Meteoroloji fövqəladə hadisələr: - 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa;
Qasırğa (Tufan) - çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz
və quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir.
Fırtınalar (tufan, tayfun) güclü küləklər nəticəsində meydana gələn təbii
hadisələrdən biridir. Yağışla birlikdə əsən şiddətli küləklər tufan, quraq və
yağışsız havada əsən küləklər isə tayfun adlanır.
İldırım – bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, ani şimşək,
qəfil və çox güclü səslə müşayiət olunur.
İldırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur. Onun
temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. İldırım vurması zamanı ağac
parçalana və hətta yana bilər. Ağacın parçalanmasına səbəb ağacın daxilindəki
nəmişliyin ani olaraq, buxarlanması nəticəsində baş verir.
İldırımın birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə bilər. Hər il dünyada
ildırım vurmasından təxminən 3000 insan həlak olur.
İldırım zərbəsi adətən hara dəyir? Statik elektrik boşalması müqavimətin ən aşağı
səviyyədə olması nəticəsində baş verir. Beləliklə, ən yuxarı yüksəklikdə olan
obyekt ilə bulud topası arasında məsafə azdırsa, deməli elektrik müqaviməti də
aşağıdır. Buna uyğun olaraq da, ildırım zərbəsi ilk növbədə ən hündürdə olan
obyektə (ağac, dirək və s.) dəyir.