Mövzu № Yeni dövr Qərbi Avropa fəlsəfəsi Yeni dövr fəlsəfəsi



Yüklə 39,64 Kb.
səhifə2/8
tarix22.05.2023
ölçüsü39,64 Kb.
#119240
1   2   3   4   5   6   7   8
6. Yeni dövr Qərbi Avropa fəlsəfəsi

Empiriklər. F.Bekon. Yeni dövr özünü ilk növbədə mənəvi sferada, xüsusilə fəlsəfədə göstərir. Sonra isə dəyişikliklər real gerçəkliyi də əhatə edir. Məhz bu planda Yeni dövr fəlsəfəsinin banisi ingilis filosofu Frensis Bekon (Baron Verulamskiy) hesab olunur.
Frensis Bekon (1561-1626) saray məmuru ailəsində dünyaya gəlib, Kembric Universitetində təhsil almış, bir müddət diplomatik fəaliyyətlə məşğul olub. 1618-ci ildə İngiltərənin lord-kansleri seçilmiş və ona Baron Verulamskiy titulu verilmişdir. Üç il sonra rüşvətxorluqda günahlandırılır və o, istefa verərək özünü bütünlüklə elmi-fəlsəfi və bədii yaradıcılığa həsr edir. Bəzi bioqrafları onun anonim yazdığı pyeslərin sonradan dahi ingilis dramaturqu Uilyam Şekspirin adına çıxıldığını iddia etmişlər.
Bekona görə, idrakın ali məqsədi təbiətin fəthi və insan həyatının kamilləşdirilməsi olmalıdır. O, mücərrəd biliklərin əksinə olaraq, insanı fəaliyyətə sövq edən praktiki biliklərin formalaşdırılmasını zəruri sayır.
Bir çox fəlsəfə tarixçiləri Bekonu elmi materializmin banisi və empirik tədqiqatların qəti tərəfdarı hesab edir. Lakin o da qeyd olunmalıdır ki, ingilis filosof fövqəltəbii dünyanın dərkində və insanın əxlaqi tərbiyəsində dinə böyük qiymət vermişdir. Digər bir tərəfdən, Yeni dövr fəlsəfəsində empirizmin, yəni biliklərin mənbəyinin hissi təcrübə olmasını iddia edən qnoseoloji cərəyanın tərəfdarı olmasına baxmayaraq, filosof ifrat empirizmi qəbul etmir. Ona görə, elmi bilik əldə etməyin üç yolu var: “hörümçək yolu”, “qarışqa yolu” və “arı yolu”.
1. “Hörümçək yolu” - həqiqətin, biliyin xalis zəkadan alınmasını bildirib rasionalizmi əks etdirir. Bu yolu gedənlər faktlara biganə qalır. Bu həm də sxolastikanın tənqidinə yönəlir: spekulyativ rasionalizm və anti-empirik təfəkkür tərzi inkar olunur.
2. “Qarışqa yolu” - bu dar, ifrat empirizmdir, o da rasionalizm kimi birtərəflidir. Bu yolla yalnız müxtəlif faktlar toplanır, lakin ümumiləşdirmələr aparılmır.
3. “Arı yolu” - yalnız bu yol həqiqidir. O, özündə birinci iki yolun ən üstün cəhətlərini birləşdirir: qarışqa kimi faktların toplanması və hörümçək kimi bu faktların zəka ilə emalı. Bu yol digər iki yolun qüsurlarından azaddır.
F.Bekon idrak prosesinin hansı yolla getməli olduğunu göstərməklə kifayətlənməyib, həm də insanın həqiqi bilik əldə etməsinə mane olan səbəbləri göstərmişdir. Bu səbəbləri “kabuslar” adlandıran filosof, onların dörd növünü qeyd etmişdir:
1. “Nəsil kabusu” - bu insanın öz təbiətindən, onun zəka və hisslərindən irəli gəlib fərdi səciyyə daşıyır. Buna misal olaraq, insanın təbiət haqqında insan həyatına analogiya üzrə mühakimə yürütməsini göstərmək olar. “Nəsil kabusunu” tam aradan qaldırmaq olmasa da, onu neytrallaşdırmaq mümkündür.
2. “Mağara kabusu” - fərdi səciyyəli səhvlər olub, insanın tərbiyəsi, zövqü, vərdişlərindən törəyir. Hər kəsin özünəməxsus “mağarası” olur. Bu kabusu fərdi təcrübəni korrektə edən kollektiv təcrübənin köməyilə aradan qaldırmaq olar.
3. “Bazar kabusu” - insanların verbal (dil) ünsiyyətindən törəyir. İnsanların böyük əksəriyyəti başa düşmür ki, söz ünsiyyətin gerçəkləşdiyi ad və yaxud işarədir. Söz şeyin əslində nə olduğunu bildirmir, şeyin insan üçün nə olduğunu bildirir. Səhvin aradan qaldırılması üçün başa düşmək lazımdır ki, mövcudluğun yüz faizlik obyektivliyi ilk növbədə fərdi şeylərin özünə məxsusdur. Deməli, təbiət haqqında gerçək elmi substansiya, keyfiyyət, hərəkət, iztirab, ağırlıq və s. kimi anlayışlardan istifadə etməklə qurmaq olmaz.

Yüklə 39,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin