III. fadə olunma üsuluna görə idarəetmənin hüquqi formaları aşağıdakı növlərə
bölünürlər:
−
sözlə deyilən (yazılı və şifahi);
−
konklyudent (işarə ilə).
darəetmə fəaliyyətinin hüquqi formalarının bu və ya digər ifadə olunma üsulunun
seçilməsi onun hüquqi xüsusiyyətlərinə əsasən edilir.
Hüquqyaratma fəaliyyətinin yeganə münasib ifadə üsulu kimi sözlə (şifahi) və ya
yazılı üsulunun adını çəkmək lazımdır. Dövlət idarəetmə subyektlərinin hüquqyaratma
fəaliyyətinin nəticəsi – rəsmi sənəd olan normativ-hüquqi aktdır.
Normativ akt yalnız özünün ″rəsmi yazılı sənəd″ təsvirində hüquq normalarının
daşıyıcısı olan, hüquqi forması kimi baxıla bilər.
Hüquqtətbiqetmə fəaliyyəti yazılı, şifahi və konklyudent üsullarla ifadə olunur.
darəetmənin hüquqtətbiqetmə fəaliyyətinin nəticəsinin ən geniş yayılmış ifadə
olunma üsulu – fərdi yazılı akt – sənəddir. O, əhəmiyyətli məsələlərin (işlərin) həllində
hüquqtətbiqetmənin təsbit edilməsində, o cümlədən onun sabitliyi və dəqiqliyi üçün istifadə
edilir.
Ş
ifahi üsul da geniş istifadə olunur (şifahi əmrlər, göstərişlər, sərəncamlar). Bu üsül,
ə
sasən, operativ xarakterli məsələlərin həlli zamanı tətbiq edilir.
Hüquqtətbiqetmə fəaliyyəti (idarəetmə subyektinin qərarı), həmçinin müəyyən jestlər,
siqnallar, hərəkətlər, işarələr və digər konklyudent hərəkətlər vasitəsi ilə ifadə oluna bilər.
darəetmə fəaliyyətinin qeyri-hüquqi formaları
darəetmə fəaliyyətinin qeyri-hüquqi formalarına təşkilati və maddi-texniki hərəkətlər
aiddir. darəetmə fəaliyyətinin hüquqi formaları kimi də qeyri-hüquqi formalar da idarəetmə
subyektlərinin səlahiyyətləri ilə bağlı olub, idarəetmənin məqsəd və vəzifələrinə uyğun
gəlməlidirlər. darəetmə fəaliyyətinin qeyri-hüquqi formalarının xüsusiyyəti ondan ibarətdir
ki, onlar bilavasitə hüquqi nəticə yaratmırlar.
darəetmənin qeyri-hüquqi formalarına aşağıdakıları aid etmək olar:
-
təşkilati hərəkətlərin görülməsi;
-
maddi-texniki hərəkətlərin görülməsi.
Təşkilati hərəkətlər – iclasların, müzakirələrin, yoxlamaların aparılması, qabaqcıl
təcrübənin yayılması, proqnozların hazırlanması, mühasibat və statistik qeydiyyatın
aparılması, sərgilərin təşkili, mətbuat konfranslarının keçirilməsi, əmək kollektivlərinin və
ictimai birliklərin nümayəndələri ilə görüşlərin keçirilməsi formasında ifadə oluna bilər.
Təşkilati tədbirlər konkret inzibati-hüquqi münasibətlərin yaranması və ləğv edilməsi
ilə bilavasitə bağlı deyillər. Onlar gündəlik idarəetmə fəaliyyətində həyata keçirilirlər.
Maddi-texniki hərəkətlər köməkçi əhəmiyyətə malikdir, lakin onların köməkliyi
ilə dövlət idarəetməsinin bütün formalarının həyata keçirilməsi maddi cəhətdən təmin edilir.
Məsələn: arayışların, hesabatların tərtib edilməsi, kargüzarlığın aparılması, sənədlərin tərtib
edilməsi, faktların qeydiyyatı, material və sənədlərin çoxaldılması və s. maddi-texniki
hərəkətlərə aid etmək olar.
132
Maddi-texniki hərəkətlər idarəetmə subyektlərinin işinin dəqiqliyinin və
effektivliyinin (səmərəliliyinin) təmin edilməsinə xidmət edir. Onlar idarəetmə prosesini
yüngülləşdirir, idarəçilik əməyi mədəniyyətini və səmərəliliyini artırırlar. darəetmə
prosesləri mürəkkəbləşdikcə maddi-texniki hərəkətlərin əhəmiyyəti və həcmi də artır.
Maddi-texniki hərəkətlərə polis işçilərinin, inzibati həbs haqqında qərarın icrası,
sərxoş halda olan şəxslərin polis orqanlarına gətirilməsi və inzibati tənbeh haqqında
qərarların icrası kimi hərəkətləri də aiddir. darəetmənin hüquqi və qeyri-hüquqi formalarının
təhlilini başa çatdıraraq qeyd etmək lazımdır ki, idarəetmə formalarının növlərə bölünməsi
şə
rtidir, çünki onlar bir-biri ilə sıx bağlıdır, bir-birinə qarışırlar və biri digərini tamamlayır.
Lakin onları fərqləndirmək lazımdır. Çünki onlar müxtəlif hüquqi əhəmiyyətə malikdirlər.
Onu da qeyd etmək lazımdır ki, idarəetmə fəaliyyətinin səmərəliliyi həmin formaların
bacarıqla uzlaşdırılmasından asılıdır. Birtərəfli qaydada hüquqi aktların qəbuluna
aludəçiliyin göstərilməsi onların təşkilati və maddi-texniki hərəkətlərlə təmin edilməməsi
hallarında müvafiq icra hakimiyyəti orqanını ″qanunvericilik orqanı″ formasına gətirib
çıxara bilər.
Təşkilati hərəkətlərə isə üstünlük verən və hüquqi vasitələrin əhəmiyyətini dərk
etməyən rəhbərlər onların qarşısında duran məsələləri həll edə və istənilən nəticəni ala
bilməzlər.Məlumdur ki, ədalət mühakiməsi daim özünün əsas əlaməti olan prosessual
formada həyata keçirilməlidir. darəetmə və icra hakimiyyəti isə prosessual formada ola və
olmaya da bilər. Buna müvafiq olaraq idarəetmənin prosessual və qeyri-prosessual
formalarını bir-birindən fərqləndirmək lazımdır.
Hüquqi prosesi prosessual normalarla tənzimlənən və konkret hüquqi işlərin həllinə
yönəlmiş səlahiyyətli subyektlərin hakimiyyət fəaliyyəti kimi başa düşmək olar. Bu anlayışı
açıqlayaraq, prosesin əsas əlamətlərini göstərmək olar:
Birinci, burada hakimiyyət səlahiyyətləri həyata keçirilir. Burada müvafiq
münasibətlərdə vətəndaşlar və təşkilatlar iştirak edir, lakin aparıcı rol hakimiyyət
daşıyıcısına məxsusdur. Onu da qeyd etmək lazımdır ki, prosesin gedişində hakimiyyət
səlahiyyətləri ″idarədən kənar″ işlərin həlli üçün istifadə edilir.
kinci, prosessual fəaliyyətin nəticəsində hüquqi işlər həll edilir (normativ aktın qəbul
edilməsi, sanksiyaların tətbiqi və s.). Buna görə də o, müxtəlif sənədlərlə rəsmiləşdirilir.
Üçüncü, prosesin iştirakçılarının hüquq və vəzifələri, hərəkətlərin ardıcıllığı və
müddəti, sənədlərin tərtib edilmə qaydaları, qərarın qəbulu, ondan şikayət vermə və icrası
qaydası prosessual normalarla tənzimlənir.
kinci suala yekun olaraq bir daha qeyd etmək istərdim ki:
1. Dövlət idarəetmə orqanlarının fəaliyyəti aşağıdakı formalarda özünü biruzə verir:
−
hüquqi forma;
−
qeyri-hüquqi forma.
2. darəetmənin hüquqi forması aşağıdakı növlərə bölünür:
−
hüquq yaratma (hüquq müəyyən etmə) fəaliyyəti;
−
hüquq tətbiqetmə fəaliyyəti;
−
hüquqi əhəmiyyət kəsb edən digər hərəkətlərin həyata keçirilməsi.
3. darəetmənin qeyri-hüquqi formalarına aşağıdakıları aid etmək olar:
-
təşkilati hərəkətlərin görülməsi;
-
maddi-texniki hərəkətlərin görülməsi.
133
Sual 3.
nzibati-hüquqi müqavilə
Mülki hüquq müqavilələrin iştirakçıları bərabər hüquqlu subyektlər olduğu halda
idarəetmə münasibətlərində isə ilk növbədə subyektlər hakimiyyət və tabeçilik
münasibətlərində olurlar. Hüquqi əlaqələrin prinsipcə müxtəlif olan bu növləri arasında
qarışıq tipli münasibətlər özünə yer tapır. Bu hüquq münasibətlərində hakimiyyət və hüquq
bərabərliyi bu və ya digər nisbətdə uzlaşır. Məsələn, sərnişinlərin daşınması haqqında mülki-
hüquqi müqavilə nəqliyyatda biletsiz getməyə görə bir tərəfin inzibati cərimənin tətbiq etmə
hüququ ilə bağlıdır (Azər. Res. XM, m. 149).
nzibati müqavilə əqd növü olub, burada tərəflərin hüquq bərabərliyi razılaşan
tərəflərin birinin və yaxud hər ikisinin hakimiyyət səlahiyyətləri ilə bağlıdır.
Dövlət hakimiyyəti orqanları öz fəaliyyətində bir tərəfli hərəkətləri ilə yanaşı,
tərəflərin razılığına əsaslanan iki tərəfli aktlardan da istifadə edir. Bunlara isə inzibati
müqavilələr də aiddirlər.
Ə
qdlərin növ müxtəlifliyini nəzərə alaraq, inzibati-hüquqi müqavilələr ictimai
maraqları təmin edən idarəetmə münasibətlərin fərdi nizamasalma vasitələridir. Lakin, hüquq
normalarından fərqli olaraq, inzibati müqavilələrlə müəyyən edilən qaydalar, yalnız onların
tərəfləri üçün mütləqdir bəzi hallarda isə onlara tabe olan təşkilatlar üçün mütləqdir.
nzibati və mülki müqavilələr arasında xeyli fərqlər vardır. Bunlar aşağıdakılardır:
inzibati müqavilələr bir qayda olaraq ″təşkilati″ məzmuna malikdir, onların
məqsədi ictimai əhəmiyyətli nəticələrə nail olmaqdır;
inzibati müqavilə həmişə müvafiq məsələlərin həllində müəyyən müs-təqilliyə
malik olan subyektlərin fəaliyyətinin hüquqi forması kimi çıxış edir. Hətta, onlar
″
hakimiyyət-tabeçilik″ münasibətlərində olmasalar da, tərəflərin hüquq və vəzifələri bərabər
deyil, çünki söhbət əmlak səlahiyyətlərindən yox, idarəetmə səlahiyyətlərindən gedir.
Müqavilənin tərəflərindən biri inzibati hakimiyyətin subyektləridir və müqavilə inzibati
hüququn subyektləri arasında bağlanılır;
Azərbaycan Respublikasında inzibati müqavilə məhkəmə müdafiəsi ilə təmin
edilmir və tərəflərdən biri və ya hər ikisinin öz üzərlərinə götürdükləri vəzifələrin yerinə
yetirilməməsi əmlak sanksiyalarının tətbiqinə səbəb olmur;
inzibati müqavilə inzibati orqan tərəfindən öz vəzifələrinin həyata keçirilməsi
vasitəsi kimi çıxış edir;
inzibati müqavilələrin normativ bazasını mülki hüquq normaları yox, inzibati
hüquq normaları təşkil edirlər.
Mövcüd olan inzibati hüquq normaları müqavilələrin konkret növlərinin məqsədli
istiqamət daşıması tələbini özündə cəmləşdirir, onların iştirakçılarının tərkibinə, əqdlərin
formasına dair tələbləri müəyyənləşdirir.
Məzmununa görə inzibati hüquqi müqavilələrin aşağıdakı növləri vardır:
a) səlahiyyətlər haqqında olan müqavilələr (yəni səlahiyyətlərin məhdudlaşdırılması,
səlahiyyətlərin verilməsi və s.);
b) müştərək (birgə) fəaliyyət haqqında olan müqavilələr (normayaradıcılığı,
hüquqtətbiqetmə, xidmət etmək haqqında və s.);
c) dövlət sifarişlərinin yerinə yetirilməsi haqqında olan müqavilələr və s.
nzibati-hüquqi müqavilələr aşağıdakı subyektlər arasında bağlana bilər:
−
icra hakimiyyətinin subyektləri arasında;
134
−
icra hakimiyyəti subyektləri və digər dövlət və bələdiyyə təşkilatları arasında;
−
icra hakimiyyəti subyektləri və qeyri-hökumət təşkilatları arasında;
−
icra hakimiyyəti subyektləri və vətəndaşlar arasında.
Subyektlərin qarşılıqlı münasibətlərindən asılı olaraq 2 tip inzibati müqavilələri
ayırmaq lazımdır:
bir-birinə qarşı hakimiyyət səlahiyyətlərinə malik olmayan subyektlər arasında
bağlanan inzibati müqavilələr;
əks tərəfə qarşı münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olan subyektlər
arasında bağlanan inzibati müqavilələr.
Başqa sözlə şaquli və üfiqi tipli müqavilələr haqqında danışmaq olar. Şaquli
müqavilələrə aşağdakılar daha xasdır:
−
hakimiyyət səlahiyyətlərinə malik olan tərəflərin müəyyən üstünlüyü (məsələn,
digər tərəfi təlimatlandırma hüququ, göstərişlərinin yerinə yetirilməsini yoxlamaq hüququ,
müqavilənin şərtlərini dəyişmək hüququ, onu birtərəfli qaydada ləğv etmək hüququ);
−
digər tərəfin ″maliyyə müvazinətinə″ olan hüququ. Əgər ″maliyyə bərabərliyi″nin
pozulması hakimiyyət subyektinin təqsiri hesab edilə bilməyən şəraitin nəticəsində
yaranmışdırsa (vergi qanunvericiliyinin dəyişməsi və s.), onda ″maliyyə bərabərliyi″nin
bərpa edilməsi vəzifəsi hakimiyyət səlahiyyətli subyektinə həvalə edilmir.
Müqavilənin 3 əsas şərti: müstəqilliyi, dəyişməzliyi və tərəflərin bərabərliyi təmin
edilməyən hallarda, inzibati-hüquqi münasibətləri yaradan, dəyişən və ləğv edən hüquqi fakt
kimi inzibati müqavilələri istifadə etmək məsqədəuyğundurmu kimi sualı yaranır. Belə suala
cavab müsbət olmalıdır.
Ə
gər müqavilə ilə şaquli, yaxud ierarxiya əlaqəsi yaranarsa, onda aşağıda duran
idarəetmənin obyekti müqavilə münasibətlərinin subyektinə çevrilir. Buna görə də, o, öz
imkanlarını təhlil etməli, öz tələb və öhdəliklərini anlamalı və onları əsaslandırmağa
çalışmalıdır. Onu dinləyəcəklər və onun rəyi müəyyən dərəcədə nəzərə alınacaq, bu da işin
hallarını, yaranmış şəraiti, əks tərəfin imkanlarını lazımi səviyyədə öyrəndikdən sonra
idarəetmə qərarın qəbul edilməsinə şərait yaratmış olur.
Aidiyyəti olan subyekt isə qəbul edilən qərarların məqsədəuyğunluğunu daha yaxşı və
düzgün başa düşəcək. Başqa sözlə desək, müqavilənin hazırlama prosesi yuxarıda duran
tərəfə onun qarışacağı vəziyyəti daha da yaxşı təhlil et-məyə, aşağı tərəfə isə öz tələblərini
ə
saslandırmağa və müqaviləyə daxil edilən şərtləri başa düşmək üçün imkan verir. Və bu
müqavilələr əsasında yaranan münasibətlər, hakimiyyət başlanğıcı əsasında yarananlara
nisbətən daha de-mokratik olur. Bir çox halda müqavilə vasitəsi ilə inzibati akt dəyişdirilə
bilər. Müqavilənin pozulmasına görə nəinki ictimai, həm də intizam, siyasi, bir sıra hallarda
isə maddi, maliyyə təsir tədbirləri, güzəştlərin ləğv edilməsi, icazəli (lisenziyalı)
fəaliyyətinin dayandırılması kimi tədbirlərin tətbiq edilməsi mümkün olur.
N Ə T C Ə
Bu günki mühazirənin sonunda qeyd etmək istərdim ki, biz icra hakimiyyətinin həyata
keçirilməsinin əsas formalarını nəzərdən keçirdik.
Sizin aldığınız biliklər sizə sonrakı fəaliyyətinizdə lazım olacaq, çünki Siz də gələcək
hüquqşünas kimi icra hakimiyyətinin hansı formalarda həyata keçirilməsinin əsaslarını və
qaydalarını bilməlisiniz.
135
kinci tərəfdən hüquq mühafizə orqanlarının qarşısında duran vəzifələrin dairəsindən,
məzmun və xüsusiyyətlərindən asılı olaraq, həmin vəzifələri həyata keçirən zaman
idarəetmənin müxtəlif növlü inzibati-hüquqi formalarından istifadə edilir. Ona görə də
qarşıda duran vəzifələrin həyata keçirilməsində istifadə olunan hər bir inzibati-hüquqi forma
yalnız qanun çərçivəsində və qanuçuluğa riayət edilməklə həyata keçirilməlidir.
Qanunun bu tələblərinə riayət edilməsi üçün də bizim bu günki mühazirəmizdə əldə
etdiyimiz biliklər sizin gələcək fəaliyyətinizdə həm nəzəri, həm də təcrübi cəhətdən böyük
ə
həmiyyət kəsb edir.
Mövzu № 9: ″″″″ cra hakimiyyə tinin realizə sinin inzibati-hüquqi metodları″″″″
P L A N :
G R Ş
1.
cra hakimiyyətinin realizəsinin inzibati-hüquqi metodlarının anlayışı, mahiyyəti və
onların növləri.
2.
nzibati məcburetmə.
3.
Xüsusi inzibati-hüquqi rejimlərin anlayışı, mahiyyəti və növləri.
NƏ T CƏ
Ə
D Ə B Y Y A T :
1.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995.
2.
″Fövqəladə vəziyyət haqqında″ Azərbaycan Respublikasının Qanunu, 04.02.92-cü il
(sonrakı əlavə və dəyişikliklərlə).
3.
″Hərbi vəziyyət haqqında″ 06.01.94-cü il tarixli Azərbaycan Respublikasının Qanunu.
4.
″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il.
5.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
6.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
7.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ 1 hissə. Dərs vəsaiti. Bakı,
2007.
8.
″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı, 2002.
9.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
10.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
G R Ş
Bu mühazirədə icra hakimiyyəti öz məqsədinə çatmaq üçün özünün fəaliyyətində
istifadə edilən icra hakimiyyətinin realizəsinin inzibati-hüquqi metodlarını nəzərdən
keçirəcəyik. nandırma və məcburetmə yolu ilə həyata keçirilən inzibati-hüquqi metodların
məqsədini, əsaslarını və tətbiqi qaydalarını, həmçinin, inandırma və məcburetmənin anlayışı
və növlərini, onların həyata keçirilməsi forma və metodlarını araşdıracağıq.
Bu günkü mühazirəmizin mövzusunun mahiyyəti bir də ondan ibarətdir ki, onun
planını təşkil edən sualların açıqlanması vasitəsilə Azərbaycan Respublikasının
136
Konstitusiyasının 111 və 112-ci maddələrinə əsasən hərbi və fövqəladə vəziyyətlərdə icra
hakimiyyətinin həyata keçirilməsi zamanı istifadə olunan metodların seçilməsi və onların
tətbiq edilməsi qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilmiş olar.
Digər tərəfdən isə belə vəziyyətlərdə icra hakimiyyətinin həyata keçirilməsi zamanı
imstifadə olunan idarəetmənin ikinci əsas metodu olan məcburetmə metodundan istifadə
edrəkən qanunun aliliyinə ciddi riayət etmək qanunçuluğun əsas tələblərindən biridir.
Gələcəkdə hüquq mühafizə orqanlarının əməkdaşları kimi bilməlisiniz ki,
Azərbaycanda qəbul edilən qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası
vətəndaşların nəzərinə çatdırılır və onların yerinə yetirilməsi və riayət olunması inandırma
metodları ilə həyata keçirilir. Onlar yerinə yetirilmədikdə və ya pozulduqda, dövlətin
məcburetmə qüvvəsi ilə təmin edilirlər, həmçinin qeyd etmək lazımdır ki, idarəçiliyin
inzibati-hüquqi metodlarının tətbiqi Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə dəqiq və dürüst riayət olunmasına əsaslanır. Onların tətbiq edilməsi
həmçinin, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli ″ nsan və
vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi üzrə tədbirlər haqqında″ Fərmanından
irəli gələn tələblərə də əsaslanmalıdır. Çünki, onların tətbiqi şəxslərə qarşı mənəvi, maddi və
ya fiziki tədbirlərin tətbiqi ilə bağlıdır. Lakin, onların tətbiqi vətəndaşlar tərəfindən
qanunçuluğun tələblərinin yerinə yetirməməsi ilə bağlıdır və Azərbaycan Respublikasının
Konstitusiyasının 12-ci maddəsində göstərilən dövlətin ali məqsədinə çatmasına
yönəldilmişdir. Dövlətin ali məqsədi ″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin
edilməsi – dövlətin ali məqsədidir″.
Sual 1. ″″″″ cra hakimiyyə tinin realizə sinin inzibati-hüquqi metodlarının anlayış ı,
mahiyyə ti və onların növlə ri″″″″
Ümumi qəbul olunmuş mənada metod – nəyinsə həyata keçirilməsinin üsul və fəndləri
başa düşülür. Dövlət idarəetmə fəaliyyətinə uyğun olaraq, metod – dedikdə, müəyyən
olunmuş hədlərdə və müvafiq formada, təhkim edilmiş səlahiyyətlər əsasında icra
hakimiyyəti orqanlarının (vəzifəli şəxslərin) gündəlik fəaliyyətində icra hakimiyyətinin
vəzifə və funksiyalarının həyata keçirilməsinin praktiki üsul və fəndləri başa düşülür. Belə
anlayışda metod – icra hakimiyyətinin fəaliyyəti haqqında, idarəçilik funksiyalarının necə
həyata keçirilməsi haqqında və bu zaman hansı vasitələrdən istifadə olunması haqqında
lazımi məlumatlar almağa imkan verir. Bu kateqoriya buna əsasən icra hakimiyyətinin
həyata keçirilməsi prosesinin mahiyyətinin xarakteristikasına aid edilir və onun vacib
elementlərindən biridir.
darəetmə metodu dövlət idarəetmə fəaliyyətinin funksiyalarını həyata keçirmə üsulu,
icra hakimiyyəti orqanının öz məqsədinə çatmaq üçün idarə olunan obyektlərə təsiretmə
vasitəsidir.
stənilən fəaliyyətin metodları müxtəlifdir. Eyni dərəcədə bu həm də, idarəetmə
metodlarına da aiddir, çünki, öz təyinatına görə həm icra hakimiyyəti subyektləri, həm də
onların təsiri altında olan obyektlər müxtəlifdir. Onların hər ikisi özlərinin təyinatı və
təşkilati-hüquqi statusuna münasibətdə öz xüsusiyyətlərinə malikdirlər.
darəetmə metodlarına əsasən aşağıdakılar xasdır:
-
onlar vahid dövlət hakimiyyətinin praktiki həyata keçirilməsinin xüsusi variantı
kimi, bu növ dövlət fəaliyyətinin məqsədli təyinatı ilə bağlıdırlar;
137
-
onlar icra hakimiyyəti subyektlərinin müvafiq obyektlərə idarəetmə təsirini ifadə
edirlər;
-
onlar icra hakimiyyətinin həyata keçirilməsinin bilavasitə praktiki forması kimi
dövlət idarəetməsinin subyekt və obyektləri arasındakı əlaqələrdə ifadə olunurlar;
-
onlar icra hakimiyyəti subyektləri tərəfindən səlahiyyətlərinin həyata keçirilməsi
vasitəsi kimi istifadə olunurlar;
-
idarəetmə metodu daimi müvafiq ünvançıya, yəni obyektə malikdir (fərdi və ya
kollektiv);
-
idarəetmə metodu daimi dövləti səlahiyyətlərin və hüquqi hakimiyyət xarakterli
icra səlahiyyətlərini bilavasitə ifadə edir;
-
idarəetmə metodlarına ifadə olunmasının hüquqi forması xasdır;
-
idarəetmə təsirin konkret metodlarının seçilməsi nəinki icra hakimiyyəti
subyektlərinin təşkilati-hüquqi statusunun xüsusiyyətlərindən, həm də idarəetmə obyektinin
xüsusiyyətlərindən asılıdır (məsələn: mülkiyyət forması və s.).
Beləliklə, özünün əsas göstəriciləri üzrə, idarəetmə metodu məqsədyönlü idarəetmə
(təsiretmə) vasitəsidir. Onun dərk olunmasına belə yanaşma, onu idarəetmə xarakterli ictimai
münasibətlərinin hüquqi nizamlanma metodu ilə yaxınlaşdırır. Onların hər ikisi nizamlayıcı
vasitələrdir, yəni inzibati-hüquqi sərəncamların, qadağanların və icazələrin ″daşıyıcısı″
rolunda ifadə olunurlar. Lakin, ″vurğular″ bu zaman müxtəlif olur: çünki, söhbət ya prinsipcə
hüququn bütün sahələri üçün eyni olan hüquqi nizamasalma metodlarından gedir, ya da
konkret icra orqanları tərəfindən onların qarşısında duran gündəlik vəzifələri həll etmək üçün
istifadə edilən idarəetmə üsulların məcmusundan gedir.
Hüquqi nizamasalma metodları bu orqanlar da daxil olmaqla, nizamasalınan ictimai
münasibətlərin bütün iştirakçılarına aid edilir.
darəetmə metodları isə yalnız icra hakimiyyəti orqanları tərəfindən istifadə edilirlər.
Lakin, bu da onların eyniləşdirilməsinə gətirir. Özünün hüquqi ifadə olunma
formasına görə idarəetmə metodu hüquqi nizamasalma metodu ilə eyni də ola bilər. Bunun
üçün o, mütləq normativ-hüquqi formada tərtib olunmalı və ifadə olunmalıdır, belə ki,
hüquqi nizamasalma daimi normativ xarakter daşıyır.
Dövlət
idarəetmə
fəaliyyətinin
metodlarının
inzibati-hüquqi
nizamasalma
metodlarından seçilməsi mütləqdir. Qeyd etmək lazımdır ki, inzibati-hüquqi nizamasalma
metodu – inzibati hüququn funksiyasıdır, idarəetmə metodu isə inzibati hüququn subyektinin
funksiyasıdır, bütün subyektlərin yox, yalnız icra hakimiyyətinin (dövlət idarəetməsinin)
subyektlərinin.
darəetmə metodu icra hakimiyyəti orqanı tərəfindən müvafiq obyektə bilavasitə
idarəetmə təsir vasitəsi olub, o, özündə müxtəlif hüquqi hakimiyyət səlahiyyətləri daşıyır.
cra hakimiyyətinin orqanları (vəzifəli şəxsləri) fəaliyyətlərində müxtəlif vasitələr
məcmusundan istifadə edirlər. Bu vasitələr də, öz növbəsində idarəetmə təsirinin həyata
keçirilməsinə xidmət edir. Lakin, bu vasitələrin heç də hamısında idarəetmə təsiri öz
ifadəsini tapmır. Bununla belə, onlar idarəetmə metodları kimi təsnifləşdirilirlər.
darəetmə orqanlarının işində istifadə olunan və idarəetmə təsirini özündə daşımayan
vasitələrin əhəmiyyəti sözsüzdür. Onlar idarəetmə ilə bağlı olmayan vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar istifadə edilirlər. Burada müxtəlif metodlar istifadə olunur – sosioloji,
riyazi, qrafiki və s. Bu metodlar qərar qəbul edilənə qədər, onun daha effektiv variantının
seçilməsi üçün, istifadə edilir. Bunlarda idarəetmə təsiri hələ yoxdur, o, öz əksini gələcək
138
idarəetmə qərarında tapacaq. Eyni ilə bu formada idarəetmə xarakterli digər hərəkətləri də
xarakterizə etmək olar. Məsələn, idarəetmə qərarlarını qəbul etmə üsulları (kollegial,
təkbaşına, razılaşma əsasında, birgə və s.)
darəetmə orqanların aparatında, onların struktur bölmələri və ayrı-ayrı vəzifəli
şə
xsləri arasında səlahiyyətlərin və məsuliyyətlərin bölüşdürülməsi də baş verir. Burada
idarəetmə işinin üsul və fəndləri üzə çıxır. Lakin, onları idarəetmə metodları kimi qəbul
etmək üçün əsas yoxdur, çünki onların hamısı bilavasitə idarəetmə təsirini ifadə etmirlər.
Eyni zamanda, burada idarəetmənin obyektləri və subyektləri arasında münasibətlər yoxdur,
çünki, həmin hərəkətlər müvafiq icra hakimiyyəti orqanın aparatı çərçivəsində istifadə edilir.
Ə
gər bunlarda idarəetmə təsiri yoxdursa, deməli, idarəetmə metodları da yoxdur. Elə buna
görə də riyazi, qrafiki, sosioloji, təhqiqat, tərbiyəvi metodlarını müstəqil idarəetmə metodları
kimi adlandırmaq olmaz. Bu növ hərəkətlər öz xarici ifadəsini bir qayda olaraq dövlət
idarəetməsinin qeyri-hüquqi formalarında tapan və xarici hüquqi nəticələr yaratmayan
(idarəetmənin obyektinə təsir göstərməyən) təşkilati tədbirlərə aid etmək olar.
Beləliklə, aşağıdakıları ayırmaq lazımdır:
a) idarəetmənin təsiretmə metodları daimi xarici hüquqi-hakimiyyət əhəmiyyətinə və
iradəsinə malikdirlər, onlar idarəetmə metodlarıdırlar;
b) idarəetmə aparatının işinin təşkili metodları: onlar yalnız aparatdaxili əhəmiyyət
daşıyırlar;
c) ayrı-ayrı idarəetmə hərəkətlərinin həyata keçirmə metodları bu prosedur xarakterli
metodlardır.
Bunlardan birinciləri – inzibati-hüquqi metodlardır və bunlarda dövlət idarəetmə
fəaliyyətinə xas olan bütün əsas keyfiyyətlər öz əksini tapır. cra hakimiyyətin subyektlərinin
ixtiyarında olan bu növ metodların köməyi ilə obyektə edilən idarəetmə təsiri idarəetmənin
inzibati-hüquqi formalarından istifadə etməklə həyata keçirilir. Bunlardan da inzibati-hüquqi
formalar və inzibati-hüquqi metodlar arasında olan birbaşa əlaqə üzə çarpır. Bir qayda olaraq
idarəetmənin bu və ya digər metodu öz əksini hüquqi aktlarda tapır.
Dostları ilə paylaş: |