəyə
yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək
olmaz! Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu
olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və
ya araqda isladmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların
əmələ gəlməsinin qarşısını alır. Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı
(―zelyonka‖), kalium permanqanat və digər bu tipli antiseptikləri sürtmək olmaz.
Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə ―təmizləməyin‖, sürtkəcdən
keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi ―vasitələr‖ də qoymayın, çünki
bu zaman siz yaraya infeksiya sala bilərsiniz. Güclü və sahəsi xeyli dərəcədə geniş
olan yanıqlar zamanı zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü
ədyalla örtmək, ona antihistamin, ağrıkəsici dərmanlar vermək, duz qatılmış su
içirtmək (1l suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır. Əgər
zərərçəkən şəxsdə şok başlanarsa, ona içməyə maye vemək olmaz. Uşağa
antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı yaşına uyğun dozada
olmaqla, yanıq sahəsi hətta geniş olmadıqda da vermək lazımdır. Güclü yanıqlar
zamanı dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə,
ağrıkəsici dərmanların verilməsi çox vacibdir. Zərərçəkənin dərisində qabarcıqlar
əmələ gələrsa, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil
olmasına səbəb ola bilər. Gözlərin termik yanıqları zamanı gözləri xeyli həcmdə su
ilə yumaq, boş sarğı qoymaq və zərərçəkəni təcili olaraq tibb müəssisəsinə
çatdırmaq lazımdır.
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım
Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı,
quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır
zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi,
ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az
miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!
Dostları ilə paylaş: |