Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə50/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   46   47   48   49   50   51   52   53   ...   218
Mülki müdafiə (Mühazirələr)

Leysan yağışlar  
Leysan - qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında qəflətən düşür.  
İntensivliyi  adətən  1-3  mm/dəq  və  daha  çox  olması  ilə  fərqlənir.  1-2  saat 
müddətində    olur.  İldırımlarla  və  küləyin  qısamüddətli  güclənməsi  ilə  müşahidə 
olunur.  
Yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxır və əhali üçün ciddi  
problemlər  yaradır,  su  kəmərlərini  yararsız  hala  salır,  yolları  dağıdır  və  orada 
nəqliyyatın  hərəkətinı çətinləşdirir, körpülərə ciddi ziyan dəyir.  
Dünyada ən güclü Leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur.  
Azərbaycanda  isə  Zaqatala  rayonunda  (10,7  mm/dəq,  1959)  müşahidə  edilmişdir. 
İri  dolu  -  Dolu  dənələri  1  mm-dən  az  qalınlığa  malik  olmayan  şəffaf  buz 
qatlarından ibarətdir. Dolu dənələri həddən artıq soyumuş buludda təsadüfi olaraq 
donan  ayrı-ayrı  damcıların  yaranması  nəticəsində  meydana  gəlir.  Sonradan  bu  
damcılar  onlarla  toqquşan    digər  donmuş  dənələr  hesabına  iri  ölçülər  almağa 
başlayır. Dolu dairəvi və ya qeyri-düzgün formalı buz hissəciyi olub, diametri 5-50 
mm, bəzən  daha böyük ölçüdə ola bilir.  Ölçüləri 130  mm-dək, çəkisi isə 1 kq-a 
qədər olan dolu  dənələrinə də  rast gəlmək mümkündür.   
Dolu adətən ilin isti dövrlərində sıx toplanmış bulud topasından yağır. Düşən dolu 
qatı  bəzən  bir  neçə  santimetrə  çatır.  Dolunun  yağma  müddəti  isə  bir  neçə 
dəqiqədən  yarım  saata  qədər  çəkir.  Əsasən  yağma  müddəti  5-10  dəqiqə,  bəzi 
hallarda  isə  1  saata  qədər  çata    bilər  .  Dolu  yağmuru  geniş  ölçüdə  əkinçilik 
sahələrinə,  binalara  və  nəqliyyat  vasitələrinə    zərər  verir.  Dolu  xüsusən    kənd 
təsərrüfatına ciddi ziyan vurur.  İnkişaf etməkdə olan əkinçilik məhsulları üzərinə 
düşdüyü  zaman  dəyən    ziyanın  nəticələri  böyük  olur.  Bu    ziyanın  miqyası  dolu 


dənələrinin iriliyi, sıxlığı və yağma müddəti ilə bağlıdır. Dolu hadisəsi hər yerdə və 
hər mövsümdə,  xüsusilə yaz və yay mövsümlərində  müşahidə olunur. Dolu yazda 
nə  qədər  gec  yağsa,  zərəri  o  qədər  böyük  olar.  Dolu  əkinlərin  məhv  olması,  
tərəvəz və meyvələrin yararsız vəziyyətə düşməsi ilə yanaşı - iri  və xırda buynuzlu 
heyvanların  ölümünə  də  səbəb  ola  bilir.    Dolunun  meydana  gətirdiyi  zərərlər 
quraqlıq,  sel  kimi  digər  meteoroloji  fəlakətlərdə    olduğu  kimi  geniş  miqyaslı 
olmasa da,  yetərincədir. Dolu bitkilərin inkişaf  və böyümə   mərhələsində  yağdığı 
zaman  gənc    çiçək,  yarpaq  və  meyvələri  qoparır  və  məhv  edir,  ağaclara  zərər 
vuraraq, onların  gələcək illər üçün səmərəsini xeyli aşağı salır.  
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin