Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar


Sual 2.  nzibati hüquq münasib



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə7/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   2   3   4   5   6   7   8   9   10   ...   64

Sual 2. 

nzibati hüquq münasibətlərin quruluşu və növləri 

Birinci  sualda  qeyd  etdiyimiz  kimi,  inzibati  hüquq  münasibətləri  dövlət  idarəetmə 

sahəsində  yaranan  və  inzibati  hüquq  normaları  vasitəsi  ilə  tənzimlənən  ictimai 

münasibətlərdir.  Göstərdiyimiz  kimi,  inzibati  hüquq  münasibətləri  ümumilikdə  hüquq 

münasibətlərinin  növlərindən  biri  olduqları  üçün  onlara  (hüquq  münasibətlərinə)  xas  olan 

bütün  ümumi  əlamətlərə  malikdirlər.  Bununla  yanaşı,  inzibati  hüquq  münasibətlərin 

özünəməxsus xüsusiyyətləri mövcuddur. 

Bu  xüsusiyyətlər  ondan  ibarətdir  ki,  inzibati  hüquq  münasibətləri  dövlət  idarəetməsi 

sahəsində  yaranır,  yəni  iqtisadiyyatın,  sosial-mədəni  və  inzibati-siyasi  sahələrin  idarə 

edilməsində, həmçinin də digər dövlət idarəetmə sahələrində  idarəetmə fəaliyyətinin həyata 

keçirilməsi zamanı meydana çıxır. 


 

62 


 

nzibati  hüquq  münasibətləri  inzibati  hüquq  normaları  kimi  də  daxili  quruluşa 

malikdirlər. 

 

  nzibati hüquq münasibətlərin elementləri (əsas hissələri) aşağıdakılardır: 



  nzibati hüquq münasibətlərin subyektləri; 

  nzibati hüquq münasibətlərin obyektləri; 



  nzibati hüquq münasibətlərin hüquqi faktları. 

 

ndi isə bu elementlərin hər birini ayrı-ayrılıqda açıqlayaq. 



 

1.  nzibati  hüquq  münasibətlərin  subyektləri  inzibati  hüquq  və  vəzifələrə  malik 

olan şəxslər ola bilərlər. 

nzibati hüquq münasibətlərin subyektləri aşağıdakılardır: 

  Azərbaycan Respublikasının vətəndaşları; 



  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 

  dövlət  orqanları  və  onların  struktur  bölmələri,  dövlət  idarə,  müəssisə  və 



təşkilatları; 

  qeyri-hökumət təşkilatları;   



  dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının qulluqçuları və xidmətçiləri; 

  inzibati hüquqlara və vəzifələrə malik olan qeyri-hökumət təşkilatlarının üzvləri. 



Bütün  hallarda  inzibati  hüquq  münasibətlərin  subyektləri  inzibati  hüquqlara  və 

vəzifələrə  malik olmalıdırlar.  Bu da onların inzibati hüquq subyektivliyini  yaradır.  nzibati 

hüquq  subyektivliyi  inzibati  hüquq  qabiliyyətindən  və  inzibati  fəaliyyət  qabiliyyətindən 

ibarətdir. 

nzibati  hüquq  qabiliyyəti  dedikdə  vətəndaşın  dövlət  idarəetmə  sahəsində  inzibati 

hüquqları və vəzifələri daşımaq (sahib olmaq) qabiliyyəti başa düşülür. 

nzibati fəaliyyət qabiliyyəti dedikdə müəyyən yaş həddinə çatmaqla vətəndaşa dövlət 

idarəetmə sahəsində verilmiş hüquqları öz hərəkətləri ilə həyata keçirmək, üzərinə qoyulmuş 

vəzifələri  yerinə  yetirmək,  bunun  nəticəsində  yeni  hüquq  və  vəzifələr  əldə  etmək  və  öz 

davranışına görə hüquqi məsuliyyət daşımaq qabiliyyəti başa düşülür. 

Azərbaycan  Respublikasının  vətəndaşlarında  inzibati  hüquq  subyektivliyi  onların 

doğulduğu vaxtdan yaranır və ölümləri ilə xitam olunur. Dövlət orqanlarında, müəssisələrdə, 

idarələrdə, təşkilatlarda və başqa dövlət bölmələrində isə onların müəyyən edilmiş qaydada 

təsis olunduqları (təşkil edildikləri) gündən yaranır. 

Dövlət  orqanlarının  və  qeyri-hökumət  təşkilatlarının  qulluqçularında  inzibati  hüquq 

subyektivliyi isə onların vəzifəyə təyin olunduqları gündən yaranır.  

nzibati  hüquq  normaların  tənzimlənməsinin  ümumi  obyektini  başqa  hüquq 

normalarında  olduğu  kimi,  ictimai  münasibətlər,  bilavasitə  obyektini  isə  ictimai 

münasibətlərdə iştirak edən subyektlərin davranışları təşkil edir. 

Hər  bir  konkret  inzibati  hüquq  münasibətdə  iştirakçılar  hüquq  münasibətlərinin 

obyektini  təşkil  edən  və  onlara  verilmiş  hüquqları  və  üzərinə  qoyulmuş  vəzifələri  həyata 

keçirirlər. 

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki: 

 

2.  nzibati hüquq münasibətlərin obyektini həmin münasibətlərin yaranma səbəbi 



təşkil edir. 

nzibati hüquq münasibətlərin obyektlərinin iki növü mövcuddur: 



 

63 


 

a)  subyektin(lərin)  qanunauyğun  davranışı  nəticəsində  yaranan  inzibati  hüquqi 

münasibətlər  (məsələn,  şəxsiyyət  vəsiqəsinin  alınması  ilə  əlaqədar  vətəndaşın  D O-ya 

müraciəti); 

b)  subyektin(lərin)  qanunazidd  davranışı(ları)  nəticəsində  yaranan  inzibati  hüquqi 

münasibətlər (məsələn, vətəndaşın inzibati xəta törətməsi). 

nzibati  hüquq  münasibətlərin  yaranmasında,  dəyişməsində  və  xitam  olunmasında 

hüquqi faktlar əsas rol oynayırlar. 

 

3. Hüquqi faktlar elə faktlardır ki, onlar inzibati-hüquqi nəticələr yaradırlar. 

nzibati  hüquq  münasibətləri  inzibati  hüquq  normaları  ilə  nəzərdə  tutulmuş  şəraitin 

mövcud olduğu hallarda yaranır, dəyişir və xitam olunur. Bunlar hüquqi faktlardır. Hüquqi 

faktlar kimi, bir qayda olaraq, hərəkət, bəzi hallarda isə hadisə çıxış edir.  



 

Hadisələr bu, elə təzahürlərdir ki, onlar şəxslərin (fərdlərin) iradəsindən, davranışından 

asılı olmayaraq yaranırlar. 

Hər  bir  inzibati  hüquqi  münasibətlər  onun  iştirakçısının  hüquq  və  vəzifələrinin 

müəyyən  edilmiş  qarşılıqlı  əlaqələridir.  nzibati  hüquqi  normalar  qabaqcadan  tərəflərin 

səlahiyyətlərinin həcmini, onların qarşılıqlı hüquq və vəzifələrini, həm də vəzifələrin yerinə 

yetirilməməsinə  və  ya  hüquqlarının  pozulmasına  görə  hüquqi  məsuliyyətlərini  müəyyən 

edirlər.  Subyektlərin  birinin  subyektiv  hüququna  görə  səlahiyyətləri  həmişə  başqasının 

(digərinin) hüquqi vəzifəsinə uyğun olmalıdır və əksinə. 

Hərəkətlər  hüquqi fakt kimi subyektin iradəsinin ″aktiv″ ifadə edilməsinin nəticəsidir. 



NZIBATI HÜQUQ  MÜNASIBƏTLƏRIN  NÖVLƏRI 

nzibati  hüquq  münasibətləri  öz  məzmunlarına,  onların  iştirakçılarının  hüquq  və 

vəzifələrinin  nisbətinə,  onları  yaradan  hüquqi  faktların  xarakterinə  və  onların  mühafizə 

üsullarına görə fərqlənirlər. 



 

1.  nzibati hüquq münasibətləri hüquqi məzmununa görə iki yerə bölünürlər: 

  maddi inzibati hüquq münasibətləri; 



  prosessual inzibati hüquq münasibətlər. 

 

Maddi  inzibati  hüquq  münasibətləri  dedikdə,  dövlət  idarəetmə  sahəsində  yaranan  o 



ictimai münasibətlər başa düşülür ki, onlar inzibati hüququn maddi normaları ilə tənzimlənir. 

 

Prosessual inzibati hüquq münasibətləri dedikdə isə dövlət idarəetmə sahəsində yaranan 



o ictimai münasibətlər başa düşülür ki, onlar konkret fərdi işin həlli ilə bağlı olur və inzibati 

hüququn prosessual normaları ilə tənzimlənir. 

nzibati  prosessual  münasibətlərə  misal  olaraq  vətəndaşların  ərizə,  təklif  və 

ş

ikayətlərinin dövlət idarəetmə orqanları və onların vəzifəli şəxsləri tərəfindən baxılması və 



həll edilməsi zamanı yaranan hüquq münasibətlərini göstərmək olar. 

Maddi  və  prosessual  inzibati  hüquqi  münasibətlərin  qarşılıqlı  əlaqəsi  onunla 

xarakterizə  olunur  ki,  maddi  münasibətlər  prosessual  münasibətlər  vasitəsi  ilə  yerinə 

yetirilirlər. Bundan əlavə inzibati prosessual münasibətlər hüququn bir sıra başqa sahələrinin 

hüquq  münasibətlərinə  xidmət  edir,  onların  yerinə  yetirilməsini  təmin  edirlər.  Məsələn, 

inzibati prosessual münasibətlərin vasitəsi ilə maliyyə, əmək və hüququn başqa sahələrinin 

maddi münasibətləri realizə olunurlar. 

 

2.  nzibati hüquq münasibətlərini yaradan hüquqi faktlar öz xarakterlərinə görə 

iki yerə bölünürlər: 

  qanunauyğun  hərəkətlər  əsasında  yaranmış  (meydana  gəlmiş)  inzibati  hüquqi 



münasibətlər; 

 

64 


 

  qanunazidd  hərəkətlər  əsasında  yaranmış  (meydana  gəlmiş)  inzibati  hüquqi 



münasibətlər. 

Qanunauyğun  hərəkətlər  inzibati-hüquqi  normaların  tələbinə  uyğun  olur.  nzibati 

hüquq  münasibətlərin  iştirakçıları  olan  subyektlərin  qanunauyğun  hərəkətlərini  hüquqi  fakt 

kimi  göstərmək  olar.  Məsələn,  vətəndaş  tərəfindən  şikayətin  verilməsi  ilə  onunla  ərizənin 

ünvanlandığı  icra  hakimiyyəti  orqanı  (vəzifəli  şəxs)  arasında  konkret  inzibati    hüquqi 

münasibət yaranır. 

Hüquqi  faktların  inzibati  hüquqa,  əsasən,  xüsusiyyəti  ondan  ibarətdir  ki,  hüquqi 

hərəkətlərin əsas növləri icra hakimiyyəti subyektlərinin hüquqi aktları hesab edilirlər. Qəbul 

edilmiş bu hüquqi aktlar fərdi xarakter daşıyır, yəni onlar konkret ″ünvançıya″ və ya inzibati 

işə  aid  olurlar.  Onların  birbaşa  hüquqi  nəticələri  inzibati  hüquq  münasibətlərin  yaranması, 

dəyişməsi  və  ya  xitam  olunmasıdır.  Məsələn,  vəzifəyə  təyin  etmə  haqqında  əmr,  həmin 

şə

xsin dövlət-qulluq münasibətlərinin yaranmasına səbəb olur. 



Qanunazidd  hərəkətlər    isə  inzibati  hüquq  normaların  tələblərinə  cavab  vermir,  yəni 

onların tələblərini pozur. Bunlar intizam və inzibati xətalardır,  onlar dövlət idarəetmə sahəsi 

üçün daha xarakterikdirlər. 

 

3. Subyektlərin hüquq və vəzifələrinə və ya bir-birinə qarşı olan münasibətlərinə 

görə inzibati hüquq münasibətləri iki qrupa bölmək olar: 

nzibati  hüquq  münasibətlərinə  görə  bir  subyekt  o  birinə  tabe  olur  (şaquli  xətt  üzrə 

subyektlərin hüquq münasibətləri, ″hakimiyyət-tabeçilik″); 

nzibati hüquq münasibətlərinə görə subyektlər bir-birinin tabeçiliyində olmurlar (üfiqi 

hüquq münasibətləri, əlaqələndirmə münasibətləri (koordinasiya və razılaşdırma)). 

Birinci  qrupa  aid  olan  subyektlər  inzibati  hüquq  münasibətlərinə  görə  tabeçilik 

çərçivəsində biri-birinə tabe olurlar. Məsələn, aşağı səlahiyyətli orqanlar yuxarı səlahiyyətli 

orqana  tabe  olurlar;  dövlət  idarəetmə  orqanlarının  struktur    bölmələrinin    öz    aralarındakı 

tabeçilik münasibətləri və s. 

Ş

aquli  xətt  üzrə  inzibati  hüquq  münasibətlər,  inzibati  hüquqi  münasibətin  bir 



subyektinin  normativ  aktının  icrası  qanunvericiliyə  uyğun  olaraq,  başqa  subyekt  üçün 

məcburi  xarakter  daşıyan  hallarda  da  yaranır.  Belə  ki,  çox  vaxt  dövlət  idarəetmə  orqanı 

normativ akt qəbul etmək səlahiyyətinə malik olur, qəbul edilmiş akt yalnız onun bilavasitə 

tabeçiliyində  olan  orqan  və  təşkilat  üçün  məcburi  xarakter  daşıyır,  o,  həm  də  onun 

tabeçiliyində olmayan orqanlar, təşkilatlar, idarələr, müəssisələr, xidmətçilər və vətəndaşlar 

üçün də məcburi xarakter daşıya bilər. 

Ş

aquli xətt üzrə yaranan inzibati-hüquqi münasibətlər üçün bir tərəfin iradəsinin ifadə 



edilməsi əsasında yaranması xarakterikdir, lakin onların yaranmasında onları yaradan orqan 

və ya vəzifəli şəxsin səlahiyyətləri nəzərə alınır. Şaquli inzibati hüquq münasibətləri hüquq 

münasibətinin başqa subyektinin iradəsindən kənar və ya asılı olmayaraq da yarana bilər. 

kinci qrupa aid olan subyektlər isə inzibati hüquq münasibətlərinə görə bir-birinə tabe 

olmurlar. Məsələn: dövlət idarəetmə sistemində elə münasibətlər vardır ki, bu münasibətlərin 

iştirakçıları  olan  idarə,  müəssisə,  təşkilatlar  öz  quruluşlarına  görə  bir-birinə  tabe  deyillər, 

lakin  dövlət  idarəetmə  sistemində  onlar  eyni  bir  vəzifəni  yerinə  yetirən  zaman  onların  hər 

biri ayrı-ayrılıqda öz hüquq və vəzifələrini həyata keçirirlər. 



 

4.  Müdafiə  üsullarına  görə  inzibati  hüquq  münasibətlər  inzibati  və  məhkəmə 

qaydasında müdafiə olunan inzibat hüquq münasibətlərə bölünürlər. 

 

65 


 

nzibati hüquq münasibətlər inzibati hüquq münasibəti iştirakçılarının inzibati hüquqi 

normalarda  ifadə  olunan  tələblərə  uyğun  davranışıdır.  Bu  tələblərin  pozulması  hallarında, 

onların inzibati və ya məhkəmə qaydasında müdafiəsinin zərurəti yaranır. 

nzibati  hüquqi  münasibətlərin  əksəriyyəti  inzibati  hüququn  subyektlərinin 

qanunauyğun hərəkətlərindən, əsasən də fəal (aktiv) hərəkətlərindən yaranır.  nzibati hüquqi 

münasibətlərin  bir  hissəsi  də  hüquqpozmaların  törədilməsi  ilə  əlaqədar  olaraq  yaranır. 

Məsələn: polis ilə hüquqpozmanı törətmiş vətəndaş arasında yaranan münasibətlər. 

nzibati  hüquqi  münasibətlərin  müdafiəsindən  söz  açarkən  hər  iki  halda  yaranan 

münasibətlərdən danışmaq lazımdır. 

Qanunauyğun  hərəkətlər  əsasında  yaranan  inzibati  hüquq  münasibətlərin  müdafiəsi 

onların qanunvericiliyə muvafiq olan dəqiq inkişafının təmin edilməsindən ibarətdir. 

Hüquqpozmalar  əsasında  yaranan  inzibati  hüquqi  münasibətlərin  müdafiəsinə  isə 

aşağıdakı tələblər qoyulur: 

  qanunvericiliyin tələblərinə uyğun olaraq onların inkişafı və xitam olunması; 



  şəxsin hüquqlarının müdafiəsinin təmin edilməsi; 

  qanunvericilikdə  göstərilən  məcburetmə  tədbirlərinin  prosessual  qaydalara  ciddi 



riayət edilməsi ilə tətbiq edilməsi. 

Bu tədbirlərdən istənilən formada yayınmanın qarşısı qətiyyətlə alınmalıdır. Bu qrupa 

aid olan inzibati hüquqi münasibətlərin də müdafiəsi bundan ibarətdir. 

 Qeyd  etdiyimiz  kimi,  qanunvericilikdə  inzibati  hüquqi  münasibətlərin  müdafiəsinin 

iki üsulu   inzibati və məhkəmə üsulları müəyyən edilmişdir. 

nzibati hüquq  münasibətlərin inzibati qaydada  müdafiəsi  icra hakimiyyəti orqanları 

(vəzifəli  şəxslər)  tərəfindən  vətəndaşların  şikayətlərinə  və  ərizələrinə  baxılmasından  və 

inzibati  hüquq  münasibətlərin  yaranmasına,  dəyişməsinə  və  xitam  olunmasına  nəzarətin 

həyata  keçirilməsindən  ibarətdir.  Məsələn:  qəbul  edilmiş  qərarların  icrasına  nəzarətin 

keçirilməsi dövlət orqanlarının vəzifəsidir; ali hakimiyyət orqanları tərəfindən vəzifəyə təyin 

edilmiş vəzifəli şəxslər onlara qarşı tətbiq edilmiş intizam tənbehləri barədə şikayəti yalnız 

yuxarı instansiya orqanlarına verə bilərlər. 

nzibati hüquq münasibətlərin məhkəmə qaydasında müdafiəsi - dövlət orqanlarının və 

vəzifəli şəxslərin qərarlarından (hərəkətlərindən və hərəkətsizliklərindən) verilmiş şikayətlər 

məhkəmə  qaydasında  baxıla  bilər.  Bununla  yanaşı,  Azərbaycan  Respublikasının 

Konstitusiyasının  60-cı  maddəsində  hər  kəsin  hüquq  və  azadlıqlarının  məhkəmədə 

müdafiəsinə  təminat  verilməsi  barədə  müvafiq  müddəalar  mövcuddur.  Azərbaycan 

Respublikasının vətəndaşlarının şikayət vermə qaydası ″Vətəndaşların hüquq və azadlıqlarını 

pozan  qərar  və  hərəkətlərdən  (hərəkətsizlikdən)  məhkəməyə  şikayət  edilməsi  haqqında″ 

Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli Qanunu ilə tənzimlənmişdir. 

kinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki:  

1.

  nzibati hüquq münasibətlərinin elementləri (əsas hissələri) aşağıdakılardır: 



  nzibati hüquq münasibətlərin subyektləri; 

  nzibati hüquq münasibətlərin obyektləri; 



  nzibati hüquq münasibətlərin hüquqi faktları. 

2.  nzibati hüquq münasibətləri hüquqi məzmununa görə iki yerə bölünürlər: 

  maddi inzibati hüquq münasibətləri; 



  prosessual inzibati hüquq münasibətləri. 

3.  Onları yaradan hüquqi faktların xarakterinə görə: 


 

66 


 

  qanuna uyğun faktlar əsasında yaranan inzibati hüquq münasibətlər; 



  qanuna zidd faktlar əsasında yaranan inzibati hüquq münasibətlər 

4. Müdafiə üsuluna görə: 

  inzibati qaydada müdafiə olunan; 



  məhkəmə qaydasında müdafiə ounan inzibati hüquq münasibətləri.  

 

Sual 3. 

D O-nun fəaliyyətində inzibati hüquqi münasibətlə

D O-nun  qarşısında  duran  əsas  vəzifələrin  yerinə  yetirilməsi  prosesində  daxili  işlər 

orqanları inzibati-hüquqi tənzimlənmə mexanizminin vasitələrindən istifadə edirlər.  

Daxili  işlər  orqanları  və  onun  vəzifəli  şəxsləri  özlərinin  bilavasitə  funksiyalarını 

həyata  keçirərkən  inzibati  hüquq  normaların  həyata  keçirilməsi  üçün  özünün  tətbiqetmə 

aktlarını  qəbul  edir.Daxili  işlər  orqanları  və  onun  vəzifəli  şəxsləri  öz  vəzifələrini  həyata 

keçirərkən  və  yaxud  da  inzibati  hüququn  başqa  subyektləri  ilə  hüquqi  münasibətlər 

yaradarkən bu münasibətdə olan iştirakçıların hüquq və vəzifələrinin mövcudluğu əsas amil 

olmalıdır,  yəni  onların  mövcud  olması  vacibdir.  Çünki  inzibati  hüquq  münasibətdə  olan 

subyektin birinin hüququ o birisinin vəzifəsinin yerinə yetirilməsini tələb edir və ya əksinə, 

yəni bir subyekt öz vəzifəsini yerinə yetirməklə o birisinin hüququnun həyata keçirilməsini 

təmin  etmiş  olur.D O-nun  fəaliyyətində  inzibati  hüquq  münasibətdə  olan  subyektlərin 

hüquqlarından və vəzifələrindən asılı olaraq subyektlərin biri o birinə tabe olur və yaxud da 

onların olduqları münasibətdən asılı subyektlər eyni hüquqa və vəzifəyə malik olurlar. 

nzibati-hüquqi tənzimlənmə mexanizmində D O-nun əməkdaşları elə inzibati hüquqi 

münasibətlərdə olurlar ki, həmin münasibətlərdə D O-nun əməkdaşları dövlət nümayəndəsi 

kimi iştirak edirlər, yəni onlar öz vəzifələrini yerinə yetirərkən dövlət adından çıxış edirlər. 

D O-nun əməkdaşları dövlət-hakimiyyət səlahiyyətinə malikdirlər. Bu da ki, inzibati-

hüquqi  tənzimləmə  mexanizmində onların  qarşısında duran  vəzifələrin  yerinə  yetirilməsinə 

kömək  edir.  Bu  mexanizmin  həyata  keçirilməsi  ilə  onlar  ictimai  qaydanın  qorunması  və 

ictimai  təhlükəsizliyin  təmin  edilməsini  həyata  keçirirlər.  Daxili  işlər  orqanlarının 

ə

məkdaşları  həm  də  ictimai  qaydaların  pozulmasının  qarşısını  alırlar.  Bu  cür  qaydaların 



pozulmasına  şərait  yaradan  səbəbləri  aydınlaşdırır  və  gələcəkdə  onların  yenidən 

törədilməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirirlər. 

Bundan başqa vətəndaşlar tərəfindən ictimai qayda pozularsa, onda həmin vətəndaşlar 

D O-nun  əməkdaşları  tərəfindən  inzibati  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  və 

qaydada  tutulub    saxlanılır  və  inzibati  məsuliyyətə  cəlb  olunurlar.  Hər  bir  vətəndaş  isə 

Respublikamızda  mövcud  olan  qayda-qanunlara  riayət  etməli  və  D O-nun  əməkdaşlarının 

qanuni tələblərinə tabe olmalıdırlar. 

Daxili işlər orqanları ilə vətəndaşlar arasında yaranan inzibati-hüquqi münasibətlərdə 

hər iki tərəf çox vaxt eyni hüquq və vəzifəyə malik olurlar.Məsələn, hər iki vətəndaşdan biri 

özünün  hüquq  və  qanuni  marağını  həyata  keçirmək  üçün  və  yaxud  da  pozulmuş  hüquq  və 

qanuni  marağını  bərpa  etmək üçün  D O-nun  əməkdaşlarına  müraciət edə bilər.  Daxili  işlər 

orqanlarının  əməkdaşları  isə  hər  bir  vətəndaşın  müraciətinə  bir  vaxtda  öz  səlahiyyətləri 

çərçivəsində  baxmalıdırlar.  Əgər  vətəndaşın  hüquq  və  qanuni  marağı  pozulubsa,  tezliklə 

onun bərpasını təmin etməlidirlər. 

Bundan başqa əgər vətəndaş daxili işlər orqanlarına ərizə ilə müraciət edibsə, D O-nun 

ə

məkdaşları vətəndaşın bu ərizəsinə qanunla müəyyən edilmiş qaydada baxmalı və vaxtında 



 

67 


 

cavab verməlidirlər. Vətəndaşın ərizəsində qanun pozuntusu aşkar edilərsə, pozulmuş qanun 

tezliklə bərpa olunmalıdır. 

Vətəndaş  daxili  işlər  orqanlarına  ərizə  ilə  müraciət  edibsə,  D O-nun  əməkdaşları 

həmin  ərizəni  vaxtında  həll  etməlidirlər.  Əgər  həll  edilmə  vaxtı  pozurlarsa  və  yaxud  da 

ə

rizəyə baxılmazsa, onda D O-nun əməkdaşları inzibati və yaxud cinayət məsuliyyətinə cəlb 



olunmalıdırlar. 

 Beləliklə,  yuxarıda  qeyd  edilənləri    nəzərə  almaqla  D O-nun  fəaliyyəti 

sahəsində yaranan, dəyişən və xitam olunan aşağıdakı növ inzibati hüquq münasibətləri qeyd 

etmək olar: 

1.

  sistemdaxili münasibətlər, - bu elə münasibətlərdir ki, onların yaranması, dəyişməsi 



və  xitam  olunması  daxili  işlər  orqanlarının  sistemində  baş  verir  (məsələn,  yeni  qurumun 

yaradılması, kadrların yerləşdirilməsi və s.); 

2.

  xarici  münasibətlər,  yəni  sistemdənkənar  münasibətlər,  -  bu  elə  növ 



münasibətlərdir  ki,  onların  yaranması,  dəyişməsi    və  xitam  olunması  D O-nun  qarşısında 

duran  vəzifələrin  yerinə  yetirilməsi  ilə  əlaqədar  baş  verir  (yəni  D O-nun  sistemindən 

kənarda).  Məsələn:  inzibati  xəta  törətmiş  vətəndaşın  məsuliyyətə  cəlb  edilməsi  zamanı 

yaranan inzibati hüquq münasibətlər, vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsi  ilə əlaqədar 

yaranan inzibati hüquq münasibətləri və s.; 

3.

  şaquli  (hakimiyyət-tabeçilik)  münasibətləri,  məsələn:  Azərbaycan  Respublikası 



D N və Polis Akademiyası arasında yaranan münasibətlər və s.; 

4.

  üfiqi (razılaşdırma və koordinasiya) münasibətləri. Məsələn: Nəsimi RP  və Səbail 



RP  arasında yaranan münasibətlər və s. 

Ə T   C Ə 

Mühazirəmizi  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  bu  günkü  mühazirəmizin 

mövzusunun sullarının açıqlanması vasitəsi ilə əldə etdiyimiz hüquqi biliklərin Sizin gələcək 

fəaliyyətinizdə həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyəti vardır. 

Mühazirəmizin  birinci  sualının  açıqlanması  vasitəsi  ilə  dövlət  idarəetmə  sahəsində 

yaranan  inzibati-hüquqi  münasibətlər,  onların  əsas  xüsusiyətləri  və  qanunverici  aktların 

maddələrindən irəli gələn tələblərə müvafiq olaraq onların mühafizəsi barədə nəzəri biliklər 

ə

ldə etmiş oluruq.Mühazirəmizin ikinci sualının açıqlanması vasitəsi ilə isə dövlət idarəetmə 



sahəsində  yaranan  inzibati  hüquq  münasibətlərin  quruluşu,  onun  quruluşunu  təşkil  edən 

elementlər,  inzibati  hüquqi  münasibətlərin  növləri  barədə  nəzəri  biliklər  əldə  etmiş 

oluruq.Ən nəhayət, mühazirəmizin üçüncü sualı vasitəsi ilə D O-nun fəaliyyətində yaranan 

inzibati-hüquqi münasibətlər haqqında da nəzəri biliklər əldə etmiş olduq. 

Polis  haqqında″  Azərbaycan  Respublikası  Qanunun  3-cü  maddəsinin  2-ci  bəndinə 



ə

sasən polisin qarşısında duran əsas vəifələrin yerinə yetirilməsində daxili işlər orqanlarının 

təşkilati-hüquqi formalarından biri olan inzibati fəaliyyətin həyata keçirilməsi zaman daxili 

işlər orqanları müxtəlif xarakterli  inzibati hüquq münasibətlərlə olurlar. Bu məqsədlə də bu 

günkü  mühazirəmizin  mövzusunun  mahiyyəti  ondan  ibarətdir  ki,  Siz  onların  yaranma, 

dəyişmə və xitam olunmalarının əsaslarını və qaydaları barədə ətraflı məlumat əldə etdiniz. 

Mühazirəmizin  mövzusunu  mənimsəməklə  Siz,  AR  Konstitusiyasının  12-ci 

maddəsində dövlətin ali məqsədi kimi müəyyən edilmiş ″ nsan və vətəndaş hüquqlarının və 

azadlıqlarının yerinə yetirilməsi″ndə hüquq mühafizə orqanlarının üzərinə düşən vəzifələrin 

daha da səmərəli və qanunçuluğun tələblərinə müvafiq olaraq yerinə yetirilməsinə nail olmuş 

olarsınız. 

              



 

68 


 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin