Xosrov əvvəlcə soruşdu: “Hardansan cavan? ” Fərhad cavab verdi: “Dost diyarından ”. Dedi: “O dünyada hansı sənət var? ” Dedi: “Qəmi alıb, canı satırlar” Üç nöqtə Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda qoyulur.
2.Yüksək hiss-həyəcanla deyilib özündən sonrakı sözdən müəyyən fasilə ilə ayrılan xitabdan sonra.
3.Dialoqlarda müsahib cavab vermədikdə.
Sual işarəsi Cavab almaq məqsədilə verilən sual cümləsinin sonunda qoyulur.
Danışıqda heç bir cavab tələb etməyən sual cümlələri də işlədilir. Bunlar
ritorik sual cümləsi adlanır.
Nida işarəsi Bu işarə nida cümlələrinin sonunda qoyulur.
Yurdumuzun baharı, xalqımızın Novruz bayramı mübarək olsun!
Nida intonasiyası ilə deyilib təkid, alqış, razılıq, təşəkkür, buyuruq, çağırış və s. bildirən əmr cümlələrindən sonra nida işarəsi qoyulur
Xitablardan sonra.1) Gəl, ey boranlı qış, səpələn ey qar!
Bəli, xeyr, çox gözəl, yox kimi təsdiq və inkar sözlərindən sonra.
Çox gözəl! Razıyam
Orfoepiya yunanca “düzgün,”, “dürüst” mənasında olan orpos sözü ilə “danışmaq”, “nitq” mənasında olan epos sözünün birləşməsindən düzəldilmiş bir termindir. “Düzgün ədəbi tələffüzü müəyyənləşdirən qaydalar sistemi”, “tələffüz qaydalarını gözləmə” anlamındadır. “Orfoqrafiya” sözü də yunanca “orthos” “düzgün” və “qrapho” “yazıram” sözlərindən yaranmışdır, “dildəki sözlərin qəbul edilmiş düzgün yazılış qaydaları sistemi, “yazı qaydalarının öyrənilməsi” mənasında işlənir. Orfoepik, yaxud orfoqrafik norma pozulursa, nəticədə fonetik norma pozulmiuş olur. “Danışdığımız kimi yazmalı”, yoxsa “yazdığımız kimi danışmalı” sualı ədəbi dilimizin formalaşması və inkişafını düşünən bütün yazıçılarımızı, dilçilərimizi, maarifpərvər ziyalılarımızı daim düşündürmüş və XX əsrin 20-30-cu illərindən bu suala aydınlıq gətirilmişdir. B.Çobanzadə, V.Xuluflu, Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə, Ə.Əfəndizadə, N.Abdullayev bu sahədə böyük əməyi olmuş dilçi alimlərimizdəndir. Bir fikir qəti şəkildə aydınlaşdırılmışdır ki, danışdığımız kimi yazmaq yazıda hərc-mərclik yaratdığı kmi, yazdığımız kimi danışıq da nitqimizdə bayağılığa, “quruluğa” gətirib çıxarır. Bunların heç biri mütləq götürülməməlidir. Buna görə də onların hər ikisindən yazımız və tələffüzümüz üçün optimal variant qəbul edilmişdir. Hazırda yazımız da, tələffüzümüz də bu aspektdə qurulur, hər iki forma ədəbi dilimizin həm şifahi, həm də yazılı formalarının xeyrinə olmaqla inkişafı edib təkmilləşir.
Respublikamızda orfoepiya məsələlərinin sistemli şəkildə öyrənilməsinə keçən əsrin 40-cı illərindən başlanmışdır. Keçən dövr ərzində dilimizin orfoepiyasına dair dəyərli əsərlər yazılmış, dissertasiyalar müdafiə edilmiş, orfoepiya lüğətlər tərtib edilərək çap edilmiş, nəhayət, dilimizin orfoepik qaydaları əsasən yaradılmışdır.
Ədəbi tələffüz normalarına uyğun qurulan nitq dinləyicilər tərəfindən asan qavranılır. Belə danışığın estetik təsiri daha güclü olur. Danışanların (eləcə də mətn əsasında oxuyanların) nitqində ədəbi tələffüzlə bağlı bir sıra qüsurlar özünü göstərir ki, onların iki forması daha xarakterikdir. Bunlardan birincisi, yerli şivə və adi danışıq dilinə məxsus qüsurlardır. Nitqdə bəzən söz və qrammatik formalar yerli şivədə və ya adi danışıqda olduğu şəkildə tələffüz edilir. Məs. həlbəttə, hasan, müraciət, genə (yenə), olsoydu (olseydi), nöş (nə üçün) və.s. Bu qəbildən olan tələffüz qüsurlarının digər bir qismi sözlərdə (daha çox alınma sözlərdə) vurğunun düzgün deyilməməsi nəticəsində baş verir. Məs. ope/ra, si/fət, i/sim, ə/dat, da/ha, o/xu və.s.
Ədəbi tələffüz normalarının pozulmasının ikinci halı orfoepiyası, orfoqrafiyasından fərqli olan sözlərin yazıldığı kimi deyilməsi və oxunmasıdır. Hərfi tələffüz (buna kitab tələffüzü də deyilir) bir sıra alınma sözlərin, həm də dilimizə məxsus söz və şəkilçilərin deyilişində (daha çox oxusunda) özünü göstərir. Alınma sözlərdə: məs. Lomonosov/ Lamanosov əvəzinə, Moskva/Maskva əvəzinə, orfoqrafiya/ arfaqrafiya əvəzinə və.s. Dilimizə məxsus sözlərin və şəkilçilərin deyilişində : Məs. vicdan/ vijdan əvəzinə, məqsəd/ məksəd əvəzinə, qanlı/qannı əvəzinə və.s.
Orfoepik qaydaların müəyyənləşdirilməsində aşağıdakı prinsiplər əsas götürülür.
1. Fonetik prinsip. Bu prinsipə görə orfoepik qaydalar geniş xalq kütləsinin malik olduğu ümumxalq dilinə tamamilə uyğun olmalı, onun tələblərinə cavab verməlidir. Söz və qrammatik formaların əksəriyyət tərəfindən işlədilən tələffüz şəkli orfoepiyada norma kimi əsas götürülür. Məs. Felin şərt şəklinin hekayəsi nitqdə bir neçə variantda tələffüz olunur: görsəydim, görsöydüm, görseydim. Görseydim tələffüz şəkli orfoepiya baxımından məqbul sayılır və norma kimi qəbul edilir. Başqa bir misal. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq i, ı, u, ü saitlərindən birinə çevrilərək tələffüz olunur. Məs. Meşəyə-meşiyə, arabaya – arabıya, oynayar –oynuyar, söyləyir – söylüyür və.s. Əksəriyyətin işlətdiyi bu tələffüz şəkli də dilimizdə orfoepik qayda kimi məqbul sayılır.
2. Morfoloji prinsip. Bu prinsipin tələbinə görə canlı danışıqda (xüsusən dialektlərdə) bir neçə formada işlədilən tələffüz variantlarından biri orfoepik norma baxımından məqbul sayılır. Məs. ev, əv, öy, dəyil, deyil, değil, döyür kimi tələffüz şəkillərindən ev, deyil düzgün sayılır və orfoepik norma kimi qəbul edilir.
3. Qrafik prinsip. Bu prinsipə görə dildə sözün iki tələffüz şəklindən daha tipik olanı – orfoqrafiyada işlədilən forması orfoepiyada əsas götürülür. Məs. darvaza – dərvaza, xalça – xəlçə, qəbul – qabul və.s sözlərin birinci variantı tələffüz üçün düzgün sayılır.
4. Mənbə dilin tələffüz qaydalarına əməl etmək.
Tələffüzdən danışarkən tələffüz üslublarına da diqqet yetirmək lazımdır.