Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


PLANI Azərbaycan dilinin mənşəyi, geneoloji və tipoloji təsnifi



Yüklə 390,98 Kb.
səhifə4/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

PLANI

  1. Azərbaycan dilinin mənşəyi, geneoloji və tipoloji təsnifi

  2. Azərbaycan dilinin və əlifbasının tarixi inkişafı

  3. Ulu öndər Heydər Əliyev və Azərbaycan dili

Azərbaycan dili, məlum olduğu kimi, ən qədim zamanlardan Avrasiyada yayılmış türk dilləri qrupuna daxildir. 1936-cı ildən intensiv olaraq Azərbaycan dili adlandırılan bu dil qədimlərdən ta əsrimizin 30-cu illərinədək “tük dili”, “tatar dili”, “”türk-tatar dili”, ”Qafqaz –tatar ləhcəsi” və s. adlarla adlandırılmışdır.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.
Dilimiz dildaxili və dilxaricitəsirlərin əticəsində inkişaf edərək bu günkü səviyyəyə çatmişdır. Son məlumatlara görə respublikamızda 10 milyondan artıq azərbaycanlı bu dildə danışır. Dünyada isə Azərbaycan dilində danışanların sayı 50 milyondan artıqdır.
“Azərbaycan dili” anlayışının “tarixə qədərki dövr”ü bir sıra ciddi problemlər doğurur ki, buraya, əsasən, aşağıdakılar daxildir:
a) “Azərbaycan” sözünün etimologiyası;
b) “qədim Azərbaycan dili” anlayışının məzmunu və ya hansı mənşədən olan dili əks etdirməsi məsələsi.
“Azərbaycanın adının mənşəyi haqqında müəlliflərin fi­kir­ləri müxtəlifdir.
Bəzi tarixçilər həmin adın bu ölkədə olan atəşkədələr və odla əlaqədar yarandığını yazırlar və deyirlər ki, azər (atur,atər) pəhləvi dilində “od” deməkdir və pat (pad-bad) “keşik çəkən-ke­şikçi və qoruyan” deməkdir; kan, ya qan da (ərəbcə tələf­fü­zü-can) “yer” və ya nisbət şəkilçisidir. Yəni atəşkədələri qoru­yan yer. Ərəblər gəldikdən sonra “q” səsi “c” kimi tələffüz olun­­duğuna görə, “Azərbaycan” demişlər. Böyük islam tarix­çisi Təbəri (226-310 hicri) və Yaqut Həməvi bu fikri müdafiə etmişlər” (46, s.277).
M.Zəkiyev “Ön və Orta Asiya, Qafqaz, Qara dənizin şi­malı, İdil-Ural və Qərbi Sibirdəki qədim türklər” məqaləsində gös­tərir ki, Qafqazda ən qədim zamanlardan etibarən ar/ir, as/az, bi/pi/bey, sün/san/şan/can və b. adlarla tanınan , bugünkü azərbaycanlıların əcdadları olan tayfalar yaşamışlar. Sonralar onların qarışması nəticəsində asar/azar/azər tayfa birləşmələri əmələ gəlmişdir (121, s.429).
Məlumdur ki, “Azərbaycan dili” linqvonimi “Azərbay­can” toponimi, “Azərbaycan xalqı” etnonimi ilə ideya-məz­mun­ca sıx bağlıdır ki, burada “Azərbaycan” anlayışı, təbii ki, əsas istinad nöqtəsidir... Maraqlı olmaya bilməz ki, Azər­bay­ca­nın tarixi ərazisində qədim dövrlərdən bəri mövcud olmuş döv­lət­­lərdən (Aratta, Manna, Midiya, Albaniya, Aran...) heç biri­nin deyil, məhz Atropatena // Adurbadaqan // Azərbaycanın adı öl­­kənin (coğrafiyanın), xalqın və dilin adına çevrilmişdir. Bu, heç şübhəsiz, “Azərbaycan” adının tarixən həm ölkə
daxilində, həm də ölkənin xaricində daha populyar olmasından irəli gəlir ki, həmin populyarlıq, görünür, ilk növbədə siyasi-ideoloji sə­bəblərlə əlaqədardır.
“Azərbaycan” anlayışının tarixi, ənənəvi elmi-publisistik tə­səvvürlərə görə, “Atropatena”dan başlayır (19, s.48).
Məlum olduğu kimi, “Atropatena” dövlətinin banisi At­ro­pat... Madanın satrapı idi. Belə güman etməyə əsas var ki, At­­ropat Madanın irsi hakimi olmuşdur... Makedoniyalı İsgən­də­­rin dövləti onun diadoxları (sərkərdələri) arasında parçalan­dıq­­dan sonra Atropat müstəqil hökmdar oldu.
Yeni dövlətin yaradıcısı Atropat olduğundan o, Mada-Atropatena (Mada dilində Mada-Atropatakan (a), yəni “Atro­pa­ta məxsus olan (ölkə)” adlanırdı. Beləliklə, Azərbaycan adı Atro­patena dövlətinin adından əmələ gəlmişdir” (13, s.172-173).
“Azərbaycan” sözünün türk mənşəli olması barədə də bir sı­ra interpretasiyalar meydana çıxmışdır. Məsələn, T.Hacıyev ya­zır: “Azərbacyan toponimi az (türk tayfası) + ər (igidlər məzmununda məlum söz) + bay (I I bəy - “ər”in mənasını gücləndirir) + can (qan – məkan anlayışı bildirən morfem) tərkibindən ibarətdir (42, s. 37).
Lakin bu tipli interpretasiya- etimologiyaların doğruluğu şüb­həlidir. Hər şeydən əvvəl ona görə ki, “Azərbaycan “ sözü­nün keçdiyi tarixi yolla, mənbələrlə təsdiq olunmur. İkincisi , türk dilinin söz yaradıcılığı texnologiyaları üçün səciyyəvi ol­ma­yan, olduqca mürəkkəb bir model üzərində qurulmuşdur. Nəhayət, üçüncüsü, həmin izahda sözün (oykonimin) semantik struk­­turu da kifayət qədər “dağınıq” və ya qeyri-mükəmməl görünür.
“Azərbaycan sözünün qədim “az/as” tayfasının adı ilə bağlı ola biləcəyi daha artıq ağıla batır” ; “Azər sözünün ikinci his­səsi “ər”-dir. Buradan da “Az+ər” - “Azər”, “Azərlər ölkə­si”, “Azərlər yurdu” və s. adlar yaranmışdır. “Azər” sözünə sonra “bay” (varlı, zəngin, bəylər bəyi) , daha sonra isə “kan/qan” (“xan” sözünün qədim şəkli) hissələri birləşmiş və Az+ər+bay+kan - Azərbaykan, buradan da müasir Azərbaycan sözü alın­mış­­dır. Beləliklə, Azərbaykan (Azərbaycan tərkibi dörd sözün Az, ər, bay, kan/qan) birləşməsindən ibarətdir ki, bu sözlərin dördü də qədim türk sözüdür”.
Азярбайъан дилинин ады бязян тцрк, бязян татар, бязян азяри адлары иля дя адландырылмышдыр. 1918-ъи илдя Азярбайъан Халг Ъцмщуриййяти щюкумятинин гярары иля дювлят дили тцрк дили елан олунмушдур. 1937-ъи илдя гябул олунмуш конститусийада дювлят дили щаггында маддя олмамышдыр. 1956-ъы илдя Азярбайъан Республикасынын Али Совети 1937-ъи ил конститусийасына Азярбайъан Республикасынын дювлят дилинин Азярбайъан дили олмасы барядя ялавя етмишдир. 1978-ъи ил конститусийасына Азярбайъанын дювлят дилинин Азярбайъан дили олмасы барядя маддя дахил едилмишдир. 1992-ъи илин декабр айында Милли Мяълисдя дювлят дили мясяляси мцзакиря олунмуш вя Азярбайъанын дювлят дилинин тцрк дили адландырылмасы барядя гярар гябул едилмишдир. 1995-ъи ил конститусийасында гябул олунмушдур ки, Азярбайъан Республикасынын дювлят дили Азярбайъан дилидир. 18 ийун 2001-ъи ил тарихдя дювлят дилинин тятбиги ишинин тякмилляшдирилмяси щаггында Азярбайъан Республикасы Президентинин фярманы имзаланмышдыр. Фярманын тялябиндян иряли эялян ян ваъиб мясялялярдян бири дя карэцзарлыьын 2001-ъи ил август айынын 1-дян латын графикасы иля апарылмасыны тямин етмяк олмушдур.
2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanları bu qayğının parlaq təzahürü olmaqla, dövlət müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiqi dairəsinin genişləndirilməsi imkanlarını daha da artırmışdır.
Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur. İndi Azərbaycan dili dövlət dili kimi ölkəmiizn siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.
Azərbaycan dilinin yazısında 1929 – ci ilə kimi ərəb qrafikaından istifadə olunmuşdur. 1929 – cu ildən 1939 – cu ilə qədər latın, 1939 – cu ildən 1991 – cilə qədər kiril qrafikası əsasında yaradılmış əlifba işlədilmişdir. 1992 – ci ildən latınsistemli yazıya keçilmişdir.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin