Nöqtəli vergül Aşağıdakı hallarda nöqtəli vergüldən istifadə olunur:
tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında.
D e f i s mürəkkəb sözlərin tərəfləri arasında.Məs.; dadlı-dadlı, dost-aşna, qohum-qardaş, yavaş-yavaş və s.
mürəkkəb qısaltmalarla şəkilçi arasında. Məs.; ADPU-nun, ABŞ-ın, NATO-ya və s.
sıra saylar rəqəmlə yazıldıqda. Məs.; 5-ci, 10-cu, 4-cü və s.
ç) izafət tərkiblərində.Məs.; nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal. T i r e Cümlə üzvünün əlavəsindən əvvəl. Məs.;
Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi - İtqapan kəndinin əhli Novruzəlidir. Müqayisə edilən obyektləri daha qabarıq nəzərə çarpdırmaq üçün onların (qarşılaşdırılan sözlərin) arasında. Məs.;
Sən günəş - mən səndən nur alan Ayam, Sən bir səs - mən isə əks-sədayam! Zirvəsən - zirvəyə qalxan cığıram. (N.Xəzri)
Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra tire qoyulur. Məs.;
Dostlar hər şeydən - həyatdan, ailədən, dostluqdan, məhəbbətdən, dünyanın işlərindən danışdılar. Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire qoyulur. Məs.; O, vəziyyətə də, yorğunluğa da, yurdsuzluğa da - bunların hamısına dözərdi.
Məntiqi vurğulu sözü nəzərə çarpdırmaq, ayırmaq üçün həmin sözdən sonra tire qoyulur.
Vətən - əcdadımızın mədfənidir. Vətən - övladımızın məskənidir. Müəllif sözü vasitəsiz nitqdən tire ilə ayrılır.
Oğul, - dedi - gecə isti su atanda bismillah deyərlər (T.Mahmud).