Mövzu № Virtual Təlim Sistemi: mahiyyəti və əsas xüsusiyyətləri. Virtual Təhsil mühiti. Virtual online təhsil. Virtual təlim sistemi



Yüklə 1,24 Mb.
səhifə6/7
tarix28.11.2023
ölçüsü1,24 Mb.
#166984
1   2   3   4   5   6   7
Mehazirə 2. VTS

Şəkil 1.2.1. “Abituriyent” sisteminin struktur sxemi [64]
Uzaq Şərq Federal Universitetində tətbiq olunan e - universitet üçün "elektron təhsil" sisteminin iş prinsipini və struktur sxemini təqdim edir (Şəkil 1.2.2).


İnformasiya məkanına inteqrasiya olunmuş universitetlərin konseptual modellərinin


tədqiqi və təsnifləndirilməsi.
İnformasiya cəmiyyətində təşəkkül tapmış müxtəlif elektron
universitet modelləri mövcuddur. Bu modelləri xüsusiyyətlərinə görə beş qrupa bölmək olar:



  1. Bimodal və ya on-off-campus modeli;

  2. Ditant və ya off-campus modeli;

3..Konsorsium modeli;


4.Teleuniversitet modeli;


5.Virtual universitet modeli .



Bimodal sözü Azərbaycan dilində iki rejimli, ikimühitli, ikiformalı mənalarını kəsb edir. Bimodal konsepsiyasına əsaslanan e-universitetlərdə fənlərin ənənəvi qaydada tədris edilməsi ilə yanaşı elektron
formada distant təhsil də verilir. Bu cür universitetlərdə həm də inklüziv, cevriləbilən və
qarışıq təhsil mühiti formalaşdırmaq olar .

Çevriləbilən təhsilin ənənəvi universitetlərdə tətbiqi və inkişafı bir sıra


üstünlüklərlə səciyyələndirilir. Belə ki, klassik universitetlərdə distant təhsil:



  1. göstərilən xidmət spektrinin genişləndirməsinə imkan yaradır;




  1. qeyri-ənənəvi tədris kursları hazırlayan və təqdim edən digər təhsil

provayderlərinə (ölkə daxilində və ya xaricdə) qarşı rəqabət qabiliyyətliliyini artırır;





  1. bir çox halda özünü maliyyələşdirmə prinsipinə əsaslanaraq, kommersiya imkanlarının genişləndirməsinə şərait yaradır.

Lakin e-universitet klassik universitetin virtual, qeyri-kommersiya


ekvivalenti kimi də reallaşdırıla bilər .
Distant və açıq universitet tipli institusional təhsil modeli bimodal modeldən fərqli olaraq yalnız e-təhsil verməklə məşğul olur və bu universitetlərin ənənəvi kampusları olmur. Bu cür təhsil müəssisələrində fərdi təhsil siyasəti yürüdülür, təhsil proqramları distant təhsil texnologiyaları vasitəsi ilə reallaşdırılır və tələbələrə fərdi təhsil dərəcələri mənimsədilir. Bu tip təhsil müəssisələri öz “milli” xüsusiyyətlərinə sahib olur. Bu qrupdan olan bir çox universitetlər əsasən Böyük Britaniya Açıq Universitetinin “törəmələri” adlanırlar [49, 90, 94].



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin