Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 1,46 Mb.
səhifə7/81
tarix28.11.2023
ölçüsü1,46 Mb.
#168521
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   81
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

MƏDƏNI NITQIN ƏSAS KEYFIYYƏTLƏRI
Mədəni nitqin əsas keyfiyyətləri aşağıdakılardır



Mədəni nitq



Düzgün nitq

Kamil niq

  1. Ədəbi dilin fonetik normaları

  2. Ədəbi dilin leksik normaları

  3. Ədəbi dilin morfoloji normaları

  4. Ədəbi dilin sintaktik normaları

1.Dəqiqlik 8.Münasiblik
2.Təmizlik 9.Rabitəlilk
3.Yığcamlıq 10.məntiqilik
4.Aydınlıq 11.zənginlik
5.Sadəlik 12.Bədiilik və obrazlılıq
6.İfadəlilik 13.Emosionallıq
7.Ahəngdarlıq

Nitqin düzgünlüyü: Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır. Hadisələr, faktlar, onların səbəb-nəticə əlaqələri bilərəkdən təhrif olunmuş şəkildə dilə gətirilməməli, reallıqdan uzaqlaşma hallarına, yalan məlumatlara layiq olmayan təriflərə, nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. Deməli, düzgün nitq ifadə olunan fikrin həqiqiliyindən, doğru-dürüstlüyündən çox asılıdır. Tarixi reallığı düzgün qiymətləndirə bilməyən natiq, mühazirəçi, məruzəçi, icmalçının çıxışı dil normalarına cavab versə də, düzgün nitq sayılla bilməz.
Nitqin düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söyləyən şəxs bədii təsvir vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözlərindən, zərb-məsəllərdən, aforizmlərdən məqamında bəhrələnsin. Deməli, nitqin düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri, məntiqi vurğu nəzərdə saxlanılmalıdır. Nitqi ağırlaşdıran, məzmunun dinləyicilərə çatdırılmasını çətinləşdirən, həcnmcə böyük, dolaşıq cümlələr işlədilməməlidir. Nitqin düzgünlüyü natiqlə dinləyicilər arasında qarşılıqlı anlaşmanı təmin edir. Nitqin düzgünlüyü ədəbi dil normaları daxilində mümkündür. Kommunikativ keyfiyyətə xidmət edən düzgünlük gerçəklik haqqında verdiyi məlumata düz mütənasibdir. Düzgünlük anlayışı, əsasən, mövzuya aiddir. Mövzu dəqiq və konkret olarsa, natiq də öz fikrini dəqiq və yığcam qura bilər. Deməli, nitqin düzgünlüyü dedikdə cümlələrin qrammatik cəhətdən düzgün qurulması, sözlərin yerli-yerində işlədilməsi, fikrin aydın, dəqiq, məntiqi ardıcıllıqla və ədəbi tələffüz normalarına uyğun ifadə olunması başa düşülür.
Nitqin dəqiqliyi. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Fikrin aydın izahı dəqiq düşüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı hesablna başa gəlir. Söz ehtiyatı zəngin olan adamın nitqi dəqiq ola bilər. Nitqin dəqiqiliyi sözlərin ifadə olunan fikrə uyğun seçilməsidir ki, bunlar nitqin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyini əks etdirməsi üçün şərt sayır. Dəqiqlik bir tərəfdən, nitqin gerçəklik və təfəkkürlə əlaqəsini, digər tərəfdən fikrin dil vasitələri ilə düzgün verilməsinin göstəricisidir. Məlumdur ki, söz anlayışa uyğun yaranır və fikir ifadə edir. Əlbəttə, o, ifadə etdiyi fikrə uyğun olmalıdır. Nitqin məntiqliyi, ardıcıllığı, izahın uyarlığı fikrin aydın ifadəsinə köklənmişdir. Dəqiq söz işlətmə dilin lerksik sistemində olan sözlərin semantik mənasını, sinonimliyi, çoxmənalılığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin