Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Ailə strukturlarının tipologiyası



Yüklə 1,1 Mb.
səhifə107/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   103   104   105   106   107   108   109   110   ...   114
SOS KONSP 2021

3. Ailə strukturlarının tipologiyası
Ailə strukturlarının tipləri rəngarəngdir və izdivacın, qohumluğun və valideyn olmağın xarakterindən asılıdır. Monoqam izdivac - bu, bir kişinin bir qadınla nikahıdır. Bəşər tarixində monoqamiyaya poliqamiyadan - bir nəfərin bir neçə nəfərlə nikahından 5 dəfə az rast gəlinir. Həm də poliqamiya iki cür olur: poliginiya - bir kişinin bir neçə qadınla nikahı və poliandriya - bir qadının bir neçə kişi ilə nikahı. Ailə qruplarının strukturlaşdırılması zamanı həm izdivac, həm də qohumluq sistemləri nəzərə alınırsa, nikahın (poliqamiyanın) ekzotik formaları meydana çıxır: fraternal poliandriya (bir neçə qardaşın bir qadınla nikahı) və sororal poliginiya (bir neçə bacının bir ərlə nikahı). Ekzoqam nikahlar qrup nikahlarına aiddir ki, bu zaman ər və ya arvadı həmin qrupdarı kənarda, başqa nəslin üzvləri arasında axtarırlar. Endoqam nikahlar iki ekzoqam nəsildən ibarət olan tayfa daxilində bağlanır. Nikah nəsillərinin üzvləri arasında cinsi əlaqələrə qadağa tam aqamiya doğurur, qismən aqamiya isə müəyyən dövrdə müəyyən vaxt [287 - 288] ərzində (məsələn, mövsümi işlər zamanı cinsi tabu əsasında) seksual münasibətlərdən çəkinmə ilə səciyyələnir. Bu terminologiyadan, adətən, ailə və nikahın mənşəyi məsələlərinin, həmçinin bəzi davranış problemlərinin müzakirəsi zamanı istifadə edilir və onlar qrup halında nikahı fərdi nikahdan fərqləndirməkdə yardımçı olur. Ailə strukturlarının valideynlik-izdivac-qohumluq meyarları ilə müəyyənləşdirilən tipləri rəngarəngdir və ata, yaxud ana xətlərindən biri ilə bağlı hansısa xüsusiyyətləri ön plana çəkir. Bununla əlaqədar ailə və qohumluq etnososiologiyasında və ailə sosiologiyasında sosial və fizioloji atalıq, yaxud analıq fərqləndirilir. Buradan da ailə qruplarının patri - və ya matrilokalizasiyası əsasında patrilineal və matrilineal ailələr fərqləndirilir ki, bunlarda soyad, əmlak, sosial vəziyyətə vərəsəlik ya ata, ya da ana xətti üzrə olur.1 Hakimiyyət meyarına əsasən ailə «dövlətinin» başçısının ata olduğu patriarxal və ən yüksək nüfuz və təsirə ananın malik olduğu matriarxal ailələr fərqləndirilir. Dəqiq fərqlənən ailə başçısının olmadığı, hakimiyyətin ata ilə ana arasında durumdan asılı olduğu hallarda eqalitar ailələrdən danışmaq olar. Lakin ailədə hakimiyyət və nüfuzdan, qərarların birgə, yaxud avtoritar qəbulundan asılı olaraq, ailə strukturlarının daha çox saymı fərqləndirmək mümkündür. Belə ki, amerikalı sosioloq Morris Zeldiç ailənin bir nüfuz strukturunun və ərlə arvaddan birinin qərar qəbul etdiyi yuxarıda göstərilən tiplərindən başqa, ailə qərarlarının birgə müzakirə olunduğu partnyorluq ailəsini də fərqləndirir ki, ər daha üstün nüfuza malik olduğu halda, bu, ərin, arvad üstün olduğu halda isə qadının dominantlıq etdiyi ailə olacaqdır. Partnyorluğun sinkratik tipi ər-arvad bərabər nüfuza malik olduğu halda meydana çıxacaqdır. Bundan başqa, birdən çox nüfuz strukturuna malik ailələr də fərqləndirilir, həm də qərarların birgə müzakirəsi zamanı kollegial ailə yaranır, qərarın ər-arvaddan biri tərəfindən qəbul olunması isə avtonom ailə adlandırılır. Daha sonra ərlə arvadın, onların valideynlərinin, yaxud qohumlarının sosial durumuna görə ailələr homogen (ər-arvad təxminən eyni sosial stratdan olur), yaxud heterogen (ərlə arvad müxtəlif sosial qrup, kasta və ya sinifdən olur) ola bilər. Ailə və nikahların sosial və demoqrafık əlamətlərə görə daha geniş səciyyələndirilməsi üçün milliyyət, yaş, peşə, təhsil və s. baxımından eynicinsli homoqam ailələr fərqləndirilir ki, bunlarda sosial- demoqrafik indikatorlar üzrə fərqlər müşahidə edilir. Məkan-ərazi lokallaşmasına görə ailələr patrilokal (təzə evlənənlər yaşamaq üçün ərin atasının evinə köçürlər) və matrilokal (təzə evlənənlər arvadın valideynlərinin evində yaşayırlar) olur. Müasir şəhər ailələrində, əksər hallarda, ailələrin unilokallığından danışmaq lazım gəlir, çünki mənzilin olması gənc ailənin lokallaşmasını müəyyənləşdirir. Müasir urbanizə olunmuş aqlomerasiyalarda ən geniş yayılan nuklear - valideynlər və övladlardan, yəni iki nəsildən ibarət ailələrdir. Nuklear ailədə üçdən artıq olmayan mövqe (ata-ər, ana-arvad, oğul-qardaş və ya qız-bacı) var. Mürəkkəb ailə ümumi təsərrüfatı olan iki və daha artıq ailəni birləşdirən, üç və daha artıq nəsildən (baba-nənə, valideynlər və övladlardan, nəvələrdən) ibarət olur. Təkrar ailələrdə (təkrar, birinci olmayan nikaha əsaslanan) ər-arvadla birlikdə həmin nikahdan olan övladlarla yanaşı, ər və ya arvadın yeni ailəyə özü ilə gətirdiyi övladlar da ola bilir. Boşanmaların sayının artması əvvəllər, praktiki olaraq, ər və ya arvaddan hər hansı birinin vəfatı nəticəsində meydana çıxan belə ailələrin sayının artmasına səbəb olmuşdur. Keçmişdə təkrar ailələrdə uşaqlar bir ana və iki ataya (bir ata və iki anaya) indikindən xeyli az hallarda malik olurdu. Müvafiq olaraq, yalnız doğma valideynləri olan övladlarla, onlardan başqa, həm də ögey ata və ya anaları olan övladlar arasında qohumluq münasibətləri də mürəkkəbləşmişdir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin