Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə37/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   33   34   35   36   37   38   39   40   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
44


12 
- funksional, təşkilati və iqtisadi təsnifatlar paraqrafları səviyyəsində cari ilin 
dövlət büdcəsinin gözlənilən icrasının vəziyyəti; 
- cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat; 
- büdcədənkənar əməliyyatlara dair icmal hesabat; 
- keçən büdcə ilində, faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə 
mənbələri barədə hesabat; 
- müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər. 
Azərbaycan Respublikasının Prezidenti növbəti maliyyə ilinə dövlət büdcəsi 
haqqında qanun layihəsi ilə birlikdə Milli Məclisə aşağıdakı qanun layihələrini 
göndərir: 
-
Azərbaycan Respublikasının vergilər və rüsumlar haqqında qanunvericilik 
aktlarına dəyişiliklər və əlavələr edilməsi; 
-
Azərbaycan Respublikasının büdcədənkənar fondlarının büdcələri 
haqqında qanun layihələri. 
Mərkəzi Bank cari ilin oktyabrın 1- dən növbəti maliyyə ilinə vahid dövlət 
pul- kredit siyasətinin əsas istiqamətlərinin layihəsini Milli Məclisə təqdim edir. 
Bu layihə həmçinin Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan 
Respublikası hökumətinə göndərilir. 
Milli Məclisdə dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə 
tutulan məqsədli proqramların layihələri dövlət büdcəsinin layihəsi ilə eyni 
zamanda baxılır və qəbul edilir. 
Azərbaycan Respublikasının Prezidenti dövlət büdcəsi haqqında qanuna 
dəyişiliklər və əlavələr edilməsi haqqında qanun layihəsini Milli Məclisə təqdim 
edir. 
Qeyd edildiyi kimi, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun 
layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikası Milli Məclisinin
Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. 
Milli Məclisdə qanun layihələrinə, bir qayda olaraq üç oxunuşda baxılır. Milli 
Məclisin sədrinin qərarı ilə və ya Milli Məclisin protokol qaydasında qəbul 
etdiyi qərarla qanun layihəsinə bir oxunuşda baxıla bilər. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin