Mövzu-1 “AZƏrbaycan multikulturaliZMİ” FƏNNİNİn predmeti, metodlari, funksiyalari və


vardır: idraki, proqnozlaşdırıcı və praktiki



Yüklə 41,96 Kb.
səhifə22/24
tarix02.01.2022
ölçüsü41,96 Kb.
#39079
1   ...   16   17   18   19   20   21   22   23   24
Mövzu-1

vardır: idraki, proqnozlaşdırıcı və praktiki.

Fənnin idraki funksiyası ondan ibarətdir ki, biz onun vasitəsilə

multikulturalizmin Azərbaycan ərazisindəki təzahürünü, başqa sözlə,

Azərbaycan modelini, Azərbaycan multikulturalizmini öyrənərək bu

mənəvi “ərazini” hərtərəfli şəkildə dərk edirik. Daha konkret desək,

bu fənn vasitəsilə multikulturalizmin Azərbaycanda meydana gəlməsinin

və inkişafının səbəbləri, onun ədəbi-bədii, fəlsəfi, publisistik, siyasi və hüquqi qaynaqları, müasir dövrdəonun ölkənin daxili və xarici

siyasətində əks olunması, multikulturalizmin Azərbaycan modelinin

digər mövcud modellərdən fərqli cəhətləri haqqında həm də müfəssəl

məlumat əldə edirik. Eyni zamanda biz bu zaman Azərbaycana qonşu

ölkələr haqqında da kontrastiv (müqayisəli) biliklərə malik oluruq.

“Azərbaycan multikulturalizmi” fənninin proqnozlaşdırıcı funksiyası

ölkədəki multikultural durumun təhlili nəticəsində əldə olunan

biliyin əsasında bu durumun inkişaf perspektivlərinin müəyyən edilməsi

ilə bağlıdır.

Fənnin praktiki funksiyası isə ölkədəki etnik, dini, irqi və mədəni

müxtəlifliklərin fəalyyətlərinin tənzimlənməsi, ümumiyyətlə multikultural

durumun təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata

keçirilməsinin zəruriliyini göstərir.

“Azərbaycan multikulturalizmi” fənninin idraki, proqnozlaşdırıcı

və praktiki funksiyalarının məzmunundan göründüyü kimi onlar

bir-biri ilə sıx surətdə bağlıdır. Fənnin idraki funksiyası vasitəsilə əldə

olunan bilik onun proqnozlaşdırıcı və praktiki funksiyalarının reallaşdırılması

üçün zəmin yaradır. Fənnin proqnozlaşdırıcı funksiyası vasitəsilə

ölkədəki mövcud multikultural vəziyyətdə baş verəcək dəyişikliklər

qabaqcadan müəyyən edilir və praktiki funksiyanın vasitəsilə bu

vəziyyətdə müvafiq islahatlar həyata keçirilir. Fənnin proqnozlaşdırıcı

və praktiki funksiyalarının təsiri altında yeni yaranmış multikultural

durum yenidən “Azərbaycan multikulturalizmi” fənni tərəfindən öyrənilir.

Bu isə fənnin idraki funksiyası vasitəsilə həyata keçirilir.

“Azərbaycan multikulturalizmi” fənninin təhlil etdiyimiz idraki,

proqnozlaşdırıcı və praktiki funksiyalarından irəli gələn fənnin idraki,

proqnozlaşdırıcı və praktiki əhəmiyyəti ilə yanaşı, onun siyasi əhəmiyyətini

də qeyd etmək lazımdır.

Fənnin siyasi əhəmiyyəti ondadır ki, o, obyektiv və subyektiv

faktorların təsiri altında dünyanın əsas multikulturalizm mərkəzlərindən

birinə çevrilmiş Azərbaycandakı multikultural durum haqqında

həqiqətləri yayaraq ölkəmizə qarşı bəzi dövlətlər, beynəlxalq və regional

təşkilatlar tərəfindən aparılan qərəzli münasibətin aradan götürülməsinə

kömək edir, Azərbaycana qarşı obyektiv münasibətin formalaşmasına

öz bəhrəsini verir.


Yüklə 41,96 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin