Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Akademik yazı ilə digər yazı janr arı arasında ikinci fərq isə nə r edi mi



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   74   75   76   77   78   79   80   81   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Akademik yazı ilə digər yazı janr arı arasında ikinci fərq isə nə r edi mi 
yazı ardan gətirilən sitat ar a bağ ıdır. 
ər siz akademik yazıda hər hansı bir arqument irəli sürürsünüzsə,
fikrinizi mövzu üzrə yazı nəşr etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi
ilə əlaqələndirərək əsaslandırmanız gözlənilir.
1Bu bölmə Bowker, N. (2007).
Academic Writing: A Guide to Tertiary Level 
Writing-dən 
götürülmüşdür
.
6
ə, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas
şərtlərindən biridir, çünki bu, sizin mövzu ilə əlaqədar ədəbiyyatı
oxuduğunuzu, ideyaları anladığınızı, bu ideyalar və digər müxtəlif
perspektivlərdən öz yazı işinizdə istifadə etdiyinizi göstərir.
Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qayda arına, 
punktuasiyaya və qrammatik standartlara əməl etməlisiniz. Çünki 
dostunuzdan fərqli olaraq, oxucunuz böyük ehtimal ki, sizdən fərqli bir 
əxsdir və sizin nəyə i arə etdiyinizi heç də hər zaman bilməyə bilər. 
Bu
səbəbdən də, fikirlərinizi yazıda aydın ifadə etməniz çox önəmlidir. Düşüncənin
ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq
olmaq üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda
böyük önəm daşıyır.
Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması o mayan ideya 
və an ayı ar kimi mücərrəd məfhumlara əsas anmı dır. 
Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, siz yenə də


konkret sözlərdən istifadə etməklə, mücərrəd ideyaları və onlar arasındakı
münasibətləri izah edə bilərsiniz. Adətən, akademik yazı sizdən mücərrəd
ifadələri və onların komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini
aydın təsvir etməyi tələb edir. Hətta iqtisadiyyat, kompüter elmləri kimi praktik
yönümlü fənlər belə, akademik öyrənmə və praktikada sizdən proses və
hadisələrin təməlində duran müxtəlif nəzəriyyələrə, anlayışlara və digər mücərrəd
ideyalara baş vurmağınızı tələb edəcək. Buna görə də, akademik yazının
mahiyyəti də bir çox praktik və sosial yönümlü yazı işlərindən fərqlənir. Bu, ona
görədir ki, akademik yazı tapşırıqları sizdən onların mahiyyətində duran,
hadisələrin təməlində yatan prinsip, nəzəriyyə və anlayışlara baxmağı tələb edir.

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin