Mövzu № Yeni dövr Qərbi Avropa fəlsəfəsi Yeni dövr fəlsəfəsi



Yüklə 39,64 Kb.
səhifə6/8
tarix22.05.2023
ölçüsü39,64 Kb.
#119240
1   2   3   4   5   6   7   8
6. Yeni dövr Qərbi Avropa fəlsəfəsi

Q.Leybnits. Alman filosofu, alim-riyaziyyatçı və hüquqşünası Qotfrid Leybnits (1646-1716) Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndəsi və Klassik alman fəlsəfəsinin carçılarından hesab olunur. O, kontinental rasionalizmin ardıcılı olmuşdur. Onun fəlsəfi tədqiqatlarında əsas sahələr substansiya problemi və idrak nəzəriyyəsi olmuşdur.
Substansiyalar haqqında Dekart və Spinozanın təklif etdikləri nəzəriyyələrlə tanış olan Leybnits onların kamil olmadıqları fikrinə gəlmişdir. O, nə Dekartın dualizmini, nə də Spinozanın monizmini qəbul etməmişdir. Onların əksinə olaraq, Leybnits plüralist (substansiyaların çoxluğu) mövqe tutmuş, və monadalar təlimini (monadologiya) irəli sürmüşdür.
Leybnits monadologiyasının əsas müddəaları belədir: bütün aləm vahid təbiətə malik olan sonsuz sayda substansiyalardan - monadalardan təşkil olunub. Monadalar sadədir, bölünməzdir, ölçüsüzdür, maddi-əşyavi deyil. Monadalar meyl, həvəs, qavrayış və təsəvvür kimi keyfiyyətlərə malikdir. Leybnits bütün monadaları dörd qrupa bölür:
- “çılpaq monadalar” – qeyri-üzvi təbiətin əsasında dayanırlar (daşlar, torpaq, faydalı qazıntılar);
- heyvan monadaları – özünüdərk inkişaf etməsə də, duyğulara malikdirlər;
- insan (can) monadaları – şüura, yaddaşa, zəkanın düşünmək kimi unikal bacarığına malikdirlər;
- Ali monada – Tanrıdır.
İdrak nəzəriyyəsində Leybnits empirizm və rasionalizmi barışdırmağa çalışmışdır.


II. Fransa Maarifçilik Fəlsəfəsi.
İctimai-fəlsəfi fikir tarixində XVIII əsri Maarifçilik dövrü adlandırırlar. Əvvəllər kiçik alimlər qrupunun “xüsusi mülkiyyəti” olan elmi biliklər bu dövrdə universitet və laboratoriyalar çərçivəsindən kənara çıxır və Avropanın böyük mədəniyyət mərkəzlərindəki kübar salonlarına toplaşan elitanın, o, cümlədən elm və fəlsəfənin son nailiyyətlərini bədii yaradıcılıqlarında populyar şəkildə şərh edən ədəbiyyatçıların müzakirə predmetinə çevrilir. İnsan zəkasının gücünə, onun hüdudsuz imkanlarına, iqtisadi və sosial rifah üçün şərait yaradan elmi tərəqqiyə İnam – Maarifçilik dövrünün pafosu bax budur.
F.Bekon, R.Dekart və T.Hobbsu müəyyən mənada Maarifçiliyin carçıları adlandırmaq olar. Belə ki, Orta əsrlər fəlsəfəsinin onlar tərəfindən başlanmış tənqidi, avtoritet və ənənəyə yox, zəkaya müraciət edilməsi XVIII əsrdə də davam etdirilir. Bu isə öz növbəsində XVIII əsrin zəka və işıq, azadlığın dirçəlişi, elm və incəsənətin çiçəklənməsi dövrü kimi səciyyələndirilməsinə rəvac vermişdir.
Lakin Maarifçilik dövrünün özünəməxsus xüsusiyyətləri də yox deyil. Əvvəla, XVIII əsrdə elmin praktika ilə əlaqəsi, onun ictimai faydalılığı daha qabarıq şəkildə özünü büruzə verir. İkincisi, İntibah dövrü və XVII əsr filosof və alimlərinin sxolastikaya qarşı yönəltdikləri tənqid indi metafizikaya qarşı yönəlir. Maarifçilərin inamına görə, XVI-XVII əsrdə orta əsrlər sxolastikasını əvəzləmiş metafizika aradan qaldırılmalıdır. Elmdə Nyutonun, fəlsəfədə Lokkun ardınca metafizik sistem olan karteziançılığın (Dekart fəlsəfi təliminin) kəskin tənqidi başlayır. Onlar metafizik sistemləri mücərrəd-nəzəri konstruksiyalara meyllənməkdə, təcrübə və eksperimentə biganəlikdə ittiham edirlər.
Maarifçilik bayrağında iki söz – elm və tərəqqi daha qabarıq hərflərlə yazılır. Həm də onlar sadə zəkaya yox – axı metafiziklər də zəkaya əsaslanırlar, – təcrübəyə əsaslanmış və təkcə dini mövhumatlardan deyil, həm də metafizik fövqəltəcrübi fərziyyələrdən də azad olan elmi zəkaya müraciət edirlər.
Maarifçilik fəlsəfəsi mahiyyətcə deistdir. “Deizm” fəlsəfi cərəyan olub, bu cərəyan tərəfdarları belə hesab edirlər ki, Tanrı bütün mövcudiyyətin yaradıcısı, hər şeyin ilkin səbəbidir. Lakin tanrı hər şeyi yaratdıqdan sonra dünyaya, insana, tarixin gedişinə müdaxilə etmir. Maarifçilər tanrı şəxsləşdirilməsinə və təbiətlə eyniləşdirilməsinin əleyhinə çıxış etmişlər.
Maarifçilik optimizminin tarixi şərti onun yeni yaranan və inkişaf edən industrial (sənaye) cəmiyyətinin əhval-ruhiyyəsini əks etdirməsi ilə bağlıdır. Təsadüfi deyil ki, Maarifçiliyin vətəni, digər ölkələrdən daha erkən industrial inkişaf yoluna qədəm qoymuş İngiltərə olmuşdur. Bir çox tədqiqatçılar əslində ümumavropa hadisəsi olan Maarifçiliyin İngiltərədə meydana gəldiyini, Fransada yüksək inkişaf səviyyəsinə çatdığını, Almaniyada yekunlaşdığını vurğulayırlar. Bu baxımdan ümumən Maarifçilik dedikdə XVIII əsr Fransa Maarifçiliyi hərəkatı nəzərdə tutulur. Bu hərəkatın ən görkəmli nümayəndələri: Volter, Monteskyö, Russo, Didro.
Bütövlükdə fransız maarifçilik fəlsəfəsini 3 istiqamət üzrə bölmək olar:

Yüklə 39,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin