MÖvzu: 1 FƏLSƏFƏnin genezisi, predmeti və CƏmiyyəTDƏ rolu plan



Yüklə 1,72 Mb.
səhifə14/23
tarix21.01.2017
ölçüsü1,72 Mb.
#6054
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

II

İdrakın növləri. Mahiyyət etibarı ilə vahid olan biliyin çox rəngarəng növləri var. Bəzi insanlar idrakı yalnız elmi idrakla eyniləşdirərək biliyin digər növləriini kənnara qoyur. Bu, müasir cəmiyyədə “stiyentist” atmosferlə, elmə pərəstişlə izah olunur. Elmlərin inkişafı sadəcə çoxlu sayda fakt, qanun və xassələrin kəşf olunmasına səbəb olmamışdır. Bu gün insanlarda spesifik təfəkkür tipi formalaşmışdır. Lakin biliyi onun elmi forması ilə eyniləşdirmək düsgün deyil. Gündəlik həyatımızda qarşımızda duran problemlərin heç də hamısı elmə müraciət etməni tələb etmir: həyat kitabı təkcə alimlər üçün deyil, düşünməyə qadir olan hər kəs üçün açıqdır.

Maraqlıdır ki, bioloji qanunauyğunluqlarla şərtlənən elementar “biliklər” heyvanalrda da müşahidə olunur. Uzun illər belə bir fikir mövcud idi ki, güya heyvanlar heç bir formada abstraksiyaya qadir deyillər. Lakin XX əsrin ortalarından inkişaf etməyə başlayan etologiya ( heyvanların davranışı haqqında elm) bu fikri təkidlə təkzib edir.

Hər biliyin əsasını sözün ən geniş mənasında götürülmüş təcrübə təçkil edir. Buna görə ə insna biliynin növləri birinci növbədə onların hansı xarakterli təcrübəyə əsaslandığına görə bir-birindən fərqənir. M.Şelerə görə, idrakı şərtləndirən müəyyən mənada insanların dünyaya sevgi münasibəti təcrübəsidir. Deməli, sevgisiz idrak da yoxdur.

Biliyin tipi dərk edən subyektin xüsusiyyətləri ilə bağlıdır. Biliyin bəzi tipləri öz təbiətinə görə yalnız hansısa bir subyektlə bağlı olir. Belə ki, məsələn, xristianlığa görə, insan dini həqiqətləri yalnız kilsənin canlı orqanizmi ilə vəhdətdə dərk edə bilər.

Bədii əsəri oxuyan insnaını və ya mühazirə yazan tələbənin “passiv” biliyini müəllifin, yaradıcının (istər alim, istərsə də rəssam) biliyindən fərqləndirmək lazımdır. (Düzdür, birinci halda da yaradıcılıq elementləri istisan olunmur. Deyirlər ki, dahi yazıcıya dahi oxucu tələb olunur).”Müəllif” biliyi ilk növbədə şəxsi meylliliyin tipinə, xarakterinə görə fərqlənir. İ.V.Höte yazırdı ki, “dəqiq elmlər üçün yaranıb inkişaf edənlər başa düşə bilməyəcələr ki, eynilə dəqiq hissi fantaziya da mövcuddur. Onsuz heç bir incəsənət mümkün ola bilməz. Düzdür, görkəmli yaradıcı çəxsiyyətlərdə çox vaxt idraki qabiliyyətlər ahəngdar çəkildə olur. Əksər alimlərin, filosofların tərcümeyi-halı sübut edir ki, öz əsas tədqiqat sahəsindən başqa onlar incəsənətlə də maraqlanır, şerlər yazır, musiqi altlərində də çalırdılar.İstedadlıq heç də yalnız “yüksək” idrakla baqlı deyil. Aramızda həyat elmlərinin əsl akademikləri də az deyil. Bu da xüsusi istedaddır.

Adi-gündəlik idrak və bilik ilk növbədə müşahiəyə əsaslanıb empirik xarakter daşıyır.

Praktiki bilik elmi idraka çox yaxındır. Onlasrın arasındakıl fərqlər əsasən məqsədlərin yönəlişliyindədir. Elmi idrakın əsas fiquru alimdirsə, praktiki biliyinki mühəndis və ya menecerdir. Alimin məqsədi qanunauyğunluğu, ümumi prinsipi kəşf etmkdirsə, mühəndisin məqsədi yeni bir şeyi (cihazı, qurğunu, kompüter proqramını və s..) yaratmaqdır. Dünyanı dəyişməklə praktika insanın özünü də dəyişdirir. Praktika sosiallıqıla bağlıdır.

Bədii idrak müəyyən spesifikliyə malikdir. Bədii əsər anlayışlar üzərində yox, obrazlar üzərində qurulur. Bədii obrazın qavranılması insan təcrübəsinin genişlənməsinə səbəb olur: o, özü ilə həm keçmişi, həm indini, həm də bəzən gələcəyi əhatələndirir. Özünün xüsusi bədii formasında həyat təcrübəsi nəinki genişlənir, həm də dərinləşir: insan özünün müasirlərlə, keçmiş nəsillərlə əlaqəsini hiss edir. Aydındır ki, belə təcrübəni heç bir elmi kitab əvəz edə bilməz. Axı bu təcrübə mürəkəb hisslər axının, psixi yaşantların, mənəvi problemlərin qavranılması ilə bağlıdır. Bu idraki, emoosional və etik təcrübə ümumdünya tarixinin axınında nəsillərin əlaqəsini yaradır.

İncəsənət elə bir hadisələri ifadə edə bilirk ki, onları başqa heç bir üsulla ifadə edib dərk etmə mümkün olmur. Buna görə də bədii əsər nə qədər mükəmməl olsa, onu rasional hekayəsi, nağıl edilməsi də bir o qədər çətin olar. Bədii idrakın digər fərqli cəhəti hər bir yaradıcılığa xas olmalı olan orijinallıq tələbidir. Bədii əsərin orijinallığı onun aləminin unikallığı, təkrarsızlığı ilə şərtlənir.



Elmi idrak mümkün qədər dəqiq olmağa can atır və subyektiv məqamı istisna edir. Bədii əəsərlər unikaldırlarsa, elmi tədqiqatların nəticələri ən ümumidir. İ. Nyutonun və ya A.Eynşteynin kəşflərinin nəticələrini öyrənən alim ilkin mənbəyə müraciət etməyə ehtiyac duymur: elmi kəşf hamının sərvətinə çevrilir.

İncəsənətdə bədii uydurma da mümkündür. Təxəyyülün yaratdığı aləm həqiqi aləmi təkrarlamır. Elmi bilik ümumiyə, təhlilə, müqayisəyə əsaslanır. O, cəm obyektlər üzərində əməliyyat aparır və həqiqətən unikal obektə necə yanaşmalı olduğunu bilmir. Elmi yanaşmanın zəif cəhəti bundasdır.


III

İdrak dünyanın obyekt və subyektə bölünməsini nəzərdə tutur. Hansı məsələləri həll etməsindən asılı olmayaraq insan həmiş əreallıqla, obyektiv şərait və qanunalrla hesablaşmalı olur. Düzdür. O, onlarla hesaablaşmaya da bilər, lakin gec-tez o, məğlubiyyətə uğrayacaqdır. Buna görə də şüur həmiçə öz hüdudlarından kənara çıxmalı, obyekti axtarmalıdır.



Subyekt bünövrəsini sosial tam təşkil edən mürəkkəb bir yerarxiaynı kəsb edir. Son nəticədə biliyin və müdrikliyin ali istehsalçıısı bəşəriyyətdir. Norma, ideya və dəyərlər istehsal etməklə hər bir xalq da idraki fəalaiyyətin xüsusi bir subyekti kimi şıxış edir. Cəmiyyətdə tədricən xüsusi bir fərdlər qrupu formalaşır ki, onların məşğuliyyəti və əsas təyini həyat əhəmiyyətli bilikləri istehsal etməkdir.Bu kimi biliklərə, məsələn. Elmi bililər aid edilə bilər. Onların subyekti alimlər birliyidir. Bu birlikdə ayrı-ayrı fərdlər seçilir ki, onların talantı və qabiliyyətləri onların yüksək idraki nailiyyətlərini şərtləndirir. Tarix elmi ideyaların təkaamülündə xüsusi bir hadisəəyə işarə kimi bu insanların adlarını qoruyub-saxlayır.

İdrakın subyekti sırf qnoseoloji ola bilməz: o, öz maraqları, ehtirasları, xarakter əlamətləri, iradəsi olan (və yaxud olmayan) canlı şəxsiyyətdir. İdrakın subyekti elmi birlikdirsə, onda bunun öz xüsusiyyətləri olur: şəxsiyyətlərarası münasibətlər, asılıq münasibətləri, ziddiyyətlər, habelə ümumi məqsədlər, iradə və hərəkətlərin vəhdəti və s. Lakin əksər halllarda idrakın subyekti dedikdə intellektual fəallığın təzahürü başa düşülür.

Varlığın subyektin diqqət mərkəzində duran hansısa bir fraqmenti idrakın obyektini təşkil edir. Subyektlə subyekt-obyekt münasibətlərinə daxil olan obyekt müəyyən mənada subyektin “mülkiyyətinə” çevrilir. Özünün subyektə münasibətində obyekt artıq sadəcə reallıq yox, bu və ya digər dərəcədə dərk olunmuş reallıq kəsb edir.

İdraki fəaliyyət nöqteyi-nəzərdən subyekt obyektsiz, obyekt isə subyektsiz mövcud ola bilməz. Belə ki, məsələn, canlının strukturunda mövcud olan gen nə antik dövrdə, nə də J.B.Lamarkın və Ç.Darvinin dövründə elmi fikrin obyekti olmamışdır. Bu, dünyanın elmi mənzərəsində əsaslı dəyişiklilərin baş verdiyi nisbətən yaxın vaxtlarda həyata keçirilmişdir.

Müasir qnoseologiyada idrakın obyekti ilə predmeti bir-birindən fərqləndirilir. İdrakın obyekti dedikdə varlığın tədqiqə məruz qalan real fraqmentləri nəzərdə tutulur. İdrakın predmeti isə subyektin diqqətinin yönəldiyi konkret aspektlərdir. Belə ki, insan biologiya, təbabət, sosiologiya, fəlsəfə kimi bir çox elmlərin tədqiqat obyektidir. Lakin onların hər biri insana öz prizmasından baxır6 məsələn, psixologiya insanın psixikasını, ruhi aləmini, təbabət onun xəstəliklərini və müalicə üsullarıını öyrənir. Deməli, tədqiqatın predmeti tədqiqatın vəzifələri ilə şərtlənir.

Məlumdur ki, insan tarixin banisi, subyektidir. Deməli, sosial-tarixi idrakın obyekti təkcə dərk olunmur, həm də insanlar tərəfindən yaradılır: obyektə çevrilməmişdən öncə o, əvvəlcə yaradılmalı, formalaşdırılmalıdır. Sosial idrakda insan öz fəaliyyətinin məhsulları ilə, və, deməli, praktiki fəaliyyətdə olan varlıq kimi özü-özü ilə də əməliyyat aparmalı olur. İdrakın subyekti olmaqla, insan eyni zamanda onun obyektinə də çevrilir.

Bu səbəbdən sosial idrakda obyektlə subyektin qarşılıqlı təsirləri xüsusi olaraq mürəkəbləir: burada obyekt eyni zamanda tarixi yaradıclıın subektidir. Sosial idrakda hər şey insanlar aləmi ətrafında fırlanır: obyekt elə insanların özü və onların fəaliyyət məhsullarıdır. İdrakın subyekti də insanlardır.

IV

İnsan fəal hərəkətdə olan varlıqdır. O, təbiət və ictimai həyat hadisələri ilə bağlı olmaqla onlarla daimi qarşılıqlı təsirlərdədir. Biz ətraf aləmi təkcə onun sirrlərinə varmaq məqsədilə öyrənmirik. Biz onun sirrlərini öz maddi və mənəvi tələbatlarımızı təmin etmək məqasədilə öyrənirik. Cəmiyyət inkişaf etdikcə tələbatlar daha da genişlənir və zənginləşir, idrakın yeni-yeni üsul və vasitələrini həyata gətirir.



Praktika insanların hissi-predmetli fəaliyyətinə, onların tarixən təşəkkül tapmış tələbatlalrını ödəmək üçün bu və ya digər obyektə onu yeni şəkilə salmaq məqsədilə təsirlərinə deyilir. İdraka münasibətdə praktika üç rolu yerinə yetirir. Birincsi, o, idrakın mənbəyi, hərəkətverici qüvvəsidir. Praktika idrakı ümumiləşdirilməli və nəzəri işlənməli olan lazımi faktiki materiallarla təmin edir. Praktika idrakı sanki qidalandırır, onu real həyatdan uzaq düşməyə qoymur. İkincisi, praktika biliklərin tətbiq sferasıdır. Bu mənada o, idrakın məqsədidir. Üçüncüsü, praktika idrakın nəticələrinin həqiqiliyinin meyarıdır.

Elmi tədqiqat predmetinin seçiminə, biliyin inkişaf templərinə bir çox icitmai amillər, o cümlədən, maddi istehsalın tələbləri, sosial-siyasi həyat, cəmiyyətin iqtisadi quruluşu, hakim dünyagörüşün xarakteri, ictimai şüurun formaları, istehsal, texnika, mənəvi mədəniyyətin inkişaf səviyyəsi, habelə elmi idrakın özünün daxili məntiqi təsir göstərir. Bu amillər arasında maddi istehsalın tələbləri həlledicidir. Onlar idrak qarşısnda müəyyən tədqiqat məsələlərini qaldırır. İsthsal elmi idrakın nəticələrinin əsas istehlakçısıdır. İstehsal həmçinin tədqiqatı lazımi cihaz, alət və avadanlıqla da təmin edir. Axı elmi yaradıcılıqda uğur təkcə alimin fantaziyası və istedadından deyil, həm də lazımi avadanlığın olmasından da asılıdır.

Elmi yaradıcılığın nəticələrindən təkcə maddi istehsal sferasında, texnikada isitfadə olunmur. Müvafiq qanunauyğunluqları kəşf etməklə, müəyyən bir hadisəni izah etməklə elmi biliyin hər bir sahəsi dünyanın vahid mənəzərəsinin yaradılmasında iştirak edir. E.Şredingerin dediyi kimi, elm, biz kimik və nə üçün bu dünyaya gəlmişik sualıma da cavab verməlidir. Bunun böyük həm metafiziki, həm də pratiki əhəmiyyəti var.

Elmi idrak tarixi sübut edir ki, hər hansı bir kəşfin ardınca elmi idrakın müvafiq sahəsi sürətlə inkişaf etməyə başlayır: texnikanını inkişafı elmdə inqilablara səbəb olur.

Elm aysberqə bənzəyir: onun görünən hissəsi suyun altında olan hissəsindən həmişə kiçik olur. Faydasız kəşflər olmur: tarixdən məlumdur ki, uzun illər faydasız kimi görünən kəşflər sonralar texnikanın hansısa sahəsinin təməlini qoymuşdu.

Elmi tədqiqatlarda müxtəlif səviyyələr mövcuddur. Aşağı səviyyələr praktikanın yaxın və bilavasitə tələblərinə cavab verir, yəni bu günün taktiki məsələlərini həll edir. Yuxarı səviyyələrin hədəfi uzaq perspektiv, strateji məsələləlrin həllidir.

Hər bir konkret tarixi dövrdə elmin inkişafı ötən nəsillərdən qalmış fikri materialdan, artıq qoyulmuş nəzəri məsələlərdən asılıdır. Elmin inkişafında nisbi müstəqillik həmçinin idrakın özünün ehtiyaclarından, bilikləri sistemləşdirmək, fikir mübadiləsi aparmaq, bu elmin müxtəlif bölmələrinin digər elmlərlə qarşılıqlı təsirlərdə olmaq zərurətindən irəli gəlir. Praktikianın tələblərindən kənar edilən kəşflər az deyildir. Yalnız sonralar onlar yeni praktikanın mənbəyi olmuşdular. Buna misal olaraq rentgen şüalarının, penisillinin və s. kəşfini göstərmək olar.

Kəşflər bəzən elmi nəzəriyyənin özünün daxili ziddiyyətlərinin həlli nəticəsində yaranır. Hərdən belə də olur ki, yeni tələbat məhz bu və ya digər kəşfin və ya ixtiranın təsiri altında meydana şıxır. Lakin çox vaxt əksinə olur: cəmiyyətin pratiki tələbatının kəskinliyinə baxmayaraq elmdə bu tələbatı ödəyəcək bilik mövcud olmur və tələbat ödənilməmiş qalır. Lakin praktika nəzəriyyənin daha zəngin olacağı “ yaxşı vaxtları” gözləmir.

Praktikadan irəli gəlməklə idrak inkişaf prosesində nisbi müstəqil tələbata, öyrənmə həvəsinə çevrilir.

Aristotel demişdi: idrak təəccübdən başlayır. M.Plankın sözlərinə görə, heç nəyə artıq təəccüb etməyən insan aşkar edir ki, o, artıq dərindən düşünmə vərdişini də itirmişdir. Tədqiqatçı üçün təəccübləndirici bir şeyin kəşfi xöşbəxt hadisə və yaradıcılıq işində stimul deməkdir. Biliyə həvəs düşünən insanın ən ali tələbatlarından biridir.



V

Hissi və empirik idrak eyni şey deyildir. Hissi idrak – predmetlərin xassələrinin duyğular və qavrayışlar halındakı biliyə deyilir. Bu xassələr bilavasitə hiss orqanlarımızla əks olunur. Məsələn, mən uçan təyyarəni görürəm və bunun nə olduğunu bilirəm. Empirik bilik predmetlərin bilavasitə deyil, dolayı da əksi ola bilər. Məsələn, mən görmədiyim hansısa obyektin vəziyyəti haqqında mənə məlumat verən cihazın göstəricisini görürəm. Başqa sözlə, idrakın empirik səviyyəsi müxtəlif cihazların istifadəsi ilə bağlıdır. O, müşahidəni, sənədlərdən istifadəni və s. nəzərdə tutur. Məsələn, tarixşünas arxivlə və digər mənbələrlə iş aparır. Bir sözlə, bu idrakın daha yüksək səviyyəsidir.

Duyğylar və qavrayış. İdraki fəaliyyətdə çıxış – hissi obraz duyğulardır. Duyğular ən sadə hissi obraz olmaqla predmetlərin ayrı-ayrı xassələrin əks olunmasııdır. Məsələn, portağalda biz onun rəngini, spesiifik iyini, dadını hiss edirik.

Duyğuların rəngarəngliyi dünyanın keyfiyyət müxtəlifliyini düzgün əks etdirir və ondan irəli gəlir. Hadisələrin kəmiyyət xarakterisitikaları haqqında da duyğular zəngin informasiya verir. Duyğular rəngin boyalarını, temperatur və digər fərqləri çox dəqiq əks etdirir.

Duyğular geniş modallıq spektrinə malikdirlər: görmə, eşitmə, vibrasiya, ağrıbilmə, dadbilmə və s.

Predmetlər çox rəngarəng tərəf və xassələrə malikdirlər. Məsələn, qənd ağdır, bərkdir, şirindir və s. Bütün bu xassələr bir predmetdə cəmləşmişdir. Biz də bu xassələri ayri-ayrılıqda deyil, vahid bir tam kimi qavrayıırıq. Hissiyyat orqanlarımıza bilavasitə təsir göstərən predmetləri, onların xassələri və tərəflərini əks etdirən bütöv, tam bir obraz qavrayış adlanır. Duyğular və qavrayış insanın xarici aləmə praktiki təsirləri prosesində, əmək prosesində, hiss orqanlarının fəal olması nəticəsində inkişaf edir.



Hafizə, təsəvvürlər və təxəyyül. Duyğular və qavrayışlar insanın biliyinin mənbəyi olsa da, idrak bununla məhdudlaşmır. Bu və ya digər predmet insanın hiss orqanlarına bir müddət təsir göstərir. Sonra bu təsirini arası kəsilir. Lakin predmetin obrazı dərhal yox olmur. O, havizədə həkk olunur. Hətta qapalı gözlərimizlə belə biz nəyi isə təsəvvür edirik. Təsəvvürlər bir vaxtlar insnaın hiss orqanlarına təsir göstərmiş və sonradan beyində qalmış əlaəqələrə əsasən bərpa olunmuş predmetlərin obrazına deyilir.

İdrak təxəyyül və ya fantaziya olmadan mümkün deyil. Təxəyyül əmək məhsulu surətinin yaradılmasında ifadə olunan, eləcə də, problemli situasiyanın qeyri-müəyyənliklə xarakterizə olunduğu hallarda davranış proqramının yaradılmasını təmin edən yaradıcı fəaliyyətin zəruri elementidir.

Gördüyümüz kimi, həqiqətə yol çox çətindir: o, ruhun bütün qüvvələrini – həm hafizəni, həm iradəni, həm təxəyyülü, həm intuisiyanı, həm də zəkanın imkanlarını səfərbər etməyi tələb edir.

Müşahidə, eksperiment və təsvir. İnsanlar hələ bilmədiklərini dərk etməyə can atırlar. Lakin əvvəlcə onlar nəyi bilmədiklərini və nə bilmək istədiklərini heç olmasa ən ümumi şəildə olsa da bilməlidirlər. Bəşəriyyəti narahat edən problemlər onun inkişaf səviyyəsinin göstəricisidir. Lakin bəzən problemi qoymaq onun həllini tapmaqdan daha çətin olur. Problemin düzgün qoyuluşu onun həllinin axtarışını istiqamətləndirir. Qoyulmuş problemin həllini iki yolla tapmaq olar: ya lazımi informasiyanı mövcud ədəbiyyatda axtarmalı ya da ki, müşahidə, eksperiment və nəzəri təfəkkürün köməyi ilə problemi müstəqil araşdırmalı.

Müşahidə və eksperiment elmdə ən mühüm tədqiqat metodları hesab olunur. Müşahidə idrak obyektinin ən mühüm xassə və tərəflərini üzə çıxarmaq məqsədilə həyata keçirilən planlı, məqsədyönlü qavranılmasına deyilir. Müşahidə birbaşa və dolayı, məsələn, mikroskopun köməyi ilə həyata keçirilə bilər. Müşahidə müəyyən obyektlərə yönəldilən və məqsəd və vəzifələrin formulə edilməsini nəzərdə tutan fəaliyyət formasıdır. Hər hansı bir şeyi dərk etmək istəyən insan öz gözünü müşahidə etməyə alışdırmalıdır.

Müşahidə xüsusi hazırlıq tələb edir. Bu işdə müşahidənin vəzifələrinin, onun cavab verməli olduğu tələblərin müəyyən edilməsi, müşahidənin plan və üsullarının işləniməsi xüsusi yer tutur. Müşahidə təbiətin özünün təklif etdiyini qeydə alır. Lakin insan müşahidəçi rolu ilə məhdudlaşa bilməz. Eksperimentlər aparmaqla insan tədqiqatın fəal subyektinə çevrilir. Eksperiment obyektin ya süni olaraq təkrar istehsal olunduğu, ya da ki tədqiqatın məqsədlərinə cavab verən xüsusi şəraitə qoyulduğu tədqiqat metodudur. İdrakın formaları arasından uydurma model üzərində aparılan fikri eksperiment xüsusi yer tutur. Burada təxəyyül ilə təfəkkür sıx qarşılıqlı təsirlərdə olur.

Eksperiment prosesində tədqiqatçı öyrənilən obyektin olduğu şəraiti dəyişir ki, bu da ona şəraitlə öyrənilən obyektin xassələri arasında səbəb-nəticə əlaqələrini aşkar etməyə imkan verir. Eyni zamanda bu metod predmetlərin təbii şəraitdə özünü biruzə verməyən yeni xassələrini də aşkar etməyə imkan verir. Məsələn, laboratoriyalarda temperaturun, işığın, rütubətin və i.a. bitkilərin inkişafına təsirini bu və ya digər dəqiqliklə təyin etmək olur. Elmin, xüsusən də, təbiətşünaslığın nailiyyətləri eksperiment vasitələrinin təmilləşdirilməsi ilə sıx bağlıdır. Son illər alimlər elmi yaradıcılıq prosesinin özü ilə ən sıx əlaqələrdə olan kompüterlərdən istifadə etmək imkanı da qazanmışdılar.

Eksperimenti dəfələrlə təkrar etmək, bununla da nəticələri çoxlu sayda müşahidələrə əsaslandırmaq olar. Eksperimenti qoymaq üçün ilkin biliklər, ümumi təsəvvürlər, hipotezlər lazımdır. Bu ümumi təsəvvürlər əvvəlki müşahidələrdən, eksperimentlərdən və bəşəriyyətin məcmu təcrübəsindən alınır. Eksperimenti istiqamətləndirən məhz bunlardır. Kor-təbii keçirilən eksperiment səmərəli nəticə verə bilməz.

Müahidə və eksperimentin gedişində və nəticəsində protokollaşdırma həyata keşirilir. O, həm hamılıqla təsdiq olunmuş terminlərdən istifadə etməklə hesabat şəklində, həm də qrafiklrə, şəkillər halında əyani şəkilldə, həm də riyazi, kimyəvi formullar halında rəmzi şəkildə həyata eçirilir.



Elmi fakt. Fakt hər hansı bir hadisənin, xassənin və əlaqənin fiksə edilməsinə deyilir. Eynşteynin sözlərinə görə, elm faktlardan başlamalı və onlarla qurtarmalıdır.

Elmi fakt müşahidənin, eksperimentin nəticəsidir: o, obyektlərin birbaşa müşahidəsinin, cihazların göstəriciləri, şəkillər, təcrübələr, sxemlər, arxiv sənədləri və s. halında çıxış edir. Lakin tikinti materialı hələ bina olmadığı kimi, öz-özlüyündə faktlar da hələ elmi təşkil etmir. Faktlar yalnız seçildikdən, təsnifləşdirildikdən və ümumiləşdirildikdən sonra elmin toxumlarına yeridilir.

Elmi idrakın vəzifəsi bu faktın yaranma səbəblərini üzə çıxarmaq, onun əsas xassələrini aşkarlamaq və faktlar arasında qanunauyğun əlaqələri təyin etməkdir.

Faktda təsadüflər də çox olur. Elmi isə ilk növbədə ümumi, qanunauyğunluq maraqlandırır. Elmi təhlili üçün əsas tək bir fakt yox, əsas tendensiyanı əks etdirən bir çox faktlardır. Faktlar toplusundan problemin dərki üçün lazım olan bəziləri seçilməlidir. Faktlar onları şərh edən nəzəriyyə və təsnifləşdirmə metodu olduqda, onların digər faktlarla əlaqələri dərk oluduqda elmi əhəmiyyət kəsb edə bilir. Yalnız qarşılıqlı əlaqələrdə və tamlıqda götürülmüş faktlar nəzəri ümumiləşdirmələr üçün əsas ola bilər. Həyatdan qoparılaraq təcrid olunmuş faktlar heç nəyi əsaslandıra bilmz.



Tədqiqatın metod və priyomları. Metodologiya - gerçəkliiyin dərki və dəişdirilməsi metodları haqqında təlimdir. Metod praktiki və nəzəri fəlaiyyətin tənzimləyici prinsipləri sistemidir.

Metod metodikada konkretləşir. Metodika- faktiki materialın əldə olunması və emalının priyom və vasitələri deməkdir. O, metodoloji prinsiplərdən törəmə olmaqla onlara əsaslanır.

Tədqiqatın metodlarının seçimi öyrənilən hadisənin təbiətindən və tədqiqatçının qarşısında duran vəzifələrdən irəli gəlir. Təfəkkürün metodları praktiki fəaliyət zəminində yaranmışdır. Elm tarixində metodlar kəşflərin, yeni nəzəriyyənin yaradılmasının nəticəsi kimi meydana gəlirdi. Keçmiş tədqiqat praktikasında formalaşmaqla metod sonrakı tədqiqatların çıxış nöqtəsini, praktika və nəzəriyyəni birləşdirən amili kəsb edir.

Elmdə metod bəzən tədqiqatın taleyini həll edir. Müxtəlif yanaşmalar tətbiq etdikdə eyni bir faktiki materialdan bir-birinə əks nəticələr əldə etmək olar. Elmi idrakda düzgün metodun rolunu xarakterizə edərkən F.Bekon onu yolçuya qaranlıqda yolu işıqlandıran çıraqla müqayisə edirdi.

Düzdür, öz-özlüyündə metod tədqiqatın uğurlu olacağına zəmanət vermir, çünki ondan ustalıqla istifadə etməyi də bacarmaq lazımdır.Elmi idrak prosesində müxtəlif metodlardan istifadə olunur. Hər elmin öz xüsusi tədqiqat metodlları var.

Lakin müxtəlif məsələlrin həlli zəruri şərt kimi bəzi ümumi fəlsəfi metodları nəzərdə tutur. Onların fərqli cəhəti universallğındadır. Belə metodlara dialektikanın qanun və kateqoriyaları, MÜŞAHİDƏ VƏ EKSPERİMENT, MÜQAYİSƏ, ANALİZ VƏ SİNTEZ, induksiya və deduksiya və s. aiddir. Əgər xüsusi metodlar öyrənilən obyektlərin qanunauyğunluqlarının aşkarlanmasının xüsusi priyomları kim çıxış edirlərsə, fəlsəfi metodlar həmin obyektlərin onlarda ən ümumi inkişaf qanunarını açıqlanması nöqteyi-nəzərdən öyrnilməsi priyomlarıdır. Fəlsəfi metodlar həqiqətin axtarış xəttini birmənalı şərtləndirmir. Bu məsələdə də həlledici söz praktikaya, həyata məxsusdur. Hər metod obyektin yalnız hansısa bir tərəfni dərk etməyə imkan verir. Buradan da ayrı-ayrı metodların bir-birini “qarşılıqlı tamamlaması” zərurəti yaranır ki, bu da hər şeydən başqa onunla şərtlənir ki, metodların idraki imkanlarının hüdudları məhduddur.



Müqayisə və müqayisəli-tarixi metod. Hələ qədim mütəfəkkirlər deyirdilər ki, müqayisə idrakın anasıdır. Pisi bilmədən yaxşını bilmək olmaz. Hər şey müqayisədə dərk olunur. Müqayisə - predmetlərin oxşar və fərqli cəhətlərinin müəyyən edilməsidir. Lakin yalnız eynicinsli və ya mahiyyətcə bir-birinə yaxın olan şeylər müqayisə olunarsa bu metod elmi tədqiqatlarda mühüm rol oynayar. Necə deyərlər, funtu arşınla müqayisə etməyin heç bir mənası yoxdur.

Elmdə müqayisə müqayisəli və ya tarixi-müqayisəli metod kimi çıxış edir. İlk olaraq filologiyada və ədəbiyyatşünslıqda meydana çıxan bu metod sonralar hüquqda, sosiologiyada, tarixdə, biologyada, psixologiyada və biliyin digər sahələrində də uğurla tətbid olunmağa başladı. Hətta bu metodları tətbiq edən müqayisəli fiziologiya, müqayisəli psixologiya, müqayisəli anatomiya, müqayisəli hüquq və s. kimi bilik sahələri də meydana çıxdı. Belə ki, məsələn, müqayisəli psixologiyada psixika yaşlı insanın psixikasını uşaq psixikasının inkişafı ilə müqayisə əsasında öyrənilir.

Ən sadə müqayisə formalarından biri analogiyadır. Bir predmetin xassələri haqqında başqa predmetdə oxşarlığa əsasən çıxarılan nəticəyə analogiya deyilir. İdrakda analogiya böyük rol oynayır, çünki əlavə tədqiqatların gedişində elmi nəzəriyyəyə çevrilə biləcə hipotezlərin irəli sürülməsinə səbəb olur. Belə ki, ev heyvanlarının ən yaxşı cinslərinin süni seçməsinə analoji olaraq Ç.Darvin heyvanlar və bitkilər aləmində təbii seçmə qanunu kəşf etdi. Əzələlərin hərəkətinin müşahidələri ekskavatorların yaradılmasında evristik priyom kimi xidmət göstərdi.

Analiz və sintez. İdrak prosesi elə baş verir ki, biz əvvəlcə öyrənilən obyektin ümumi mənzərəsini müşahidə edirik, xırdalıqlar isə kölgədə qalır. Belə olduqda predmetlərin daxili strukturunu və mahiyyətini dərk etmək mümkün olmur. Predmetləri hissələrə ayırmadan idrak mümkün deyil. Analiz sadəcə olaraq predmeti fikrən parçalamaq olmayıb həmin predmetin, hadisənin mahiyyətinə nüfuz etmək deməkdir. Təfəkkürün zəruri priyomlarından olan analiz idrak prosesinin məqamlarından yalnız biridir.

Hər bir iblik sahəsində obyekti paraçalama həddi olur. Bu həddən sonra biz yeni xassələr və qanunauyğunluqlar aləminə keçid almış oluruq. Analiz yolu ilə ayrı-ayrı elementlər öyrənildikdən sonra idrakın növbəti, sintez mərhələsi başalyır. Sintez predmetin ayrı-ayrı hissə və elementlərinin fikrən bir tam halında birləşdirilməsi demədir. Analiz əsasən hissələri bir-birindən fərqləndirən spesifikliyi, sintez isə hissələri vahid bir tama birləşdirən ümumiini qedə alır.

Analiz və sintez vəhdətdədir: özünün hər bir irəliləyişində bizim təfəkkürümüz analitik olduöu qədər də sintentikdir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin