Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə111/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   107   108   109   110   111   112   113   114   ...   155
Büdcə Sistemi

SH = PS + (PSK / (T· K)) 
Burada SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir. 
PS – hesablanmış əmək pensiyasının sığorta hissəsidir. 
PSK – sığorta olunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək 
pensiyasının təyin olduğu tarixə qeydə alınmış pensiya kapitalıdır. 
T – gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 
K – sığorta davamiyyəti əmsalıdır. 
Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: 
P = BH + SH + YH 
Burada P - əlilliyə görə əmək pensiyasıdır. 
BH - əlilliyə görə əmək pensiyasının baza hissəsidir. 
SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir. 
YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. 
 
Ailə başçısını itirməyə görə əmək pensiyası. 
Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan aşağıdakı ailə 
üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 
1.
vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları;
2.
18 yaşına çatmamış; 
3.
18 yaşınadək I və ya II qrup əlil olmuş 18 yaşdan yuxarı; 
4.
təhsil müəssisənin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına 
çatanadək; 
5.
ata,ana,ər (arvad)pensiya yaşına – kişilər 62 yaşa, qadınlar 57 yaşa 
çatmışdırsa, yaxud 1 və ya II qrup əlildirsə. 
KitabYurdu.az 
129


Ailə başçısını itirməyə əmək pensiyası ölüm gününədək Qanunda tələb edilən 
sığorta stajı olduqda təyin edilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının
baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və ya vəfat etmiş 
tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir uşağı 
olduqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi
məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının
baza hissəsinin 50 faizi məbləğində hesablanır. 
Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinin əmək pensiyasının baza 
hissəsinin üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 30 faizi 
məbləğində əlavə hesablanır. 
Əmək pensiyasının baza hissəsinin üzərinə müvafiq hallarda aşağıdakı hallarda 
əlavələr hesablanır: 
- öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup 
əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək 
pensiyasının baza hissəsinin 5 faizi məbləğində
- I qrup əlillərə qulluq üçün – yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi 
məbləğində; 
- siyasi represiyalara məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə - yaşa görə 
əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində; 
- müharibə əlillərinin yaşa görə əmək pensiyalarına; 
- I qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində; 
- II qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində; 
- III qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin