Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə12/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

105 


 

Mövzu  7: ″″″″Dövlət qulluğu və dövlət qulluqçuları″″″″ 

 

P L A N : 

     G R Ş 

1.

  Dövlət qulluğu anlayışı, əsas vəzifələri və prinsipləri. 



2.

  Dövlət qulluqçusu anlayışı, onun növləri və hüquqi statusu. 

3.

  Dövlət qulluğu keçmə anlayışı və onun mərhələləri. Dövlət qulluğunun şərtləri. 



     NƏT CƏ 

 

Ə



 D Ə B   Y Y A T : 

 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası.  



2.

  Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsi. Bakı, 2001. 

3.

  Azərbaycan Respublikasnını Əmək Məcəlləsi.  



4.

  ″Dövlət  qulluğu  haqqında″  Azərbaycan  Respublikasının  Qanunu.  21  iyul  2000-ci  il 

(sonrakı əlavə və dəyişikliklərlə) 

5.

  ″Azərbaycan Respublikasının Dövlət Qulluğunu  darəetmə Şurası haqqında Əsasnamə″. 



Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli Qanunu ilə təsdiq edilmişdir. 

6.

  ″Azərbaycan  Respublikasının  daxili  işlər  orqanlarında  xidmət  keçmə  barədə 



Ə

sasnamə″nin  təsdiq  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanununun  təsdiq 

edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 18 iyul 2001-ci il. 

7.

  ″Hərbi  quluqçuların  dövlətə  vurduqları  ziyana  görə  maddi  məsuliyyəti  haqqında 



Ə

sasnamənin təsdiqi haqqında″ Azərbaycan Respublikasının 10 yanvar 1995-ci il tarixli 

Qanunu. 

8.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



9.

   E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

10.

 V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″  1 hissə. Dərs vəsaiti. Bakı, 



2007.      

11.


 ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  

12.


 E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 

13.


  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 

 

G   R   Ş 



 

12  noyabr  1995-ci  il  tarixində  ümumxalq  səsverməsi  -  referendum  olu  ilə  qəbul 

olunmuş  Azərbaycan  Respublikasının  Konstitusiyası  əsas  verir  ki,  Azərbaycan 

Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malik olsunlar. 

Konstitusiyanın  55-ci  maddəsinin  1-ci  bəndinə  əsasən  müəyyən  edilmişdir  ki, 

Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət  idarə  olunmasında  iştirak  etmək  hüququ 

vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələrin vasitəsi ilə həyata keçirə bilər. 

Konstitusiyanın 55-ci maddəsinin 2-ci bəndinə əsasən isə Azərbaycan Respublikasının 

vətəndaşları  dövlət  orqanlarında  qulluq  etmək  imkanına  malikdirlər.  Dövlət  orqanlarının 

vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasında təyin edilirlər. Əcnəbilər 

və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul 


 

106 


 

edilə  bilərlər.  Konstitusiyamızın  bu  müddəalarının  həyata  keçirilməsinin  təmin  edilməsi 

məqsədi ilə ″Dövlət qulluğu haqqında″ Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli 

Qanunu qəbul edilmişdir. 

Mühazirənin  mövzusunun  ″Dövlət  qulluğu  və  dövlət  qulluqçualrı″  köməkliyi  ilə 

birinci növbədə dövlət qulluğu haqqıqnda anlayış, onun əsas vəzifələri və prinsipləri, dövlət 

quluqçularının  növləri,  əsas  vəzifələri,  hüquqları  və  təminatları  haqqında  anlayışlar 

acığlanacaq. 

Mühazirınin  ücüncü  sualında  dövlət  qulluğunu  keçmə  mərhələləri,  inzibati  vəzifənin 

tutulması qaydası və dövlət qulluğunun şərtləri barədə məlamat veriləcək. 

Yuxarıda  göstərilənlərin  hər  bir  tələbə  tərəfindən  və  gələcəkdə  ali  hüquq  təhsilli  və 

peşəkar  hüquqşünas  kimi  fəaliyyət  göstərən  əməkdaş  kimi  dərindən  öyrənilməsi  böyük 

ə

həmiyyət  kəsb  edir.  Siz,  hüquq  mühafizə  orqanlarında  qulluq  edərkən  dövlət  qulluqçusu 



kimi  öz  hüquq  və  vəzifələrinizi,  fəaliyyətinizin  əsas  prinsiplərini,  forma  və  metodlarını 

düzgün və dürüst həyata keçirməklə qanunçuluğun tələblərinə riayət etmiş olarsınız. 



Sual 1. 

Dövlət qulluqçusu anlayışı, əsas vəzifələri və prinsipləri 

 

 



Azərbaycan  Respublikası  Konstitusiyasının  55-ci  maddəsinin  2-ci  bəndinə  əsasən, 

Azərbaycan  Respublikasının  vətəndaşları  dövlət  orqanlarında  qulluq  etmək  hüququna 

malikdirlər.  Konstitusiyanın  bu  maddəsinə  əsasən,  dövlət  orqanlarının  vəzifəli  şəxsləri 

Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı 

olmayan  şəxslər  isə  dövlət  qulluğuna  qanunla  müəyyənləşdirilmiş  qaydada  qəbul  edilə 

bilərlər. 

Azərbaycan 

Respublikasında 

dövlət 

qulluğu 


Azərbaycan 

Respublikası 

Konstitusiyasının  55-ci  maddəsinə  və  21  iyul  2000-ci  il  tarixli  ″Dövlət  qulluğu  haqqında″ 

Qanuna müvafiq olaraq təşkil edilir və həyata keçirilir. 

Dövlət  qulluğu  haqqında″  Azərbaycan  Respublikasının  Qanununun  -  dövlət 



qulluğuna  qəbulun  müsabiqə  və  şəffaflıq  əsasında  həyata  keçirilməsinə  aid  müddəaları 

prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında, 

Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğu keçən şəxslərə də şamil edilir. 

Dövlət  qulluğu  haqqında″  Qanun  hərbi  qulluqçulara  və  müvafiq  icra  hakimiyyəti 



orqanlarının  tabeçiliyində  olan  müəssisələrin  işçilərinə  şamil  edilmir.  Müvafiq  icra 

hakimiyyəti  orqanlarının  tabeçiliyində  olan  müəsissələrin  işçilərinin  qulluğu  ilə  bağlı 

məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 

 

Dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik 



aktlarına  uyğun  olaraq  dövlətin  məqsədlərinin  və  funksiyalarının  həyata  keçirilməsi 

sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 

Dövlət  qulluğu  hüquq  vasitəsi  ilə  ifadə  olunur.  Dövlət  qulluğu  sahəsində  dövlətlə 

dövlət  qulluqçuları  arasında  yaranan  münasibətləri  və  dövlət  qulluqçularının  hüquqi 

vəziyyətini  nizamlayan  normalar  dövlət  qulluğu  institutunu  yaradır.  Dövlət  qulluğu 

institutuna  konstitusiya,  əmək,  mülki,  maliyyə  və  digər  hüquq  sahələrinin  normaları  da 

daxildir. Dövlət qulluğu məsələlərini nizamlayan inzibati-hüquqi normalar inzibati hüququn 

müstəqil institutunu təşkil edir. 



 

107 


 

Dövlət 


qulluğu 

haqqında 

qanunvericilik 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasından,  ″Dövlət  qulluğu  haqqında″  Qanundan,  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdən,  Azərbaycan  Respublikasının  dövlət  qulluğunu 

hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini 

müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. 

 

Dövlət  qulluğunun  növlərə  bölünməsi,  Azərbaycan  Respublikasının  dövlət 



quruluşundan, 

hakimiyyətlərin 

bölgüsü 

prinsipindən 

və 

dövlət 


fəaliyyətinin 

istiqamətlərindən irəli gəlir. 



Dövlət qulluğunun aşağıdakı növləri mövcuddur: 

  icra hakimiyyəti orqanlarında keçirilən dövlət qulluğu; 

  qanunvericilik hakimiyyəti orqanlarının aparatında keçirilən dövlət qulluğu; 

  məhkəmə hakimiyyəti orqanlarının aparatlarında keçirilən dövlət qulluğu. 



 

Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır: 

  Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında 

vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi; 

  dövlət  orqanlarının  səlahiyyət  hüdudlarında  qərarların  hazırlanması,  qəbul 

edilməsi, icrası və icraya nəzarət edilməsi; 

  dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən vəzifə 

salahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi. 

 

Azərbaycan Respublikasında dövlət qulluğu aşağıdakı prinsipləəsasında həyata 

keçirilir: 

1.

  qanunçuluq; 



2.

  Azərbaycan  Respublikasında  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti 

orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi; 

3.

  dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi; 



4.

  yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul 

etdikləri  qərarların  aşağı  dövlət  orqanları  və  vəzifəli  şəxslər  tərəfindən  mütləq  yerinə 

yetirilməsi; 

5.

  bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini 



icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması; 

6.

  dövlət qulluğuna girmənin şəffaflığı; 



7.

  vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında girməsi; 

8.

  vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun 



olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi; 

9.

  irqindən,  milliyyətindən,  dilindən,  cinsindən,  sosial  mənşəyindən,  ailə,  əmlak  və 



qulluq vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə 

mənsubiyyətindən,  habelə  qulluqçuların  işgüzarlıq  keyfiyyətlərinə  dəxli  olmayan  başqa 

səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi; 

10.


 dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələləri üçün 

ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi; 

11.

 qulluq  borcunun  yerinə  yetirilməsi  üçün  dövlət  qulluqçusunun  cavabdehlik 



daşıması, eləcə də dövlət qulluqçusunun hərəkətlərinə görə dövlət orqanlarının cavabdehlik 

daşıması. 

Azərbaycan  Respublikasında  ″Dövlət  qulluğu  haqqında″  Qanunun  tətbiqinə  nəzarəti, 

dövlət  qulluğunun  normativ-metodiki  təminatını,  Azərbaycan  Respublikasında  dövlət 



 

108 


 

qulluqçuları  kateqoriyasına  aid  edilən  şəxslərin  siyahısını  müəyyən  etməyi  Azərbaycan 

Respublikasının  Dövlət  Qulluğunu  darəetmə  Şurası  həyata  keçirir.  Dövlət  Qulluğunu 

darəetmə  Şurası  18  nəfər  üzvdən  ibarətdir.  Həmin  Şuranın  6  nəfər  üzvü  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən,  6  nəfər  üzvü  Azərbaycan  Respublikası  Milli 

Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 

sədri tərəfindən təyin edilir. Adı çəkilən Şuranın səlahiyyətləri Azərbaycan Respublikasının 

2002-ci  il  29  mart  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş  ″Azərbaycan  Respublikası  Dövlət 

Qulluğunu  darəetmə Şurası haqqında Əsasnamə″ ilə müəyyən edilir. 

 Qeyd  olunan  Şura  dövlət  orqanı  deyil  və  onun  üzvləri  öz  səlahiyyətlərini  ictimai 

ə

saslarla  həyata  keçirirlər.  Şuranın  qəbul  etdiyi  qərarların  məcburiliyi  müvafiq  dövlət 



qulluqçuları  üçün  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  Pezidenti,  Azərbaycan 

Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 

sədri tərəfindən təmin edilir. 

Birinci sualın açıqlanmasını yekunlaşdıraraq, qeyd etmək istərdim ki: 

1.

  Dövlət  qulluğu  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  digər 



qanunvericilik  aktlarına  uyğun  olaraq  dövlətin  məqsədlərinin  və  funksiyalarının  həyata 

keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərinin yerinə yetirilməsidir. 

2.

  Dövlət qulluğunun növləri hakimiyyətlərin bölgüsü prinsipindən irəli gəlir: 



  icra hakimiyyəti orqanlarında keçirilən dövlət qulluğu; 

  qanunvericilik hakimiyyəti orqanlarında keçirilən dövlət qulluğu; 

  məhkəmə hakimiyyəti orqanlarında keçirilən dövlət qulluğu. 

3.

  Dövlət qulluğununun özünəməxsus tələbləri və prinsipləri mövcuddur. 



4.

  Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları 

arasında yaranan münasibətləri və dövlət quluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri 

tənzimləyən ″Dövlət qulluğu haqqında″ 21 iyul 2000-ci il tarixdə Qanun qəbul edilmişdir. 

 

Sual 2. 

Dövlət qulluqçusu anlayışı, onun növləri və hüquqi statusu 

 



Xidmət″ sözü bir çox mənada istifadə olunur. O, həm insanların fəaliyyət növü, həm 

də  müvafiq  idarə,  bölmə  və  s.  kimi  (vergi,  gömrük  və  əkskəşfiyyat  xidməti,  D N-in 

sistemində cinayət-axtarış xidməti və s.) başa düşülür. 

Xidmət  -  ödənişli,  ictimai  faydalı  fəaliyyətin  növlərindən  biridir.  O,  özündə 

idarəetməni və idarəetmə ilə bağlı zəruri xidmətləri (kargüzarlıq, texniki-təminat və s.), eləcə 

də insanlara sosial-mədəni xidmət göstərilməsini nəzərdə tutur. 

Xidmətçilər  –  istənilən  təşkilatda  vəzifə  tutan  və  idarəçilik  fəaliyyətini  və  ya  sosial-

mədəni xidməti (həkim, müəllim, telefonçu, inspektor, sex rəisi və s.) ödənişli yerinə yetirən 

vətəndaşlardır. Qeyd olunmalıdır ki, xidmətçilərin tərkibi müxtəlifdir. Onlar müxtəlif dövlət 

və  ya  qeyri-dövlət  təşkilatlarında  xidmət  edir,  dövlət  xarakterli  olan  fərdi  təcrübə  ilə 

(notariuslar) məşğul olurlar. 

Dövlət  qulluqçuları  xidmətçilərin  bir  növü  olub,  bütün  xidmətçilər  arasında  inzibati 

hüququn fərdi subyektlərinin əsas qrupunu təşkil edirlər. 

Azərbaycan  Respublikasının  ″Dövlət  qulluğu  haqqında″  21  iyul  2000-ci  il  tarixli 

Qanununun  14-cü  maddəsində  dövlət  qulluqçusunun  anlayışı  aşağıdakı  məzmunda 

verilmişdir: 



 

109 


 

 

Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət 



büdcəsi  vəsaitindən  verilə  bilər)  dövlət  qulluğu  vəzifəsini  tutan  və  Azərbaycan 

Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 

 Qanunun  məzmunundan  aydın  olur  ki,  deputatlar  və  hakimlər  dövlət  qulluqçuları 

hesab olunmur.  

nzibati  vəzifə  tutan  və  hakimiyyət  səlahiyyətləri  olan  dövlət  qulluqçusu  dövlət 

vəzifəli şəxs sayılır. 

Göründüyü kimi, hər bir dövlət qulluqçusu dövlət aparatında müəyyən bir vəzifə tutur. 

Dövlət qulluğu haqqında″ Qanunun 9-cu maddəsində ″Dövlət qulluğu vəzifəsi″nin anlayışı 



verilmişdir.  Həmin  maddəyə  əsasən,  dövlət  qulluğu  vəzifəsinin  anlayışı  müvafiq  inzibati 

təcrübə əsasında formalaşmışdır. 

 

Dövlət qulluğu vəzifəsi - dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur 



quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahididir.  

Dövlət qulluğu  vəzifəsini  tutan  şəxsin səlahiyyət  və  funksiyalarının  hüdudları həmin 

orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. 

Vəzifə dövlət qulluqçusunun xidməti vəzifələrini, hüquqların dairəsini və məsuliyyətin 

həddini,  onun  peşə  hazırlığına  aid  olan  tələbləri  müəyyən  edir.  O,  qulluqçu  tərəfindən 

görülən işin məzmununu əks etdirir, onun hüquqi vəziyyətini müəyyən edir. Hər bir vəzifə 

sərəncam  vermə  qaydasında  yaranır.  Səlahiyyətli  orqanların hüquqi aktları  ilə bu  vəzifənin 

adı, xidməti ierarxiyada onun yeri, onun tutulma qaydası və s. halları müəyyən edilir. 

Dövlət  orqanının  ştat  cədvəlində  vəzifələrin  adları  həmin  orqanın  fəaliyyətinin 

profilini əks etdirməlidir. 

 

Dövlət  orqanlarında  vəzifələr  normativ  məzmun  baxımından,  bu  vəzifələrin 



məzmunundan, səlahiyyətlərin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və 

yardımçı vəzifələrə bölünür. 

 

Siyasi  vəzifələr  -  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  müəyyən  edilən 



Azərbaycan  Respublikasının  ali  dövlət  orqanları  rəhbərlərinin,  rəhbərlərin  birinci 

müavinlərinin,  müavinlərinin  və  əsas  səlahiyyəti  Azərbaycan  Respublikası  Prezidenti 

tərəfindən müəyyən edilən dövlət orqanlarının rəhbərlərinin vəzifələridir. 

Siyasi  vəzifələri  tutan  şəxslərin  hüquqi  statusu  digər  qanunvericilik  aktları  ilə 

müəyyən olunur və təhlil olunan qanunun qüvvəsi onlara şamil edilmi 

nzibati  vəzifələr  I-VII  kateqoriya  dövlət  orqanları  aparatları  və  bölmələri 

rəhbərlərinin,  onların  müavinlərinin  və  dövlət  qulluğunda  çalışan  mütəxəssislərin 

vəzifələridir.  nzibati  vəzifə  tutan  şəxsin  hüquqi  statusu  aidiyyəti  orqanın  səlahiyyətlərini 

müəyyən edən qanunvericilik aktları ilə və vəzifə təlimatları ilə müəyyən edilir.  

 

Yardımçı  vəzifələr  I-VII  kateqoriya  dövlət  orqanlarında  texniki  işləri  həyata  keçirən 



mütəxəssislərin  (kargüzar,  makinaçı,  kuryer,  arxiv  qeydiyyatçısı,  sürücü,  liftçi  və  s.) 

vəzifələridir.  Yardımçı  vəzifə  tutan  şəxsin  hüququ  statusu  müvafiq  orqanın  səlahiyyətini 

müəyyən edən qanunvericilik aktları, eləcə də vəzifə təlimatları ilə müəyyən edilir.  

nzibati vəzifələrin aşağıdakı təsnifatı vardır: 

 birinci  təsnifat  -  I  kateqoriya  dövlət  orqanlarının  aparat  rəhbərlərinin  və  işlər 

müdirlərinin  vəzifələri,  Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətlərinin  həyata 

keçirilməsini bilavasitə təmin edən aidiyyəti orqanların rəhbərlərinin vəzifələri; 



 

110 


 

 ikinci  təsnifat  –  Azərbaycan  Respublikası  Prezidentinin  müşaviri  (köməkçisi) 

vəzifəsi, I kateqoriya dövlət orqanları bölmələri rəhbərlərinin vəzifələri, II kateqoriya dövlət 

orqanları aparat rəhbərlərinin vəzifələri; 

 üçüncü təsnifat - I kateqoriya dövlət orqanları bölmələri rəhbərləri müavinlərinin 

vəzifələri, I kateqoriya dövlət orqanları işlər müdirləri müavinlərinin vəzifələri, II kateqoriya 

dövlət  orqanları  rəhbərləri  müavinlərinin  vəzifələri,  II  kateqoriya  dövlət  orqanları  bölmə 

rəhbərlərinin vəzifələri, III kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;  

 dördüncü  təsnifat  –  I  kateqoriya  dövlət  orqanları  mütəxəssislərinin  vəzifələri,  II 

kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərləri  müavinlərinin  vəzifələri,  III  kateqoriya  dövlət 

orqanları bölmə rəhbərlərinin vəzifələri, IV kateqoriya dövlət orqanları aparat rəhbərlərinin 

və  onların  müavinlərinin  vəzifələri,  VII  kateqoriya  dövlət  orqanı-  Bakı  Şəhər  cra 

Hakimiyyəti başçısının müavinlərinin vəzifələri;  

 beşinci  təsnifat  -  III  kateqoriya  dövlət  orqanları  mütəxəssislərinin  vəzifələri,  III 

kateqoriya  dövlət  orqanları bölmə  rəhbərləri  müavinlərinin  vəzifələri,  IV  kateqoriya  dövlət 

orqanları  bölmə  rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  V  kateqoriya  dövlət 

orqanları  bölmə  rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  VI  kateqoriya  dövlət 

orqanları  aparat  rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  VII  kateqoriya  yerli  icra 

hakimiyyəti orqanları başçıları müavinlərinin vəzifələri; 

 altıncı təsnifat – III-V kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, VI 

kateqoriya  dövlət  orqanları  bölmə  rəhbərlərinin  və  onların  müavinlərinin  vəzifələri,  VII 

kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri; 

 yeddinci təsnifat – VI kateqoriya dövlət orqanları mütəxəssislərinin vəzifələri, VII 

kateqoriya  dövlət  orqanlarının  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  ikili  tabeliyində  olan 

yerli  bölmələri  rəhbərlərinin,  yerli  icra  hakimiyyəti  orqanlarının  bölmə  rəhbərlərinin 

vəzifələri; QALIB. 

 səkkizinci təsnifat - 2-ci dərəcə böyük inspektorların vəzifələri; 

 doqquzuncu təsnifat - 3-cü dərəcə böyük inspektorların vəzifələri; 

 onuncu təsnifat - 1-ci dərəcə inspektorların vəzifələri; 

 on birinci təsnifat - 2-ci dərəcə inspektorların vəzifələri; 

 on ikinci təsnifat - 3-cü dərəcə inspektorların vəzifələri; 

 on dördüncü təsnifat - 2-ci dərəcə kiçik inspektorların vəzifələri. 

Rəhbərin  və  onun  birinci  müavininin  vəzifələri  eyni  təsnifata  aid  edilir.  Rəhbərin 

müavininin vəzifə təsnifatı rəhbərin vəzifə təsnifatından bir pillə aşağı olur. 

nzibati  vəzifələrin  təsnifat  toplusuna  vəzifələrin  ixtisas  dərəcələri,  adları,  dərəcələr 

üzrə bölgü və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir. 

nzibati vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəlinin yaradılması və 

dövlət  qulluqçularının  vəzifə    təlimatlarının  hazırlanması  üçün  əsasdır.  nzibati  vəzifələrin 

təsnifat toplusunu Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir. 

nzibati  vəzifələr sahəsində  ixtisas tələbləri  vəzifə iddiasında  olan şəxsin səriştəsinin 

müəyyən edilmiş funksiyalara uyğunluğunu təmin edir. 

Vəzifə iddiasında olan şəxs üçün aşağıdakılar vacibdir:  

1)

  birinci-doqquzuncu təsnifat inzibati vəzifələr üçün: 



profilli  ali  təhsilin  olması,  başqa  ali  təhsil  olduqda  isə  hazırlığı  dəyişdirib  inzibati 

vəzifənin profilinin öyrənilməsi; 

2)

  onuncu-on dördüncü təsnifat inzibati vəzifələr üçün: 



 

111 


 

profilli orta təhsilin olması, başqa orta təhsil və ümumi orta təhsil olduqda isə hazırlığı 

dəyişdirib inzibati vəzifənin profilinin öyrənilməsi. 

nzibati  vəzifələr  sahəsində  başqa  tələblər  qanunvericilik  aktlarında  və  vəzifə 

təlimatında müəyyən edilir. 

Yardımçı  vəzifələr  sahəsində  tələblər  vəzifə  təlimatında  və  əmək  müqaviləsində 

(kontraktda) müəyyən edilir. 

Qeyd etdiyimiz kimi, dövlət qulluqçusu ″Dövlət qulluğu haqqında″ Qanunla müəyyən 

edilmiş  qaydada,  maaşlı,  dövlət  qulluğu  vəzifələrini  tutan  və  Azərbaycan  Respublikasına 

sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 

Dövlət qulluqçularının vasitəsi ilə cəmiyyətin və dövlətin müxtəlif sahələrində dövlət 

orqanlarının səlahiyyətləri həyata keçirilir. 

Dövlət  qulluqçularının  tərkibi  eyni  tipli  deyil,  ona  görə  də  onlar  eyni  şəraitdə 

işləmirlər və dövlət orqanlarının səlahiyyətlərinin həyata keçirilməsi üzrə onların funksional 

təyinatı  eyni  deyil.  Bu  meyarlar  üzrə  dövlət  qulluqçularının  aşağıdakı  növlərini  müəyyən 

etmək olar: 

1. Dövlət hakimiyyəti orqanlarının fəaliyyəti miqyasına görə: 

 Azərbaycan  Respublikasının  miqyasında  fəaliyyət  göstərən  dövlət  orqanlarının 

dövlət qulluqçuları; 

 Naxçıvan  Muxtar  Respublikası  miqyasında  fəaliyyət  göstərən  dövlət  orqanlarının 

dövlət qulluqçuları. 

2. Hakimiyyətlərin bölünməsi prinsipi əsasında: 

  icra hakimiyyəti orqanlarının dövlət qulluqçuları; 

  qanunvericilik hakimiyyəti orqanının dövlət qulluqçuları; 

  məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları. 

 3. Dövlət orqanlarında dövlət qulluğunun xüsusiyyətlərinə görə: 

  mülki dövlət qulluqçuları; 

  hərbiləşdirilmiş dövlət qulluqçuları. 

 4. Səlahiyyətlərin xarakterinə görə: 

  vəzifəli şəxslər sayılan dövlət qulluqçuları; 

  yardımçı heyətə aid edilən dövlət qulluqçuları. 

Vəzifəli  şəxslər  sayılan  dövlət  qulluqçuları  -  dövlət  qulluqçularının  elə  növüdür  ki, 

onlar  öz  səlahiyyətləri  çərçivəsində  hakimiyyət  xarakterli,  hüquq  əhəmiyyətli  hərəkətləri, 

yəni hüquqi nəticələr yaradan hərəkətlər etmək hüququna malikdirlər. 

Bunların da iki növü mövcuddur: 

  rəhbərlər, onlara həvalə edilmiş orqanların idarə olunması üzrə geniş səlahiyyətlərə 

malikdirlər; 

  hakimiyyət  nümayəndələri  -  bu  elə  dövlət  qulluqçularıdır  ki,  onlar  təşkilati  və 

xidməti  tabeçiliyində  olmayan  fiziki  və  hüquqi  şəxslər  barəsində  icrası  mütləq  olan 

qərarların  qəbul  edilməsi  və  hüquqi-hakimiyyət  tələblərinin  tətbiq  edilməsi  hüququna 

malikdirlər (polis əməkdaşları, məhkəmə icraçıları və s.); 

  funksional  işçilər  (mütəxəssislər)  -  bu  növ  dövlət  qulluqçuları  bu  və  ya  digər 

idarəçilik  qərarlarının  hazırlanması  ilə  bağlı  olan  funksiyaların  həyata  keçirilməsi  üzrə 

səlahiyyətlərə  malik olan  və  xüsusi bilik və  ya  peşə  fəaliyyətinin  yerinə  yetirilməsini  tələb 

edən mütəxəssislər qismində çıxış edirlər. 


 

112 


 

Birinci qrup mütəxəssislərə müxtəlif sahələr üzrə biliklərə malik olan məsləhətçilər və 

müşavirlər  aiddirlər.  Onlar  təşkilati-sərəncam  verici  funksiyaları  bilavasitə  həyata 

keçirmirlər, lakin onların məsləhətləri, rəyləri, tövsiyələri və s. sözsüz ki, hüquqi əhəmiyyətə 

malikdirlər və hüquqi nəticələr yaradırlar. 

kinci qrup mütəxəssislərə - xüsusi biliklərə malik olan və bilavasitə hüquqi nəticələr 

yarada  bilən  hərəkətlər  törətmək  səlahiyyətlərinə  malik  olan  vəzifəli  şəxslər  aiddirlər.  Bu 

vəzifəli şəxslərə müəllimlər (tələbəyə imtahan qiymətləri verir), həkimlər (xəstəlik vərəqəsi 

verə bilir) və s. vəzifəli şəxslər aiddirlər. 

Yardımçı heyətə (tərkibə) – fəaliyyətləri, bir qayda olaraq, hüquqi nəticə yaratmayan 

dövlət  qulluqçuları  aiddirlər.  Onlar  maddi-texniki  əməliyyatlar  törədirlər,  yəni  rəhbərlərin, 

inzibati  hakimiyyət  nümayəndələrinin,  mütəxəssislərin  və  digər  vəzifəli  şəxslərin  xidməti 

fəaliyyətlərini  təmin  edirlər,  onlar  tərəfindən  xidməti  vəzifələrin  yerinə  yetirilməsi  üçün 

lazımi  şərait  yaradılır.  Yardımçı  heyətə  aid  edilən  qulluqçular  sənədləri  tərtib  edir  və 

saxlayır, statistik və hesabat əməliyyatlarını və s. yerinə yetirirlər. Lakin onların vəzifələrinə 

hüquqi  əhəmiyyətə  malik  olan  texniki  əməliyyatların  törədilməsi  də  daxil  edilə  bilər. 

Məsələn:  orqana  daxil  olan  təklif,  ərizə  və  şikayətlərin  dəftərxana  işçisi  tərəfindən 

qeydiyyata  alınması hüquqi  əhəmiyyət  kəsb edir,  çünki onların qeydiyyata  alındığı  gündən 

qanunvericiliklə müəyyən edilmiş baxılma müddətləri hesablanır. Yardımçı heyətə (tərkibə) 

texniki icraçılar, kargüzarlar və s. aiddirlər. 

 

5. Dövlət qulluqçularını qulluğun müddətinə görə aşağıdakı növlərə bölmək olar: 



  müəyyən olunmamış müddətə vəzifəyə təyin edilən qulluqçular (məsələn, inzibati 

vəzifələri tutan dövlət qulluqçuları); 

  müəyyən  olunmuş  müddətə  vəzifəyə  seçilən  və  təyin  edilən  dövlət  qulluqçuları 

(məsələn, siyasi vəzifələr tutan qulluqçular - Nazirlər Kabineti); 

  sınaq müddətinə vəzifəyə təyin edilmiş dövlət qulluqçuları. 

 

6.  xtisas tələbinə görə dövlət qulluqçuları iki qrupa bölünürlər: 



  profilli ali təhsilin olmasını tələb edən vəzifələri tutan dövlət qulluqçuları; 

  profilli orta təhsilin olmasını tələb edən vəzifələri tutan dövlət qulluqçuları. 

7.  xtisas dərəcələrinə görə dövlət qulluqçularının növləri: 

  həqiqi dövlət müşaviri;  

  1-ci, 2-ci və 3-cü dərəcə dövlət müşavirləri; 

  dövlət qulluğunun baş müşaviri; 

  dövlət qulluğunun kiçik müşaviri; 

  dövlət qulluğunun 1-ci dərəcə referenti; 

  dövlət qulluğunun 2-ci və 3-cü dərəcə referenti; 

  dövlət qulluğunun kiçik referenti. 

Bundan  əlavə,  dövlət  qulluqçularının  qanunvericilikdə  başqa  təsnifat  meyarları  və 

növləri də nəzərdə tutulub. Məsələn, D O-nun əməkdaşları sıravi və rəhbər heyətə bölünür. 

Yuxarıda  göstərilən  dövlət  qulluqçularının  təsnifatının  təhlili  belə  bir  qanunauyğun 

nəticəyə  gətirib  çıxarır  ki,  dövlət  qulluqçularının  hamısı  vəzifəli  şəxslərə  aid  edilə  bilməz. 

Ona  görə  də  inzibati  qanunvericilikdə  ″vəzifəli  şəxs″  anlayışı  vəzifə  anlayışından  irəli 

gəlmir.  Belə  ki,  bütün  dövlət  qulluqçuları  dövlət  orqanlarında  müəyyən  vəzifə  tuturlar. 

Vəzifəli  şəxs  anlayışı  xüsusi  vəzifə  səlahiyyətlərinin,  yəni  hüquqi  nəticələr  yaradan 

hərəkətləri həyata keçirmək hüququnun mövcudluğu ilə xarakterizə edilir. 



 

113 


 

 

Dövlət qulluqçularının hüquqi statusu 



 

Bütün dövlət qulluqçuları hüququn subyektləri sayılırlar və aydın məsələdir ki, onların 

müəyyən  hüquq  və  vəzifələri  mövcuddur;  ilk  növbədə  Azərbaycan  Respublikasının 

Konstitusiyası  ilə  təsis  edilmiş  insan  və  vətəndaş  hüquq  və  azadlıqları;  başqa  normativ-

hüquqi  aktlarla  müəyyən  edilmiş  hüquq  və  vəzifələr.  Eyni  zamanda,  dövlət  qulluqçusu 

dövlət vəzifəsini tutduğu andan o, xüsusi dövləti-xidməti münasibətlərin subyekti olur; onda 

xüsusi  hüquq  və  vəzifələr  yaranır  və  bunların  yerinə  yetirilməməsinə  görə  üzərinə 

məsuliyyət qoyulur. 

Dövlət  qulluqçuları  vəzifə  borclarını  yerinə  yetirərkən  Azərbaycan  Respublikası 

Konstitusiyasını  və  qanunlarını  rəhbər  tuturlar  və  siyasi  partiyaların  və  ictimai  birliklərin 

qərarlarının onlara dəxli yoxdur. 

Bununla  da  yanaşı,  dövlət  qulluqçularına  verilən  hüquq  və  vəzifələrin  iki  qrupa 

ayrılması zəruridir: 

  dövlət qulluqçularının ümumi hüquq və vəzifələri; 

  tutduğu vəzifənin səlahiyyətlərini müəyyən edən hüquq və vəzifələr. 

Dövlət  qulluqçularının  ümumi  hüquq  və  vəzifələri  ilk  dəfə  olaraq  ″Dövlət  qulluğu 

haqqında″  Azərbaycan  Respublikasının  Qanununda  öz  əksini  tapmışdır.  Bu  hüquq  və 

vəzifələr  2-ci  və  3-cü  kateqoriya  dövlət  orqanlarının  qulluqçularına  aid  edilirlər.  1-ci 

kateqoriya dövlət orqanları qulluqçularının hüquq və vəzifələri Azərbaycan Respublikasının 

Konstitusiyası və xüsusi qanunvericilik aktları ilə müəyyən edilir. 

Hər  bir  dövlət  qulluqçusu  tutduğu  vəzifədən  asılı  olmayaraq  aşağıdakı  vəzifələrə 

malikdir (mad. 18): 

  qanunvericilik və dövlət orqanlarının qəbul etdikləri başqa normativ-hüquqi aktları 

həyata keçirmək; 

  rəhbərlərin  öz  səlahiyyəti  hüdudunda  verdikləri  əmrləri,  sərəncamları  və 

göstərişləri yerinə yetirmək; 

  dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etmək; 

  başqa  dövlət  qulluqçularının  işini  çətinləşdirən,  yaxud  işlədiyi  dövlət  orqanının 

nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək; 

  vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmaq və 

öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək; 

  lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmək; 

  dövlət  sirrini  və  qanunla  mühafizə  edilən  digər  sirri  həmişə  o  cümlədən,  işdən 

çıxdıqdan, istefaya və ya pensiyaya getikdən sonra da saxlamaq; 

  vəzifə  borcunun  yerinə  yetirilməsi  vaxtı  daxil  olan  vətəndaşların  şəxsi  həyatı, 

şə

rəfi  və  ləyaqəti  ilə  bağlı  məlumatları  gizli  saxlamaq  və  qanunla  nəzərdə  tutulmuş  hallar 



istisna edilməklə, belə məlumatların verilməsini tələb etməmək; 

  qulluq  etdiyi  orqanın  rəhbərinə  hər  il  öz  gəlirləri  və  əmlak  vəziyyəti  haqqında 

maliyyə hesabatı vermək, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərmək; 

  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  müvəqqəti  olaraq  başqa 

yaşayış yerinə keçmək, başqa yerdə işləmək və ya başqa vəzifələri icra etmək; 


 

114 


 

  qanunvericilikdə  müəyyən  edilmiş  hallarda  və  qaydada  öz  fiziki  və  əqli 

qabiliyyətinin  və  ya  tapşırılan  funksiyaların  icrasına  yararlı  olmasının  müəyyən  edilməsi 

üçün tibbi komissiyalarda müayinə keçmək; 

  qulluq etikası normalarına əməl etmək. 

Hər  bir  dövlət  qulluqçusu  tutduğu  vəzifədən  asılı  olmayaraq  aşağıdakı  hüquqlara 

malikdir (mad.19): 

  vəzifə  borcunu  yerinə  yetirmək  üçün  dövlət  orqanlarından,  ictimai  birliklərdən, 

müəssisə,  idarə  və  təşkilatlardan  müəyyən  edilmiş  qaydada  lazımi  informasiya  və  ya 

materiallar tələb etmək və almaq; 

  dövlət  qulluqçusunu  işə  götürmək  və  işdən  azad  etmək  hüququna  malik  olan 

şə

xsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait 



yaradılmasını tələb etmək; 

  dövlət maaşı almaq; 

  ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə 

alınmaqla  qulluqda  irəli  çəkilmək  və  ya  dövlət  maaşının  məbləğinin  artırılması  iddiasında 

olmaq; 

  elmi və  yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, işlədiyi dövlət orqanı rəhbərinin 



icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq; 

  əmanətlərdən  (depozitlərdən),  qiymətli  kağızlardan,  rentadan  və  icarədən  gəlir 

götürmək; 

  ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməsi əsas olan rəylər 

və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək; 

  şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti təhqiqat 

aparılmasını tələb etmək; 

  müvafiq  orqanlarda  və  məhkəmədə  öz  qanuni  hüquqlarının  mənafeyini  müdafiə 

etmək; 

  həmkarlar ittifaqlarına birləşmək; 



  işlədiyi  dövlət  orqanının  rəhbərindən  aldığı  icrası  məcburi  olan  göstərişin  və  ya 

ə

mrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin 



və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək; 

  qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmayıbsa  və  bu,  dövlət  qulluqçusu 

funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq; 

  qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və 

müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq; 

  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada  məzuniyyətlər  (sosial 

məzuniyyətlər, özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər), 

özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq; 

  dövlət qulluğunda irəli çəkilmək hüququ. 

Tutduğu  vəzifənin  səlahiyyətlərini  müəyyən  edən  xüsusi  hüquq  və  vəzifələr  dövlət 

orqanının  vəzifə  və  funksiyalarından  törəyir  və  onun  səlahiyyətlərini  ifadə  edirlər.  Xüsusi 

hüquq  və  vəzifələr  qanunlarda  və  qanunqüvvəli  aktlarda  (nizamnamələrdə,  əsasnamələrdə, 

vəzifə  təlimatlarında  və  digər  normativ-hüquqi  aktlarda)  əks  ediliblər.  Belə  ki,  polis 

ə

məkdaşının hüquq və vəzifələri ″Polis haqqında″ Azərbaycan Respublikası Qanununun 13-



27-ci  maddələrində  təsis  edilib,  tutduğu  vəzifəyə  aid  edilən  hüquq  və  vəzifələr  isə  digər 

 

115 


 

normativ-hüquqi aktlarda müəyyən edilir. Məsələn: PPX əməkdaşının hüquq və vəzifələri isə 

PPX haqqında Nizamnamə ilə müəyyən edilmişdir. 

Dövlət  qulluqçularının  hüquq  və  vəzifələrdən  əlavə  olaraq  dövlət  qulluqçusu  dövlət 

qulluğuna  qəbul  olunarkən  könüllü  olaraq  qanunvericiliklə  müəyyən  edilmiş  qadağaları  və 

məhdudiyyətləri də öz üzərinə götürür. 

Bu  qadağalar  və  məhdudiyyətlər  Azərbaycan  Respublikasının  ″Dövlət  qulluğu 

haqqında″  Qanununun  20-ci  maddəsində  qeyd  edilmişdir.  Qanuna  əsasən,  dövlət 

qulluqçularına: 

  dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmağa; 

  elmi  və  yaradıcılıq  fəaliyyəti  istisna  olmaqla,  işlədiyi  dövlət  orqanı  rəhbərinin 

icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 

  dövlət  orqanının  və  ya  yerli  özünüidarə  orqanının  işləri  üzrə  üçüncü  şəxslərin 

vəkili olmağa; 

  istefaya  getdikdən,  işdən  və  ya  pensiyaya  çıxdıqdan  sonra  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə 

aid  olan  və  dövlət  sirri  və  ya  qanunla  mühafizə  edilən  digər  sirr  olan  məsələlər  barədə 

informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 

  işlədiyi  dövlət  orqanının  rəhbərinə  bildirmədən  xarici  ölkənin  hesabına  oraya 

getməyə; 

  qulluq  vəzifələrini  icra  etdiyi  dövrdə  siyasi  partiyaların  fəaliyyətində  iştirak 

etməyə; 


  tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 

  dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət 

orqanlarının  tabeliyindəki  obyektlərdə  dini  mərasimlərin  keçirilməsinə  rəsmi  xarakter 

verməyə qadağa qoyulur. 

Dövlət qulluqçusu bu tələblərə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda 

nəzərdə  tutulmayıbsa,  xəbərdarlıq  aldıqdan  sonra  otuz  gün  ərzində  o,  dövlət  qulluğuna, 

yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində 

qulluq etdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. 

Dövlət  aparatının  effektiv  fəaliyyəti  üçün  dövlət  qulluqçularının  qanunvericiliklə 

müəyyən edilmiş təminatlar sistemi mühüm rol oynayır. 

Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir (mad. 21): 

  dövlət  qulluqçusunun  layiqli  həyat  səviyyəsini  təmin  edən  dövlət  məvacibi  və 

digər ödənişlər; 

  lazımi qulluq şəraiti; 

  haqqı ödənilən məzuniyyət; 

  dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası; 

  təkrar hazırlıq və ixtisasartırma; 

  dövlət  orqanları  ləğv  edilərsə  və  ya  ştatlar  ixtisara  düşərsə,  vəzifə  maaşına  və 

ixtisasa  uyğun  işə  düzəlmə  və  ya  başqa  dövlət  orqanında  tutduğu  vəzifəyə  uyğun  vəzifə 

tutmaqda üstünlük; 

  pensiya təminatı və dövlət sosial sığortası; 

  qulluq  vəzifələrinin  icrası  ilə  əlaqədar  olaraq  qanunla  müəyyən  edilmiş  qaydada 

sığorta; 


 

116 


 

  icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya 

müvafiq kompensasiya almaq; 

  dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun 

ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun 

və ailə üzvlərinin müdafiəsi; 

  dövlət qulluqçusu sosial sığorta və məşğulluq fondlarına ödənişlərdən azaddır; 

  dövlət qulluqçusu yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə irəli keçirilə bilər: 

  dövlət  hakimiyyəti  orqanlarının,  habelə  dövlət  orqanları  rəhbərliyinin  tərkibinin 

dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir; 

  yardımçı  vəzifələr  tutan  dövlət  qulluqçuları  üçün  təminatlar  Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir. 

Dövlət qulluqçularının xidməti hüquq və vəzifələrinin həyata keçirilməsi üçün dövlət 

tərəfindən normal şərait yaradılır. Məsələn, hakimiyyət nümayəndəsinə müqavimət göstərmə 

və  ya  zor  tətbiq  etməyə  görə  (Azərbaycan  Respublikasının  CM-nin  315-ci  mad.),  təhqir 

etməyə  görə  (Azərbaycan  Respublikasının  CM-nin  148-ci  mad.)  və  dövlət  qulluqçularının 

vəzifələrinin yerinə yetirilməsinə maneçilik törədən və ya onların şəxsiyyətini və ləyaqətini 

alçaldan hərəkətlərə görə, cinayət məsuliyyəti nəzərdə tutulur. Bundan əlavə polis işçisinin 

və  ya  hərbi  qulluqçunun  qanuni  tələbinə  qəsdən  tabe  olmamağa  görə  inzibati  məsuliyyət 

nəzərdə tutulur (Azərbaycan Respublikasının  XM-nin 310-cu maddəsi). 

ş

çilərin  xidməti  fəaliyyəti  üçün  normal  şəraitin  yaradılması  rəhbər  şəxslərin  əsas 



vəzifələrindən  biridir.  Bu  vəzifələrin  yerinə  yetirilməməsinə  görə  onlar  intizam 

məsuliyyətinə cəlb edilə bilərlər. 

 

Dövlət qulluqçularının mükafatlandırılması və məsuliyyəti 



 

Dövlət  qulluqçusunun  vəzifə  borclarını  yerinə  yetirərkən  səylə  çalışması  hərtərəfli 

mükafatlandırılır.  Dövlət  qulluqçularının  mükafatlandırılmasının  növləri  və  qaydaları 

qanunvericiliklə müəyyənləşdirilir.  

Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə borcuna və 

andına  sədaqəti  dövlət  tərəfindən  qiymətləndirilməlidir.  Onun  xidmətlərinin  dövlət 

tərəfindən  qiymətləndirilməsi  ″Vətənə  xidmətə  görə″  ordeninin  üç  dərəcəsi,  ″Dövlət 

qulluğunda  fərqlənməyə  görə″  medalı  ilə,  digər  orden  və  medallarla  təltif  olunmasında, 

habelə  Azərbaycan  Respublikasının  fəxri  adlarını  almasından  ibarətdir.  Dövlət 

qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında 

ə

saslar və qaydalar qanunvericiliklə müəyyən edilir. 



Dövlət  qulluqçularına  həvalə  olunmuş  vəzifələrin  yerinə  yetirilməsi  və  yaxud  lazımi 

şə

kildə yerinə yetirilməməsi, həmçinin müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, 



qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 

Dövlət qulluqçularına aşağıdakı intizam tənbeh tədbirləri tətbiq oluna bilər (mad.25): 

  töhmət; 

  bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 

  həmin dərəcədən olan, lakin vəzifə maaşı aşağı olan işə keçirilməsi; 

  daha aşağı dərəcəli işə keçirilməsi; 

  ixtisas dərəcəsinin aşağı keçirilməsi; 

  ixtisas dərəcəsindən məhrum edilməsi; 



 

117 


 

  dövlət qulluğundan azad edilməsi. 

Tətbiq  olunmuş  intizam  tənbeh  tədbirinin  ləğv  edilməsi  üçün  7  gün  ərzində  yuxarı 

dövlət qulluğunu idarəetmə orqanına şikayət vermək olar. Bu zaman intizam tənbeh tədbiri 

10  gün  ərzində  həmin  orqan  tərəfindən  ya  ləğv  olunmalı,  ya  da  qüvvədə  saxlanılmalıdır. 

Çıxarılmış  intizam  tənbeh  tədbirindən  şikayət  verilməsi  qaydası  bu  müddəaları  nəzərə 

almaqla Azərbaycan Respublikasının müvafiq qanunvericilik, icra və məhkəmə hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

Dövlət  qulluqçuları  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və  qaydada  inzibati 

məsuliyyətə və cinayət məsuliyyətinə cəlb oluna bilərlər. 

Dövlət  qulluqçuları  onların  təqsiri  üzündən  dəymiş  zərər  üçün  qanunvericiliklə 

müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar. Dövlət qulluqçularının qanunauyğun 

hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına 

ödənilir. 

Siyasi vəzifələr tutan dövlət qulluqçuları qanunvericiliklə nəzərdə tutulan hallarda və 

qaydada vəzifədən çıxarıla bilərlər.  

Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir. 

Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına baxmayaraq, 

həmin  rəhbər  işçi  öz  göstərişini  qüvvədə  saxlayırsa  və  ondan  yuxarı  vəzifəli  rəhbər  işçi 

həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur. 

kinci sualın açıqlanmasını yekunlaşdırıraq bir daha qeyd etmək istərdim ki: 

1.

 Dövlət  qulluqçusu  ″Dövlət  qulluğu  haqqında″  Qanunla  müəyyən  edilmiş  qaydada 



maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsi tutan və 

Azərbycan  Respublikasına  sadiq  olacağına  and  içən  Azərbaycan  Respublikasının 

vətəndaşıdır. 

2.

 Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur 



quruluşu və ştat cədvəlinə uyğun olan struktur vahididir. 

3.

 Dövlət  qulluğu  vəzifələri  həmin  vəzifələrin  funksiyalarının  məzmunundan, 



səlahiyyətlərinin  mənbəyindən  və  tutulması  üsullarından  asılı  olaraq  siyasi,  inzibati  və 

yardımçı vəzifələrə bölünürlər. 

4.

 Azərbaycan  Respublikası  ″Dövlət  qulluğu  haqqında″  21  iyul  2000-ci  il  tarixli 



Qanununda dövlət qulluqçuları; onların əsas vəzifələri və hüquqları müəyyən edilmişdir. 

 

 



Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin