Azərbaycan dilində işlənən söz qrupları
Dilin leksik t
ərkibini təşkil edən bütün vahidlər hər cəhətdən bir-birinə oxşamır.
Dild
əki hər bir leksik vahidin özünəməxsus xüsusiyyətləri və üslubi vəzifələri vardır.
Buna görə də bəzi sözlər dilin bütün üslublarında işlənə bildiyi halda, digər qrup
sözlər müəyyən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bundan başqa, dildə
b
əzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s.
Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi dilinin leksikası,
əsasən, aşağıdakı söz qruplarına bölünür: ümumişlək sözlər, poetik sözlər,
köhnəlmiş sözlər, neologizmlər, terminlər, dialektizmlər, loru sözlər, vulqar sözlər.
Ümumişlək sözlər
Ümumişlək sözlər
C
əmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışların adını bildirib dildə
çox işlənən sözlərə
ümumişlək sözlər
deyilir. Bunlar hamı tərəfindən eyni dərəcədə
v
ə eyni mənada başa düşülür; Məsələn:
Yen
ə də yamyaşıl geyinir dağlar, Göz kimi durulur qaynar bulaqlar. Əriyir güneylər
döşündəki qar, Yağış da isladır o göy çəməni, Təbiət ilhama çağırır məni!
Bu misralardakı sözlərin hamısı ümumişləkdir. Çünki bunlar və bu qəbildən olan
dig
ər sözlər Azərbaycan dilində danışanlar üçün eyni dərəcədə aydındır.
Ümumişlək sözlər dilin leksik tərkibinin başlıca olaraq, əsas hissəsini təşkil edir və
ən zəruri, həyati anlayışları əks etdirir. Belə sözlər maddi varlığa və eləcə də insan
f
əaliyyətinin bütün sahələrinə aid olur; məsələn:
ad bildir
ənlər: ata, ana, ev, ot, ət, yağ, bal, baş;
əlamət və keyfiyyət bildirənlər: yaxşı, pis, ağ, qırmızı, acı, şirin;
miqdar v
ə kəmiyyət bildirənlər: beş, on, yüz, az, çox;
hal v
ə hərəkət bildirənlər: yatmaq, oxumaq, yemək, gəlmək, getmək.
Ümumişlək sözlər dilin hər bir üslubunda, yəni bədii, elmi, ictimai, rəsmi üslublarında
işlənə bilir və işləndiyi nitqdə fikrin bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına
imkan verir.
Poetik sözlər
Yüksək obrazlılığa, emosianallığa və ifadəliliyə malik olan sözlərə
poetik
sözlər
deyilir. Poetik söz nitqə incəlik verir və onu bədiiləşdirir; məsələn:
Ey
əzəli
Dostları ilə paylaş: |