Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə93/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   89   90   91   92   93   94   95   96   ...   114
SOS KONSP 2021

2. SOSİOLOJİ TƏDQİQATLARIN PROQRAMI
Sosioloji tədqiqatların hazırlanması bəzilərinin düşündükləri kimi anketin tərtibindən deyil, proqramın tərtibindən başlanır. Tədqiqat proqramının elmi surətdə tərtibi böyük əhəmiyyət kəsb edir. Çünki tədqiqatın nəticələri xeyli dərəcədə bu sənədin səviyyəsindən asılıdır. Proqram sosioloqun həyata keçirdiyi prosedurların (informasiyanın toplanması, işlənməsi və təhlili) nəzəri-metodoloji əsasını təşkil edir.
Sosioloji tədqiqat proqramı özündə aşağıdakı cəhətləri birləşdirir: 1. Problemin, tədqiqat obyektinin və predmetinin müəyyən edilməsi. 2. Tədqiqatın xarakterinin, məqsəd və vəzifələrinin müəyyən edilməsi. 3. Əsas anlayışların irəli sürülərək izahının verilməsi. 4. Əməli fərziyyələrin irəli sürülməsi. 5. Tədqiqatın strateji planının hazırlanması. 6. Respondentlərin seçilməsi planının tərtibi. 7. Məlumatların toplanması metodlarının təsviri. 8. Məlumatların təhlili sxeminin təsviri. Proqramda nəzəri (metodoloji) və metodiki (prosedur) bölmələri fərqləndirmək olar. Bunlardan birincisinə problemin qoyuluşundan tutmuş respondentlərin seçilməsinə qədər olan cəhətlər, ikincisinə isə məlumatların toplanması, işlənməsi və təhlili aiddir. Birinci bölmə sosioloqdan əsaslı nəzəri hazırlıq tələb edir. O, tədqiqat obyektini məntiqi təhlilə məruz qoymağı bacarmalıdır. Proqramın ikinci bölməsi ilkin sosial informasiyanın toplanması metodlarının səciyyəsini müəyyən edir. Sosioloji tədqiqat planının tərtibinə çox ciddi yanaşılması tədqiqat prosesində və nəticələrin təhlili zamanı səhvlərdən yan keçməyə imkan verir. Sosioloji nəzəriyyənin işlənib hazırlanması və faktiki materialın toplanması bir-birinə paralel surətdə gedən proseslər olmayıb üzvi vəhdət təşkil edir. Buna görə də sosioloji tədqiqat proqramı aşağıdakı iki əsas suala cavab verməlidir: 1. Sosiologiyanın ilkin nəzəri müddəalarından necə konkret tədqiqatlara keçməli və onları tədqiqat vasitələrinə çevirməli? 2. Toplanmış empirik materiallar əsasında yenidən elə nəzəri ümumiləşdirmələr aparmalı ki, tədqiqat təkcə əməli təkliflərin irəli sürülməsi ilə kifayətlənməsin, həmçinin nəzəriyyənin özünün sonrakı inkişafı üçün əsas rolunu oynasın. Sosioloji tədqiqatlar üçün müəyyən edilən elmi problem sosial sistemlərin fəaliyyəti və inkişafı prosesində meydana gələn ziddiyyətləri, problemli sosial şəraiti bu və ya digər dərəcədə dəqiq əks etdirməlidir. Elmi problemdə cəmiyyətin müəyyən praktiki fəaliyyətə olan tələbatı barədə məlumatlı olması ilə bu fəaliyyətin yolları və vasitələrinin aşkara çıxarılması arasındakı ziddiyyət öz əksini tapır. Elmi problemin qoyuluşu müəyyən sosial sahənin öyrənilməmiş sferasının araşdırılmasını nəzərdə tutur. Sosial problemlər o qədər rəngarəngdir ki, onların bir çoxunun həlli məlum biliklər çərçivəsində mümkün olmur. Buna görə də onların həlli müəyyən nəzəri (fundamental) və tətbiqi tədqiqatların həyata keçirilməsini tələb edir. Nəticədə elmi-nəzəri ümumiləşdirmələr aparmaq və əməli tövsiyyələr irəli sürmək mümkün olur. Bəzən nəzəri sosioloji tədqiqatlar çox tez əməli təkliflər irəli sürməyə imkan vermədiyi üçün tətbiqi sosiologiya praktiki tövsiyyələr hazırlamaq üçün köhnə biliklərin köməyindən istifadə edir. 29 Lakin çox vaxt köhnə biliklər kifayət etmədiyi üçün sosioloji tədqiqatlar qarışıq xarakterli olur: o, həm əməli, həm də elmi-nəzəri problemləri həll edir. Məsələn, kadrların iş yerini tez-tez dəyişməsi problemi tədqiq olunarkən sosioloji tədqiqatlar bir tərəfdən problemi yaradan səbəbləri aşkara çıxarmağa, digər tərəfdən isə həmin səbəbləri aradan qaldırmağa imkan verən yolları tapmağa yönəlmişdir. Birinci halda diqqət mərkəzində problemin elmi aspekti, ikinci halda isə onun praktiki aspekti dayanır. Sosioloji tədqiqatların nəzəri, yaxud tətbiqi xarakter daşıması onun məqsədi ilə müəyyən olunur. Buna görə də proqram aşağıdakı suala dəqiq cavab verməlidir: tədqiqat hansı problemin həllinə və hansı nəticələrin əldə olunmasına həsr olunmuşdur? Sosioloji tədqiqatların məqsədi tədqiqatçılara və yaxud sifarişçi müəssisəyə tam aydın olmadıqda tədqiqatın yekunları barədə fikir ayrılıqları meydana gələ bilər. Buna görə də, münaqişədən yan keçmək və sosioloji tədqiqatların kompleks xarakterini qoruyub saxlamaq üçün əsas və ikinci dərəcəli vəzifələri müəyyən etmək lazımdır. Əsas vəzifələr tədqiqatın məqsədlərinə, ikinci dərəcəli vəzifələr isə gələcək tədqiqatların hazırlanması, metodiki vəzifələrin həlli, əməli fərziyyələrin yoxlanması işinə xidmət edir. Sosioloji tədqiqatların obyektini - insan birlikləri, onların sosial institutlar tərəfindən təşkil olunan fəaliyyəti və bu fəaliyyətin həyata keçdiyi şərait təşkil edir. Obyekt tədqiqatçıdan asılı olmayaraq müstəqil şəkildə mövcud olduğu halda tədqiqatın predmeti əksinə, tədqiqatçı tərəfindən formulə edilir. Predmet obyektin öyrənilmək üçün ayrılan tərəfinə deyilir. Sosioloji nəzəriyyə və sosial praktika nöqteyi-nəzərindən obyektin mühüm tərəfini təşkil edən cəhət ön plana çəkilməlidir. Deməli, hər bir obyekt müxtəlif tədqiqat predmetlərinə malikdir. Bu isə, onun obyektin hansı tərəfini əks etdirməsindən, məqsədindən, hansı problemin həllinə yönəlmiş olmasından asılıdır. Məsələn, miqrasiya proseslərinin tədqiqi zamanı tədqiqatın obyekti kimi müxtəlif ərazi vahidləri seçilə bilər. Tədqiqatın predmeti isə əhalinin bir yerdən başqa yerə köçməsi – miqrasiya prosesidir. Tədqiqat məqsədi – miqrasiya proseslərinin optimallaşdırılmasından ibarətdir. Vəzifə isə, bu optimallaşmanın yollarının tapılması (tətbiqi tədqiqatlar) və əhalinin miqrasiyasının qanunauyğunluqlarını müəyyən etməkdir (nəzəri tədqiqatlar). Sosioloji tədqiqatlarda eyni bir obyekti müxtəlif cür təsvir etmək mümkündür. Bu, hər dəfə tədqiqatın problemi və məqsədləri ilə müəyyən olunur. Hansı elementlərin və əlaqələrin aşkar olunmasından asılı olaraq onların qeydə alınması vasitələrinin seçimi baş verir, yəni məlumatların toplanması və təhlili metodikası və texnikası müəyyən olunur. Tədqiqatlar nəticəsində əldə olunmuş empirik məlumatlar reallıq haqqında yeni biliklər verir. Empirik məlumatlar dərk olunur, sosioloji nəzəriyyəyə daxil edilməklə onu təkmilləşdirir. Sosioloji tədqiqatlarda fərziyyələr sosial obyektlərin strukturu, bu obyektləri yaradan element və əlaqələrin xarakteri, onların fəaliyyəti və inkişafı haqqında əsaslandırılmış elmi gümanlardan ibarətdir. Elmi fərziyyə öyrənilən obyektin ilkin təhlili əsasında irəli sürülə bilər. Fərziyyələrin doğru, yaxud yanlış xarakter daşıması yalnız empirik sosioloji tədqiqatlar yolu ilə aşkara çıxarılır. Aparılan təcrübələr fərziyyəni təsdiq etdikdə o, nəzəriyyənin tərkib hissəsinə çevrilir. Nəzəri və tətbiqi tədqiqatlar arasında kəskin səddlər qoymaq olmaz. İstənilən nəzəri tədqiqatı tətbiqi tədqiqatlar səviyyəsinə qədər inkişaf etdirmək olar. Lakin heç də hər cür tətbiqi tədqiqatlardan nəzəri nəticələr əldə etmək mümkün olmur. Sosioloji tədqiqat proqramının ən mühüm tərkib hissələrindən birini anlayışların məntiqi təhlili təşkil edir. Proqramın bu bölməsində metodoloji prosedurlar tərtib olunur. Bu prosedurların əsas məqsədi tədqiqatda istifadə olunan əsas anlayışların məntiqi nizamını 30 qurmaqdan ibarətdir. Anlayışlar da əsas və qeyri-əsas ola bilər. Əsas anlayışlar tədqiqatın predmetinin müəyyən edilməsində aparıcı rol oynayırlar. Anlayışların məntiqi təhlili onların məzmunu və strukturunun dərindən və dəqiq izah olunmasını tələb edir. Bu elementlərin və əlaqələrin təhlili öyrənilən sosial hadisənin vəziyyəti haqqında (dinamikası, statikliyi) bütöv təsəvvür yaratmağa imkan verir. Yuxarıda göstərilən amillər sosioloji tədqiqat proqramının məzmun səciyyəsindən xəbər verir ki, bu da son nəticədə müvəffəqiyyəti təmin edir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin