Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə70/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Elmi kitabxananın müdiri:
____ rəhbəri (müdiri və s.):(imza, soyadı, inisialları)
ARAYIŞ
Ümumi məlumat

Hər hansı bir idarə, təşkilat, müəssisə tərəfindən müəyyən şəxsin kimliyini təsdiq etmək üçün verilir.


Arayış aşağıdakı formada tərtib olunur:

  • Yuxarı sol küncdə idarənin ştampı vurulur.

  • Ortadan ilk hərfi böyük olmaqla Arayış sözü yazılır.

  • Arayışın kimə və nə üçün verildiyi qeyd edilir.

  • Arayışın hara göndərilməsi göstərilir.

  • Arayışı təsdiq edənlərin imzası qoyulur, möhür vurulur.

Sxem


İdarənin ştampı
Arayış
Həqiqətən, __________ oğlu (qızı) 20__-ci ilin _________ ayından Sumqayıt Dövlət Universitetinin __________də(fakültə, kafedra və ya şöbə)oxuyur (işləyir).
Arayış _________ (hara?) təqdim edilmək üçün verilir.
________ dekanı: (imza, soyadı, inisialları)


Rektor: (imza, soyadı, inisialları)


BİLDİRİŞ
Ümumi məlumat


Bildiriş elanın bir növüdür. Bildirişdə tarix, saat, tədbirin xarakteri, iştirak edənlərin adı, soyadı (rütbəsi, elmi dərəcəsi vəs.), tədbirin keçiriləcəyi yer qeyd olunur.
Nümunə


Bildiriş
May ayının 7-si saat 14:00-da universitetin akt zalında şair Baba Vəziroğlu ilə görüş olacaq.

Poeziya sevənləri görüşə dəvət edirik


Sumqayıt Dövlət Universiteti
7 aprel 2017-ci il
CV
Ümumi məlumat

CV (Curriculum vitae – latınca “həyat təqvimi”) bir şəxsin iş və ya təhsil üçün müraciət etdiyi zaman hazırladığı, onun iş təcrübəsini, biliklərini, qabiliyyətlərini və özü haqqında əsas informasiyanı verən bir sənəddir.


CV aşağıdakı qaydada tərtib edilir:

  1. Ortada böyük hərflərlə CV (birləşmənin baş hərfləri);

  2. şəxsin soyadı, adı, atasının adı, doğulduğugün, ay, il, yer; cinsi,ailə vəziyyəti;

  3. təhsil pillələri;

  4. əmək fəaliyyəti;

  5. dil bilgisi;

  6. kompüter bilikləri;

  7. ünvanı;

  8. ev və mobil telefonları.





Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin