birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən,
epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii
üslubdan fərqləndirən əsas amillərdən biridir. İşgüzar üslubun qrammatik
xüsusiyyətləri. İşgüzar üsluba aid mövcud yazılarda indiyə qədər, adətən, onun
leksik və sintaktik xüsusiyyətlərindən bəhs olunmuşdur. Müşahidələr göstərir ki,
ədəbi dilin başqa üslubları kimi, işgüzar üslubda da bəzi morfoloji xüsusiyyətlər bu
üslubun səciyyələnməsində və formalaşmasında az əhəmiyyət kəsb etmir.
Morfoloji xüsusiyyətlər. İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin bəzi
cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən
sadə və mürəkkəb isimlər, vəzifə
adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim,
professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez işlənilməsinin
vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir. İşgüzar üslubda şəxs
adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur. Doğrudur, üslubi məqsəd
və əlavə izahlar üçün başqa üslublarda da mötərizə işlədilir. Lakin burada başqa
üslublardan fərqli olaraq, konkret şəkildə məsul şəxslərin adı, soyadı, idarə və
təşkilat adları göstərilir. İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret
isimlərin (əsasən cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır. Bununla belə,
qanunvericilik aktlarının xarakterindən asılı olaraq, cəza , cinayət, icra, şikayət
haqqında kodekslərdə «rəhbərlik», «plan», «yoxlama», «qərar», «üsul»,
«istehsalat», «müvəffəqiyyət» və s. mücərrəd isimlər də işlədilir. Bu qrup isimlərə
mətnlərin giriş hissəsində və təsvir məqamlarında daha geniş yer verilir.
Dəftərxana
sənədlərində, bir sıra müqavilələrdə tək və cəm halda olan 4 konkret
isimlərin işlənilməsi vacibdir. Vətəndaşlıq aktlarında, ayrı-ayrı sahə kodeks və
əsasnamələrində mücərrəd isimlər tez-tez müşahidə edilir. Belə isimlərin bir
qrupunu feli isimlər təşkil edir. İşgüzar üslubda -lar, -lər şəkilçisi ümumiləşdirmə
məqsədilə və termin yaradıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik
sənədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər ümumi bir rəyə gələ
bilmədilər» cümləsindən göründüyü kimi, hər hansı iki dövlət və yaxud iki dövlət
nümayəndəsi nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrində işlənərək
söz birləşməsi tərkibində ismin konkretləşməsinə xidmət edir: mülki münasibətlər,
hüquqi münasibətlər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual
müddəalar və s. İşgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və
eləcə də eyni sözün təkrarı ilə yaranan mürəkkəb isimlərin
işlənilməsinə çox az
təsadüf olunur. Müşahidələrdən də aydın olur ki, isimlərin işlənilməsində termin -
söz birləşmələri, ismi-dominantlar da işgüzar üslubun səciyyələndirilməsində
müəyyən rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin
dilinə xasdır. Məsələn, diplomatik sənədlərin dilində işlənən nota, ultimatum,
attaşe, iqamətgah, saziş, müqavilə, fəxri qaravul, cənab, zati-aliləri, ATƏM-in
nümayəndələri, BMT nümayəndəsi və s. İşgüzar üslubun bəzi janrlarında
(qərarlarda, qanunlarda, fərmanlarda) ad və soyadlar bütöv yazılır (diplomatik
sənədlərdə adlar bəzən ixtisar edilir) və vəzifələr hər bir adın qarşısında
mütləq
göstərilir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin sədri… Azərbaycan
Respublikası Təhsil naziri və s .
4. İşgüzar əlaqələrdə yazışmaların rolu və əlamətləri. Teleks, telefon, kompüter
şəbəkəsi informasiyanın çatdırılmasında üstünlük əldə etsə də, yazışma işgüzar
əlaqələrin ən yayılmış növüdür. Reklam fəaliyyətində, kommersiya təkliflərinin
çatdırılmasında adi məktub əvəzolunmazdır, belə ki, bu, şirkətin tərəfdaşlarının
ilkin xarakteristikasını verə bilir. İşgüzar yazışma şirkət və onun əməkdaşları
haqqında təsəvvür yaratmağa imkan verir. Şirkətin etibarlı olmasında şübhə
yaratmamaq məqsədi ilə məktub tərtib edilməlidir; zərf və kağız qüsursuz
olmalıdır. Məktubları sənədlərin rəsmiləşdirmə standartlarına uyğun tərtib etmək
lazımdır. Amma bunları qaydalardan kənar çərçivədə,
özəl üslubda da yazmaq
olar. Yazılanları göndərməkdən öncə diqqətlə yoxlamaq lazımdır ki, səhvlər
olmasın. 5 Xidməti məktub kifayət qədər dəqiq, şərhsiz, əlavə sözlərsiz,
emosiyalarsız tərtib olunmalıdır. Buna görə də işgüzar yazışmada şəxssix cümlələr
üstünlük təşkil edir. Məsələn: «Sizin təkliflərə baxıb, hesab edirəm …» Dövlət
standartlarına əsasən, sənəd insan tərəfindən yaradılmış, müəyyən zaman və
məkanda ötürmək üçün maddi informasiya obyektidir. Sənədlərin əsas funksiyası-
informasiya ötürməsidir. Əksər hallarda sənədləşdirmə mütləqdir, qanuni nəzarət
və qanuna əsasən uyğun möhkəmləndirmə üsuludur. Hüquqi tərəfdən sənədlər
hüquq formalarından biridir. Bir sıra sənədlər hüquq normalarını və hüquqi
münasibətləri qoruyur, möhkəmləndirir və dəyişdirir; digər sənədlərin hüquqi gücü
var və məhkəmədə, notariatda, arbitrajda və s.-də bunlardan
sübut kimi istifadə
edilə bilər. İdarəetmənin bütün növləri sənədlərdə öz əksini tapır. Sənədləşdirmə
idarəetmə fəaliyyəti ilə sıx əlaqəlidir və idarəetmə aparatında onun üzərində
qoyulmuş funksiyaların reallaşdırılmasının idarəetmə üsuludur. Bəzi idarəetmə
funksiyaları (təşkilati-sərəncam, uçot, hesabat, maliyyə fəaliyyəti və s.) idarəetmə
aparatının fəaliyyətində olan müəyyən tipə uyğun olurlar. Bu funksiyalar idarə və
firmalarda qəbul edilmiş sənədlərdə öz əksini tapır. Sənədləşdirmənin
təkmilləşdirilməsinin mühüm istiqamətlərindən biri unifikasiyadır, yəni vahid
sistemin mövcudluğudur. Sənədlər poçt vasitəsi ilə alına bilər, kuryer (xidmətçi)
tərəfindən çatdırıla bilər, faks və elektron poçtla qəbul edilə bilər. Sənədləri
alarkən onların düzgün çatdırılmasına əmin olmaq lazımdır. Səhv alınmış yazışma
göndərənə qaytarılır. Zərf açılandan sonra sənədin və əlavələrin səhifələrinin
mövcudluğu yoxlanılır. Faksla aparılan yazışma da analoji üsulla yoxlanılır. Əgər
sənədlər poçtla gəlibsə, bütün zərflər açılır (istisna «şəxsi» sözü yazılan
məktublardır). Zərflər açılandan sonra məhv edilir (istisna – vətəndaşların şəxsi
məktublarıdır, çünki geri ünvan yalnız zərfin üzərində göstərilir). Adətən alınmış
məktub ya əllə, ya da elektron üsulla möhürlənir. Faksla alınan sənədin alınma
vaxtı göstərilir. Sənədlərin ilkin alınması icraçılar və şöbələr üçün qeydiyyatlı və
qeyri-qeydiyyatlı məktublara ayrılır. Rəhbərlərə yalnız idarənin 6 fəaliyyətinə aid
olan, ya da yeni informasiya daşıyan məktublar çatdırılır. Qalan sənədlər birbaşa
icraçı mütəxəssislərə verilir.
Sənədlərin işlənməsi, baxılması və icraçılara
çatdırılması dərhal, yəni daxil olunan gün həyata keçirilir. Əgər sənəd bir neçə
struktur bölmələrə və altbölmələrə çatmalıdırsa, onların surəti çıxarılır. Xüsusi
uçotda olan, məlumat məqsədi daşıyan (alınma üsulundan asılı olmayaraq) bütün
məktublar qeydiyyatdan keçməlidir. Məktubların qeydiyyatı zamanı sənədlərdə
aşağıdakılar yazılır:
Alınma vaxtı
Giriş № (indeks)
Sənədin göndərilmə vaxtı
Sənədin indeksi
Müəllif (korrespondent)
Başlıq
Dərkənar
İcra müddəti
İcraçı
İcra yolu (sənədin çatdırılması və icrası qeyd olunur)
İşin sayı
İcradan
sonra sənədin yerləşdirilməsi ünvanı
Dostları ilə paylaş: