a. Xalq təsərrüfatı obyektlərinin yerləşməsinə olan tələbat Müasir şəraitdə mümkün dağıntılar və itkilərin qarşısını almaq və azaltmaq üçün
ə
n effektli və real tədbir, respublikanın məhsuldar gücünü maksimal
seyrəkləşdirməkdən və iri şəhərlərin əhalisinin artmasının qarşısını almaqdan ibarətdir.
Bundan irəli gələn
normativ sənədlərdə xalq təsərrüfatı obyektlərinin yerləşməsinə
aşağıdakı tələbatlar müəyyən edilmişdir:
1)
Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektləri bütün respublika ərazisi üzrə
bərabər yerləşməli və paylanmalı;
2)
Mümkün güclü dağıntı zonalarında olan iri şəhərlərdə əhalini cari təmin edən
ə
rzaq anbarları, sərnişin və yük daşıyan dəmir yol stansiyaları şəhər ətrafında bərabər
qaydada yerləşdirilməlidir;
3)
Mümkün zəif dağıntı zonalarında, az əhəmiyyətli müssisələr, anbarlar və
dəmir yol stansiyaları yerləşə bilər;
4)
Çox əhəmiyyətli müəssisələr, bazalar, anbarlar, düşərgə və ruhi xəstəxanalar,
istirahət evləri, sanatoriyalar, düşərgə və sağlamlıq mərkəzləri mümkün dağıntı
zonalarından kənarda yerləşdirilməlidir;
5) Su basmasına məruz qala bilən fəlakət zonalarında, mühüm əhəmiyyətli xalq
təsərrüfatı obyektlərinin və sağlamlıq düşərgələrinin yerləşdirilməsi qadağandır;
6) Xüsusi əhəmiyyətli obyektlərin, təbii və süni yeraltı boşluqlarda
yerləşdirilməsi məsləhətdir;
7) Uçucu, tez alışan maddələr və güclü təsirli mayelər istehsal edən müəssisələr,
suyun axarı istiqamətində, yaşayış məntəqələrindən mümkün qədər aşağı ərazidə
yerləşdirilməlidir.