Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə22/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   18   19   20   21   22   23   24   25   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

– Geolokasiya (Foursquare)
– Sual-cavab xidmətləri (Answers.com)
– Virtual aləmlər (Second Life)
– Tematik resurslar (Slashdot)
İnkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə sirayət 
etməkdədir. Virtual məkan genişləndikcə, internetdə mövcud olan sosial 
şəbəkələrin də sayı artır. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi kütləsi 
gənc nəslin nümayəndələridir. Bu səbəbdən də gündəlik həyatımızda sosial 
şəbəkələrin müsbət tərəflərini müşahidə etsək də, kifayət qədər mənfi tərəflərini də 
görürük. 
Sosial şəbəkə
– istənilən vaxt və istənilən yerdə lazım olan insanı tapmaq və ona 
lazımi informasiyanı ona çatdırmaq üçün ən tez işləyən vasitədir ki, bu da gənc 
mədəniyyət işçiləri üçün çox vacibdir. Hər hansı sosial şəbəkədə akkauntun 
olması, məsələn, başqa ölkədən olan insanla əlaqə saxlamaq lazım olanda xüsusi 
ilə qiymətlidir. Belə situasiyada qənaət etməklə ucuz vasitədən istifadə zəminində 
işin keyfiyyətini təmin edəcəklər. 
İkincisi,
həmsöhbəti seçmək imkanı yaranır. Bu o deməkdir ki, sosial şəbəkə 
maraqlar üzrə dostlar tapmaq üçün operativ fürsət verir. Məsələn, əgər şahmatla 
maraqlanırsınızsa, kitab və ya kino həvəskarısınızsa, hər hansı idman növü ilə 
məşğul olursunuzsa, o zaman sizinlə eyni maraqları paylaşan insanları burada tapa 
bilər, başqalarının fikrini öyrənə, bu və ya digər məsələ ilə bağlı məsləhət ala, 
eləcə də işgüzar görüş və birlikdə vaxt keçirmək barədə razılaşa bilərsiniz. 
Üçüncüsü
isə hadisələrin və yeniliklərin mərkəzində olmaq imkanıdır. 
Sosial şəbəkələr
– yeniliklərin yayılma sürətində bir inqilabdır. Hal-hazırda bir 
çox xəbər təşkilatları birlikdə xəbər toplamaq və yaymaq üçün sosial şəbəkələrlə 
tərəfdaşlıq əlaqələri yaradır. Öz akkauntunuzda xəbər səhifəsini vərəqləməklə hər 
an dünyada baş verənlərdən xəbərdar ola bilərsiniz. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin