Şəkil 1.1.1. YUNESCO-nun yeni təhsil konsepsiyasının infoqrafik təsviri “Ömür boyü təhsil”-in bünövrəsi hesab edilən informasiya savadlılığı anlayışı informasiya ehtiyacını hiss etmə, informasiyanı əldə etmə, analiz etmə, təhlil etmə, dəyərləndirmə, ötürmə, problemi həll etmə bacarığına sahib olma, bir sözlə “necə öyrənəcəyini bacarma” kimi xarakterizə edilir. Bu termini ilk dəfə Paul Zurkovski 1974-cü ildə istifadə etmişdir [17, 23, 26, 40, 60, 69, 125, 153, 162, 195].
Sərhədsiz təhsil prinsipi istənilən zaman, istənilən məkanda, hər bir kəs üçün təhsil imkanlarını özündə əks etdirir .
İnklüziv təhsil sərhədsiz təhsil prinsipinin tərkib hissəsi olub, əsasən fiziki sağlamlığı məhdud olan insanları əhatə edir. Bu təhsil formasında öyrədənlərin daha çox psixoloji hazırlığı nəzərə alınır [88, 100, 109, 166].
Bu prinsipləri ödəyən təhsil mühitini qurmaq yalnız məsafədən və ya distant təhsil vasitəsilə mümkündür.
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır [15].
Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimdə xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir [61, 117].
Distant təhsildə informasiyalar öyrənənlərə tədris materialları, elektron dərsliklər, televerilişlər və s. formalarda təqdim edilir ki, çap materialları ilə müqayisə etdikdə tədris materiallarının çatdırılmasında elektron tədris resurslarından istifadə interaktivlik, multimedia, modelləşdirmə, yaradıcılıq, ünsiyyət imkanları kimi beş potensial üstünlüyü ilə seçilir və kəmiyyət baxımından bu yüksəliş nəzəri biliklərdə 25-30%, praktik bacarıq və biliklərdə isə 40-50 % bəzən daha yüksək göstəricilərlə özünü göstərir [78, 120].
Distant təhsilin faydalarını belə sıralaya bilərik:
İqtisadi dəyərin təmin edilməsi, zamandan və məkandan asılılığın aradan qaldırılması, sinif mühitində olduğundan daha çox insanla ünsiyyət yaratmağın mümkünlüyü, inklüziv təhsilin təmin edilməsi, təhsil məhsuldarlığında artımın təmin edilməsi, eşitmə və vizual dizayn yolu ilə təhsildə inkişafın təmin edilməsi, məlumat və təcrübə mübadiləsində daha çox imkanların təmin edilməsi, kəsilməz və sərhədsiz təhsil imkanı verməsi, insanların inkişaflarının təqib edilib qiymətləndirilməsi, öyrədən və öyrənənin fərqli məkanda olmasına baxmayaraq internet vasitəsilə bir və ya ikitərəfli ünsiyyət qurmasının təmin edilməsi .
Distant təhsil prosesinin mahiyyətini şəkil 1.1.2 dəki kimi təsvir edə bilərik .
Dostları ilə paylaş: |