Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Azərbaycan Səfəvilər dövlətinin süqutu. Osmanlı imperiyasının Azərbaycanı zəbt etməsi



Yüklə 457,4 Kb.
səhifə51/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   76
FF tarix

Azərbaycan Səfəvilər dövlətinin süqutu. Osmanlı imperiyasının Azərbaycanı zəbt etməsi. XVI əsrin 70-ci illərindən Türk istilalarının yeni dövrü başlayır. Şah I Təhmasibin ölümündən sonra (1576) onun oğulları arasında hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizədə şah II İsmayıl (1576-1578) qalib gələrək hakimiyyətə keçsədə, saray çevrilişləri nəticəsində 2 il sonra öldürülür. Onun böyük qardaşı Məhəmməd Xudabəndə (1578-1587) dövründə Səfəvilər dövləti daha da zəiflədi. Dövlət xəzinəsi demək olardı ki, boşaldılmışdı. Salnaməçi İsgəndər bəy Münşi yazırdı: "Divanın yüksək vəzifəli şəxsləri qarşısında qazanc qapıları açıldı və rüşvətxorluq artdı".

Dövlətin zəifliyindən istifadə edən Osmanlı sultanı III Murad (1574-1595) yeni işğalçılıq müharibəsinə başladı. O, vassalı olan Krım xanı II Məhəmməd Gəraydan (1577-1584) qızılbaşlara qarşı müharibədə iştirak etməyi tələb etdi. 1578-ci il avqustun 9-da Çıldır gölünün (Qars vilayətinin şimal-şərqi) yaxınlığındakı ilk döyüşdə qüvvələr nisbəti və qızılbaş əmirləri arasında birliyin olmaması səfəvilərin məğlubiyyəti nəticələni. Bundan sonra türklər Gəncəni tutaraq Şirvana doğru hücuma başladılar. Şirvan bəylərbəyi Araz xan buranı başsız qoyaraq qaçır. Osmanlılar Şəki, Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad və Salyan şəhərlərini asanlıqla tutdular. Lakin türklər bu dəfə də Azərbaycanda çox qala bilmədilər. Qışın gəlməsilə onlar Ərzincana tərəf çəkilirlər. Bu hadisədən bir qədər sonra Səfəvilər 1578-ci ildə Alazan çayı sahilindəki döyüşdə osmanlılar üzərində, həmin ilin noyabırında isə Abdulla xanın oğlu Həmzə Mirzənin başçılığı altında Mollahəsən adlı yerdə (Ağsu çayı sahilində) Osman paşanın (Şirvanın Osmanlı hakimi) köməyinə gəlmiş Krım xanı Adil Gərayın ordusunu darmadağın etdilər. 1583-cü ildə Səfəvilər Şirvan ərazisində Niyazabad adlı yerdə Osmanlılar üzərində qalib gəlsələr də, lakin həmin ildə Samur çayı sahilində tarixdə “Məşəl savaşı” adlandırılan döyüşdə məğlub oldular. 1585-ci ildə Sufiyan ətrafında olan döyüşdə də qüvvələr bərabər olmadığı üçün qızılbaşlar məğlub oldu.

1586-1589-cu illərdə təqribən bütün Azərbaycan III Sultan Muradın ordusu tərəfindən tədricən ələ keçirildi. Bu dövrlərdə Osmanlı-Krım ordusunun törətdiyi hərbi əməliyyatlar, qarətlər nəticəsində Azərbaycanın iqtisadiyyatına olduqca mənfi təsir göstərirdi, bölgələr viran qaldı.

Belə bir vaxtda daxili feodal əyanları arasında çəkişmələr yenidən güclənir. 1587-ci ildə Məhəmməd Xudabəndə vəfat etdikdən sonra əyanlar Şah I Abbası hakimiyyətə (1587-1629) gətirirlər. Bu dövrdə osmanlı ordusu dəfələrlə Azərbaycana yürüşlər etmişdilər. Şah I Abbas yerdə qalan əraziləri əldə saxlamaq üçün sülhün ağır şərtlərini qəbul etməli oldu. Nəhayət, 1590-cı ildə iki dövlət arasında İstanbulda sülh müqaviləsi imzalanır. Bu müqavilə Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri arasında bölüşdürür. 1590-cı il İstanbul sülhünün şərtlərinə əsasən Azərbaycan (Qaradağ, Ərdəbil və Talış vilayətləri istisna olunmaqla), Cənubi Qafqaz əraziləri və İranın bəzi qərb vilayətləri Osmanlı imperiyasının tərkibinə daxil edildi.

Osmanlı hakimiyyət orqanları zəbt olunmuş ərazilərdə yeni inzibati idarə vahidləri yaratdılar, vilayətlərə hakimlər təyin etdilər. Şirvan, Şamaxı və Dərbənd vilayətlərinə bölündü. Şamaxı vilayəti 16 sancaqlıqdan ibarət idi: Şamaxı, Lahıc, Ağdaş, Qəbələ, Salyan, Zərdab, Şəki, Bakı, Sədru, Qara Ulus, Diku, Siryan (Sirhan), Osmani, Xudavərd, Mahmudabad, Ərəş; Dərbənd vilayəti isə 8 sancaqlığa ayrılmışdı: Dərbənd, Şabran, Axtı, Quba, Müskir (Müşkür), Kürə, Çıraq, Rustov.

1593-cü ildən etibarən Səfəvi dövlətinin tərkibində qalmış bütün Azərbaycan əraziləri vahid bəylərbəyilikdə birləşdirilmişdi. Fərhad xan Qaramanlı və Zülfüqar xan Qaramanlı Səfəvi Azərbaycanını növbə ilə idarə edirdilər.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin