Güclü qar çovğunu
Qar çovğunu - güclü külək zamanı çoxlu qarın yağması, qarın yer üzərində külək
vasitəsi ilə aparılaraq, yer səthinə çatıb hərəkətsiz qalmasıdır.
24 m/san-dən çox sürətlə hərəkət edir. Çovğun yerüstü, aşağı və ümumi növlərə
ayrılır. Yerüstü və aşağı çovğunlar zamanı yeni yağmış qar sovrulur. Ümumi
çovğun zamanı isə yerdə olan qar sovrulmaqla eyni zamanda qar yağır.
Ağacların kökündən çıxaraq insanların üzərinə aşma təhlükəsi yarandığından,
parklar bağlanır, təmir-tikinti işləri dayandırılır. Güclü külək elektrik dirəklərini
aşırır, naqilləri sıradan çıxarır, ağacları aşırır. Kəndlərin bəzilərində evlərin dam
örtüyünü atır. Dağlıq ərazilərində yerləşən yaşayış məntəqələri isə 10 -25 sm qar
yağır. Azərbaycanın şimal bölgəsinə ən çox qar Qubanın Xinalıq kəndi ərazisində
yağır. Qarın qalınlığının 22 santimetr olduğu bildirilir. Qusarın Dağliqləzə
kəndinin ərazisində isə 15 santimetr qalınlığında qar yağır. Şimal bölgəsində
havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşür.
Şəki ərazisi də güclü qar yağan ərazi hesab edilir. Bəzi dağlıq hissələrdə qarın
hündürlüyü 20 sm-ə çatır. Güclü küləklə müşayiət olunan qar bölgədə bəzi
fəsadlara da səbəb olur. Regional elektrik şəbəkəsinin məlumatına görə, güclü
külək və əraziyə düşən yağıntı bölgənin bəzi rayonlarında elektrik xəttlərinin
qırılmasına səbəb olur.
Güclü buzlaşma, donvurma
Şaxtalı hava - havanın və torpağın temperaturu 0°S-dən aşağı düşən haldır.
Buzlaşma - Buza dönmək:
1) bərk üşümək, soyuqdan donmaq dərəcəsinə gəlmək;
2) tamamilə soyumaq.
İnsanlar düşünür ki, qış fəslində əsasən texnogen xarakterli baş verə biləcək
fövqəladə hallardan qorunmaq lazımdır. Onlar əsasən qaz sobaları və elektrikdən
istifadədə təhlükəsizlik qaydalarına riayət etməklə öz işlərini bitmiş hesab edirlər.
Lakin unutmaq olmaz ki, texnogen proseslərlə yanaşı təbiətdə baş verə biləcək
hər hansı bir fəlakət onların sağlamlığına, həyat və təsərrüfat fəaliyyətlərinə mənfi
təsir edə bilər. Qış fəsli olduğundan insanlar soyuq hava şəraitində sırsıra, sallaq
buzlar, donma, nəqliyyatda hərəkət və digər təhlükəli vəziyyətlərlə rastlaşırlar.
Havanın kəskin soyuması, şaxtanın düşməsi və qar örtüyünün əmələ gəlməsi
insanların sağlamlığına mənfi təsir edir, onların şikəst olmasına və hətta ölümünə
də səbəb ola bilir. Qış fəslində ənənəvi xəstəliklərdən (soyuqdəymə, qrip) əlavə
müxtəlif qış zədələri də geniş yayılır. Onların əksəriyyəti bilavasitə sərt şaxtalarla
əlaqədardır. Bu da sırsıra və sallaq buzlar kimi zədə təhlükəsi yaradan faktorların
əmələ gəlməsi ilə müşayiət olunur. Bina və evlərin üzərində sallanan buz kütlələri
insanlara çox ciddi zərər yetirə bilər, hətta onların ölümünə də səbəb ola bilər.
Bunun qarşısını almaq üçün qış və yaz aylarında müntəzəm olaraq binaların
damları vaxtı-vaxtında təmizlənməlidir. Əhali isə evlərin yaxınlığından keçdikdə
xüsusən ehtiyatlı olmalı və təhlükəsizlik qaydalarına riayət etməlidirlər.
Sallaq buzlar qədər sırsıralar da insanların həyatı üçün çox təhlükəli hesab olunur.
Belə ki, sırsıra döyəclənərək bərkimiş və sürüşkən səth və ya buz qatı əmələ
gətirməklə qış fəslində baş verən yol-nəqliyyat qəzalarının yaranmasına səbəb olur.
Nəzərə alsaq ki, soyuq və şaxtalı havalarda insanların tələsməsi və sürüşkən
yerlərdə hərəkət edərkən yararlı olmayan ayaqqabıları geymələri müxtəlif
sınıqların, əzələ dartınmalarının və kəllə-beyin travmalarının almaları ehtimalını
daha da artırır. Qarın yağması, külək, temperaturun tez-tez dəyişməsi və yolların
buz bağlaması qış zədələnmələrinin artması üçün münbit şərait yaradır.
Sallaq buzun başınızın üzərinə düşməsi və ya sırsıraya yıxılaraq başın zədələnməsi
beyin silkələnməsinə gətirə bilər.
Müxtəlif mexaniki zədələrlə yanaşı qış sizə həm də aşağı temperaturun təsirindən
termik zədəni yetirə bilər. Söhbət donmadan gedir. Donma sizə yalnız şaxtalı hava
zamanı deyil, həm də temperaturun sıfır dərəcəyə yaxın olduğu halda belə zərər
yetirə bilər. Bunun üçün bir neçə amilin olması kifayətdir: rütubətli hava, aşağı
temperatur və soyuq külək.
Donmaya əsasən ayaq və əl barmaqları, burun, qulaqlar və yanaqlar məruz qalır.
Dostları ilə paylaş: |