Ad və ata adlarının qısaltma formalarından sonra. Məs.;
1. Qəsəbəmizin mərkəzindəki parka H.Əliyevin adı verildi. 2. N.Abdullayev təcrübəli müəllimdir.
Və ilaxır və sair, və başqa sözləri ixtisarla yazıldıqda. Məs..; M.F.Axundov, F.Köçərli, Ə.Nazim, M.Arif, M.C.Cəfərov və b. görkəmli
tənqidçi - ədəbiyyatşünaslar olmuşlar.
Əsərlərindən misal gətirilən müəllifin adı ixtisarla veriləndə. Gərək ya Hacı Səmədağanın əlinə baxam, ya da gedib polis qulluğuna daxil olam (Ə.H.). Vergülaşağıdakı hallarda qoyulur.
1.Cümlənin həmcins üzvləri arasında;
Hanı mənim arxam, qolum-qanadım, Hörmətim, izzətim, şöhrətim, adım?! 2.Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında.
Əlimi uzadıb qar dənəsinin altına tutdum, astaca gəlib ovucumun içinə düşdü
3.Tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında. 4.O, bu əvəzliklərindən sonra O, ağacın yanına gələr, budaqları əyib salxım gülləri iyləyər, dayanıb ağacın gözəlliyinə tamaşa edərdİ. 5.Ara sözlərdə: ara söz cümlənin əvvəlində gəldikdə ondan sonra
cümlənin ortasında gələn ara sözün hər iki tərəfində.
cümlənin sonunda gələn ara sözdən əvvəl. Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusiləşən cümlə üzvündən əvvəl.
Xitablarda vergül:
cümlənin əvvəlində gələn xitabdan sonra, cümlənin ortasında gələn xitabdan əvvəl və sonra, xitab cümlənin sonunda gəldikdə ondan əvvəl vergül qoyulur.
3.Nidalarda vergül
Əfsus, qocaldım ağacım düşdü əlimdən!
Bir adam olsaydı, ax, keçən günləri geri qaytaraydı.