Şəkil 2. Distant təhsil sisteminin mahiyyəti.
Müasir distant təhsil texnologiyalarını 7 təsnifata ayırmaq olar ki, bu təsnifatların hər birinin üstünlüyü və çatışmazlıqları mövcuddur . Bəzi ədəbiyyatlarda distant təhsil sisteminin (DTS) struktur sxemi Şəkil 3-də olduğu kimi təklif edilir .
Distant təhsilin elektron, virtual, qiyabi formaları mövcuddur. Bu formaların ayrılıqda üstün və çatışmayan cəhətləri olsa da daha təkmil və müasir variantlarından biri elektron təhsil (e-təhsil) formasıdır. E-təhsil sinxron və asinxron formada həyata keçirilə bilər.
Şəkil 1.1.3. Rusiya təhsil mühiti üçün Distant təhsil sisteminin strukturu [108]. Müasir dünyanın tələblərini daha mükəmməl şəkildə ödəyə bilən təhsil forması
çevriləbilən təhsil formasıdır. Çevriləbilən təhsil formasında öyrənənin istəyindən asılı olaraq tədris prosesi müxtəlif dövrlərdə əyani, qiyabi və ya distant formada yerinə yetirilə bilər [57, 159].
Bütün bu sadalanan üstünlüklərin hamısı birlikdə virtual təhsil müəssisəsi mühitində mümkündür. Virtual təhsili “Öyrədənlə öyrənənin bir-birindən uzaqda yerləşdiyi vəziyyətdə rəsmi təhsil prosesi”, bu proseslərin yerinə yetirildiyi virtual məkanı isə e-təhsil müəssisəsi adlandırmaq olar [103].
Bu gün dünyada minlərlə e-təhsil müəssisələri mövcuddur ki, onları da fəaliyyət və kommersiya formasına görə müxtəlif dərəcələrə ayırmaq olar: ödənişsiz elektron tədris resursları, xeyriyyəçi və kommersiya fəaliyyətli təşkilatlar, onlayn və distant təhsil təqdim edən klassik universitetlər, kommersiya tədris müəssisələri, müştərək şirkətlər, ittifaqlar, birliklər, öyrədici portallar, korporativ virtual universitetlər və e-universitetlər.
17