197
Subasma – ağır nəticəli fövqəladə hallardan biridir. Subasmaların böyük hissəsinin yaranma səbəbləri
güclü yağan yağışlar, intensiv qar ərimələridir.
Subasmanın baş verəcəyini bir neçə ay öncədən bir günə kimi proqnozlaşdırmaq mümküdür.
Subasmanın baş verməsinə bir neçə müddət qalmış çaylarda müvafiq hidrotexniki qurğuların
quraşdırılması, bu fövqəladə halın baş verməsi ehtimal olunan ərazidən əhalinin və kənd təsərrüfatı
heyvanlarının təxliyyəsinin hazırlanması və həyata keçirilməsi, maddi qiymətlilərin çıxarılması üzrə tədbirlərə
başlanılır.
Subasma ehtimalı səbəbindən köçürülmə haqqında xəbərdarlıq yerli televiziya və radio ötürücülər
vasitəsilə elan olunur.
Kifayət qədər vaxt olduqda, təhlükəli rayonlarda yaşayan əhali öz əmlakı ilə birlikdə yaxındakı təhlükəsiz
əraziyə köçürülür.
Bu zaman sənədlər, qiymətli və lazımlı əşyalar, tez xarab olmayan qidalardan ibarət ərzaq ehtiyatı
götürülür. Sonuncu təxliyə məntəqəsində qeydiyyatdan keçmək lazımdır.
Evdən çıxmazdan əvvəl elektriki və qazı, istilik sobalarındakı odu söndürmək, çöldəki bütün üzə bilən
əşyaları yerinə bərkitmək, yaxud da onları bir dalana yığmaq gərəkdir. Əgər vaxt imkan verirsə, qiymətli ev
əşyaları yuxarı mərtəbələrdə, yaxud çardağa yerləşdirilir. Qapı və pəncərələr bağlanılır, vaxt varsa, birinci
mərtəbənin qapı və pəncərələri lövhələr ilə bərkidilir.
Müəssisə və təşkilatlarda subasma təhlükəsi yaranarsa iş rejimi dəyişdirilir, bəzi hallarda isə
ümumiyyətlə dayandırılır.
Subasma təhlükəsi olan ərazidə tədris müəssisələri işlərini dayandırır. Şagird və tələbələr təhlükəsiz
rayonlarda yerləşən tədris müəssisələrinə köçürülürlər.
Subasma dərhal baş verirsə, təxliyə təşkil olunmayıbsa, yardım gələnə, yaxud su çəkilənədək evin,
binanın yuxarı mərtəbələrinə (və ya damlarına) qalxmaq yaxud digər hündür əşyaların üstündə qalmaq
lazımdır. İş yerlərində və ya açıq sahədə olarkən hündür əşyaların üstünə çıxmaq, müxtəlif növ üzən əşyalardan
(təkər kamerası və s.) istifadə etmək gərəkdir. Bu zaman daimi olaraq fəlakət haqqında siqnal vermək: gündüz
vaxtı – yaxşı seçilə bilən parçanı ağaca keçirib yelləmək, gecə vaxtı isə bunun üçün fənərin işığından istifadə
etmək gərəkdir, müxtəlif səslər çıxarmaqla olduğunuz yer haqqında məlumat vermək olar.
Su basmış ərazidən əhalinin axtarışı dərhal başlanır.
Suya düşdükdən sonra, üzərində olan ağır əşyaları atmaq, sudan çıxmış hündür əşyalara, ağaclara tərəf
üzmək, onlardan tutub, kömək gələnədək gözləmək lazımdır.
Xilasedicilər gələn kimi təşvişə düşmədən, ehtiyatla, göstərişlərə uyğun olaraq xilasedici vasitələrə
(qayıqlara) minilir. Hərəkət zamanı göstərilən yer tərk edilmir, ekipajın tələblərinə ciddi əməl edilir. Su basmış
rayondan müstəqil şəkildə çıxmaq yalnız zərərçəkənlərə tibbi yardım göstərilməsi, suyun səviyyəsinin
artmaqda davam etməsi və üst mərtəbələri və çardağı su basma təhlükəsi olduğu kimi vacib hallarda
məsləhətdir. Bu zaman etibarlı üzmə vasitəsi olmalı və hərəkət istiqaməti təyin edilməlidir. Müstəqil hərəkət
zamanı fəlakət haqqında siqnal verməkdə davam etmək və suda üzən və batan insanlara yardım etmək
lazımdır.
Dostları ilə paylaş: