Microsoft Word 1-ci m vzu- fh t snifati


Sığınacağın həcmi-planlaşdırma, konstruktiv və mühəndis texniki



Yüklə 7,25 Mb.
Pdf görüntüsü
səhifə127/228
tarix26.12.2016
ölçüsü7,25 Mb.
#3567
1   ...   123   124   125   126   127   128   129   130   ...   228
Sığınacağın həcmi-planlaşdırma, konstruktiv və mühəndis texniki 
avadanlıqları. 
 
Sığınacaq  -  orada  sığınan  əhalinin  nüvə  partlayışının  bütün  zədələyici 
amillərindən,  zəhərləyici  və  güclü  təsirli  zəhərli  maddələrdən,  bakterial 
vasitələrdən,  habelə  yanğınlar  zamanı  yüksək  temperaturun  və  yanğın 
məhsullarının  təsirindən  mühafizəsini  təmin  edən  hermetik  mühəndis 
qurğusudur. 
Yerləşmə  yerinə  və  konstruksiyasına  görə  sığınacaqlar  bina  ilə  birgə  tikilən 
və ayrı tikilən növləri ola bilər. 
Bina  ilə  birgə  tikilən  sığınacaqlar  sığınacaq  meydançadakı  ən  azmərtəbəli 
binaların altında yerləşdirilir. Onlar, üzərindəki bina ilə birgə vahid həcm təşkil edir 
və adətən bu binanın özülü (fundamenti) rolunu oynayır. Birgə tikilən sığınacaqlar 
zirzəminin  (yarımmərtəbə)  bütün  sahəsində,  ya  da  bir  hissəsində  yerləşdirilir, 
bəzən isə binanın hüdudlarından kənara da çıxarıla bilər. 
Binadan  ayrı  tikilən  sığınacaqlar  həcmi  planlaşdırma  və  konstruksiyasına 
görə  əlahiddə  olub,  baş  ərazində  imkan  daxilində  uçqun  altında  qalmayacaq 
sahələrdə (ehtimal edilən uçqun zonasından kənarda) yerləşdirilir. 
Binadan  ayrı  tikilən  sığınacaqlar  torpağa  tam  dərinləşdirilmiş,  qismən 
dərinləşdirilmiş  və  yerdən  hündür  (torpaq  suları  olan  yerlərdə)  tikilə  bilər.  Belə 
sığınacaqlar  monolit  və  ya  yığma  monolit  dəmir-betondan  tikilməli,  üstü  hündür 
torpaq  qatı  ilə  örtülməlidir.  Sığınacağın  torpağa  dərinləşdirilmiş  hissəsi  üçün 
hidroizolyasiyası və drenaj düzəldilməsi nəzərdə tutulmalıdır. 
Torpağa  tam  dərinləşdirilən  sığınacaqlar  bütün  zədələyici  amillərdən 
mühafizəni daha etibarlı təmin edir. 


 
135
Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə, yerdən hündür 
divarlara  zərbə  dalğasının  təsiri  sayəsində  düşən  yük  artır  və  onların  qoruyucu 
xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabliyyətini artırmaq üçün onların 
divarlarını torpaqla örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək lazımdır. 
Sığınacaqlar  leysan  yağışları  nəticəsində,  eləcə  də  yerin  üzərində,  üst 
mərtəbələrində  və  qurğulardakı  maye  tutumlar  dağılarkən  içəriyə  su,  digər 
mayelər axması ehtimallarından mühafizə edilməlidir. 
Əvvəlcədən tikilən sığınacaqlardan əsas və yardımçı otaqlar nəzərdə tutulur. 
Müalicə  müəssisələrindəki  sığınacaqlarda  bunlardan  başqa  bufet  və  sanitariya 
otaqları da olur. 
Sığınacaqların  həcmi  planlaşdırma  həlli  zədələyici  vasitələrdən  mühafizə 
tələblərinə və qurğuların sülh dövründə istismarı şərtlərinə əsasən müəyyən edilir. 
Bir qurğuda funksiyaların belə əlaqələndirilməsi həm iqtisadi cəhətdən sərfəlidir, 
həm də sığınacaqlar fondunun daha tez yaradılmasına imkan verir. 
Sığınacaqların  həm  planlaşdırma  həlli  qənaətcil,  quraşdırma  baxımından 
sadə  olmalı,  sülh  dövründə  binalardan  təsərrüfat  ehtiyacları  üçün  istifadə 
edilmənin normal şəraitini təmin etməli, daldalanan adamların otaqlara asanlıqla 
girməsi, yerləşməsi və burada xeyli müddət qalmasına imkan verilməlidir. 
Sadalanan  təyinatlı  otaqlar  və  oradakı  mühəndis-texniki  avadanlıq 
daldalanan adamların sığınacaqda xeyli müddət qalması üçün lazımi şəraiti təmin 
edir. 
Bu təyinatlı otaqları müfəssəl nəzərdən keçirək. 
a)
  Əsas təyinatlı otaqlar. 
 Sığınma  otaqları  (SO)  –  əhalinin  daldalanması  və  yerləşdirilməsi  üçün  bir, 
iki və üçmərtəbəli taxtlar yerləşdirilən otaqlardır. 
Sığınacaqda  adamların  daldalanması  üçün  nəzərdə  tutulan  otaqların  ayrı-
ayrılıqda sahəsi 25 kv.m-dən, ümumi sahəsi 75kv.m –dən az olmamalıdır. 
Adamların  daldalanması  üçün  otaqların  sahəsi  ikimərtəbəli  taxtlar 
qoyularkən hər adam üçün 0,5 kv.m, üçmərtəbəli taxtlar qoyularkən isə 0,4 kv.m 
hesablanmalıdır. Otaqlarda daxili havanın həcmi hər adam üçün ən azı 1,5 kub.m 
olmalıdır. 


 
136
Otaqların  hündürlüyü  onlardan  sülh  dövründə  nə  məqsədlə  istifadə 
ediləcəyindən  asılıdır,  lakin  döşəmədən  üst  örtük  konstruksiyalarının  ən  aşağı 
hissəsindəki  məsafə  3,5  m-dən  çox  olmamalıdır.  Otağın  hündürlüyü  2,15  m-dən 
2,9 m-dək olan hallarda ikimərtəbəli taxtlar, bundan artıq olanda isə üçmərtəbəli 
taxtlar qoyulmalıdır. Sülh dövründə istismar şəraitinə görə hündürlüyü ən azı 1,85 
m  olan  binalardan  sığınacaq  kimi  istifadə  etməyə  icazə  verilir.  Belə  hallarda 
burada ancaq birmərtəbəli taxtlar qoyulmalıdır. 
Daldalanan adamların oturması üçün oturacaqlar hər adam üçün 0, 45 × 0, 
45  m,  yuxarı  mərtəbələrdə  uzanma  yerləri  isə  0,55  ×  1,8  m  hesabı  ilə  müəyyən 
edilir.  Taxtların  döşəmədən  hündürlüyü  birinci  mərtəbədə  0,45  m,  ikinci 
mərtəbədə-1,4  m  və  üçüncü  mərtəbədə  2,15  m  olmalıdır.  Ən  yuxarıdakı 
mərtəbədə  otağın  üst  örtüyünə    (tavanına)  və  ya  tavan  konstruksiyasının  aşağı 
hissəsindəki məsafə ən azı 0,75 m götürülür. 
Daldalanan adamların oturrması və uzanması üçün yerlər stasionar ola bilər 
(sığınacaq  tikilərkən  düzəldilir).  Əgər  belə  taxtlar  sığınacaqlardan  sülh  dövründə  
təsərrüfat  ehtiyacları  üçün  istifadə  etməyə  maneçilik  törədirsə,  onlar  sığınacaq 
mühafizəyə  hazırlıq  rejminə  keçilərkən  düzəldilir.  Sığınacağın  geniş  sahəli 
otaqlarını 50-75 nəfərlik otaqlara bölmək lazımdır. 

Yüklə 7,25 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin