Sinir iflicedici ZM kimyəvi strukturuna görə fosforlu üzvi maddədir (FÜM).
Belə maddələrə zarin, zoman və V qazı aiddir.
Zarin və zoman rəngsiz (və ya sarımtıl), səciyyəvi iyli mayelərdir. Bu
maddələr üzvi həlledicilərdə, o cümlədən yağlarda və yağaoxşar maddələrdə
yaxşı, suda isə zəif həll olur, havada tez bir zamanda ölümcül təsir göstərən
yüksək konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini zarin damcıları 8 saata,
zoman isə bir sutkaya qədər müddətə zəhərləyə bilər.
Zarinin buxarları havadan 4,77 dəfə, zomanınki isə 6,33 dəfə ağırdır.
Zarinin ikinci buludunun zədələyici təsiri 4-7 saatadək davam edir. Suaxmazlarda
zarinin zəhərləyici təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır.
V qazı suda zəif, üzvi həlledicilərdə, yanacaq, sürtgü materiallarında yaxşı
həll olan rəngsiz mayedir. Rezin-texniki məmulatlara və lak-boyaq örtükləri yaxşı
hopur. Yavaş buxarlandığı üçün (20C-də 10
-3
mq/1) ərazidə uzun müddət qalır.
V qazı, zoman, zarin davamlı zəhərləyici maddələrdir.
Fosforlu üzvi zəhərli maddələr (FÜZM) tətbiq edilərkən zəhərlənmə,
adətən, maye damcılarının dərini səthinə düşməsi hallarında, yaxud həmin ZM-in
buxarları tənəffüs yollarından keçərkən baş verir.