Mövzu № 3: ″″″″ nzibati- hüquqi normaları″″″″
P L A N :
G R Ş
1.
nzibati hüquq normaların anlayışı və quruluşu.
2.
nzibati hüquq normaların növləri və onların xarakteristikası.
3.
nzibati hüquq normaların həyata keçirilməsi formaları (üsulları) və onların
xarakteristikası.
NƏT CƏ
Ə
D Ə B Y Y A T:
1.
Azərbaycan Respublikasının Konstitusiyası.
2.
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsi.
3.
″ nsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il.
4.
″Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi tədbirləri haqqında″ Azərbaycan Respublikası Prezidentinin
Fərmanı. 09 avqust 1994-cü il.
5.
A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008.
6.
E.Abdullayev. ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007.
7.
V. Abışov, A. smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ 1 hissə. Dərs vəsaiti. Bakı,
2007.
8.
″ nzibati hüquq″(sxemlərdə). Dərs vəsaiti. Azərbaycan Respublikası D N-nin Polis
Akademiyası. Bakı, 2002.
9.
E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000.
10.
D.N.Baxrax. ″Administrativnoe pravo Rossii″. Dərslik. M., 2000.
G R Ş
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Beynəlxalq Dövlətlər
Birliyinin tam hüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin
üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün
inkişaf yolu seçmişdir.
Məlum olduğu kimi hüquqi islahatların, demokratikləşmə, humanistləşmə
proseslərinin və ümumiyyətlə, hər bir dünyəvi, sivil dövlətin ali məqsədi – insan
hüquqlarının və azadlıqlarının təmin edilməsidir.
nsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin ideologiya və mədəniyyətlərin
mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyəti birləşdirən və onları
insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan
hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir.
Son illərdə Azərbaycan dövlətinin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu
yolunda inamla addımlaması, 2001-ci ilin yanvarında Avropa Şurasına tam hüquqlu üzv
kimi qəbul olması və Avropa hüquq zonası ilə birləşməsi Azərbaycan Respublikasında insan
hüquqlarının və azadlıqlarının təmin edilməsinə tam zəmanət yaratmışdır.
42
12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli
Konstitusiyamızın 24-27-ci maddələri ilə müəyyən edilmiş insan və vətəndaş hüquqlarının
və azadlıqlarının təmin edilməsində inzibati-hüquqi normaların da rolu az deyildir. Bu
nöqteyi-nəzərdən mühazirənin mövzusu olan ″ nzibati-hüquqi normalar″ həm nəzəri, həm də
təcrübi cəhətdən böyük əhəmiyyəti vardır.
Mövzunun mahiyyəti ondan ibarətdir ki, planına daxil edilmiş sualların açıqlanması
vasitəsi ilə birinci növbədə inzibati hüquq norması, onun quruluşunu təşkil edən elementlər
və onların növləri, ikinci növbədə inzibati-hüquqi normaların növləri və onların hüquqi
xarakteristikası və üçüncü növbədə isə inzibati hüquq normaların həyata keçirilməsi
formaları və onların növləri barədə nəzəri bilikləri öyrənmiş olacağıq.
Sual 1.
nzibati hüquq normaların anlayış ı və quruluş u
nzibati hüquq sahəsini təşkil edən hüquq normalarının təhlili nəticəsində bu hüquq
sahəsinin mahiyyəti, onun sosial təyinatı və ictimai münasibətlərin inzibati-hüquqi
tənzimlənməsinin özünəməxsusluğa malik olması ilə Azərbaycan Respublikasının hüquq
sistemində onun yeri müəyyən olunur.
Hüquq norması öz hüquqi təyinatına görə müəyyən davranış qaydasıdır ki, ona əməl
olunması müxtəlif növ təşkilati, izahedici və stimullaşdırıcı vasitələrlə təmin olunur. Ona
riayət etməyənlərə qarşı isə hüquqi məcburetmə tədbirləri tətbiq olunur (intizam, inzibati və
cinayət məsuliyyəti).
Belə keyfiyyətlər bütünlüklə inzibati hüquq normalara da aiddir.
Dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin fəaliyyət göstərdiyi sahədə
yaranan ictimai münasibətlərdən başqa, inzibati hüquq normaları dövlət hakimiyyəti,
məhkəmə və prokurorluq orqanlarında dövlət qulluğu ilə əlaqədar yaranan münasibətləri,
həmçinin də idarəetmə xarakterli təşkilatdaxili münasibətləri də tənzimləyir.
nzibati hüquq normaları, həmçinin də ictimai təşkilatların ixtiyarına verilmiş dövlət
idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri də
tənzimləyir.
nzibati hüquq normaların qarşısında aşağıdakı vəzifələr durur:
1.
dövlət idarəetmə sisteminin müxtəlif elementlərinin tənzimlənməsi;
2.
idarəedən və idarəolunan sistemlər arasında yaranan daha məqsədəuyğun və elmi
cəhətdən əsaslandırılmış qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi;
3.
idarəetmənin müxtəlif sahələrində dövlət orqanlarının idarə, müəssisə, təşkilat və
vətəndaşlarla qarşılıqlı əlaqələrini və idarəetmənin müxtəlif sahələrində əlaqələrin
tənzimlənməsi.
nzibati hüquq sahəsinin normaları onun predmetini təşkil edən ictimai münasibətləri
tənzimləyir.
Yuxarıda qeyd olunanlar inzibati hüquq normasına anlayış verməyə imkan verir.
nzibati hüquq norması - dövlət idarəetməsi və icra hakimiyyəti mexanizminin
fəaliyyəti sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri tənzimləmə
məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydasıdır.
nzibati hüquq norması digər hüquq sahələrinin normaları kimi öz quruluşuna
malikdir.
43
nzibati hüquq normasının quruluşu dedikdə, onu təşkil edən elementlərin vəhdəti,
normanın daxili quruluşu, yəni normanın hansı elementlərdən ibarət olduğu və onların bir-
birilə necə qarşılıqlı əlaqədə olduğu başa düşülür.
nzibati hüquq norması üç elementdən - hipoteza, dispozisiya və sanksiyadan ibarətdir.
″
Dövlət və hüquq nəzəriyyəsi″ nöqteyi-nəzərindən - hipoteza (ehtimal) - normada əks
olunan qaydanı hansı şəraitdə rəhbər tutmağı göstərən hüquq normasının elementidir.
″″″″ Hipoteza″″″″ - inzibati hüquq normasının quruluşunun bir elementi kimi o, özündə
həmin normanın realizəsinin faktiki şərtlərini əks etdirir, yəni o, özündə bilavasitə təsir etdiyi
ictimai münasibətləri əks etdirir və bu təsir də konkret hüquq münasibətini yaradır.
Deməli, inzibati hüquq normaların hipotezasında nəzərdə tutulan şərtlər inzibati hüquq
münasibətləri yaradan, dəyişən və ləğv edən hüquqi faktlardır. Məsələn, Azərbaycan
Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 saylı qərarı ilə təsdiq edilmiş
″″
Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında″ Azərbaycan Respublikasının
Qanununun tətbiqi haqqında Əsasnamə″nin 2-ci bəndinə əsasən, ″...2. Azərbaycan
Respublikasının hər bir vətəndaşı 16 yaşına çatdıqdan sonra... bir ay ərzində Qanunla
müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi almalıdır...″. Bununla yanaşı, Azərbaycan
Respublikasının 14 iyun 1994-cü il tarixli ″Azərbaycan Respublikasının vətəndaşının
şə
xsiyyət vəsiqəsi haqqında″ Qanununun 1-ci maddəsində deyilir ki: ″...hər bir vətəndaş...
şə
xsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur...″. Digər tərəfdən isə Azərbaycan
Respublikasının nzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, müvafiq polis
orqanlarına səlahiyyət verilir ki, şəxsiyyət vəsiqəsini itirmiş şəxsi inzibati məsuliyyətə cəlb
etsin. Bu halda vətəndaşın 16 yaşa çatması (hadisə) və şəxsiyyət vəsiqəsinin itirilməsi
(hərəkət) hüquqi fakt kimi çıxış edir.
nzibati hüquq normasının hipotezası ″mütləq-müəyyən″ ola bilər, yəni həmin
normada qaydanı rəhbər tutmağa əsas verən faktın olmasını dəqiq göstərər. Məsələn,
Azərbaycan Respublikasının nzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi müəyyən edir ki:
″
15.1. nzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə
cəlb olunurlar...″. Lakin hipoteza ″nisbi müəyyən″ də ola bilər, yəni o, vəziyyətin ümumi
xarakteristikasını verir ki, bu və ya digər vəziyyət yarandıqda müəyyən qaydada hərəkət
etmək lazımdır və ya müəyyən hərəkət etmək olar.
Hüquq ədəbiyyatında və eləcə də müxtəlif normativ-hüquqi aktlarda hipotezanın üç
növü nəzərdə tutulub:
¢ sadə, yəni bir şərt (şərait) müəyyən edildikdə;
¢ mürəkkəb, yəni iki və daha çox şərt (şərait) müəyyən edildikdə;
¢ alternativ, yəni bu və ya digər hallardan asılı olaraq davranış qaydasını müəyyən
edir.
″
Dövlət və hüquq nəzəriyyəsi″ nöqteyi-nəzərindən dispozisiya (sərəncam) - hüquq
normasının hipotezasında nəzərdə tutulmuş şərtlər olduqda davranışın necə ola biləcəyini və
olmalı olduğunu əks etdirən elementdir.
Dispozisiya – inzibati hüquq normasının mərkəzi hissəsi olub, həmin hüquq norması
tərəfindən tövsiyə edilən, icazə verilən və ya qadağan edilən davranış qaydasını göstərir.
nzibatit hüquq normaların dispozisiyası göstəriş, vəzifə, həmçinin də qadağa və
məhdudiyyət kimi şərh olunur. Eyni zamanda hüquq və vəzifə göstərən dispozisiyalar
inzibati hüquq normalarda nisbətən az təsadüf edilir.
44
Dispozisiyanın nə cür şərh olunmasından asılı olmayaraq, o, həmişə hüquq və
vəzifələrin qırılmazlığını, qarşılıqlı əlaqəsini nəzərdə tutur, subyektlərin özlərini necə
aparmalı olduqlarını və apara biləcəklərini müəyyən edir.
Dispozisiyanın 4 növü nəzərdə tutulub:
¢ sadə, yəni davranışın bu və ya digər birmənalı variantını əks etdirən dispozisiya
(məsələn: XM, mad. 168 - ″ ş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi″; mad. 179 -
″
Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi″);
¢ təsviri, yəni müxtəlif xarakteristikalarla, əlamətlərlə və anlayışlar sistemi ilə
davranış qaydasını qısaca və dürüst ifadə edən dispozisiya başa düşülür (məs.: XM mad.
296 - ″Xırda xuliqanlıq″; mad. 309 - ″Qumar oyunu″; mad. 301-1 - ″Fövqəladə vəziyyət
recimi tələblərinin pozulması″);
¢ göndərici, bu halda davranış qaydasının özü həmin normada göstərilmir, istifadəçi
isə həmin normativ-hüquqi aktın digər normasında göstərilən davranış qaydasına göndərilir
(məs.: XM mad. 153 - ″Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol
hərəkəti qaydalarının pozulması″ və XM, mad. 153.5. ″Bu Məcəllənin 153.1-153.4.5-ci
maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol,
narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş
vəziyyətdə törədilməsinə görə...″;
¢ blanket, bu elə dispozisiyadır (qaydadır) ki, digər hüquq mənbələrinə istinad
etməyə məcbur (həvalə) edir (məsələn: XM, mad.111.1. - ″Balıq ehtiyatlarının mühafizəsi
qaydalarının pozulmasına görə ...″; mad.167 - ″Magistral boru kəmərlərinin mühafizəsi
qaydalarının pozulması″.
″
Dövlət və hüquq nəzəriyyəsi″ nöqteyi-nəzərindən sanksiya (tənbeh) - hüquq
normasının dispozisiyasında nəzərdə tutulmuş qaydaları pozana qarşı hansı dövlət təsir
(məcburiyyət) tədbirlərinin tətbiq edilə biləcəyini əks etdirən elementdir.
Sanksiya - inzibati hüquq normasının bir elementi kimi özündə hüquq normasını
pozana qarşı tətbiq edilən təsir tədbirlərini əks etdirir.
Burada nəzərə almaq lazımdır ki, sanksiya istənilən inzibati təsir formasını yox, yalnız
hüquqpozma ilə əlaqədar tətbiq olunan və normada nəzərdə tutulmuş təsir formasını özündə
ə
ks etdirir. Buna görə inzibati xəbərdaretmə tədbirləri (karantinin qoyulması, sərhədin
bağlanması, su basmış, zəlzələ olmuş yerin dövrəyə alınması) sanksiyaya aid edilə bilməz,
çünki onlar hüquqpozmaların törədilməsi ilə əlaqədar tətbiq edilmirlər.
Belə tədbirlər hüquq normasının sanksiyasında yox, dispozisiyasında göstərilir.
Sanksiyanın üç növü məlumdur:
¢ mütləq-müəyyən edilmiş sanksiya, bu elə sanksiyadır ki, orada tənbehin (cəzanın)
dəqiq növü və yaxud miqdarı göstərilib (məs: mad.149.1 - ″... şərti maliyyə vahidi
məbləğinin üç misli miqdarında cərimə edilir″; mad. 157 - ″... şərti maliyyə vahidi
məbləğinin beş misli miqdarında cərimə edilir″;
¢ nisbi-müəyyən edilmiş sanksiyalar, bu elə sanksiya-lardır ki, orada tənbehin
(cəzanın) ″aşağı″ və ″yuxarı″ həddi və yaxud ancaq ″yuxarı″ həddi müəyyən edilir (məs.:
mad.151.1 ″... şərti maliyyə vahidi məbləğinin üç mislindən səkkiz mislinədək miqdarda
cərimə edilir″ və ya mad. 151.5 - ″... fiziki şəxslərin nəqliyyat vasitələrini idarə etmək
hüququ bir ilədək müddətə məhdudlaşdırılır);
45
¢ alternativ sanksiyalarda tənbehin (cəzanın) bir neçə növü göstərilib (məs.: XM,
mad. 296 - ″Xırda xuliqanlıq″, ″...şərti maliyyə vahidi məbləğinin on beş mislindən iyirmi
beş mislinədək miqdarda cərimə edilir, işin hallarına görə pozuntu törədənin şəxsiyyəti
nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati
həbs tətbiq olunur″.
nzibati hüquq sanksiyalar sisteminin xüsusiyyəti - onun çox zəngin inzibati təsir
vasitələri ehtiyatına, sanksiyaların növ müxtəlifliyinə malik olması, həmçinin də orqanların
və vəzifəli şəxslərin daha məqsədəuyğun və effektli hesab etdikləri təsir tədbirlərinin
tətbiqinə qəbul edilmiş hədlərə qədər imkan verilməsini nəzərdə tutur.
Hüquq norması özünün bilavasitə tənzimləyici funksiyasını (vəzifəsini) onun bütün
struktur elementləri olduğu halda yerinə yetirə bilər. Əgər normativ-hüquqi aktların
maddələrini təhlil etsək, biz heç də həmişə hüquq normasının hər üç elementini görə
bilmərik. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının maddələrində, bir qayda
olaraq, hipoteza və dispozisiya olur, sanksiya isə ifadə olunmur. Cinayət qanunvericiliyinin
bir sıra maddələrində hipoteza və sanksiya tam həcmdə yazılır, dispozisiya isə ümumi
qaydada ifadə olunur. Bu onu göstərir ki, hüquq norması və normativ-hüquqi aktın maddəsi
üst-üstə düşmür.
Hüquq normasının elementləri (hipoteza, dispozisiya, sanksiya) faktiki olaraq,
müxtəlif normativ-hüquqi aktların maddələrində ola bilər. Bu, normaların eyni olmayan
formalara və ifadə üsullarına malik olması ilə izah olunur. Lakin bu halda da onlar öz
məntiqi quruluşlarını itirmirlər.
Normativ-hüquqi aktın maddəsi dedikdə - hüquq normasının ifadə forması (üsulu)
başa düşülür.
Normativ-hüquqi aktların maddələrində hüquq normalarının aşağıdakı ifadə üsulları
mövcuddur:
¢ birbaşa ifadə üsulu (maddədə hər üç element mövcuddur);
¢ göndərici ifadə üsulu;
¢ blanket ifadə üsulu.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, hüquq norması qanunun
maddəsi ilə eyni deyil. Hüquq norması məntiqi cəhətdən tamamlanmış davranış qaydasıdır,
qanunun maddəsi isə onun ifadə formasıdır.
nzibati hüquq normalarında inzibati hüququn tənzimləyici rolu aşağıdakı hallarda
özünü göstərir:
a) inzibati hüquq normaları icra hakimiyyətinin bütün sisteminin və onun ayrı-ayrı
hissələrinin təşkili və fəaliyyətini tənzimləmə xarakteri daşıyır;
b) inzibati hüquq normaları dövlətin mənafeyinə uyğun olan və dövlət idarəetmə
sahəsində bilavasitə fəaliyyət göstərən bütün təşkilatların və şəxslərin davranış qaydalarını
(variantlarını) müəyyən edir (məs.: şəhər (rayon) icra hakimiyyəti). Lazımi hesab edilən
hərəkəti nəzərdə tutur, yəni hansı hərəkətləri etmək olar, hansı hərəkətlərə icazə verilir,
hansılardan çəkinmək lazımdır, hansıları qadağan edir, hansıları etmək vacibdir (sərəncam).
Davranışa olan idarəçilik təsiri burada açıq şəkildə özünü əks etdirir;
c) inzibati hüquq normaları dövlət idarəetmə sahəsində fəaliyyət göstərərək, icra
hakimiyyəti mexanizminin konstitusion təyinatının səmərəli həyata keçirilməsi təminatı
məqsədini daşıyır, yəni Azərbaycan Respublikasının qanunlarına riayət olunması və onların
46
icrasının həyata keçirilməsi. Bununla da onlar vahid dövlət hakimiyyətinin icraedici
istiqamətinin mahiyyətini ifadə edirlər;
ç) inzibati hüquq normaları dövlət idarəetmə sahəsində lazımi sayılan davranışın
sərhədini müəyyən edir, dövlət intizamının və qanunçuluq reciminin möhkəmləndirilməsinə
xidmət edirlər.
nzibati-hüquqi tənzimləmə mexanizmi dedikdə - dövlətin məqsəd və vəzifələrinə
müvafiq olaraq dövlət idarəetmə sistemində icra hakimiyyətinin həyata keçirilməsi sahəsində
yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərə təsir edən inzibati-hüquqi vasitələr
sistemi başa düşülür.
Ümumi anlayışdan nəticə çıxarmaq olar ki, inzibati-hüquqi tənzimləmənin məzmunu
aşağıdakılardan ibarətdir:
¢ idarəetmə sahəsində daha məqsədəuyğun münasibətlərin təsis edilməsi və qaydaya
salınması;
¢ hüquqla tənzimlənən idarəetmə münasibətlərinin mühafizəsi;
¢ cəmiyyətin obyektiv inkişaf qanunlarının tələblərinə uyğun olan yeni ictimai
münasibətlərin yaradılması və inkişafı;
¢ müasir şəraitə uyğun gəlməyən ictimai münasibətlərin dövlət idarəetmə sahəsindən
sıxışdırılması (çıxarılması).
nzibati-hüquqi tənzimləmənin mahiyyəti - idarəetmə münasibətlərinin qaydaya
salınmasından, inzibati hüquq normaların köməyi ilə bu münasibətlərin iştirakçılarının
hüquq və vəzifələrinin təyin edilməsindən ibarətdir.
nzibati-hüquqi tənzimləmə mexanizminin elementləri aşağıdakılardır:
1.
nzibati hüquq normaları.
2.
nzibati hüquq normaların izahedici aktları.
3.
nzibati hüquq normaların tətbiqetmə aktları.
4.
nzibati hüquq münasibətləri.
nzibati hüquq normaların ümumi xarakteristikasında onların bəzi xüsusiyyətlərinin
nəzərə çatdırılması ehtiyacı duyulur. Hər şeydən əvvəl, hüquq icraetmə (hüquq tətbiqetmə)
və hüquq təyinetmə (hüquqyaradıcılığı) arasındakı qarşılıqlı nisbət diqqətəlayiqdir.
stənilən hüquqi norma hüquqyaradıcılığı aktıdır və inzibati hüquq normalar da burada
istisna deyil. cra hakimiyyətinin müvafiq subyektlərinə qüvvədə olan qanunvericiliklə
hüquq normalarının müstəqil müəyyən edilməsi üzrə səlahiyyətlər verilmişdir.
nzibati hüququn məzmununa Azərbaycan Respublikasının bütün hüquq sisteminin
ə
sasını təşkil edən qanunların tələblərinin konkret şəraitlərə tətbiq edilməsindən ibarət olan
fəaliyyət xasdır. Buna görə də inzibati hüquq normaları idarəetmə xarakterli ictimai
münasibətlərin tənzimləyicisi kimi dövlət idarəetmə sahəsində hüquqtətbiqetmənin əsas
hüquqi formalarından biri kimi xarakterizə oluna bilər. Deməli, bu normalar öz məzmununda
″
ikili hüquqi yük″ daşıyır - hüquqyaradan və hüquqtətbiqedən.
nzibati hüquq normaların bu növləri arasında sıx qarşılıqlı əlaqə var burada
hüquqyaratma forması öz mahiyyətinə görə hüquqtətbiqetmə (icraetmə) məqsədi daşıyır.
Bunu da o fakt təsdiq edir ki, icra hakimiyyəti subyektlərinin normativ aktları qüvvədə olan
qanunvericiliyə uyğun olaraq qanunların icrası məqsədi ilə qəbul edilir.
Göstərilən vəziyyət icra hakimiyyətinin müvafiq subyektlərinin səlahiyyətlərinin və
inzibati-hüquqi normaların ümumi səciyyəsi üçün münasibdir.
47
nzibati hüquq normaların əksəriyyəti Azərbaycan Respublikasının Konstitusiyasında
öz əksini tapmışdır. Bu normalar dövlət idarəetmə fəaliyyətinin əsas istiqamətləri və
idarəetmə prosesində yaranan idarəetmə münasibətləri ilə müəyyən edilir (məs.: icra
hakimiyyəti subyektlərinin və şəxsiyyətin konstitusion statusu). Demək olar ki, Azərbaycan
Respublikasının hər bir qanununda müxtəlif inzibati hüquq normaları var.
Bu, o deməkdir ki, inzibati-hüquqi normaların ierarxiyası mövcuddur: konstitusion
normalar, qanun normaları və icra hakimiyyəti subyektləri tərəfindən qəbul edilən normativ-
hüquqi aktlarda olan normalar. Qüvvədə olan qanunvericiliyə əsasən, icra hakimiyyəti
subyektlərinə normativ-hüquqi aktların qəbul edilməsi hüququ verilib, bu hüquq normaları
öz hüquqi qüvvəsinə görə eyni əhəmiyyətli deyillər.
cra hakimiyyəti subyektləri tərəfindən müəyyən edilmiş inzibati hüquq normaları
konstitusion və qanunverici xarakterli normalarla münasibətdə ikinci dərəcəli sayılırlar, yəni
axırıncılar öz hüquqi əhəmiyyətinə görə ilkin xarakterə malikdirlər və icra hakimiyyəti
subyektləri tərəfindən yaradılan inzibati hüquq normaları birincilərdən yaranır.
Buradan nəinki icra hakimiyyəti subyektlərinin fəaliyyəti, həm də onlar tərəfindən
müəyyən edilən inzibati hüquq normaların qanun qüvvəliliyi doğur. Hüquq normalarının
ierarxiyasında onlara müəyyən yer ayrılır ki, o da aşağıdakı hüquqi formada ifadə olunur: -
onlar, dövlət başçısı kimi Azərbaycan Respublikası prezidentinin normativ aktlarının,
qanunların və konstitusiyanın əsasında onların müddəalarının yerinə yetirilməsi üçün
yaradılır.
cra hakimiyyəti subyektləri tərəfindən müəyyən edilən inzibati hüquq normaları,
hüquqyaratmanın ″ikinci dərəcəli″ forması olub, hər şeydən əvvəl, Konstitusiyanın və
qanunların normalarının doğruluğunu təmin edir.
Birinci sualın sonunda qeyd etmək istərdim ki:
1. nzibati hüquq norması - dövlət idarəetməsi və icra hakimiyyəti mexanizmin
fəaliyyəti sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizama salma
məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydasıdır.
2. nzibati hüquq normaların quruluşu aşağıdakı elementlərdən ibarətdir:
¢ hipoteza;
¢ dispozisiya;
¢ sanksiya.
Dostları ilə paylaş: |