Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə29/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   25   26   27   28   29   30   31   32   ...   114
SOS KONSP 2021

Siyasi stratifikasiya cəmiyyətin bütün tərəflərini əhatə edən iyerarxiya ranqları sistemini təsvir edir. Bura nüfuz, hakimiyyət və s. daxildir.
Peşə stratifikasiyası əhalinin fəaliyyətinə, məşğuliyyətinə və peşəsinə görə bölünməsidir. P. Sorokinin fikrincə, əhalinin peşə əlaməti üzrə stratifıkasiyası cəmiyyətin özülünü təşkil edir. Peşələr üzrə olan əlaqələr «dövlət ümumiliyinə» görə olan təsadüfi əlaqələrdən, ideologiya və siyasi partiyaya mənsubiyyət üzrə olan əlaqələrdən fərqli olaraq dərin, köklü və əsaslı xarakter daşıyır.
İqtisadi stratifıkasiya üçün Sorokinin fluktuasiya adlandırdığı iki göstərici səciyyəvidir: 1) qrup və ya cəmiyyətin varlanması və yoxsullaşması;
2) iqtisadi piramidanın hündürlüyünün artması və azalması11. Qeyd etmək lazımdır ki, stratifikasiya nəzəriyyəsi müasir dövrdə ən çox işlənilən və nəzəri cəhətdən əsaslandırılmış nəzəriyyədir. Lakin bəzi tədqiqatçılar onun da bir sıra çatışmazlıqlara malik olduğunu göstərirlər. Onlardan biri cəmiyyətdə mükafatlandırma sisteminin bölgüsündə əhəmiyyətli rol oynayan hakimiyyət amilinin rolunun nəzərə alınmamasıdır. Bu xüsusilə demokratiya prinsiplərini rəhbər tutmayan ölkələrin sosial strukturu üçün səciyyəvidir. Bu cəhətdən xarakterik nümunə kimi MDB-nin əksər ölkələrinin sosial strukturunu göstərmək olar.
Bu gün tam aydınlığı ilə görünür ki, həm inkişaf etmiş Qərb, həm də bəzi MDB ölkələrinin postindustrializm və informasiya cəmiyyəti mərhələsinə daxil olması, həm də onlarda baş verən nəhəng miqyaslı elmi-texnoloji nailiyyətlər bu ölkələrin stratifıkasiya strukturuna ciddi dəyişikliklər gətirir. Qloballaşma proseslərinin həmin dəyişikliklərdə yaratdığı yeniliklər hələ də kifayət qədər tədqiq olunmamışdır.

4. Müasir şəraitdə Azərbaycan Respublikasında sosial strukturun başlıca inkişaf meylləri


Elmi sosioloji ədəbiyyatda XX əsrin 90-cı illərinə kimi keçmiş sovet məkanına daxil olan respublikaların sosial strukturunun fəhlə sinfındən, kolxozçu kəndlilərdən və ziyalılardan ibarət olduğu göstərilirdi. Bütün respublikalarda fəhlə sinfinin əhalinin əksəriyyətini təşkil etdiyi elan olunurdu. Cəmiyyətin belə sosial strukturunun nə dərəcədə optimal olması barədə mühakimə yürütmək fikrində deyilik.
Lakin tamamilə aydındır ki, sözügedən üç üzvlü bölgü müasir cəmiyyətin sosial strukturunu tam əks etdirmir. Çünki son dövrdə burada çox mühüm dəyişikliklər gedir. Təbiidir ki, sosial struktur nəzəriyyəsi cəmiyyətin sosial strukturunun inkişafı dinamikasını adekvat əks etdirməlidir.
Təhlil göstərir ki, indi siniflərin, insan qruplarının və birliklərinin arasında yeni, daha insaniləşdirilmiş münasibətlər qərarlaşır, onlar arasında siyasi və digər sahələrdə sosial bərabərliyin güclənməsi özünü göstərir. Bu istiqamətdə təkamülü sosial strukturun inkişaf meyli adlandırırlar. Bu meyl özündə bir-biri ilə üzvi surətdə bağlı olan iki tərəfı - inteqrasiya və diferensiasiyanı ehtiva edir.
Sosial strukturun inkişaf meylinin məzmunu insan qrupları və birlikləri arasında onların köklü maraqları, həyat fəaliyyəti, həyat tərzi və cəmiyyətdə sosial vəziyyətinə görə təşəkkül tapan və getdikcə yetkinləşən obyektiv cəhətdən zəruri, sabit əlaqə və münasibətlər kimi ifadə olunur. Bu meylin statik baxımdan anlaşılması onun dinamikasında sosial cəhətdən qeyri-bərabər birliklər və insan qruplarının keyfiyyətcə dəyişməsi (mövcud sosial vəziyyətin yeniləşməsinin təsiri altında) ilə tamamlanır. Bu, nəticə etibarilə bəzi sosial birlik formalarının aradan çıxmasına, digərlərinin dəyişilmiş şəkildə qorunub saxlanılmasına, habelə yeni qrup və birliklərin yaranmasına gətirib çıxarır.
Mübaliğəsiz demək olar ki, Azərbaycanda da sosial struktura aid tədqiqatların əsas istiqaməti bu və ya digər dərəcədə «yüksək sinif - aşağı sinif» qütbləşməsinə yönəlmişdir. Bu mövqedən çıxış edənlər orta sinfin xarakterik xüsusiyyətlərini açmağa səy göstərir və sinfi qütbləşməni ən azı triada kimi (yüksək sinif - orta sinif - aşağı sinif) təqdim etməklə cəmiyyətin stabillik və davamlı inkişafına kömək etməyə çalışırlar12.
Cəmiyyətimizin yaşadığı indiki keçid dövründə sosial struktur keyfiyyətcə yeni məzmun kəsb edir. Bu dövrdə ictimai həyatın bütün sfera və tərəflərində həyata keçirilməkdə olan əsaslı islahatlar sosial strukturda prinsipial dəyişiklikləri şərtləndirir. Öncə göstərilməlidir ki, ölkəmizdə kolxozların ləğvi nəticəsində kolxozçu kəndli sinfi sosial arenadan silinib getmişdir. Digər bir meyl - ənənəvi fəhlə sinfınin sayının azalması, onun (habelə digər sinif və qrupların) hesabına orta təbəqələrin sayının artmasıdır. Bazar iqtisadiyyatının formalaşması, siyasi və mənəvi həyatın demokratikləşməsi müasir cəmiyyətin sosial strukturunu daha rəngarəng və çoxçalarlı edir.
Bir sözlə, totalitar rejimin qalıqlarının aradan qaldırılması və demokratik cəmiyyətin inkişafı prosesi sürətləndikcə sosial struktur daha çox açıq xarakter alır, sosial mobillik və mütəhərriklik güclənir.
Bununla yanaşı qeyd edilməlidir ki, müasir şəraitdə Azərbaycan cəmiyyətinin sosial strukturu özünün qeyrisabitliyi və dinamizmi ilə səciyyələnir. Azərbaycanın indiki sosial strukturu üçün istehsalla birbaşa bağlı olmayan marginal təbəqələrin (işsizlər, qaçqınlar, dilənçilər) xüsusi çəkisinin xeyli dərəcədə yüksək olması səciyyəvidir. Bununla yanaşı maddi cəhətdən ifrat qruplar - həddən artıq varlılar və həddən artıq yoxsullar diqqəti cəlb edir.
Bəzən də əhalinin müəyyən bir qismi özündən asılı olmayan səbəblərə görə tez-tez yerini dəyişməsi nəticəsində eyni vaxt ərzində bir neçə sosial statusda yaşamağa məcbur olur.
Beləliklə, diferensiasiyanın üstünlük təşkil etməsi meyli göz qabağındadır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, beynəlxalq standartlara görə, gəlirlər (ən varlıların 10%-nin və ən yoxsulların 10%-nin gəlirləri) arasında fərq 4-5 dəfədən artıq olmamalıdır.
Bu modeli rəhbər tutduqda, aparıcı Qərb ölkələrindən (orta sinfın üstünlük təşkil etdiyi - 60-70%-ə qədər) fərqli olaraq, Azərbaycan əsasən aşağı siniflə (təxminən 20-22%) təmsil olunmuşdur ki, onun da böyük hissəsini qaçqınlar və gənclər təşkil edir13. Lakin son dövrdə Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar nəticəsində orta sinfin formalaşması və inkişafı prosesi güclənir. Hazırda bu və ya digər ölkələrin xüsusiyyətindən asılı olaraq orta sinfə daxil etmənin müxtəlif meyarları təklif olunur. Məsələn, L. Belyayeva orta sinfı müəyyənləşdirərkən aşağıdakı üç göstəricini əsas meyar kimi götürür14.
1) özünü identifikasiya; 2) həyat səviyyəsi; 3) təhsil səviyyəsi.
Elmi ədəbiyyatda orta sinfı səciyyələndirən digər meyarlara da təsadüf edilir: 1) mövcud konkret cəmiyyət üçün götürülən gəlir səviyyəsi; 2) əhalinin maddi cəhətdən orta səviyyədə təmin olunmuş qrupları; 3) xırda mülkiyyətçilər və xırda firmaların rəhbərləri; 4) ali təhsilli mütəxəssislər (təhsil səviyyəsi və peşə bilikləri meyarı üzrə); 5) ali təhsili olmayan qulluqçular (aşağı orta sinif) və s.
Azərbaycanda orta sinfin möhkəmlənməsinə maneçilik yaradan əsas səbəblərdən biri odur ki, həyata keçirilən özəlləşdirmə xırda və orta mülkiyyətçilərin deyil, iri mülkiyyət sahiblərinin formalaşmasına kömək etmişdir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin