Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə53/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   49   50   51   52   53   54   55   56   ...   218
Mülki müdafiə (Mühazirələr)

 Hidroloji fövqəladə hadisələr: 
 
Suyun səviyyəsinin qalxması (daşqınlar) və düşməsi.  
Daşqın-    ərazinin  surətlə  su  qatı  ilə  örtülməsidir  və  bu  zaman  ərazinin  xeyli 
hissəsini  müəyyən  müddətə  su  basır.  Səbəbi  adətən,  leysan  yağışları  və  qarın 
surətlə  əriməsidir.  Belə  hal  su  qovşaqları,  su-elektrik  bəndlərinin  zəlzələ, 
müharibə, terror  və digər  səbəblərdən yarılması nəticəsində də baş verə bilər ki, 
bu  zaman  xeyli    ərazi,  yaşayış    məntəqələri  su  altında  qalır.  Daşqın  çayların  su 
rejimində  hər  il  təkrar  olunan  dövr.  Qarın  və  buzların    əridiyi,    yağışın  ən  çox 
yağdığı  vaxtda  olur.  Daşqınlar  çay  hövzəsinin  yerləşdiyi  ərazinin  fizikicoğrafi, 
iqlim  şəraitindən  asılı olaraq  çaylarda  rejim  fazasıdır  və  bu  il  ərzində  əsasən  yaz   
və payız fəsillərində baş verir. Müstəsna hallarda ayrı-ayrı dövrlərdə də ola bilər.  
Çayların  suyunun  artması,  səviyyəsinin  qalxması,  yatağın  tamamilə  su  altında 
qalması,    bəzən  də  sahilləri  basması  ilə  səciyyələnir.  Çayların  illik  axımının  60-
80%-ə qədəri  daşqın dövrünə düşür.  Sahildən çıxan çay və ya dəniz suyu qurunu,  
ətrafı basır.  Güclü  yağışlardan sonra   çayda daşqın əmələ  gəlir.  Daşqın zonası  - 
çaykənarı  və  ona  bitişik    ərazidə  yerləşən  və  daşqın  nəticəsində  su    basmasına 
məruz qalan torpaq sahəsidir. Daşqın zonasını müəyyən etmək üçün əlli ildən  bir 
təkrarlanmaq  ehtimalı  olan  daşqın  əsas  götürülür.    Daşqın  zonalarının  hüdudları, 
sahil mühafizə zolaqları çayın daşqınının gücünə uyğun  təyin edilir. Bu ərazilərdə 
təbiətdən  istifadəyə  və  təsərrüfat  fəaliyyətinə  məhdudiyyətlər    və  qadağalar 
müəyyən edilərək, onların tətbiq edilməsi xüsusi rejimə uyğun həyata  keçirilir.  
Daşqın zonaları və onların mühafizə zolaqlarının hüdudlarında daşqın zonası rejimi  
barədə  əhali  məlumatlandırılır  və  ona  müvafiq  olaraq  hər  bir  zolaqda  torpaqdan 
istifadə  üzrə tövsiyələr verilir.  
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin