Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə68/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   64   65   66   67   68   69   70   71   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
81



Tədbirlərin və layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitlərin həcmi 
planlaşdırmanı və maliyyələşdirməni smeta qaydası əsasında müəyyən edir. 
Büdcə təşkilatlarının smetaları üzrə xərclərin hesablanmasının əsasını onların 
fəaliyyət göstəricilərinin ( məsələn, təhsil üzrə şagirdlərin, qrupların, siniflərin 
sayı və s.) həcmi, təşkilatın fəaliyyət müddəti və maliyyə normaları təşkil edir. 
Əhalinin sosial müdafiəsi üzrə tədbirlərin ( pensiya, müavinət) planlaşdırılması 
zamanı bu vəsaitləri alanların sayı və ödənişlərin müəyyən edilmiş normaları 
nəzərə alınır. 
Xərclərin və ödənişlərin planlaşdırılmasının normativ üsulu-
əsasən büdcə 
təşkilatlarının maliyyələşdirilməsi üçün onların smetasının tərtibi zamanı 
istifadə olunur. Normalar qanunvericilik aktları əsasında müəyyən olunur və 
aşağıdakı növlərə ayrılır: 
- sosial tələblərin təmin olunmasının natural göstəricilərinin pulla ifadəsindən 
ibarət olan maliyyə normaları ( məsələn, büdcə təşkilatlarında əhalini qida ilə, 
dərman vasitələri ilə, yumşaq inventarla təmin olunması xərclərinin normaları); 
- fərdi ödəniş normaları ( məsələn, əmək haqqı dərəcəsi, müavinət, təqaüd və s. 
normaları); 
- orta statistik göstəricilər əsasında əvvəlki bir neçə il , eyni zamanda konkret 
dövrdə cəmiyətin maddi- maliyyə imkanları üzrə götürülmüş normaları ( 
məsələn, binanın saxlanması , tədris xərcləri və s. normaları); 
Normalar mütləq ( hökumət və ya yerli icra orqanları tərəfindən tətbiq 
olunur) və ya fakultativ ( nazirlik, baş idarələr tərəfindən tətbiq olunur) ola 
bilər. 
Büdcə normaları fərdi ( ayrı – ayrı xərc növləri üzrə ) və birləşdirilmiş 
(məcmu xərclər və ya təşkilatlar üzrə bütövlükdə ) ola bilər. 
Natural göstəricilər ( xidmət edən işçilərin sayı və binanın ölçüsü və s. ) və
maliyyə normaları əsasında xərclərin büdcə smetası tərtib olunur və aşağıdakı 
kimi ola bilər: 
- fərdi – ayrı- ayrı təşkilatlar və ya tədbirlər üçün tərtib olunur; 
- ümumi – eyni tipli təşkilatlar və ya tədbirlər üçün tərtib olunur; 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin