Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Şəxsiyyətin sosial fəaliyyət mexanizmləri



Yüklə 1,1 Mb.
səhifə17/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   13   14   15   16   17   18   19   20   ...   114
SOS KONSP 2021

3. Şəxsiyyətin sosial fəaliyyət mexanizmləri


Şəxsiyyətin sosial fəaliyyətinin, sosial davranışının şərtlənməsində obyektiv həyat şəraiti həlledici məna kəsb edir. Bu şərait müəyyən tələbatlar və mənafelər doğurur. Mənafelər öz növbəsində insanlarda fəaliyyətə bu və ya digər motivləri formalaşdırır. Bu halda obyektiv şərtlənmə subyektiv şərtlənməyə keçir. Belə keçid üç qrup mexanizmləri birləşdirən fəaliyyətin nəticəsidir: a) insanın sosial fəaliyyətinin motivləşdirilməsi, yəni tələbatların mənafelər kimi dərk olunması; b) şəxsiyyətin mənafelərinin fəaliyyət məqsədinə çevrilməsi; c) insanın fərdi davranışı və münasibətləri.
Yeri gəlmişkən qeyd etmək olar ki, subyektiv şərtlənmədən obyektiv şərtlənməyə də keçid baş verir. Belə keçid iki qrupda birləşdirilə bilən mexanizmlər sayəsində mümkündür: a) fərdi davranışdan və fərdi münasibətlərdən şəxsiyyətlər qrupunun sosial davranışına və sosial münasibətlərinə keçilməsi; b) sosial qanunauyğunluqların sosial münasibətlərdə təzahürü. Bu münasibətlər, təbiidir ki, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində formalaşır.
Tələbatlar insanın xarici aləmdən obyektiv asılılığını ifadə edir. Buna görə də insanın bütün praktik fəaliyyəti tələbatların ödənilməsi forması kimi nəzərdən keçirilə bilər. Tələbatların ödənilməsinin real imkanlarını dərk etmək mühüm sosial məna kəsb edir.
Tələbatların müxtəlif növlərinin (məsələn, təbii və sosial tələbatlar; fərdin ailəyə, sosial birliklərə, istehsal və qeyri-istehsal fəaliyyəti sferalarına, bütövlükdə cəmiyyətin həyat fəaliyyətinə qoşulması ilə bağlı tələbatlar və s.) yığcam təhlili göstərir ki, insan tələbatlarının ali səviyyəsini sərvətlərin mənimsənilməsi təşkil edir.
Şəxsiyyətin mənafeyi bu və ya digər tələbatı ödəmək imkanından asılı olaraq, onun fəaliyyət istiqaməti kimi başa düşülə bilər. Sosial qanunların insanların fəaliyyətində təzahürü mənafelərlə vasitələnir, məhz onlarla özünə yol açır.
Sosiologiyada mənafelərin dörd tipini ayırd edirlər:


  1. Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin