Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə10/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

QEYRI-HÖKUMƏT    TƏŞKILATLARI    NZ BAT     HÜQUQUN    SUBYEKTLƏR   

K M  

Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində qeyd olunub ki: 

1. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. 



 2.  Hər  kəs  istənilən  birlik,  o  cümlədən  siyasi  partiya,  həmkarlar  ittifaqı  və  digər 

ictimai  birlik  yaratmaq  və  ya  mövcud  birliyə  daxil  olmaq  hüququna  malikdir.  Bütün 

birliklərin sərbəst fəaliyyətinə təminat verilir. 

1.

 Heç  kəs  hər  hansı  birliyə  daxil  olmağa  və  ya  onun  üzvlüyündə  qalmağa  məcbur 



edilə bilməz. 

2.

 Azərbaycan  Respublikasının  bütün  ərazisində  və  ya  hər  hansı  hissəsində  qanuni 



dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və 

qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.″ 



 

89 


 

nzibati  hüququn  subyekti  kimi  qeyri-hökumət  təşkilatlarından  danışarkən,  ictimai 

özfəaliyyətin  bütün  müxtəlif  formalarını  yox,  sabit  təşkilati  vahidliyə,  öz  tərkibinin  və 

strukturunun  sabitliyinə,  aydın  müəyyən  edilmiş  fəaliyyət  məqsədinə  və  üzvləri  arasında 

daimi əlaqələrə malik olan, daimi fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslərin kollektiv 

birliklərini başa düşmək lazımdır. 

Azərbaycan  Respublikasında  ictimai  birliklərin  və  fondların  yaradılması  və  fəaliyyət 

göstərməsi  ilə  bağlı  münasibətləri  ″Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər  və  fondlar) 

haqqında″ 13 iyun 2000-ci il tarixli Azərbaycan Respublikasının Qanunu tənzimləyir. 

Bu  qanun  hüquqi  şəxslər  kimi  qeyri-hökumət  təşkilatlarının  yaradılmasını, 

fəaliyyətini,  yenidən  təşkil  edilməsi  və  ləğv  edilməsi  qaydalarını,  qeyri-hökumət 

təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini 

müəyyən edir. 

Bu  qanun  siyasi  partiyalara,  həmkarlar  ittifaqlarına,  dini  birliklərə,  yerli  özünüidarə 

orqanlarına  və  başqa  qanunlarla  tənzimlənən  digər  qeyri-hökumət  təşkilatlarına  şamil 

edilmir. 

Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər  və  fondlar)  haqqında″  Azərbaycan 



Respublikasının 13 iyun 2000-ci il tarixli Qanununa əsasən: 

             ctimai  birlik  təsis  sənədlərində  müəyyən  olunmuş  məqsədlərlə  ümumi  maraqlar 

ə

sasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, 



özünüidarəedən, öz  fəaliyyətinin  əsas  məqsədi  kimi  gəlir  əldə  etməyi  nəzərdə tutmayan  və 

ə

ldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. 



            Fond - üzvləri olmayan, bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxslər tərəfindən 

könüllü  əmlak  haqqı  əsasında  təsis  edilən  və  sosial,  xeyriyyə,  mədəni,  təhsil  və  ya  digər 

ictimai-faydalı məqsədləri daşıyan qeyri-hökumət təşkilatıdır. 

           Qeyri-hökumət  təşkilatları  Azərbaycan  Respublikasında  Ümumazərbaycan,  regional 

və yerli statusla təsis oluna və fəaliyyət göstərə bilərlər. Qeyri-hökumət təşkilatının fəaliyyət 

ə

razisi təşkilat tərəfindən müstəqil müəyyən olunur. 



Ümumazərbaycan 

qeyri-hökumət 

təşkilatlarının 

fəaliyyəti 

Azərbaycan 

Respublikasının  bütün  ərazisinə  şamil  edilir.  Regional  qeyri-hökumət  təşkilatlarının 

fəaliyyəti Azərbaycan Respublikasının iki və ya artıq inzibati ərazi vahidini əhatə etməlidir. 

Yerli qeyri-hökumət təşkilatları bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət  göstərirlər. 

Beynəlxalq  qeyri-hökumət  təşkilatları  öz  fəaliyyət  dairəsi  ilə  Azərbaycan 

Respublikasının və ən azı başqa bir xarici dövlətin ərazilərini əhatə edən ictimai birliklərdir. 

Qeyri-hökumət  təşkilatı  onun  təsis  edilməsi  nəticəsində,  habelə  möv-cud  olan  qeyri-

hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər.  

Qeyri-hökumət  təşkilatının  təsis  edilməsi  nəticəsində  yaradılması  təsisçilərin 

(təsisçinin)  qərarı  ilə  həyata  keçirilir.  Bu  halda  təsis  yığıncağı  çağırılır  və  təşkilatın 

nizamnaməsi qəbul olunur. 

          Qeyri-hökumət  təşkilatının  nizamnaməsində  qeyri-hökumət  təşkilatının  adı  və 

yerləşdiyi  yer,  fəaliyyətinin  məqsədləri  və  idarəolunma  qaydası,  üzvlərin  hüquq  və 

vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-

hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və 

dəyişikliklərin  edilməsi  qaydası,  qeyri-hökumət  təşkilatının  ləğv  edilməsi  və  ləğv  edildiyi 

halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. 


 

90 


 

Fondun nizamnaməsində həm də fondun ″fond″ sözü daxil edilmiş adı, onun olduğu 

yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma 

qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv 

edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. 

Qeyri-hökumət  təşkilatı  yalnız  dövlət  qeydiyyatına  alındıqdan  sonra  hüquqi  şəxs 

statusunu əldə edir. 

 

DINI  QURUMLAR   NZ BAT  HÜQUQUN  SUBYEKTLƏR   K M  

 

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin vicdan və dinə etiqad azadlığını 



möhkəmlədir.  Vətəndaşlar  dinə  etiqad hüququndan təkbaşına, həmçinin də dini qurumların 

yaradılması yolu ilə başqaları ilə birlikdə istifadə edə bilərlər. Dini etiqad azadlığının həyata 

keçirilməsinin  məhdudlaşdırılması,  yalnız  dövlət  təhlükəsizliyi  və  ictimai  təhlükəsizlik 

baxımından və Azərbaycan Respublikasının beynəlxaq öhdəliklərinə uyğun olaraq hüquq və 

azadlıqların mühafizəsi zəruriliyi olduqda ola bilər. 

Dini  etiqad  azadlığı  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının 

Konstitusiyasına müvafiq olaraq dini etiqad azadlığının və dini qurumların fəaliyyətinin əsas 

təminatını  müəyyən  edən  ″Dini  etiqad  azadlığı  haqqında″  20.08.92-ci  il  tarixli  Qanundan, 

Azərbaycan Respublikasının ona uyğun başqa qanunvericilik aktlarından ibarətdir. 

Dini etiqad qanunvericiliyinin vəzifələri aşağıdakılardır: 

-

  dini etiqad azadlığı hüququnun həyata keçirilməsi üçün təminatın yaradılması; 



-

  vətəndaşların dinə münasibətindən asılı olmayaraq onların hüquqlarının və qanuni 

mənafelərinin müdafiəsinin təmin edilməsi; 

-

  dini  qurumlarla  münasibətdə  dövlətin  və  dini  qurumların  dövlət  və  cəmiyyət 



qarşısında vəzifələrinin müəyyən edilməsi; 

-

  dini qurumların fəaliyyəti ilə əlaqədar münasibətləri nizama salmaq. 



Dini etiqad azadlığı haqqında″ Qanunun 7-ci maddəsinə əsasən: 

          Dini qurumlar yetkinlik yaşına çatmış şəxslərin dini etiqad azadlığı hüququnun birgə 

həyata  keçirilməsi,  həmçinin  dini  etiqadı  və  dini  yaymaq  üçün  yaradılmış  könüllü 

təşkilatlardır. 

Dini qurumların aşağıdakı növləri mövcuddur: 

-

  dini icmalar; 



-

  dini idarələr və mərkəzlər; 

-

  dini qardaşlıqlar; 



-

   dini tədris müəssisələri və s.. 

Dini  mərkəz  və  idarələr  öz  nizamnamələrində  (əsasnamələrində)  nəzərdə  tutulmuş 

qaydada ibadətgahlar, ziyarətgahlar, dini tədris müəssisələri və dini qardaşlıqlar yarada bilər. 

Azərbaycan  Respublikasında  islam  dini  qurumları  öz  tarixi  islam  dini  mərkəzində  - 

Qafqaz Müsəlmanları  darəsində birləşirlər.Təşkilati mərkəzləri xaricdə olan qeyri-islam dini 

qurumları  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan 

hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta bilərlər.Dini qurumun nizamnaməsi 

(əsasnaməsi) dindar şəxslərin ümumi yığıncağında və ya dini qurultaylarında, konfranslarda 

qəbul edilir.Dini qurumun nizamnaməsində (əsasnaməsində) aşağıdakılar göstərilməlidir: 

1.

  dini qurumun növü, dini mənsubiyyəti və yeri; 



2.

  dini qurumun dini birliyin təşkilat quruluşunda yeri; 



 

91 


 

3.

  dini qurumun əmlak vəziyyəti; 



4.

  dini  qurumun  müəssisələr,  kütləvi  informasiya  vasitələri,  digər  dini  qurumlar  və 

tədris müəssisələri təsis etmək hüquqları; 

5.

  dini qurumun nizamanməsinə (əsasnaməsinə) dəyişikliklər və əlavələr əldə etmək 



qaydası; 

6.

  dini qurumun fəaliyyətinə xitam verildikdə əmlak məsələlərin və başqa məsələlərin 



həlli qaydası. 

Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on nəfər yetkin yaşlı 

şə

xs  icmanın  təsis  protokolu  və  nizamnaməsi  (əsasnaməsi)  əlavə  olunmuş  ərizə  ilə  dini 



mərkəzə  və  ya  idarəyə  müraciət  edir.  Dini  məruzə  və  ya  idarə  15  gün  ərzində  həmin 

sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına göndərir. 

Dini  etiqad  azadlığı  haqqında  qanunvericiliyn  pozulmasında  günahkar  olan  vəzifəli 

şə

xslər  və  vətəndaşlar  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 



qaydada məsuliyyət daşıyırlar. 

                                       Ə T   C Ə  

Bütün deyilənləri ümumiləşdirərək daxili işlər orqanlarının inzibati hüququn kollektiv 

subyektləri ilə qarşılıqlı münasibətinin əsas formaları haqqında danışmaq istərdim. 

Bildiyimiz kimi hüquq mühafizə orqanların qarşısında duran əsas vəzifələrdən biri də 

ictimai  qaydanın  mühafizəsi  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsidir.  Vətəndaşların 

ictimai qaydanın mühafizəsində iştirak etmələri ictimai qaydanın mahiyyətindən asılı olaraq 

müəyyən  edilir.  Bu  da  bütövlükdə  cəmiyyətin  maraqlarına  və  ayrı-ayrılıqda  onun  hər  bir 

üzvünün  mraqlarına  uyğun  olaraq  müəyyən  edilir.  Vətəndaşların  ictimai  qaydanın 

mühafizəsində iştirak etmələrinin təşkilati formalarını aşağıdakı kimi qruplaşdırmaq olar: 

-

  ictimai orqanlar; 



-

  ictimai qaydanın mühafizəsi üzrə xüsusi ictimai qurumlar. 

ctimai  qaydanın  mühafizəsində,  hüquqpozmaların  xəbərdar  edilməsində  və 

cinayətkarlığa qarşı mübarizədə ictimai orqanlar hakimiyyət və idarəçilik orqanlarına böyük 

köməklik göstərir: bunlar küçə və ev komitələri, qadın şuraları, valideynlər şurası, veteranlar 

ş

urası, yetkinlik yaşına çatmayanların işləri və hühuqlarının müdafiəsi üzrə komissiyalar və 



s.  Bu  ictimai  orqanlar  ictimai  birliklərin  nümayəndələrindən  və  vətəndaşlardan  təşkil 

edilirlər.  Onların  fəaliyyəti  yerli  icra  hakimiyyəti  və  ya  da  müvafiq  təşkilatlar  tərəfindən 

istiqamətləndirilir.  Baxdığımız  ictimai  birliklərin  səlahiyyətləri,  onlar  haqqında  müvafiq 

nizamnamələr (əsasnamələr) ilə müəyyən edilir.  

Sadaladığımız 

təşkilatlardan  hər 

birinin 

səlahiyyətlərinin 

xüsusiyyətlərinə 

baxmayaraq, onların hamısı bu və ya digər formada ictimai qaydanın mühafizəsində iştirak 

edir,  vətəndaşlarda  hüquq  düşüncənin  və  intizamın  formalaşmasına  zəmin  yaradır,  dövlət 

orqanlarının  üzərinə  qoyulmuş  funksiyalarının  həyata  keçirilməsində  onlara  köməklik 

göstərir.  ctimai  qaydanın  mühafizəsi  işində  effektivliyinin  əsas  şərti  bu  işdə  iştirak  edən 

ictimai  təşkilatlar  və  əmək  kollektivləri  ilə  müvafiq  hüquq  mühafizə  orqanların  qarşılıqlı 

ə

laqənin təşkil edilməsi və onun təkmilləşdirilməsidir. 



Bu  qarşılıqlı  əlaqə  ictimai  qaydanın  mühafizəsi  sahəsində  birliklərin  və  əmək 

kollektivlərin  üzərinə  qoyulmuş  vəzifələrin  yerinə  yetirilməsində  daxili  işlər  orqanların 

onlara köməklik göstərməsində, ictimai qaydanın vəziyyəti haqqında məlumat mübadiləsinin 

aparılmasında, hüquqpozmaların xəbərdar edilməsi üzrə tədbirlərin birgə planlaşdırılmasında 

və həyata keçirilməsində və s. ifadə olunur. 


 

92 


 

Mövzu  6: ″″″″ cra hakimiyyəti orqanları″″″″ 

 

P L A N : 

 

G I R I Ş 

1.

  cra hakimiyyəti orqanlarının anlayışı, növləri və onların inzibati-hüquqi statusu. 



2.

  cra  hakimiyyəti  sahəsində  Azərbaycan  Respublikası  Prezidentinin  və  Nazirlər 

Kabinetinin səlahiyyətləri. 

3.

  cra hakimiyyətinin mərkəzi və yerli orqanları. Yerli icra hakimiyyəti. 



N Ə T   C Ə 

 

Ə



 D Ə B   Y Y A T: 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası. 



2.

  ″Polis haqqında″ Azərbaycan Respublikasının Qanunu. 28.10.1999. 

3.

  ″Normativ-hüquqi aktlar haqqında″ Azərbaycan Respublikasının Qanunu. 14.01.2001. 



4.

  ″Dövlət qulluğu haqqında″ Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli Qanunu. 

5.

  ″Yerli  icra  hakimiyyəti  haqqında  Əsasnamə″.  16  iyun  1999-cu  il  tarixdə  Azərbaycan 



Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir. 

6.

  ″Azərbaycan Respublikasının Daxili  şlər Nazirliyi haqqında Əsasnamə″. 30 iyun 2001-ci 



il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir. 

7.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



8.

   E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

9.

  V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″  1 hissə. Dərs vəsaiti. Bakı, 



2007.      

10.


 ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  

11.


 E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 

12.


  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 

 

                                                 G I R I Ş 

 

12  noyabr  1995-ci  il  tarixində  ümumxalq  səsverməsi  -  referendum  yolu  ilə  qəbul 



edilmiş  Konstitusiyamızın  7-ci  maddəsinin  3-cü  bəndinə  əsasən  Azərbaycan 

Respublikasında  dövlət  hakimiyyəti  hakimiyyətlərin  bölünməsi  prinsipi  əsasında  təşkil 

edilmişdir: 

  qanunvericilik  hakimiyyətini  Azərbaycan  Respublikasının  Milli  Məclisi  həyata 

keçirir; 

  icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; 

  məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həyata 

keçirir. 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  müddəalarına  əsasən  qanunvericilik, 

icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində 

müstəqildirlər. 

Bü  günkü  mühazirəmizdə  Azərbaycan  Respublikasında  dövlət  hakimiyyətinin 

müstəqil əsaslarından biri olan icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə 


 

93 


 

mənsubluğu,  onu  həyata  keçirən  icra  hakimiyyəti  orqanları  haqqında  anlayışlar,  onların 

növləri  və  hüquqi  statusları,  onların  əsas  vəzifələri  və  fəaliyyətlərinin  əsas  istiqamətləri  

öyrəniləcəkdir. 

Digər  tərəfdən  gələcək    fəaliyyətiniz  bilavasitə  Respublikamızda  qüvvədə  olan 

normativ-hüquqi  aktların  icrası  və  onların  icrasına  nəzarət  ilə  bağlı  olduğu  üçün  bu  günkü 

mövzumuzun  Sizin  tərəfinizdən  daha  da  dərindən  mənimsənilməsi  böyük  əhəmiyyət  kəsb 

edir.  Çünki  bu  biliklərə  yiyələnməklə  Siz,  gələcək  fəaliyyətinizi  qanunçuluğun  tələblərinə 

müvafiq  olaraq  həyata  keçirməklə  Konstitusiyamızın  12-ci  maddəsində  nəzərdə  tutulmuş 

dövlətin  ali  məqsədi  olan  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin 

edilməsində″ öz vəzifə borclarınızı müvəffəqiyyətlə yerinə yetirmiş olarsınız. 

 

Sual 1. 

cra hakimiyyəti orqanlarının  anlayışı, növləri və onların  



inzibati-hüquqi statusu 

          Orqan  dedikdə,  təşkilat,  kollektiv  və  ya  idarə  olunan  insanlar  qrupu  başa  düşülür. 

Təşkilat  sosial  bir qurumdur. O müəyyən yaranma və fəaliyyət məqsədinə, daxili struktur 

və funksional təbəqələşməyə malikdir.  Göstərilən bu xüsusiyyətləri dövlət orqanlarına  aid 

etmək olar. 

Dövlət orqanlarının  özünəməxsus əlamətləri  aşağıdakılardır: 

   dövlət aparatının nisbətən müstəqil hissəsidir; 

  dövlət funksiyalarını və ictimai maraqları həyata keçirir; 

  dövlətin, yerli inzibati orqanların və eyni zamanda öz adından  fəaliyyət göstərir; 

  müvafiq səlahiyyətlərə malikdir; 

  fəaliyyətlərinə görə dövlət qarşısında məsuliyyət daşıyır; 

  yuxarı dövlət orqanlarına tabedir; 

  dövlət tərəfindən təsis edilir; 

  hüquqi vəziyyəti, strukturu və fəaliyyəti hüquqla nizama salınır. 

Bəzi alimlərin fikrincə, orqan dövlət aparatının bir hissəsidir. O   mütəşəkkil insanlar 

qrupu olmaqla yanaşı tamın bir hissəsidir.  Tam hissənin mövcudluğunu, onun məzmununu 

və fəaliyyət formalarını, eləcə də dövlət aparatındakı yerini və daxili təşkilini müəyyən edir.  

Hal-hazırda bu problem ″Dövlət qulluğu haqqında″ Azərbaycan Respublikasının Qanunu ilə 

həll  edilmişdir.  ″Dövlət  qulluğu  haqqında″  Azərbaycan  Respublikasının  21  iyul  2000-ci  il 

tarixli Qanununun 7.1 maddəsində dövlət orqanının anlayışı aşağıdakı kimi verilmişdir. 

          Dövlət  orqanı  dedikdə,  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları  ilə 

müəyyən  edilmiş  hüdudlarda  Azərbaycan  Respublikasının  məqsəd və  funksiyalarını həyata 

keçirən,  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  dövlət  qulluqçularının  qurumu  başa 

düşülür (slayd 1). 

Göstərilən  Qanunda  dövlət  orqanının  anlayışının  verilməsindən  istifadə  edib 

qanunvericilik,  məhkəmə  və  icra  hakimiyyəti  orqanlarına  onu  tətbiq  etmək  olar.  Dövlət 

orqanının anlayışını əsas götürərək icra hakimiyyəti orqanına aşağıdakı kimi anlayış vermək 

olar. 


           cra  hakimiyyəti  orqanı  -  müvafiq  səlahiyyətlərə,  struktura,  fəaliyyət  ərazisinə  malik 

olan,  qanunla  və  digər  normativ-hüquqi  aktlarla  nəzərdə  tutulmuş  qaydada  təşkil  edilən, 

dövlətin  tapşırığı  ilə  dövlətin  adından  çıxış  etmək  hüququna  malik  və  icraedici-


 

94 


 

sərəncamverici fəaliyyət qaydasında gündəlik olaraq iqtisadi, sosial-mədəni və inzibati-siyasi 

quruculuğu həyata keçirən dövlət aparatının bir hissəsidir. 

cra  hakimiyyətinə  mənsub  olan  hər  bir  orqan    müvafiq  struktura  və  ştata  malikdir. 

Onun    orqanlarının    strukturu  və  ştatları    idarəetmənin  ayrı-ayrı  sahələrinin  xüsusiyyətləri 

nəzərə  alınmaqla    Azərbaycan  Respublikasının  dövlət  və  inzibati-ərazi  quruluşuna  əsasən 

təşkil edilir. 

           cra hakimiyyəti orqanlarının əsas əlamətləri   aşağıdakılardır: 

  idarəetmə (icraedici və sərəncamverici) fəaliyyətini həyata keçirir; 

  daxili təşkilati quruluşa malikdir; 

  dövlət-hakimiyyət səlahiyyətinə malikdir; 

  büdcənin icrası ilə bağlı  müvafiq orqanların nəzarəti altında olurlar; 

  müvafiq səlahiyyətlərə  və operativ müstəqilliyə malikdir ; 

  bir qayda olaraq daimi ştata malikdir; 

  yuxarı orqanlar tərəfindən təşkil edilir; 

  onların təşkili, strukturu və fəaliyyət qaydaları əsasən inzibati-hüquqi normalar ilə 

nizama salınır. 

Qeyd etmək lazımdır ki, göstərilən əlamətlər bir-biri ilə qarşılıqlı surətdə bağlıdır. Bu 

xüsusiyyətlərin məcmusu və onların ciddi nisbəti icra orqanları üçün  səciyyəvidir. 

           cra hakimiyyəti orqanının strukturu  aşağıdakı elementlərdən ibarətdir : 

1.

  Rəhbərlik (orqanın rəhbəri, onun müavinləri, kollegiya). 



2.

  Sahəvi bölmələr (baş idarələr, şöbələr, bölmələr  və s.). 

3.

  Funksional bölmələr (idarələr, şöbələr və s.)  



4.

  Köməkçi və xidmətedici bölmələr (katiblik, dəftərxana və s.) 

cra  hakimiyyəti  orqanının  göstərilən  bu  strukturu  daimi  deyil,  təxmini  xarakter 

daşıyır.  Lakin  aşağıda  göstərilən  əlamətlər  hər  bir  icra  hakimiyyəti  orqanlarına  aid  edilə 

bilər: 

  hər bir icra hakimiyyəti orqanı  rəsmi qaydada müəyyən edilmiş ştat cədvəlinə   malikdir; 



  hər  bir  icra  hakimiyyəti  orqanının    ştat  cədvəlində  aşağıdakı  elementlər  öz  əksini 

tapmalıdır: 

  struktur bölmələrinin sayı və adları; 



  vəzifələrin adı və sayı; 

  vəzifə səlahiyyətləri; 



  vəzifə maaşları və s. 

  hər bir dövlət orqanı hüquqla nizama salınmış struktura malikdir.  

Hər bir icra hakimiyyəti orqanında yuxarıda göstərilən struktur bölmələr və vəzifələr 

ola  bilər.  Lakin  müstəsna  hallarda  onların  olmaması  da  mümkündür.      (məsələn:  yetkinlik 

yaşana çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya). 

cra  hakimiyyəti  orqanlarının    strukturu  və  ştatları    onları  təsdiq  etməyə  səlahiyyəti 

olan  yuxarı  təbəqəli  idarəetmə  orqanı  tərəfindən  təsdiq  edilir.  Məsələn,  Azərbaycan 

Respublikasının  Nazirlər    Kabineti    nazirliklərin,  dövlət  komitələrinin,  baş  idarələrin, 

departamentlərin,  idarələrin  və  s.  strukturunu,  eləcə  də  onların  idarəçilik  aparatlarının 

işçilərinin sayını təsdiq edir. 

            cra  hakimiyyəti  orqanlarının  fəaliyyətlərinin  əsas  istiqamətləri  (funksiyaları) 

aşağıdakılardır: 


 

95 


 

  proqnozlaşdırma - elmi nailiyyətlərə və  təcrübi məlumatlara əsasən, hər hansı bir 

hadisə və ya proseslərin inkişafında ola biləcək dəyişikliklərin qabaqcadan təsviri, görülməsi 

və s.; 


  planlaşdırma - bu və ya digər fəaliyyətin istiqamət, məqsəd, vəzifə və nəticələrinin 

müəyyən edilməsi; 

  təşkiletmə -  idarəedən və idarəolunan sistemaltıların təşkil edilməsi; 

  nizamasalma -  hər hansı bir fəaliyyət rejiminin müəyyən edilməsi; 

  ümumi rəhbərlik və operativ sərəncamvermə - ümumi rəhbərliklə yanaşı operativ 

surətdə sərəncamvermənin həyata keçirilməsi; 

  koordinasiya  -    eyni  bir  vəzifənin  yerinə  yetirilməsi  zamanı  müxtəlif  idarəetmə 

orqanların və təşkilatların fəaliyyətinin  razılaşdırması və uzlaşdırması; 

  yoxlama  və  nəzarət  -  aşkar  edilmiş  çatışmamazlıqların  və    nöqsanların  aradan 

qaldırılması, eləcə də bərpa edilməsi  məqsədi ilə işin faktiki vəziyyətinin yoxlanılması; 

  uçot  -  görülən,  yerinə  yetirilən  işlərin  və  onun  nəticələrinin  qeydiyyatının 

aparılması və s. 

Hüquqi  ədəbiyyatlarda  ″idarəetmə  orqanı″  və  ″dövlət  müəssisəsi″  (idarəsi) 

anlayışlarının  nisbəti  haqqında  müxtəlif  fikirlər  yürüdülür.  Bir  sıra  müəlliflərin    fikrincə, 

müəssisələr  dövlət  orqanları  sırasına  aid  edilməlidir.  nzibati  hüquqla  bağlı  ədəbiyyatlarda  

isə başqa fikir hökm sürür. Bu ədəbiyyatlarda qeyd edilir ki, idarəçilik orqanları hakimiyyət - 

təşkilati  fəaliyyəti  həyata  keçirir.  Bu  orqanlar  onlardan  kənarda  olan,  yəni  onların  struktur 

bölməsi  sisteminə  daxil  olmayan  obyektlərə  rəhbərlik  edir  və  dövlətin  adından  çıxış  edir. 

Müəssisələr  və  təşkilatlar  isə  təsərrüfat  fəaliyyəti  və  sosial  xidməti  həyata  keçirir. 

Birincilərin ″məhsulu″ əksərən qərarlar formasında, ikincilərin ″məhsulu″ maddi nemətlər və  

xidmətlər formasında  obyektiv aləmdə gerçəkləşir. 

cra  hakimiyyəti  orqanlarında    mərkəzi  orqanlardan  başlayaraq  aşağı  təbəqəli 

orqanlara  kimi    bütün  işçilər  (xidmətedici  heyətdən  başqa)  müxtəlif  səlahiyyətlərə    malik 

olub,  idarəçiliyin  müxtəlif  funksiyalarını  həyata  keçirirlər.  Başqa  cür  desək,  onların  işi 

idarəçilik fəaliyyətidir. Müəssisədə  və təşkilatlarda  bu işlər başqa formadadır. Burada əmək 

kollektivinə daxil olan  şəxslər müxtəlif xarakterli fəaliyyətlə  məşğul olur. 

Kollektivin  bir  hissəsi  bilavasitə  istehsal  prosesi  ilə  məşğul  olub,  maddi  nemətlər 

istehsal  edir,  digər  hissəsi  isə  idarəçilik  və  hakimiyyət-təşkilati  fəaliyəti  həyata  keçirir. 

Fəaliyyətin bu növü əsas deyil, lakin  o istehsalı qaydaya salır və təmin edir. 

Müəssisə  (təşkilat)  bütövlükdə  özü  idarəçilik  funksiyalarını  yerinə  yetirmir,  bununla 

həmin müəssisədə (təşkilatda) xüsusi təşkil edilmiş adamlar qrupu ″müdiriyyət″ məşğul olur. 

O dövlət idarəçilik orqanı kimi yox, idarəetmənin subyekti kimi  təsəvvür olunmalıdır. Yeri 

gəlmişkən qeyd etmək lazımdır ki,  idarəçiliyin iki növü  fərqləndirilir: 

  yuxarı təbəqəli orqanlar tərəfindən həyata keçirilən idarəetmə; 

  yerli özünüidarəetmə orqanı tərəfindən həyata keçirilən idarəetmə. 

            cra hakimiyyəti orqanlarının inzibati-hüquqi statusu 3 qrup normalardan ibarətdir : 

          1.  Məqsədli  qrup  normalar      icra  hakimiyyəti  orqanın  yaranma  məqsədi,  vəzifələri, 

funksiyaları və fəaliyyətinin prinsiplərini müəyyən edir.  

          2.  Təşkilati-struktur  qrup  normaları  aşağıdakı  hüquqi  nizamasalma  göstərişlərindən 

ibarətdir: 

a) orqanın yaranma, yenidənqurma və ləğv edilməsi qaydası; 

b) onların strukturu; 



 

96 


 

v) xətti və funksional tabeçilik; 

q) fəaliyyət qaydaları; 

d) təşkilati özünü idarəetmə hüququ; 

e) onların istifadə etdiyi rəsmi rəmzlər və s.  

          3.Orqanın  səlahiyyətlərini  müəyyən  edən  qrup  normalar  onun  başqa  subyektlərə 

nisbətdə  səlahiyyətlərini təsbit edir. 

cra  hakimiyyəti  orqanlarının  inzibati  hüquq  qabiliyyəti  və  fəaliyyət  qabiliyyəti  eyni 

vaxtda  yaranır  və  onların  ləğv  edilməsi  ilə  xitam  olunur.  cra  hakimiyyəti  orqanlarının 

səlahiyyəti  müvafiq qanunlarda, əsasnamələrdə və digər normativ-hüquqi aktlarda öz əksini 

tapır və möhkəmləndirilir. 

            cra  hakimiyyəti  orqanlarının  inzibati-hüquqi  statusu  aşağıdakı  əlamətlərlə  

xarakterizə olunur: 

  icra hakimiyyəti orqanlarının fəaliyyəti xaraktercə  qanun qüvvəlidir; 

  hüquqi aktlar qəbul etmək  hüququ  vardır; 

  aşağı təbəqəli orqanlar yuxarı orqanlar qarşısında hesabat verir və onların nəzarəti 

altındadır; 

  öz  səlahiyyətləri  çərçivəsində  icra  hakimiyyəti  orqanları  operativ  müstəqilliyə  

malikdir. 

            cra  hakimiyyəti  müxtəlif  sahələrdə  (iqtisadi,  sosial-mədəni,  inzibati-siyasi)  həyata 

keçirilir.  Bu  öz növbəsində  müxtəlif  icra  hakimiyyəti  orqanlarının  olmasını  tələb  edir.  cra 

hakimiyyəti orqanlarını aşağıdakı kimi təsnifləşdirmək  məqsədəuyğundur : 



Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin