Mövzu № 5: ″″″″ nzibati hüququn fərdi və kollektiv subyektləri″″″″
P L A N:
G R Ş
1.
Azərbaycan Respublikası vətəndaşlarının inzibati-hüquqi statuslarının əsasları. Fərdi
subyektlərin xüsusi inzibati-hüquqi statusu.
2.
Vətəndaşların hüquq və azadlıqlarının müdafiə üsulları.
3.
nzibati hüququn kollektiv subyektləri.
N Ə T C Ə
Ə
D Ə B Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
″Azərbaycan Respublikasının vətəndaşlığı haqqında″ Azərbaycan Respublikasının
Qanunu. 30.09.1998-ci il.
3.
″Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında″ Azərbaycan
Respublikasının Qanunu. 13.03.1996-cı il.
4.
″Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında″ Azərbaycan Respublikasının
Qanunu (sonrakı əlavə və dəyişikliklərlə). 14.06.1994-cü il.
5.
″Vətəndaşların müraciətlərinə baxılması qaydaysı haqqında″ Azərbaycan Respublikasının
Qanunu. 10 iyun 1997-ci il.
6.
″Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən)
məhkəməyə müraciət edilməsi haqqında″ Azərbaycan Respublikasının Qanunu. 11 iyun
1999-cu il.
7.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
8.
″Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında″ Azərbaycan
Respublikasının 10.06.2000-ci il tarixli Qanunu.
9.
″Dini etiqad azadlığı haqqında″ Azərbaycan Respublikasının 20.08.1992-ci il tarixli
Qanunu (əlavə və dəyişikliklərlə).
10.
″Sahibkarlıq fəaliyyəti haqqında″ Azərbaycan Respublikasının 15.12.1992-ci il tarixli
Qanunu (sonrakı əlavə və dəyişikliklərlə).
11.
″Təhsil haqqında″ Azərbaycan Respublikasının .08.2009-ci il tarixli Qanunu
12.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
13.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
14.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ 1 hissə. Dərs vəsaiti. Bakı,
2007.
15.
″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti. AR D N-in Polis Akademiyası. Bakı, 2002.
16.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
17.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
G R Ş
Son illərdə Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu
yolunda inamla addımlaması, Avropa Şurasına daxil olması və Avropa hüquq zonası ilə
69
birləşməsi insan hüquqları haqqında beynəlxalq sənədlərə uyğun olaraq öz üzərinə götürdüyü
hüquqi öhdəliklərlə yanaşı Respublikanın hüquq sistemində də böyük islahatlar aparılmışdır.
Respublikamızın hüquq sistemində aparılan hüquqi islahatların aparılmasının əsas məqsədi
insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə yönəldilmişdir.
Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti,
həmin dövlətdə insan hüquqlarının vəziyyəti ilə müəyyən olunur. Demokratiya və insan
hüquqları bir-biri ilə qırılmaz surətdə bağlıdır və biri digərini tamamlayır. Yalnız cəmiyyətdə
mövcud olan demokratik iqlim insan hüquqlarının qorunmasına real təminat verə bilər.
Bu günkü mühazirəmizin mövzusunun da əsas mahiyyəti ondan ibarətdir ki,
mühazirənin planına daxil edilmiş sualların açıqlanması vasitəsi ilə birinci növbədə
Respublikamızda dövlət idarəetməsində Azərbaycan Respublikası vətəndaşlarının inzibati-
hüquqi statuslarının əsasları haqqında geniş biliklər əldə etmiş olacağıq.
Respublikamız öz müstəqilliyini bərpa etdikdən sora dövlətimizin beynəlxalq əlaqələri
daha da genişləndikcə Respublikamıza gəlib-gedən əcnəbilərin və vətəndaşlığı olmayan
şə
xslərin sayı günbəgün artır. Bu məqsədlə də, Respublikamızda yaşayan və gəlib-gedən
ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslərin inzibati-hüquqi statusları açıqlanacaq.
Mühazirənin ikinci sualının açıqlanması vasitəsi ilə vətəndaşların hüquqlarının
müdafiəsinin əsasları, üsulları və qaydaları barədə nəzəri biliklər əldə etmiş olacaqsınız.
Dövlət idarəetməsində vətəndaşlarla yanaşı kollektiv subyektlər də iştirak etdiyi üçün
mühazirənin üçüncü sualı kollektiv subyektlərə və onların inzibati-hüquqi statuslarına həsr
edilmişdir.
Bu biliklərin əldə edilməsinin Sizin hər birinizin gələcək fəaliyyətinzdə öz xidməti
vəzifələrinizi qanunçuluq çərçivəsində həyata keçirilməsi üçün həm nəzəri, həm də təcrübə
cəhətdən böyük əhəmyyəti vardır.
Sual 1.
Azərbaycan Respublikası vətəndaşlarının inzibati-hüquqi statuslarının əsasları. Fərdi
subyektlərin xüsusi inzibati-hüquqi statusu
Azərbaycan Respublikası vətəndaşlarının inzibati-hüquqi statusu dövlət idarəetmə
sahəsində onlara verilən hüquq və azadlıqların, onların üzərinə qoyulmuş vəzifələrin
məcmusu ilə müəyyən edilir.
Öz təbiətinə görə vətəndaşların dövlət idarəetmə sahəsində hüquq, azadlıq və
vəzifələri vətəndaşların iqtisadi, siyasi və sosial-mədəni həyatın bütün sahələrində malik
olduqları ümumi hüquq, azadlıq və vəzifələrdən heç nə ilə fərqlənmirlər. Azərbaycan
Respublikasının bütün vətəndaşları mənşəyindən, sosial və maddi vəziyyətindən, milli və
irqi
mənsubiyyətindən,
cinsindən, təhsilindən, dilindən,
dinə
münasibətindən,
məşğuliyyətinin növü və xarakterindən, yaşayış yerindən və digər amillərdən asılı olmayaraq
qanun qarşısında bərabərdirlər.
Vətəndaşların əsas hüquq, azadlıq və vəzifələri Azərbaycan Respublikasının
Konstitusiyası və ″Azərbaycan Respublikasının vətəndaşlığı haqqında″ 30 sentyabr 1998-ci
il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir.
Vətəndaşların inzibati hüquq sahəsində hüquq və vəzifələri əsasən Azərbaycan
Respublikasının Konstitusiyasından törəyir və müxtəlif normativ-hüquqi aktlar vasitəsi ilə
dəqiqləşdirilir.
70
Vətəndaşın inzibati-hüquqi statusunun məzmunu vətəndaşların inzibati hüquq
normaları ilə təsbit edilmiş hüquq və vəzifələrin məcmusundan, bu hüquq və vəzifələrin
həyata keçirilməsinə təminatın verilməsindən, onların qanunla mühafizə edilməsindən və
dövlət hakimiyyət orqanları tərəfindən qorunmasından ibarətdir.
Lakin, insanın və vətəndaşın bütün hüquq və vəzifələri onun konstitusiya-hüquqi
statusundan törəmir. nsan və vətəndaşın elə hüquq və vəzifələri vardır ki, onlar insan və
vətəndaşın konstitusiya-hüquqi statusundan kənarda qalır və Azərbaycan Respublikasında
insan və vətəndaşın vəziyyəti barədə konstitusiya konsepsiyasına müvafiq olan konkret
normativ aktlarla müəyyən edilir. Məsələn, nəqliyyat vasitələrinin idarə edilməsi ilə əlaqədər
yaranan hüquq və vəzifələr.
Vətəndaşın statusu haqqında inzibati hüquq normaları aşağıdakı aktlarda öz əkslərini
tapırlar:
1.
Vətəndaşların statusunu müəyyən edən ümumi-hüquqi aktda (Azərbaycan
Respublikasının Konstitusiyası).
2.
nsan və vətəndaşın statusuna aid olan normaların yalnız bir hissəsi əks olunmuş
hüquqi aktlarda (torpaq haqqında, mülkiyyət haqqında aktlarda və s.).
3.
nsan və vətəndaşın statusunun konkret məsələlərini nizamlayan xüsusi-hüquqi
aktlarda (″Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında″ Azərbaycan
Respublikasının Qanunu və s.).
Vətəndaşın inzibati-hüquqi statusunun müəyyən edilməsinə aid olan hüquqi aktlar
aşağıdakılardan asılı olaraq bir neçə növə bölünə bilər:
a) hakimiyyətlərin bölünməsi prinsipinə görə: nümayəndəli hakimiyyət orqanının
aktlarına və icra hakimiyyəti orqanlarının aktlarına;
b) hüquqi qüvəsinə görə: qanunlara və qanunqüvvəli aktlara;
v) onları qəbul edən orqanların səlahiyyətinin xarakterinə görə: ümumi, sahəvi və
sahələrarası səlahiyyətli orqanların aktlarına.
Göstərilənlərə aid olaraq bir çox məsələlər Azərbaycan Respublikası Prezidentinin
aktları ilə də nizamlanır. Məsələn: ″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında″ Azərbaycan Respublikası Prezidentinin 22 fevral
1998-ci il tarixli Fərmanı.
Vətəndaşların dövlət idarəetmə sahəsində hüquqi vəziyyətini (inzibati-hüquqi
statusunu) müəyyənləşdirən institutun ilkin mənbəyi inzibati-hüquq subyektivliyidir. Bu da
ki, özündə inzibati-hüquq qabiliyyəti və inzibati-fəaliyyət qabiliyyəti kimi elementləri
cəmləşdirir.
nzibati hüquq qabiliyyəti - yəni vətəndaşın dövlət idarəetmə sahəsində hüquq və
vəzifələrin subyekti (sahibi) olmaq qabiliyyətidir.
Bu qabiliyyət vətəndaşlarda anadan olduğu andan yaranır və ölümləri ilə xitam olunur.
nzibati hüquq qabiliyyətinin məzmunu qanunlarla və onlara əsaslanan dövlət idarəetmə
aktları ilə müəyyən edilir. Vətəndaşların inzibati-hüquq qabiliyyətini müəyyən edən müvafiq
inzibati-hüquqi normalar öz əkslərini müəyyən qanunlarda, idarəetmə aktlarında tapmış
olurlar.
Vətəndaşların inzibati hüquq qabiliyyəti nə alına bilər, nə də başqasına verilə bilər.
Onun həcmi yanız qanunla dəyişdirilir. Ayrı-ayrı vətəndaşlar üçün inzibati hüquq qabiliyyəti
qanunla müəyyən edilmiş hallarda və qaydada müəyyən müddətə məhdudlaşdırıla bilər.
Məsələn: vətəndaş tərəfindən cinayətin və ya inzibati xətanın törətməsi ilə əlaqədar olaraq
71
müəyyən edilmiş qaydada onların azadlıqdan məhrum edilməsi və ya onlara verilmiş xüsusi
hüquqların məhdudlaşdırılması kimi sanksiyalar tətbiq edilə bilər. Belə ki, Azərbaycan
Respublikasının CM-nin 46-cı maddəsi vətəndaşın müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə kimi cəza tədbirlərinin tətbiq
edilməsinə imkan yaradır.
nzibati hüquq da eyni zamanda bir sıra inzibati xətalara görə ayrı-ayrı vətəndaşların
hüquqlarının müəyyən müddətə məhdudlaşdırılması hallarını müəyyən etmişdir. Məsələn:
Azərbaycan Respublikasının XM-nin 28-ci maddəsi fiziki şəxsə ona verilmiş xüsusi
hüququn məhdudlaşdırılmasını nəzərdə tutur. ″Fövqəladə vəziyyət haqqında″ Azərbaycan
Respublikasının Qanunu fövqəladə vəziyyət rejimi tətbiq edildikdə vətəndaşların hüquq və
azadlıqlarının məhdudlaşdırılması və həmin ərazidə fəaliyyət göstərən orqanların iş rejiminin
dəyişdirilməsini və s. dəyişikliklərin edilməsini müəyyən edir.
Azərbaycan Respublikasının Konstitusiyasında məhdudlaşdırmaya məruz qalmayan
hüquq və azadlıqların növləri təsbit edilmişdir (yaşamaq hüququ, vicdan azadlığı və s.).
Vətəndaşların inzibati hüquq qabiliyyətliyi hər bir vətəndaşın digər vətəndaşlarla
maraqlarının nisbətini ifadə edən, hüquq və vəzifələrinin qırılmaz əlaqəsi ilə xarakterizə
olunur. Vətəndaşların hüquqları onların ümumilikdə cəmiyyət qarşısında olan müəyyən
vəzifələri ilə uyğunlaşdırılır.
nzibati hüquq qabiliyyətinin əsas xüsusiyyəti onun icra hakimiyyəti sistemi ilə
müxtəlif şəraitdə və qarşılıqlı əlaqə xarakterində həyata keçirilməsinin nəzərdə
tutulmasından ibarətdir.
Vətəndaşların inzibati hüquq qabiliyyəti - onların inzibati fəaliyyət qabiliyyətinin
ə
sasını təşkil edir. nzibati fəaliyyət qabiliyyəti hüquq qabiliyyətinin həyata keçirilməsinin
ə
sasını, həmçinin də bir sıra inzibati-hüquqi münasibətlərdə vətəndaşların subyektiv hüquq
və vəzifələrinin həyata keçirilməsi əsasını təşkil edir.
nzibati fəaliyyət qabiliyyəti - yəni müəyyən yaş həddinə çatmaqla vətəndaşa verilmiş
hüquqların öz hərəkətləri ilə həyata keçirmək, üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək,
bunun nəticəsində yeni hüquq və vəzifələr əldə etmək və öz davranışına görə hüquqi
məsuliyyət daşımaq qabiliyyətidir.
nzibati fəaliyyət qabiliyyətinin yaranma vaxtı qanunvericilikdə dəqiq müəyyən
olunmayıb. Vətəndaşın tam həcmli inzibati fəaliyyət qabiliyyəti bir qayda olaraq, onun yaş
həddinin 18 yaşa çatmasından sonra yaranır. Lakin inzibati fəaliyyət qabiliyyətinin yaranma
vaxtı qeyri-müəyyən olaraq qalır. Müxtəlif sahələrdə fərdin inzibati fəaliyyət qabiliyyəti 18
yaşa çatmamış da yarana bilər. Belə ki, inzibati xətanın subyekti 16 yaşa çatmış şəxslər
sayılır, müəyyən intizam cəzaları (məktəbdən qovulma) orta məktəb şagirdlərinə tətbiq edilə
bilər.
Ümumi qayda üzrə Azərbaycan Respublikasının bütün vətəndaşları bərabər inzibati
fəaliyyət qabiliyyətinə malikdirlər. Lakin onların bəziləri sağlamlıqları ilə əlaqədar olaraq
tam və ya natamam fəaliyyət qabiliyyətinə də malik deyillər (məsələn, ruhi xəstələr, əqli
cəhətdən zəif olan şəxslər və s.). Belə ki, Azərbaycan Respublikasının nzibati Xətalar
Məcəlləsinin 20-ci maddəsinə əsasən xroniki psixi xəstəlik vəziyyətində inzibati xəta
törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilmir.
nzibati hüquq qabiliyyəti əsasında fəaliyyət qabiliyyətli vətəndaşlar konkret inzibati
hüquq münasibətlərinə girərək öz subyektiv hüquq və vəzifələrini həyata keçirirlər. Belə
münasibətlərdə vətəndaşlar onlara aid inzibati hüquq normalarda olan tələbləri yerinə
72
yetirməli olan tərəf kimi çıxış edə bilərlər (məsələn, yol hərəkəti qaydalarına riayət etmək
vəzifəsi), həmçinin də bu münasibətlərdə vətəndaşlar onlara məxsus olan hüquqların həyata
keçirilməsi ilə bağlı hüquq münasibətlərinə girən tərəf kimi çıxış edə bilər (məs., təqaüd
təyin etmək haqqında ərizə).
Müxtəlif hallarla əlaqədar yaranan inzibati hüquq münasibətləri müxtəlif cür olur:
a) vətəndaşlar tərəfindən onlara məxsus olan hüquqların (sağlamlığının qorunması,
tibbi yardım almaq hüququ və s.) həyata keçirilməsi ilə əlaqədar yaranan inzibati hüquq
münasibətləri;
b) vətəndaşlar tərəfindən onların üzərinə qoyulmuş vəzifələrin (təbiəti qorumaq, vətəni
qorumaq və s.) yerinə yetirilməsi ilə əlaqədar yaranan inzibati hüquq münasibətləri;
v) icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən vətəndaşların
hüquq və qanuni maraqlarının pozulması ilə bağlı olan (məsələn, şikayətin verilməsi ilə
ə
laqədar yaranan münasibət) inzibati hüquq münasibətləri;
q) vətəndaşların üzərinə qoyulmuş inzibati hüquq vəzifələrin pozulması ilə əlaqədar
yaranan (məsələn, inzibati xətanın törədilməsi) inzibati hüquq münasibətləri.
Vətəndaşların subyektiv hüquqları, onları həyata keçirilməsi imkanı dərəcəsinə görə
aşağıdakı növlərə bölünürlər:
1.
Mütləq hüquqlar
2.
Nisbi hüquqlar
Mütləq hüquqlar o hüquqlardır ki, onların həyata keçirilməsi yalnız vətəndaşın
iradəsindən asılı olur. Belə hüquqlara misal olaraq, vətəndaşın dövlət idarəetməsində
müvafiq formalarda iştirak etmək hüququ; ali təhsil almaq hüququ; tibbi yardım almaq
hüququ; şəxsiyyətin toxunulmamazlığı hüququ; adını, soyadını dəyişmək hüququ.
Nisbi hüquqlar o hüquqlardır ki, onların həyata keçirilməsi yalnız vətəndaşların
iradəsindən yox, həm də bu hüquqların həmin vaxtda və həmin yerdə həyata keçirməsi üçün
lazım olan faktiki imkanların mövcud olmasından da asılıdır. Onlara aiddir: ali təhsil
məktəblərinə qəbul olmaq hüququ (onun həyata keçirilməsi qəbul imtahanlarının
nəticəsindən asılıdır); nəqliyyat vasitəsini idarə etmək hüququ (bu, vətəndaşın
sağlamlığından və imtahanın nəticəsindən asılıdır).
Hüquqlardan fərqli olaraq vətəndaşların üzərinə qoyulmuş bütün vəzifələr mütləqdir.
Dövlət vətəndaşların üzərinə yalnız yerinə yetirilməsi mümkün olan vəzifələr qoyur.
Vəzifələrin yerinə yetirilməsi yolları müxtəlifdir. Onların həyata keçirilməsi vəzifələri
konkret məzmunundan asılıdır. Bir sıra vəzifələr aktiv hərəkətlər vasitəsi ilə, digərləri isə
qanunla qadağan edilmiş hərəkətlərdən çəkinməklə yerinə yetirilir. Vətəndaşlar tərəfindən
vəzifələrə riayət etməni təmin etmək üçün əsas metod inandırma, tərbiyələndirmə və
həmçinin də ictimai təsir tədbirlərinin (kollektivdə müzakirə) həyata keçirilməsi hesab edilir.
Bununla yanaşı vəzifəni yerinə yetirməkdən boyun qaçırma, səlahiyyətli orqan (vəzifəli
şə
xs) tərəfindən dövlət məcburetmə tədbirlərinin tətbiq edilməsinə gətirib çıxarır (inzibati,
intizam və cinayət məsuliyyəti). Bunların tətbiq edilmə şəraiti və qaydası qanunvericiliklə
müəyyən edilir.
Vətəndaşların dövlət idarəetmə sahəsində hüquq və vəzifələri ümumi və xüsusi olur.
Ümumi hüquq və vəzifələr yəni, vətəndaşların bu hüquq və vəzifələri dövlət
idarəetməsinin bütün sahələrinə aiddirlər: dövlət idarəetməsində iştirak etmək hüququ;
vəzifəli şəxslərin, dövlət və ictimai orqanların hərəkətlərindən şikayət etmək hüququ və s.
73
Ümumi vəzifələrə misal olaraq - qanun və qanunqüvvəli aktlara riayət etmək vəzifəsi; əmək
intizamına riayət etmək vəzifəsi və s.
Xüsusi hüquq və vəzifələr vətəndaşların dövlət idarəetməsinin müəyyən bir sahəsində
olan hüquq və vəzifələridir. Məsələn, səhiyyə sahəsində idarəetmədə sağlamlığın qorunması
hüququ; mədəniyyət sahəsində idarəetmədə mədəniyyət nailiyyətlərindən istifadə etmək
hüququ. Səhiyyə sahəsində idarəetmədə vəzifələrə gigiyena və sanitariya qaydalarına riayət
etmək vəzifəsi, təhsil sahəsində idarəetmədə orta təhsil almaq vəzifəsi və s.
nzibati hüquq normalarda və hüququn digər sahələrinin normalarında vətəndaşların
konstitusiya azadlıqları detallaşdırılır. Belə ki, söz azadlığı, mətbuat, mitinq, küçə yürüşləri
və piket azadlığı vətəndaşlara və onların birliklərinə inzibati bina, küçə və meydanların
verilməsi ilə təmin edilir. Vətəndaşların mətbuatdan, televiziyadan və radiodan istifadə
etmək üçün imkan və hüquqları var. Onlar sərbəst olaraq dövlət və ictimai işləri müzakirə
edə bilir; öz fikirlərini bildirir, təklif yürüdür, dövlət orqanları və ictimai təşkilatlar
tərəfindən keçirilən iclaslarda dövlət idarəetmə orqanlarının fəaliyyətində və vəzifəli şəxslər
tərəfindən buraxılan səhvləri və çatışmamazlıqları tənqid edirlər və s.
Real həyatda fərdi subyektlərin inzibati-hüquqi statusların bir çox müxtəlifliyi
mövcuddur.
Fərdi subyektlərin ictimai həyatda onların fəaliyyətlərindən, yaşadığı inzibati-ərazi
vahidinin xüsusiyyətlərindən, iştirak etdiyi inzibati hüquq münasibətlərdən və digər
amillərdən asılı olaraq onların inzibati-hüquqi statuslarında müəyyən ″xüsusilik″ yaranır. Bu
da öz növbəsində fərdi subyektlərin ″xüsusi inzibati-hüquqi status″dan danışmağa kifayət
qədər əsas verir.
″
Xüsusi inzibati-hüquqi status″a malik olan şəxslər aşağıdakılardır:
1.
nzibati kollektivlərin üzvləri;
2.
nzibati qəyyumluğun subyektləri;
3.
Xüsusi inzibati-hüquqi rejimli ərazinin sakinləri;
4.
cazəvermə sisteminin subyektləri.
5.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
1.
Hüquq ədəbiyyatında ″inzibati kollektiv″ anlayışı işlədilmir, lakin onun işlədilməsi
lazımdır. Qanunvericilikdə ″əmək kollektivi″ anlayışı yazılır və istifadə edilir. Bu anlayış
altında hüququn müstəqil subyekti və müəyyən təşkilatın işçiləri başa düşülür. kinci halda
söhbət öz əməyi ilə təşkilatın fəaliyyətində iştirak edən təşkil olunmuş insanlar qrupundan
gedir. Əmək kollektivi üzvlərinin müəssisə müdiriyyəti ilə münasibəti və onların arasında
olan münasibətlər əmək hüququ ilə nizamlanır.
nzibati kollektiv təşkilatın şəxsi heyəti adlanır ki, burada onun üzvləri ilə müdiriyyət
arasındakı münasibətlər, onların şəxsi hüquq və vəzifələri inzibati hüquqla nizamlanır. Belə
inzibati kollektivlərə misal olaraq D O-nun hərbi hissələrini, hərbiləşdirilmiş
yanğınsöndürmə dəstələrini, tələbə kollektivlərini və s. göstərmək olar.
Ə
mək və inzibati kollektivlə yanaşı məhkum edilmişlərin kolektivləri də mövcuddur.
Bu kollektivlərin hüququ statusu Azərbaycan Respublikasının Cəzaların crası Məcəlləsi ilə
müəyyən edilir. Bu məcəllənin normaları məhkum olunmuşların cəzaçəkmə müəssisəsinin
müdiriyyəti ilə münasibətini tənzimləyir. stintaq təcridxanasının, müvəqqəti saxlama
təcridxanalarının və CÇM-nin sıravi və rəhbər heyətləri müvafiq inzibati kollektivdir.
Onların şəxsi heyəti Ədliyyə Nazirliyinin və D N-in sistemlərinə daxil olan müvafiq
orqanlarda xidmət edən şəxslərdən ibarətdir.
74
Bundan başqa qarışıq kollektivlər də mövcuddur. Məsələn, mülki ali təhsil
müəssisəsində müəllimlər və digər əməkdaşlar əmək kollektivlərini, tələbələr isə inzibati
kollektivi təşkil edirlər. Təhsil müəssisəsinin müdiriyyəti və müəllimlər burada digər
formada, yəni vəzifə səlahiyyətlərinin daşıyıcısı kimi daxildirlər.
Vətəndaş inzibati kollektivin üzvü olmaqla xüsusi inzibati-hüquqi status, yəni
kompleks hüquq və vəzifələr əldə etmiş olur. Məsələn: tələbə, hərbi və s. Burada söhbət
xidməti hüquq və vəzifələrdən yox, şəxsi hüquq və vəzifələrdən gedir və yaxud da burada
xidməti hüquq və vəzifələr təşkilatın kollektiv subyektinin səlahiyyətlərinin
konkretləşməsini müəyyən edir.
Attestasiyadan keçmiş polis əməkdaşının statusunun misal göstərilməsində bu, özünü
ə
yani surətdə xüsusi göstərir. Onun şəxsi hüquqlarına 28 oktyabr 1999-cu il tarixli ″Polis
haqqında″ Qanunla möhkəmləndirilmiş işdən çıxarkən məhkəmə mühafizəsi hüququ,
öldükdə və ya xəsarət aldıqda dövlət sığortası və ziyanın ödənilməsi, yaşayış sahəsi ilə təmin
olma və s. misal olaraq göstərmək olar.
nzibati hüquq inzibati kollektivlərin üzvlərinin intizam məsuliyyətinin, onların təhsil,
iş və istirahət vaxtını, onlara əmək haqqının verilməsinin əsasını, məbləğini və verilmə
qaydasını nizama salır. Bir qayda olaraq hərbiçilərin (polis əməkdaşlarının, tələbələrin və s.)
müdiriyyətlə olan mübahisələri məhkəmə üsulu ilə yox, əsasən müvafiq prosedur xarakterli
inzibati-hüquq normalar vasitəsi ilə nizamlanır.
Eyni zamanda bəzi hallarda hamiləliklə əlaqədar məzuniyyətin verilməsi, ezamiyyətdə
olan vaxtda əmək hüququnun ödənilməsi və s. inzibati kolektivlərin üzvlərinin şəxsi
hüquqlarına tam və ya qismən əmək hüququ normaları da aid edilir, bəzi hüquqları isə
məhkəmə müdafiəsi ilə təmin edilir.
nzibati kollektiv üzvlərinin statusları arasında aşağıdakı statuslar fərqlənirlər:
a) təhsil alanlar (tələbələr, aspirantlar və s.);
b) hərbi xidmətçilər (hərbiçilər, polis işçiləri və s.).
Aydındır ki, quru qoşunlarda, hərbi-dəniz donanmasında, daxili qoşunlarda və s. növ
qoşunlarda hərbi xidmətdə olan şəxslərin hüquqi vəziyyətləri müxtəlifdir, yəni onların
hüquqi vəziyyətləri müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.
2. Dövlətin açıq-aydın sosial siyasətini əks etdirən amilərdən biri köməyə ehtiyacı
olan şəxslər üzərində dövlət qəyyumluğunun olmasıdır.
Qəyyumluq pul məbləğinin verilməsində, yaşayış yeri ilə təmin edilməsində, xüsusi
tibbi xidmətin göstərilməsində, müxtəlif güzəştlərin edilməsində öz əksini tapır.
Sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsində praktiki fəaliyyəti
yerli icra hakimiyyəti yerinə yetirir. Onun subyektləri qaçqınlar, Çernobıl iştirakçıları,
Böyük Vətən müharibəsi əlilləri, Əfqanıstan müharibəsi iştirakçıları, Qarabağ müharibəsi
iştirakçıları, yetim uşaqlar, siyasi represiya qurbanları, çoxuşaqlı valideynlər, şəkər, vərəm
və talassemiya xəstəliyə yoluxmuş xəstələr, psixi xəstəliyi olan uşaqlar və bir sıra digər
kateqoriyalı vətəndaşlardır.
Göstərilən siyahıdan görünür ki, xüsusi inzibati-hüquqi statusun əldə edilməsinin
ə
sasları müxtəlif texniki və iqtisadi fəlakətlər, demoqrafik hallar və mənfi sosioloci faktorlar
ola bilər.
nzibati qəyyumluğu sosial müdafiənin digər formalarından, yəni əmək fəaliyyəti,
hərbi və ona uyğun xidmətlə təqaüdlərin verilməsindən fərqləndirmək lazımdır. Buradakı
sosial təminat əsasən görülən işdən, iş stacından, əmək haqqının məblğindən asılıdır və
75
ardıcıl olaraq təqaüdün verilməsindən ibarətdir. Lakin təqaüdçülərə də yaşına görə, əlilliyinə
görə və digər vəziyyətlərinə görə də vergi, nəqliyyat güzəştləri edilə bilər və s.
3. nzibati hüquq nəzəriyyəsinin əsas aspektlərindən biri də onun ərazi rejimi ilə bağlı
olmasıdır. Onlardan bəziləri isə daimi və ya müvəqqəti olaraq (müəyyən edilməmiş vaxta
kimi) xüsusi hüquqi vəziyyətdə olurlar. Xüsusi ərazi rejimlərinin əsas növ müxtəlifliyi
xüsusi inzibati rejimlərdir. Bunlara misal olaraq dövlət sərhədi rejimi, bağlı şəhərlər və
qoruqlar. Fövqəladə (hərbi) vəziyyət rejimi olan ərazilər, sərbəst iqtisadi zonalar və s. xüsusi
inzibati rejimlərin adlarını çəkmək olar.
Belə ərazilərdə daimi və ya müvəqqəti yaşayan sakinlər xüsusi inzibati-hüquqi status
ə
ldə edirlər. Buraya əsasən daxildir: əraziyə (zonaya) xüsusi giriş və çıxış qaydaları, orada
hərəkət etmə və fəaliyyət göstəmə qaydaları, inzibati nəzarətin həyata keçirilməsi, inzibati
məcburetmə təsir tədbirlərinin tətbiq edilməsi və s.
Xüsusi ərazi rejimləri arasında «sərt» rejimlərlə yanaşı (hərbi), güzəştli ərazilər də var
(sərbəst iqtisadi zona). Əgər bir qayda olaraq zonalarda ciddi nəzarət mövcuddursa, sərbəst
iqtisadi zonada isə maliyyə, gömrük nəzarəti zəif olur. Yəni güzəştli olur.
Bir çox hallarda ərazilərə daimi xüsusi rejim statusu qanun əsasında verilir. Müvəqqəti
vəziyyətə uyğun recimlər isə ayrı-ayrı əraziələrdə həm ali, həm də yerli dövlət orqanları
tərəfindən qoyula bilər. Belə hüquqlara Milli Məclis, Prezident, Nazirlər Kabineti, yerli icra
hakimiyyəti orqanları malikdir.
4. cazə sistemi həyata keçirilməsi icazənin alınmasını tələb edən, müəyyən qaydada
həyata keçirilən qaydalar, nizam-intizam və fəaliyyətlər məcmusundan ibarət olan
fəaliyyətidir.
cazə sisteminin aşağıdakı kimi xüsusiyyətlərini göstərmək olar:
−
bu qanunlarda və qanunqüvvəli aktlarda olan hüquq normaları ilə nizama salınan
xüsusi fəaliyyət qaydasıdır;
−
icazə sistemi inzibati hüquq münasibətləri çərçivəsində bir tərəfdən icra
hakimiyyəti orqanları, vəzifəli şəxslər, digər tərəfdən isə icazə almaq istəyən fərdi və
kollektiv subyektər arasında həyata keçirilir. Müvafiq münasibətlərin yaranmasına səbəb
olan hüquqi fakt maraqlı və səlahiyyətli subyektlər tərəfindən ərizələrin verilməsidir. Bu
münasibətlər idarəetmə subyektlərinin təşəbbüsü ilə yaranmır;
−
bu hüquq münasibətlərinin əsasını hərəkət etmək (hərəkətsizlik) üçün icazənin
alınmasıdır, yəni əməlləri leqallaşdıran fərdi aktın qəbul edilməsidir. cazə müəyyən və
qeyri-müəyyən müddətə verilə bilər. Verilən icazə lisenziya, potent, viza buraxılış, sertifikat
və s. kimi adlandırıla bilər;
−
icazə verilən işlərin necə həyata keçirilməsinə inzibati nəzarətin həyata
keçirilməsidir;
−
icazə sistemi qaydalarının pozulmasına görə təqsirkara qarşı müxtəlif inzibati
məcburetmə təsir tədbirləri tətbiq edilir.
Beləliklə də, vətəndaş təsadüfi olaraq yox, müəyyən edilmiş vaxtda (müddətdə) icazə
sistemin təsirinə düşür və o, həmin müddətə xüsusi inzibati-hüquqi statusun sahibinə çevrilir.
Belə vəziyyətdə icazə sisteminin xüsusi inzibati-hüquqi statusunun sahibi aşağıdakı kimi
vəzifələrin yerinə yetirilməsinə borclu olur:
♦
icazə sistemi təsiri altında olan fəaliyyət ilə məşğul olmaq üçün icazə alınan zaman
ə
rizənin və ona əlavə olunan sənədlərin tərtib etmək;
♦
yoxlamaya, nəzarətə dözmək və ona hər vasitə ilə köməklik etmək;
76
♦
icazə verilmiş hərəkətlərin həyata keçirilməsi qaydalarına riayət etmək və s.
cazə sisteminin xüsusi inzibati-hüquqi statusunun sahibinin əlavə vəzifələrin yerinə
yetirilməsindən başqa, onun inzibati, həmçinin də yeni inzibati hüquqların əldə etməsi
(alması) ilə bağlıdır. Məsələn: nəqliyyat vasitəsini idarəetmə hüququ, ov silahının əldə
edilməsi, radioverici qurğunun işlədilməsi və s.
Qeyd etmək lazımdır ki, icazənin qüvvəsi vətəndaş tərəfindən qeyri-qanuni hərəkətlər
edildikdə, vətəndaşın səhhəti pozulduqda, yeni yaranmış şəraitə əsasən normativ aktın
qüvvəyə minməsi nəticəsində dayandırıla bilər. Məslən: fövqəladə vəziyyət, yeni texniki
vasitələrin meydana çıxması və s.
Azərbaycan Respublikasının vətəndaşlarından başqa əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər də inzibati-hüquqi subyektivliyə malikdirlər.
Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi
vəziyyəti Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbacan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilir. Əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyətini müəyyən edən əsas aktlar
bunlardır:
1.
Azərbaycan Respublikasının Konstitusiyası, m. 69;
2.
″Ölkəyə gəlmək, ölkədən getmək və pasportlar haqqında″ Azərbaycan
Respublikasının 14 iyun 1994-cü il tarixli Qanunu (sonrakı əlavə və dəyişikliklər ilə).
3.
″Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında″
Azərbaycan Respublikasının 13 mart 1996-cı il tarixli Qanunu (sonrakı əlavə və dəyişikliklər
ilə).
Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamasından asılı olmayaraq
ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkənin qanunlarına tabe olmalıdırlar. Bu qayda
Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr ilə müəyyən edilir. Qanunvericilik Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşları, xarici vətəndaşları və Azərbaycan Respublikasının ərazisində
müvəqqəti olanları bir-birindən fərqləndirir. Buna əsaslanaraq da onların müxctəlif hüquqi
statusları da mövcuddur. Əcnibələr və vətəndaşlığı olmayan şəxslər ″Əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında″ Azərbaycan Respublikasının
Qanunun 5-ci maddəsinə əsasən nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının
ə
razisinə daimi və müvəqqəti olaraq yaşaya bilərlər. Müvəqqəti yaşayanlara nisbətən daimi
yaşayan xarici vətəndaşlar bir sıra sahələrdə böyük həcmdə hüquqlara malik olurlar (əmək
fəaliyyəti sahəsində, sosial təminat məsələləri sahəsində və s). Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr ilə digər qaydalar nəzərdə tutulmayıbsa, belə hallarda əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni həcmdə hüquqlardan
istifadə edirlər və eyni vəzifələr daşıyırlar. Azərbaycan Respublikası beynəlxalq normalara
uyğun olaraq əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
Ə
cnəbilərin və vətəndaşlığı olmayan şəxslərin inzibati hüquq subyektivliyinin həcmi
Azərbaycan Respublikası vətəndaşların hüquq subyektivliyin həcminə nisbətən azdır.
Ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığı ilə
qırılmaz surətdə bağlı olan hüquq və vəzifələrə malik deyillər. Azərbaycan Respublikası
ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün hüquq və azadlıqlar müəyyən edilən zaman
Azərbaycan Respublikası vətəndaşlarına üstünlük verilmişdir. Azərbaycan Respublikasının
77
vətəndaşları kimi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də dövlət orqanlarının və
onların vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərindən, qərarlarından şikayət etmək hüququ
vardır; azadlıq və şəxsi toxunulmamazlıq; mənzil toxunulmamazlığı; əmək hüququ;
sağlamlığın qorunması və tibbi yardım almaq; təhsil almaq hüququ və s. hüquqları vardır.
Lakin Azərbaycan Respublikası vətəndaşlarından fərqli olaraq xarici vətəndaşlar üçün
onların başqa dövlətə mənsub olması ilə əlaqədar olaraq əmək sahəsində məhdudiyyətlər
müəyyən edilmişdir. Məsələn: onlar seçki hüququnan istifadə etmirlər və müvafiq dövlət
hakimiyyəti orqanlarına seçilmirlər; onlar referendumda iştirak etmirlər, onlar müəyyən növ
ə
mək fəaliyyəti ilə məşğul ola bilməzlər.
Azərbaycan Respublikasının təhsil müəssiələrində təhsil alan xarici tələbələr
Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq
Azərbaycan Respublikasının tələbələrinə məxsus olan hüquqlardan istifadə edirlər və
tələbələrə aid bütün vəzifələri yerinə yetirməyə borcludurlar.
Azərbaycan Respublikasında yaşamaq qaydalarına riayət etməklə əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində hərəkət etmək
hüququna malik olurlar. Yaşayış yerinin seçilməsi və hərəkət etmələrinin
məhdudlaşdırılması dövlət təhlükəsizliyinin təmin ediməsi, ictimai qaydanın qorunması və
ictimai təhlükəsizliyin təmin edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının
sağlamlığının, hüquqlarının və qanuni maraqlarının mühafizəsi məqsədi ilə müəyyən edilir.
Hüquq və azadlıqdan istifadə edərək xarici vətəndaşlar Azərbaycan Respublikası
vətəndaşlarının üzərinə qoyulmuş müəyyən vəzifələri yerinə yetirmirlər. Belə ki, onlar hərbi
xidmət vəzifəsini daşımırlar. Lakin onlar müəyyən olunmuş vəzifələri Azərbaycan
Respublikası qarşısında daşıyırlar.
Azərbaycan Respublikasında daim yaşamaq üçün gəlmiş əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər, yaşamaq üçün icazə almalı və müəyyən olunmuş müddətə daxili işlər
orqanlarında qeydiyyata düşməlidirlər.
Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayn şəxslər
qanunlara riayət etməli və Azərbaycan Respublikasının Konstitusiyasına, azərbaycan
xalqının adət və ənənələrinə hörmət etməlidirlər.
Ə
cnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olma
qaydalarını və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını
pozduqlarına görə Azərbaycan Respublikasının ″Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin
hüquqi vəziyyəti″ haqqında 13 mart 1996-cı il tarixli və ″Yaşayış yeri və olduğu yer üzrə
qeydiyyat haqqında″ 04 aprel 1996-cı il tarixli Qanunlarına əsasən məsuliyyətə cəlb edilirlər.
Azərbaycan Respublikasında imtiyazlara və diplomatik imunitetə malik olan
ə
cnəbilərin hüquqi vəziyyəti Azərbaycan Respublikasının xüsusi qanunvericiliyi və
beynəlxalq müqavilələrlə müəyyən edilir. Məsələn, onlar bizim dövlətin inzibati
yurisdiksiyasından imunitet hüququna malikdirlər.
Xarici vətəndaşların statusunu müəyyən edən ümumi qanunvericilikdən fərqli olaraq,
MDB dövlətlərin vətəndaşlarının hüquqi statusları digər qayda da müəyyən edilir. Onlar
Azərbaycan Respublikası sərhədlərini keçmək üçün böyük sərbəstliyə malikdirlər. Onların
bu statusları MDB dövlətləri arasındakı razılaşmalarla müəyyən edilir.
ctimai həyatın digər sahələrində olduğu kimi dövlət idarəetmə sahəsində də
vətəndaşların hüquq və azadlıqları real olaraq sosial ictimai şəraitlərlə təmin edilir. Bizim
78
ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının iqtisadi, siyasi, təşkilati və hüquqi təminat
sistemi mövcuddur.
qtisadi təminat vətəndaşların hüquqlarının və azadlıqlarının faktiki həyata keçirilməsi
üçün maddi şəraitdir. Bunlar Azərbaycan Respublikasının iqtisadi sistemində öz əksini tapır
ki, onun da əsasını bazar iqtisadiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və sair təşkil edir.
Siyasi təminata aiddir: dövlət hakimiyyətinin xalqa məxsusluğu, demokratizm, siyasi
plyuralizm, vətəndaşların dövlət və ictimai işlərdə iştirak etmək imkanı (Azərbaycan
Respublikasının Konstitusiyası, mad: 1; 53-55).
Təşkilati təminat dövlət orqanlarının, əsasən də hüquq mühafizə orqanlarının,
vətəndaşların hüquq və azadlıqlarının, həmçinin də vəzifələrinin praktiki surətdə həyata
keçirilməsindən ibarətdir.
Hüquqi təminat vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin şərait və
qaydasını, həmçinin də onların mühafizəsini və qorunmasını müəyyən edən hüquq normaları
sistemindən ibarətdir.
Bu sistemdə aparıcı yer hüquq normalarına aiddir ki, onlar da aşağıda sadalananları
təsis edirlər:
♦
dövlət idarəetmə sahəsində vətəndaşların hüquq və azadlıqlarını;
♦
vətəndaşların hüquq və qanuni maraqlarının pozulmasına görə idarəetmə
orqanlarının və vəzifəli şəxslərin məsuliyyətini;
♦
vətəndaşların idarəetmə orqanlarının və s. vəzifəli şəxslərin qeyri-qanuni
hərəkətlərindən (hərəkətsizlikdən) şikayət etmək hüququnu;
♦
idarəetmə orqanı öz vəzifələrini yerinə yetirərkən və vəzifəli şəxslərin qeyri-
qanuni hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsi hüququnu.
Vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı sahəsində əsas rollardan birini
də prokuror nəzarəti və dövlət orqanlarının yoxlama-nəzarət fəaliyyətləri oynayırlar.
Birinci sualın sonunda qeyd etmək istərdim ki:
1.
Vətəndaşların inzibati-hüquqi statusu dedikdə dövlət idarəetmə sahəsində
vətəndaşlara verilmiş hüquqların, azadlıqların və həmçinin də onların üzərinə qoyulmuş
vəzifələrin məcmusu başa düşülür.
2.
nzibati-hüquqi statusun məzmunu aşağıdakılardan ibarətdir:
♦
vətəndaşların inzibati hüquqla təsbit edilmiş hüquq və vəzifələrinin məcmusundan;
♦
bu hüquq və vəzifələrin həyata keçirilməsi təminatından; buraya onların qanunla
mühafizəsi və dövlət hakimiyyət orqanları tərəfindən qorunması mexanizmi də daxildir.
3. Vətəndaşların inzibati-huquqi statusunun elementləri aşağıdakılardır:
♦
inzibati hüquq qabiliyyəti;
♦
inzibati fəaliyyət qabiliyyəti;
♦
inzibati hüquqlar və vəzifələr (ümumi və xüsusi);
♦
məsuliyyət.
4. Dövlət idarəetməsində vətəndaşların hüquqlarının təminatı növləri aşağıdakılardır:
a) iqtisadi təminatlar;
b) siyasi təminatlar;
v) təşkilati təminatlar;
q) hüquqi təminatlar.
5. Xüsusi inzibati-hüquqi statusa malik olan şəxslər:
79
−
inzibati kollektivlərin subyektləri;
−
inzibati qəyyumluğun subyektləri;
−
xüsusi inzibati-hüquqi rejimlə ərazilərin sakinləri;
−
icazə vermə sisteminin subyektləri;
−
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.
Dostları ilə paylaş: |