Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə108/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   104   105   106   107   108   109   110   111   ...   114
SOS KONSP 2021

4. Nikah anlayışı və boşanma
Nikah - kişi ilə qadın arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə və onların uşaqlarına nəzərən lıüqııq və vəzifələrini tənzimləyən münasibətlər formasıdır. Hüquqi baxımdan nikah - kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır. Ölkəmizdə yalnız vətəndaşlıq aktlarının dövlət qeydiyyatı (VADQ) orqanlarında bağlanmış nikah etibarlı hesab olunur. 1 Əgər nikah ailənin əsası olmasaydı, o da dostluq kimi, qanunvericiliyin predmeti olmazdı. 2 Hal-hazırda nikahın bağlanması Azərbaycan Respublikasının Ailə məcəlləsi ilə tənzimlənir. Sosioloji baxımdan, nikah münasibətlərinin rəsmi qeydiyyatının, onların hüquqi rəsmiləşdirilməsinin olub- olmaması ailənin sosial institut kimi vəziyyətinin çox mühüm göstəricisidir. Son onilliklər ərzində müşahidə olunan nikahın rəsmi qeydiyyatından imtina edilməsi, birgə yaşamanın yayılması ailənin dərinləşməkdə olan böhranına, ailə dəyərlərinin tənəzzülünəşəhadət edir. Bütün bunların nəticəsi kimi cəmiyyətdə uğursuzluq kəskinləşir, sosial davranışın deviant formaları artır. Məsələ heç də yalnız onda deyil ki, dünyanın bir sıra ölkələrində (o cümlədən Azərbaycanda da) nikahdankənar doğulmaların sayı və payı artır, hərçənd bu, öz-özlüyündə, ilk növbədə «ana» ailələri adlanan ailələrdən olan uşaqların natamam sosiallaşması ilə bağlı çoxsaylı sosial problemlər yaradır. Nikah münasibətlərini qanuniləşdirmədən birgə yaşamaq imkanının özü bir çox insanların şüurunda qanuni nikahın və ailənin sosial təsisatlar kimi, birgə yaşamanın yeganə normativ forması kimi dəyərini kiçildir. Nikahın bağlanması nikah davranışının, yəni məqsədi nikaha ehtiyacın ödənməsi olan davranışın, nikah tərəfdaşının seçilməsi ilə bağlı davranışın son mərhələsidir. Nikah seçimi dedikdə, nəticə etibarilə mümkün mülki nikah tərəfdaşlarının məcmusundan (onu bəzən nikah dairəsi də adlandırırlar) bu və ya digər yolla hər bir konkret şəraitdə yeganə olan tərəfdaşın seçilməsi nəzərdə tutulur ki, o da ər (arvad) və ya birgə yaşanılacaq şəxs olur. Nikah seçimi prosesi tarixən konkret prosesdir. O, cəmiyyətdə mövcud olan iqtisadi, sosial, sosial-mədəni şəraitdən və digər şərtlərdən asılıdır. Nikah seçimi prosesinin əsas xüsusiyyətləri onunla bağlıdır ki, müxtəlif mədəniyyətlərdə və tarixi inkişafın müxtəlif mərhələlərində istər mümkün seçim imkanı, istərsə də fərdi seçim azadlığının dərəcəsi müxtəlifdir. Birinci münasibətdə, yəni nikah tərəfdaşının seçimlərinin mümkün imkanının müəyyənləşdirilməsində bütün mədəniyyətlər bir-birindən təkrar nikahlara yol verilib-verilməməsi ilə fərqlənir. Əgər təkrar nikahlara, seriyalı monoqamiyaya yol verilirsə, onda nikah tərəfdaşının seçimi zamanı aparılan məcmu çox geniş olur və özündə həm nikahda olanları, həm də nikahda olmayanları ehtiva edir. Burada mahiyyət ondan ibarətdir ki, bəzi mədəniyyətlərdə kişi və qadının nikahda olub-olmamasından asılı olmayaraq, nikah onlar üçün daim mümkün olur. Amerika sosioloqu B. Farberin yazdığı kimi, hər bir insan, ən azı nəzəri cəhətdən həmişəəks cinsdən olan şəxs üçün potensial ər və ya arvaddır. Burada mühüm cəhət odur ki, nikahda olmaq insanın daha sonrakı nikahları bağlamaq imkanını qətiyyən məhdudlaşdırmır. Əksinə, təkrar nikahlara yol verilməyən mədəniyyətlərdə, ənənəvi, sərt monoqamiya mədəniyyətlərində (məsələn, islamda) mümkün seçim imkanı özündə artıq nikahda olanları və hətta əvvəllər nikahda olmayanları ehtiva etmir. İnsan bu mərhələyə qanunla müəyyən edilən kamilliyə çatdıqda daxil olur. Boşanmanın səbəbləri barədə məsələ hələ də kifayət qədər dolğun öyrənilməmişdir. Boşanmanı sosial fenomen kimi ailə sosiologiyasının «boşanmanın sosiologiyası» adlanan bölməsi öyrənir. Bu elmin predmeti boşanma hərəkətləridir. Bu mövzu çərçivəsində boşanma hərəkətləri və boşanma amilləri barədə məsələni qısa şəkildə nəzərdən keçirməklə kifayətlənəcəyik. Boşanmanın səviyyəsini müəyyən edən mühüm amillərdən biri ailə-nikah qanunvericiliyidir. Belə ki, XX əsrin əvvəllərində Azərbaycanda boşanmalar, məlum olduğu kimi, çox nadir hadisə idi. Məsələ heç də onda deyil ki, boşanma o zamankı əxlaq və sosial normalara zidd idi. O zaman qüvvədə olan qanunvericilik boşanmanın mümkünlüyünü kəskin şəkildə məhdudlaşdırırdı. Boşanmaya ər-arvaddan birinin xahişi üzrə yalnız bir neçə müstəsna səbəb olduqda icazə verilirdi: ərin və ya arvadın zinakarlıq etdiyi və ya ərin (və ya arvadın) «nikahda cinsi əlaqəyə» qabil olmaması sübuta yetirildiyi halda; ər-arvaddan birinin cinayət məsuliyyətinə cəlb olunaraq ən azı üç il müddətinə azadlıqdan məhrum edilməsi halında; ər-arvaddan birinin xəbərsiz itkin düşmüş hesab edilməsi halında və s. Məlumdur ki, 1990-cı illərdə Dağlıq Qarabağda erməni separatçılarının fəaliyyəti və Ermənistanın respublikamıza təcavüzü iləəlaqədar olaraq boşanmanın kəskin sıçrayışı müşahidə olunmuşdu. 1965-ci ildə 39077, 1990-cı ilə isə 73119 nikah bağlanmış, boşanmaların sayı isə müvafiq olaraq 3537, 14040 olmuş, başqa sözlə, bu müddətdə boşanmaların sayı ba ğlanan nikahlara nisbətdə 2,1 dəfə artmışdır. Adətən, normal şəraitdə belə proseslər baş vermir. Doğrudan da, belə kəskin sıçrayışın səbəbi sözügedən təcavüzlə yanaşı, boşanma haqqında qanunvericilikdə boşanma prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirən dəyişikliklərin edilməsidir. Belə ki, 1960-cı illərdə bu sahədə qanunvericilikdə edilmiş müəyyən dəyişikliklərdən sonra çoxdan bəri [292 - 293] bir yerdə yaşayan və ola bilsin ki, hətta yeni, lakin rəsmi surətdə qeydiyyatdan keçməmiş ailəsi olan yüz minlərlə insan özlərinin faktiki boşanmalarını rəsmiləşdirdilər. Boşanma amilləri arasında əsas yerlərdən birini demoqrafık və sosial-iqtisadi determinantlar tutur. Belə ki, ər-arvadın yaşı mühüm rol oynayır. Bu, demoqrafık dəyişən üç müxtəlif modifıkasiyada irəli çıxır: nikah bağlama yaşı, boşanma anındakı yaş, arvadlar vəərlərin yaşları arasındakı fərq. Birinciyə, yəni nikah bağlama yaşına gəlincə, tədqiqatlar göstərir ki, bu dəyişəndən asılı olaraq boşanmanın ehtimalı aşağıdakı kimi dəyişir: əvvəlcə o, çox cavan yaşlarda bağlanan nikahlara xas olan yüksək səviyyədən aşağı düşür, sonra isə yenidən ahıl yaşda bağlanan nikahlar üçün artır. Boşanmanın ən az ehtimalı maksimum nikah yaşlarında bağlanan nikahlarda müşahidə olunur. Boşanma anında yaş haqqında onu demək olar ki, boşanma Azərbaycanda 35-39 yaş intervalında maksimum həddə çatır. Təkcə 2005-ci ildə 1895 boşanmış ailələrin 1870-i və ya 21%-i 35-39 yaş hüdudundadır. Daha sonra isə tədricən 50-55 yaşdan yuxarı yaşlarda ən aşağı səviyyələrə qədər enir. Bu zaman maksimum boşanma ehtimalı yaşlı qadınlarda kişilərə nisbətən daha aşağıdır. Ərlə arvadın yaşları arasındakı böyük fərq boşanmanın ehtimalını artırır, bu zaman arvad ərdən yaşca böyük olduqda bu ehtimal daha yüksək olur. Boşanma tezliyinin müəyyənləşdirilməsində nikahın sıra nömrəsi də müəyyən rol oynayır. Bu məsələ üzrə məlumatlar az olsa da, aparılan tədqiqatlar təkrar nikahlar üçün daha yüksək boşanma tezliyini göstərir. Bu meyl həm ölkəmizə aiddir, həm də xarici ölkələrə dair materiallarda aşkar edilmişdir. Boşanmanın mühüm amillərindən biri də boşanan ər-arvadın uşaqlarının sayıdır. Demoqrafık statistikanın məlumatları göstərir ki, uşaq olmayan ailələrdə boşanmanın ehtimalı bir və daha artıq uşağı olan ailələrlə müqayisədə daha çoxdur. Beş il ərzində 2000-ci ildən 2005-ci ilədək bütün tip ailələrdə bu artmışdırsa da, boşanma ən çox məhz uşaqsız ailələrdə üstün meylə malik olmuşdur: müvafiq olaraq 63%; 18%; 19% və yaxud uşaqsız ailələrdə boşanmanın sayı 1 uşaqlıya nisbətən 3,5 dəfə, 2 uşaqlıya nisbətən isə 3,3 dəfə çoxdur. Statistik məlumatların təhlili göstərir ki, boşanmanın mühüm cəhətlərindən biri də qeydiyyatdan keçməmiş nikahlarla, yəni birgə yaşamaqla bağlıdır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin