Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


MÖVZU № 20. Azərbaycan Respublikasının təhsil sistemində



Yüklə 1,1 Mb.
səhifə95/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   91   92   93   94   95   96   97   98   ...   114
SOS KONSP 2021

MÖVZU № 20. Azərbaycan Respublikasının təhsil sistemində
ziddiyyətlər islahatlar


PLAN:
1. Təhsil sisteminin strukturu
2. Az.Resp təhsil sistemində ziddiyyətlər islahatlar
Təhsil sistemi ölkə daxilində olan bütün təlim-tərbiyə müəssisələrinin məcmusudur. Buraya məktəbəqədər tərbiyə müəssisələrindən başlamış təhsil akademiyalarına qədər çox müxtəlif təhsil ocaqları daxildir. Təhsil sistemi üstqurum hadisəsi olub bazisə güclü təsir göstərir. O, tarixi şəraitdən, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. Təhsil sistemi cəmiyyətin strateji vəzifəsi kimi mühüm rol oynayır.
Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Təhsil Qanunu ilə tənzim olunur.
Təhsil sistemi demokratik prinsiplər əsasında qurulur. Bu prinsiplər aşağıdakılardan ibarətdir:
1. Təhsilin humanist xarakteri
2. Təhsilin demokratikləşdirilməsi və dövlət - ictimai xarakter daşıması
3. Təhsilin milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanması
4. Təhsilin elmi-dünyəvi xarakteri
5. Təhsildə varislik, fasiləsizlik, çeviklik
6. Təhsildə azadlıq və plüralizm
7. Təhsilin fərdiləşdirilməsi və diferensiallaşdırılması
8. Təhsil müəssisələrinin siyasi və dini qurumlardan asılı olmaması
Təhsil sisteminin quruluşu. Təhsil sisteminə aşağıdakı təhsil-tərbiyə müəssisələri daxildir:
1. Məktəbəqədər tərbiyə müəssisələri
2. Ümumtəhsil məktəbləri: dövlət və alternativ məktəblər (liseylər, gimnaziyalar, kolleclər və s.)
3. Peşə-ixtisas təhsili məktəbləri: a) texniki-peşə təhsili məktəbləri (peşə məktəbləri və liseylər); b) orta-ixtisas məktəbləri (texnikumlar, kolleclər); c) ali məktəblər (bakalavr, magistr, doktorantura pillələri)
4. Diplomdan sonrakı hazırlıq (staj keçmə, ordinatura, magistratura)
5. Məktəbdənkənar təlim-tərbiyə müəssisələri (xüsusiləşmiş və klub tipli müəssisələr)
6. İxtisasartırma və kadrların yenidən hazırlanması (institutlar, kurslar)
7. Sərbəst təhsil (kitabxanalar, mühazirə salonları, internet sistemi və s.).

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin