Profilaktika dezinfeksiyası yoluxucu xəstəliklərin baş verməsi və ya ümumi istifadə olunan əşyalar vasitəsilə
yoluxmanın keçməsi imkanlarının qarşısını almaq məqsədilə aparılır. Südün qaynadılması, çirkab suların, zibilin,
ümumi istifadə yerlərinin, xəstəxanalarda alt və üst paltarların, qatarlarda yataq ləvazimatının müntəzəm
surətdə zərərsizləşdirilməsi belə tədbirlərdəndir.
Cari dezinfeksiya – xəstənin yatağı yanındayoluxmanın yayılmasının qarşısının almaq məqsədilə keçirilir
(xəstənin ifrazatını və ondan yoluxan əşyaların zərərsizləşdirilməsi və s. kimi tədbirlər).