Mühazirə - müəyyən elmi-nəzəri və ümumi praktiki məsələlərin məntiqi düzgün,
müntəzəm, ardıcıl və aydın şərhindən ibarətdir. Mühazirənin gedişində təcrübələr
göstərilməli və əyani vasitələr nümayiş etdirilməlidir. Mühazirə müəssisə rəhbər işçiləri
və mütəxəssislərin, MM dəstələrinin komandirləri və başqa kateqoriyalar üçün aparıla
bilər. Mühazirə predmeti tam əhatə etmir. Mühazirə əşyanı tamamlayır və elmi biliyin
əsasını qoyur, istiqamətini, əsas məzmununu və tədris dərslərinin bütün növlərinin
xarakterini (seminarlar, laboratoriya işləri, təcrübə və b.), həmçinin təlim keçən
şəxslərin müstəqil işini təmin edir.
Mühazirə elmi və idea–nəzəri cəhətdən düzgün istiqamətləndirilməlidir. Hər
mühazirə üçün geniş materiallardan ən vacib, ən aydın və ən inandırıcılarını seçirlər.
Mühazirəyə hazırlaşarkən proqram üzrə mühazirənin əsasını təşkil edəcək tədris
sualları müəyyənləşdirilir, digər sualların isə ancaq səthi qeyd ediləcəyi və sonra
seminarlarda, laboratoriyalarda və ya kitabda sərbəst iş zamanı izah olunacağı qərara
alınır.
Mühazirəçi mühazirədən qabaq və sonra öz üzərində müntəzəm işləməli və
özünə yüksək tələbkar olmalıdır.