Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə110/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   106   107   108   109   110   111   112   113   ...   155
Büdcə Sistemi

P = BH + SH + YH 
Burada P – yaşa görə əmək pensiyasıdır 
BH – yaşa görə əmək pensiyasının baza hissəsidir; 
SH – yaşa görə əmək pensiyasının sığorta hissədir; 
YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir. 
 
Əlilliyə görə əmək pensiyası 
Əlilliyə görə əmək pensiyası sığorta olunanın xəstəlik və ya xəsarət nəticəsində 
yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşdırılması 
ilə təyin edilir. Əlillik qrupları və əlilliyin səbəbləri , habelə onun başvermə 
müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq 
müəyyən olunur.
Əlilliyə görə əmək pensiyası ( bu Qanun qüvvəyə mindiyi günədək əlilliyə görə
əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) 19 yaşınadək əlil olmuş 
sığorta olunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta 
olunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay 
sığorta stajı olduqda təyin edilir. 
Əliliyə görə əmək pensiyasının məbləği
Əlliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş sığorta olunana 1 il sığorta 
stajı olduqda , 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sığorta stajı və 
əlavə olaraq yaşın 2üstünə hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir.
 
KitabYurdu.az 
128


Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək 
pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faiz (I qrup gözdən 
əlillər 200 faiz), II qrup əlillərə 100 faiz, III qrup əlillərə isə 55 faizi həcmində 
müəyyən edilir. 
Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında 
gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına 
vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan 
sığorta aylarının sayının 184- ə olan nisbəti şəklində müəyyənləşdirilir. 
Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla 
müəyyən edilir: 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin