Su hövzələrinin daşması. İqlim dəyişiklikləri şəraitində Kür və Araz çaylarının Azərbaycandan keçən
hissəsində suyun səviyyəsinin yüksəlməsi və daşqınlar nəticəsində su hövzələrinin
mühafizə bəndlərinin dağılması ilə əlaqədar yaranmış vəziyyətdir. Fəlakət
zonasında yaranmış vəziyyət əhaliyə ziyan vuru, mümkün ekoloji qəzalara
səbəb olur. Respublikamızda aprel-may aylarında çayların daşması və mənsəbinin
dəyişməsi, böyük ərazilərin su altında qalması nəticəsində münbit torpaqlara,
eləcə də həmin ərazilərin flora və faunasına ziyan dəyir.
Su hövzələrindəki suyun böyük miqdarda, həcmdə olması mühafizə bəndlərinin
dağılması zamanı ətraf əraziləri su qatı ilə örtür, çoxlu insan və digər canlıların
həyatına, təbiətə böyük təhlükə yaradır. Yollar dağılır, nəqliyyat tunelləri su ilə
dolaraq, keçilməz olurlar.