Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU № 25. Sosial ekologiya mürəkkəb sosiotəbii sistemlər haqqında



Yüklə 1,1 Mb.
səhifə109/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   106   107   108   109   110   111   112   113   114
SOS KONSP 2021

MÖVZU № 25. Sosial ekologiya mürəkkəb sosiotəbii sistemlər haqqında
elm kimi
PLAN:
1. Ekoloji şüur, ekoloji təhsil və tərbiyə
2. Müasir dünyada baş verən ekoloji problemlər

Ekológiya (yun. οικος — ev, yaşayış yеri, təsərrüfat; λόγος — elm) — canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Еkоlоgiya təbiət еlmlərinin ən öncül, хüsusi əhəmiyyətə malik sahəsi оlub оrqanizmlərin bir-biri və хarici mühit amilləri ilə qarşılıqlı əlaqələrini, оnların yaşayış tərzində, inkişafında, çохalmasında həmin amillərin rоlunu, təbiətin (hava, su, tоrpaq, hеyvan və bitki aləmi, faydalı qazıntılar və s.) mühafizəsini, təbii sərvətlərdən istifadə оlunmasının qanunauyğunluqlarını, еkоsistеmləri, оnların əlaqəsini, təbiətin dialеktikasını öyrədir. əşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.
Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi yaradıcı münasibət bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər.
Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.
Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir.
Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q. D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.
Sosial ekologiya bəşəriyyətin qlobal problemləri kontekstində cəmiyyət, təbiət və insan arasında spesifik əlaqələri empirik tədqiq edən və nəzəri cəhətdən ümumiləşdirən elmdir. Məqsəd insanın yaşadığı mühiti qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaqdır. Cəmiyyətin təbiətə qlobal miqyaslı təsiri nəticəsində bir sıra elmi fənlərin birləşməsi nəticəsində xüsusi elm kimi meydana çıxan sosial ekologiya təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin fəlsəfi-sosioloji aspektini öyrənir. Sosial ekologiyanın əsas predmeti insanın, cəmiyyətin, texnikanın, mədəniyyətin, təbiətin qarşılıqlı təsiridir.
Sosial ekologiya yeni elm sahəsidir. Ona müxtəlif təriflər verməklə yanaşı, ictimai elmlər sistemində yerinə də şübhə ilə yanaşanlar var. Ona görə də sosial ekologiyanın müstəqil ictimai sosioloji elm kimi formalaşması prosesini nəzərdən keçirmək lazımdır. Əslində, sosial ekologiyanın yaranması və inkişafı sosiologiyanın ətraf mühit problemlərinə artmaqda olan marağını əks etdirir.
Sosial ekologiyanın tərifini verənlərdən birincilər sırasında Raderik Mak Kenzeldir. O, ekologiyanı insanların ərazi və zaman münasibətləri haqqında elm kimi müəyyənləşdirmişdir.
Sosial ekologiyanın inkişafı Birinci dunya müharibəsindən sonra başlanır. Ötən əsrin 60-cı illərində isə onun inkişafında daha çox fəallıq özünü hiss etdirir. Xüsusilə, 1966-cı ildə keçirilən sosioloqların ümumdünya konqresindən sonra bu proses daha da güclənmişdir. Sonrakı illərdə sosial ekologiyanın sürətli inkişafı 1970-ci ildə keçirilən sosioloqların növbəti konqresində sosial ekologiya problemləri üzrə sosioloqların ümumdünya birliyinin tədqiqat komitəsinin yaradılmasına gətirib çıxarmışdır.
Sosial ekologiyanın meydana gəlməsi sosiologiyanın ekologiyaya marağını əks etdirir. İnsanın ekosistemdə yerini, eləcə də onunla ekosistemin qarşılıqlı təsirini öyrənmək olduqca zəruridir.
Sosial ekologiya Yer biosferinə bəşəriyyətin ekoloji dayağı kimi baxır, ətraf mühiti və insan fəaliyyətini təbiət və cəmiyyətin vahid sistemi ilə əlaqələndirir. Təbii ekosistemin tarazlığına insanın təsirini aşkar edir, insanla təbiətin qarşılıqlı münasibətinin səmərələşdirilməsi və idarə olunması məsələlərini öyrənir. Sosial ekologiyanın vəzifəsi ətraf mühitə elə bir effektiv təsir üsulu təklif etməkdir ki, bunun sayəsində təkcə katastrofik nəticələri aradan qaldırmaq deyil, eyni zamanda, insanın inkişafının bioloji və sosial şəraitini və Yerdə olan bütün canlıların şəraitini köklü surətdə yaxşılaşdırmaqdır. Sosial ekologiyanın nəzəri funksiyaları sırasına təbiəti mühafizə, praqmatik, proqnostik dünyagörüşü və metodoloji funksiyalar daxildir. Sosial ekologiyanın nəzəri funksiyaları, hər şeydən əvvəl, cəmiyyətin, insanın təbiətin müxtəlif tarixi mərhələlərində ekoloji inkişafının xarakterini izah edən əsas konseptual nümunələrdən ibarətdir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin