Mövzu № Virtual Təlim Sistemi: mahiyyəti və əsas xüsusiyyətləri. Virtual Təhsil mühiti. Virtual online təhsil. Virtual təlim sistemi



Yüklə 1,24 Mb.
səhifə5/7
tarix28.11.2023
ölçüsü1,24 Mb.
#166984
1   2   3   4   5   6   7
Mehazirə 2. VTS

Şəkil 1.1.4. Mövcud e-universitetlərdə təhsil mühiti, idarə olunma prinsipləri
Mövcud e-universitetlərdə tədris mühitinin və idarəetmənin müasir vəziyyəti

E-təhsil mühitində cəmiyyətin təhsil maraqlarını maksimum təmin edən biznes


texnologiyasının hazırlanması, dünya təhsil bazarında yüksək paya sahib olmaq
üçün konkret fəaliyyət konsepsiyasının qəbul edilməsi, təhsil keyfiyyətinin klassik
universitetin təhsil keyfiyyətindən nəinki geri qalmaması, hətta iqtisadi və ekoloji s
əmərəliliyin təmin edilməsi, fərdi təhsil trayektoriyasının mümkünlüyü, tədris
vasitələrinin müxtəlif formalarda (elektron dərsliklər, audio vizual vasitələr,
təqdimatlar və s.) çatdırılma imkanlarının mümkünlüyü, çevik və çevriləbilən təhsil
mühitinin formalaşdırılma imkanları e-universitetin əsas üstünlükləri hesab edilə bilər.

Sadalanan şərtlər daxilində fəaliyyət göstərən e-universitetin diplomu beynəlxalq


səviyyədə məzunlarının bilik və bacarıqlarının sertifikatı olaraq tanınmasına
xidmət edərək onun yüksək keyfiyyətli brendinə çevrilə bilər .
Bəzi müəlliflər e-universiteti “elektron biliklər bankı” adlandırır və onun idarəetmə prinsipini bir neçə səviyyəyə ayırırlar:

Birinci idarəetmə səviyyəsi “elektron universitetin idarəedilməsi” adlanır.


Bu səviyyə ixtisasların idarə olunması, tələbələrin qeydiyyatı və qrupların idarə
olunması sistemlərindən ibarətdir.
İkinci idarəetmə səviyyəsi ixtisasların idarə edilməsi adlanır və müəllim kollektivinin formalaşdırılması, sessiyanın qrafikinin formalaşdırılması, e-sənəd dövriyyəsinin təşkili, e-kitabxananın idarə olunması, cari müvəffəqiyyətin analizi və tədrisin keyfiyyətinin monitorinqi sistemlərini əhatə edir.
Üçüncü səviyyə fənlərin idarə olunması səviyyəsidir ki, bu səviyyə də dərslərin
elektron formada hazırlanmasını, kurs üzrə elektron kitab kataloqunun formalaş-
dırılmasını, tədrisin gedişinə nəzarət və analizi təmin edən sistemlərin
işlənməsini, imtahan və məqbulların qəbul edilməsini təmin edən sistemləri özündə birləşdirir [59].


E-universitetlərdə təqdim olunan xidmətlər, funksiyalar və mövcud olan alt sistemlər. E-universitet layihəsi, tədris və inzibati-təsərrüfat fəaliyyətində kompleks idarəetmə sistemi olub, onun iş effektivliyini
yüksəltməli və modul-reytinq təhsil sistemi olan Bolonya prosesinə hamar keçidi
təmin etməlidir. Sistemin tətbiqi tələbələrin qeydiyyatı, axtarışı, qiymətləndirilməsi, eləcə də maliyyə və inzibati-təsərrüfat fəaliyyətində əmək sərfiyyatının azaldılmasını təmin etməli, tələbə və professor-müəllim heyəti üçün universitetin cazibədarlığını artırmalıdır.

Təhsilin idarəetmə sistemində biliklərin qiymətləndirilməsi əsas funksiya hesab


olunduğundan bu funksiya aşağıdakı məqsədlər üçün istifadə edilməlidir:

İlkin bilik səviyyəsinin qiymətləndirilməsi (giriş səviyyəsi); Tələbənin hazırlıq səviyyəsinin


təyin olunması (cari nəzarət); Yekun qiymətləndirməsi (bitirməyə nəzarət).

Tələbələrin bütün fəaliyyət mexanizmi elektron kart sistemi vasitəsilə qurulur.


Bu kartlarda tələbələr haqqında bütün informasiyalar “Abituriyent”, “Sessiya”,
“Əmrlər”, “Elektron imtahan” alt sistemlərindən yığılaraq saxlanılır [92].
E-universitetin tərkibinə daxil olan əsas informasiya sistemlərini 3 qrupa bölmək olar:


  1. tədris prosesinin idarə olunması,

  2. heyətin idarə olunması,

  3. böyük həcmli metodiki materialların və ictimai-təsərrüfat işlərinin idarə olunması və monitorinqi.

Tətbiq olunan sistem statusundan asılı olaraq universitet personalına müxtəlif xidmətlər göstərən proqramlar toplusundan ibarət olmalı və uzaq VEB girişini dəstəkləməlidir. E-Universitet bir neçə alt sistemin birləşməsindən ibarət olan böyük bir sistemdir. Bu sistemə əsasən “Abituriyent”, “Monitorinq”, “Elektron imtahan”, “Kontingent”, “Universitet barədə əmrlər”, “Kadrlar”, “Universitetin maliyyə fəaliyyəti”, “Elektron sənəd dövriyyəsi”, “Dərs yükü”, “Kitabxana”, “Universitetin fəaliyyət göstəriciləri”, “Sessiya”, “Məzunlara nəzarət” altsistemləri daxildir. Ümumiyyətlə universitetin bütün fəaliyyət sahələri şəbəkə texnologiyaları ilə əhatələnməlidir.


E-universitetin rəqabət qabiliyyəti sadalanan funksiyaları yerinə yetirən sistemlərin intellektuallığından bilavasitə asılıdır.


Mövcud elektron universitetlərdə tətbiq olunan alt sistem nümunələri.

Elektron universitetin hər bir alt sistemi ayrılıqda müstəqil müəlliflik işləridir. Texniki Rabitə və İnformatika Universitetində “Abituriyent” alt sistemi müvəffəqliyyətlə tətbiq olunaraq istifadə edilir.


Alt sistem universitetə qeydiyyat prosesini avtomatlaşdırmağa imkan verir. Sistem qeydiyyatdan keçmiş tələbələrin topladığı ballara uyğun olaraq universitetə qəbul prosesini həyata keçirir (Şəkil ).





Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin